1556) İnfeksion endokarditin ən çox rast gəlinən ağırlaşması hansıdır?
A) Arterial hipotenziya
B) Kəskin qaraciyər çatışmazlığı
C) Kardiomiopatiyalar
D) Vegetasiyanın fraqmenti ilə emboliya
E) Arterial hipertenziya
Ədəbiyyat: Н.А. Мазур «Практическая кардиология». Москва-2012.
1557) Aşağıdakı kardiomiopatiyalardan hansı qazanılmış kardiomiopatiyalara aiddir?
A) Anaları insulin asılılığı olmayan şəkərli diabetdən əziyyət çəkən körpələr
B) Sağ mədəciyin aritmogen kardiomiopatiyası
C) Mitoxondrial miopatiyalar
D) Hipertofik kardiomiopatiya
E) Bruqad sindromu
Ədəbiyyat: Н.А. Мазур «Практическая кардиология». Москва-2012.
1558) Hipertrofik kardiomiopatiyanın müalicəsində durğunluq ürək çatışmazlığı olmayanda fiziki gərginliyə tolerantlığı artırmaq məqsədi ilə istifadə olunan preparatlar hansılardır?
A) Kalsium antaqonistləri
B) Diuretiklər
C) Ürək qlikozidləri
D) AÇF-inhibitorlar
E) β-adrenoblokatorlar və verapamil
Ədəbiyyat: Н.А. Мазур «Практическая кардиология». Москва-2012.
1559) Obstruktiv forma hipertrofik kardiomiopatiyanın müalicəsində birinci sıra preparat hansıdır?
A) Diuretiklər
B) AÇF-inhibitorlar
C) Periferik vazodilyatatorlar
D) Kalsium antaqonistləri
E) β-adrenoblokatorlar
Ədəbiyyat: Н.А. Мазур «Практическая кардиология». Москва-2012.
Dostları ilə paylaş: |