1631) Gürzə ilanının çalmalarında ilk yardım zamanı hansı tədbiri icra etmək olmaz?
A) Ətrafa sıxıcı qoymaq
B) Zəhəri yaradan sormaq
C) Heparin təyin etmək
D) Ətrafı immobilizasiya etmək
E) Novokain blokadası aparmaq
Ədəbiyyat: Əzizov. V. Ə, Əfəndiyev . İ. V, Əhmədov. A. , “Gürzə ilanı və gürzəkimilər fəsiləsinin digər ilanlarının zəhəri ilə kəskin inyeksion zəhərlənmələrin diaqnostika və müalicəsi üzrə klinik protokol”, Bakı - 2009
1632) Neyroleptiklərlə zəhərlənmələr zamanı müşahidə olunan ekstrapiramid sindrom hansı dərman vasitələri ilə aradan qaldırılır?
A) Kofein və β – blokatorlar
B) Metoklopramid (serukal)
C) Fomepizol
D) Antixolienerqetik preparatlar və benzodiazepinlər
E) Baklofen və barbituratlar
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1633) Qanda alkoholun dəqiq qatılığının təyini üçün laborator üsullardan hansı daha üstündür?
A) Nazikqatlı xromatoqrafiya
B) Qazlı maye xromatoqrafiya
C) Ekspress diaqnostika
D) Kağız xromatoqrafiya
E) Spektrofotometriya
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1634) Dəm qazı insan orqanizmində hemoqlobindən savayı daha nə ilə əlaqəyə daxil olur?
A) Aspartataminotransferaza və esteraza
B) Transferrin və qlutationperoksidaza
C) DNT - liqaza və katalaza
D) Nukleaza və qaptoqlobin
E) Sitoxromoksidaza və mioqlobin
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
Dostları ilə paylaş: |