1640) β - blokatorlarla zəhərlənmələr zamanı əsas müalicə vasitəsi hansıdır?
A) L - karnitin
B) Kalsium - xlorid
C) Natrium bikarbonat
D) Kalium - xlorid
E) Qlukaqon
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1641) Əqrəb sancmaları zamanı aşağıdakılardan hansı ilə simptomatik müalicə aparılır?
A) Kortikosteroidlər, prozerin, albumin
B) Hemodez, natrium tiosulfat, tokoferol, sürətləndirilmiş diurez
C) Heparin, kalsium preparatları, atropin
D) Sitoxrom C. fizostiqmin, antihistamin preparatlar
E) Ağrıkəsicilər, ürək – damar sisteminə təsir göstərən preparatlar, desensibilizəedən preparatlar
Ədəbiyyat: Əzizov. V. Ə, Əfəndiyev . İ. V, Əhmədov. A. , “Gürzə ilanı və gürzəkimilər fəsiləsinin digər ilanlarının zəhəri ilə kəskin inyeksion zəhərlənmələrin diaqnostika və müalicəsi üzrə klinik protokol”, Bakı - 2009
1642) Varfarinlə zəhərlənmələr zamanı xəstəyə antidot kimi hansı vitamin vurmaq lazımdır?
A) Vitamin B1
B) Vitamin B12
C) Vitamin K1
D) Vitamin B6
E) Vitamin D2
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
Dostları ilə paylaş: |