310) Tredmil müayinəsi nə zamana qədər davam etdirilə bilər?
A) AV blokadalar əmələ gəldikdə
B) Hiss dəstəsi ayaqcıqlarının blokadası əmələ gəldikdə
C) AT və ÜDS- nin submaksimal göstəricilərinə çatana qədər işemiyanın kliniki və EKQ əlamətləri qeyd edilməzsə
D) Yükün artırılması zamanı AT-nin >20 mm c.süt. enməsi zamanı
E) Mədəcik tipli aritmiyalar əmələ gəldikdə
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.190, 191.
311) Aşağıda sadalanan patologiyalardan hansının əmələ gəlməsində genetik dəyişikliklər qeyd edilmir?
A) QT intervalının uzanması zamanı
B) Bruqada sindromunda
C) Hipertrofik kardiomiopatiyada
D) İnfeksion endokarditdə
E) Aritmogen sağ mədəcik kardiomiopatiyasında
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.196.
312) Aşağıda sadalanan patologiyalardan hansının əmələ gəlməsində genetik dəyişikliklər aşkar edilmir?
A) Nunan sindromunda
B) Polimorf mədəcik taxikardiyasında
C) Stenokardiyada
D) Ailəvi qulaqcıq fibrilyasiyasında
E) Sinus düyünü zəifliyi sindromunun bəzi hallarında
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.196.
313) Aşağıda sadalanan preparatlardan hansı xroniki ürək çatışmazlığının əmələ gəlməsinə şərait yaratmır?
A) Hormonal preparatlar (estrogenlər, androgenlər)
B) Qeyri dihidropridin, kalsium antoqanistləri
C) Qlikokortikoidlər
D) Qeyri-steroid iltihab əleyhinə preparatlar
E) Angiotenzin II reseptorların antaqonistləri
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.198.
314) Aşağıda sadalanan preparatlardan hansı xroniki ürək çatışmazlığının əmələ gəlməsinə şərait yaratmır?
A) Antiaritmik preparatlar (amiodarondan başqa)
B) Ca antaqonistləri (verapamil, diltiazem)
C) Trisiklik antidepressantlar
D) Karboanhidrazanın inhibitoru
E) Oral kontraseptivlər
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.198.
Dostları ilə paylaş: |