774) Vaksinasiya yolu ilə nə əldə olunur?
A) Aktiv təbii immunitet
B) Aktiv süni immunitet
C) Passiv təbii və süni immunitet
D) Passiv təbii immunitet
E) Passiv süni immunitet
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_2.html
775) Tərkibində təbii salisilatlar olan qida hansıdır?
A) Böyürtkən
B) Ərik
C) Çiyələk
D) Şaftalı
E) Sadalananların hamısı
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 86
776) Tərkibində təbii salisilatlar olmayan qida hansıdır?
A) Yemiş
B) Portağal
C) Qarağat
D) Kişmiş
E) Sadalananların heç birisi
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 86
777) Limfa limfatik damarlarlardan axır, çünki:
A) Limfa düyünləri tərəfindən qovulur
B) Qan damarlarlarında təzyiq dəyişilir
C) Ürək yığılır
D) Ətrafdakı skelet əzələləri yığılır
E) Limfatik qapaqlar qapanır
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/review_and_comprehension_quiz.html
Dostları ilə paylaş: |