1065) Anasarka nədir?
A) Sifətdə ödemin olması
B) Qarın boşluğunda mayenin olması
C) Bütün toxuma və boşluqların ödemi
D) Perikardda mayenin olması
E) Plevra boşluğunda mayenin olması
Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004
1066) XÜÇ-də (xroniki ürək çatışmazlığı) ən çox təsadüf edilən şikayət hansıdır?
A) Ürək ağrısı
B) Yuxusuzluq
C) Öskürək
D) Başgicəllənmə
E) Təngnəfəslik
Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004
1067) Sol mədəciyin struktur və həndəsi formasının dəyişməsi necə adlanır?
A) Keylşmə
B) "cor bovinum"
C) Dilatasiya
D) Yuxulu miokard
E) Remodelləşmə
Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004
1068) β-blokatorlar hansı sinif antiaritmik preparatlara aiddir?
A) V qrup
B) IV qrup
C) I qrup
D) III qrup
E) II qrup
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г
Dostları ilə paylaş: |