1529) Hansı kliniki vəziyyət kəskin hipoksemik tənəffüs çatışmazlığının səbəbinə aid deyil?
A) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi
B) Pnevmoniya
C) Ağ ciyərlərin kardiogen ödemi
D) Atelektaz
E) Kəskin respirator distress - sindrom
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009 г, стр.871
1530) Hansı kliniki vəziyyət kəskin hiperkapnik tənəffüs çatışmazlığının səbəbinə aid deyil?
A) Kifoskolioz
B) Ağ ciyərlərin kardiogen ödemi
C) Astmatik status
D) Piylənmə
E) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin ağır kəskinləşməsi
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009 г, стр.886
Dostları ilə paylaş: |