254) Hepatit A virusu hansı yol ilə orqanizmə daxil olur?
A) Enteral
B) Kontakt
C) Parenteral
D) Cinsi
E) Hava - damcı
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Практическая гепатология» 2004г.
255) Sarılıq zamanı sidiyin tünd rəngini hansı göstərici təşkil edir?
A) Kalsium duzları
B) Bilirubin
C) Hemoqlobin
D) Qlükoza
E) Zülal
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Практическая гепатология» 2004г.
256) Qaraciyər sirrozu fonunda yaranmış hipoalbuminemiya hansı fəsada səbəb ola bilər?
A) Qida borusunun damarlarının genişlənməsi
B) Qaraciyər ensefalopatiyası
C) Sarılıq
D) Qəbizlik
E) Assit
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Практическая гепатология» 2004г.
257) Sadalanan simptomlardan hansı portal hipertenziyanın əlamətidir?
A) Sarılıq
B) Saçların tökülməsi
C) Ayaqlarda petexial səpki
D) Qarının ön divarındakı venaların genişlənməsi
E) Ginekomastiya
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Практическая гепатология» 2004г.
258) Qaraciyər komasının yaranma ehtimalı olduqda, pəhrizin tərkibində hansı qida növünü məhdudlaşdırmaq lazımdır?
A) Zülalı
B) Yağları
C) Mayeni
D) Mineral duzları
E) Karbohidratları
Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко. «Внутренние болезни» 1999г.
Dostları ilə paylaş: |