687) ÜİX (ürəyin işemik xəstəliyi) dəyişdirilə bilinməyən risk amili hahsıdır?
A) Tütünçəkmə
B) Piylənmə
C) Dislipidemiyalar
D) 50 - 60 - dan yuxarı yaş
E) Arterial hipertenziya
Ədəbiyyat: Sabit stenokardiyanın diaqnostikası və müalicəsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kliniki protokolu , Bakı, 2009
688) Miokardın hansı zədələnmələri idiopatik kardiomiopatiya adlandırılır?
A) Miokardın keçirilmiş məlum infeksiyadan sonra zədələnməsi
B) Miokardın spesifik xəstəliyi
C) Miokardın koronarogen mənşəli zədələnməsi
D) Miokardın naməlum etiologiyalı zədələnməsi
E) Miokardın hər hansı bir xəstəliyi zamanı zədələnməsi
Ədəbiyyat: Амосова Е.Н. “Кардиомиопатии”1999, Шлант Р.К., Александр П.В.“ Клиническая кардиология ”, 2000.
689) Aşağıdakı preparatların hansı ilə β - blokatorların birgə təyini məqsədəuyğun deyil?
A) Aspirin
B) Kaptopril
C) Mevakor
D) Verapamil
E) Hipotiazid
Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006
Dostları ilə paylaş: |