774) Sklerodermik dəri zədələnmələri bədənin hansı hissəsində daha tez qeyd olunur?
A) Əl və topuqda
B) Üz və qarında
C) Boyun və döş qəfəsinin ön tərəfində
D) Üz və boyunda
E) Üz və əllərdə
Ədəbiyyat: Клиническая ревматология // под ред. В.И.Мазурова, Санкт-Петербург: Фолиант, – 2005, с. 251-278
775) Sistemli sklerodermiya zamanı sümük zədələnmələri hansı xüsusi əlamətin inkişafı ilə səciyələnir?
A) Osteomielitlə
B) Osteolizis ilə
C) Osteomalyasiya ilə
D) Osteonekrozla
E) Osteoxondropatiya ilə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
776) Sistemli sklerodermiya zamanı inkişaf edən damar zədələnmələrin müalicəsi üçün hansı seçim preparatı tövsiyə olunur?
A) β - blokatorlar
B) Kalsium - D3 Nikomed
C) Kalium preparatları
D) Kalsitonin
E) Kalsium antaqonistləri
Ədəbiyyat: Носков С.М., Ревматология. Актуальные вопросы. Ростов-на –Дону., 2007. – «Медицина», 334 с.
777) Qırmızı qurdeşənəyi vaxtı oynaq sindromu ilə olan xəstələrdə əgər daxili orqanların zədələnmələri yoxdur – hansı müalicə taktikasını seçmək olar?
A) Malyariya əleyhinə preparatların təyini
B) Mabteranın tətbiqi
C) Azatioprinin tətbiqi
D) İltihab əleyhinə qeyri-steroid preparatların tətbiqi
E) Yüksək dozalı kortikosteroidlərlə müalicə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 419-446
778) Şeqren sindromu zamanı daha çox hansı sekresiya edən vəzilərin zədələnməsi baş verir?
A) Tüpürcək, gözyaşını, tər ifrazını edən vəzilər, hipofiz
B) Gözyaşını, tər ifrazını edən vəzilər, qaraciyərin vəziləri
C) Ağciyərlərin, böyrəküstü, limfatik vəziləri, mədəaltı vəzilər
D) Tüpürcək, gözyaşını, tər ifrazını edən vəzilər, mədənin selikli qişası
E) Tüpürcək, gözyaşını ifrazını edən vəzilər, limfatik vəzilər, böyrəküstü vəzilər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 484-502
779) Tüpürcək vəziləlrin funksyalarının qiymətləndirmək üçün aparılan müayinə necə adlanır?
A) Ssintiqrafiya
B) Salpinqoqrafiya
C) Sialoqrafiya
D) Veloerqometriya
E) Elektromioqrafiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
Dostları ilə paylaş: |