770) Mitral stenozu olan xəstələrdə ürəyin zirvəsində I ton necə dəyişilir?
A) Zəifləyir
B) Dəyişilmir
C) Güclənir (çırpınır)
D) Eşidilmir
E) İkiləşir
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
771) Kəskin revmatik qızdırmanın prinsipial müalicə sxeminə nə daxildir?
A) Fitoterapiya, puls-terapiya, D-penisillamin
B) Yarımyataq rejimi, antibiotiklər, sulfonilamidlər, kortikosteroidlər
C) Qızıl duzların preparatları, kortikosteroidlər, enzim terapiya
D) Opioidli analgetiklər, miorelaksantlar, qlükokortikoidlərlə davamlı müalicə
E) Yataq rejimi, qlükokortikoidlər, iltihab əleyhinə qeyri steroid preparatları, penisillinlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва., 2008., «ГЭОТАР-Медиа», 35-66 с.
Dostları ilə paylaş: |