İRƏLİDƏ OLMAĞIN 10 ÜSULU
2. SÖYLƏDİKLƏRİNİZİ TEZ-TEZ ÜMUMİLƏŞDİRİN
Danışıqların aparılması xarakter etibarilə mürəkkəbdir. Bir sıra dəyişənləri eyni anda nəzərə
almaq lazım gəlir. Mövzudan asanlıqla
uzaqlaşa bilərsiniz, ona görə də söylədiklərinizi
ümumiləşdirməkdən heç vaxt çəkinməyin. Məsələn, bu ana qədər hansı
yolu qət etdiyinizin
xülasəsini verin, yaxud məsələlərdən birinin müzakirəsinin harada qaldığını qısaca xatırladın.
Ümumiləşdirməni "nəzərə alsaq ki" və ya "əgər" sözləri ilə əlaqələndirərək söhbəti nəzarətdə
saxlaya və üzərinizə öhdəlik götürmədən imkanları araşdıra bilərsiniz. ("Deməli, razılaşdıq ki,
xərc, çatdırılma, müddət
məsələlərini həll etməliyik, beləliklə, əgər… o zaman …")
41
Copyright protected – Management Pocketbooks Ltd
İRƏLİDƏ OLMAĞIN 10 ÜSULU
3. QEYDLƏR GÖTÜRÜN
Mürəkkəb danışıqları gedişat ərzində izləyin. Müəyyən toplantıların qəbul olunmuş formatı
qeydlərin götürülməsinə imkan verməsə də, gedişatı izləməlisiniz. Unutmayın,
məlumat
gücdür. Heç vaxt kor-koranə irəliləməyə çalışmayın ("Hansısa mövzu haqqında nə
danışmışdıq?").
Qeydlərin götürülməsi sizi yalnız nəyisə unutduğunuzun ortaya çıxmasından qorumur,
qeydləri yoxlaya bilmək sizə daha bir üstünlük qazandırır. O sizə düşünmək üçün vaxt verir:
ya "icazə verin, qeyd edim" deyirsiniz (və elə də edirsiniz), yaxud da "icazə verin, yoxlayım
görüm necə razılaşmışdıq" deyirsiniz.
Beyin qələmdən dəfələrlə sürətli işləyir. Elə vaxtlar olur ki, (bəzən məsələyə aidiyyəti olmayan)
2 və ya 3 sözü kağıza qeyd etdiyiniz müddətdə ağlınıza nə qədər
çox fikrin gəlməsi sizi
təəccübləndirir.
42
Copyright protected – Management Pocketbooks Ltd