Dante haqqinda doqquz esse


Uqolinonun yanlış problemi



Yüklə 298,09 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix18.01.2017
ölçüsü298,09 Kb.
#5807
1   2
Uqolinonun yanlış problemi 

 

Mən  Danteyə  yazılan  bütün  şərhləri oxumamışam  (heç  kim  oxumayıb),  amma 



"Cəhənnəm"də  axırıncıdan  əvvəlki  nəğmənin  məşhur  75  -  ci  şeirinin  incəsənətlə 

həyat  arasında  ziddiyyətdən  doğmuş  problem  yaratdığını  güman  edirəm.  Bu  şeirdə 

Pizadan olan Uqolino Aclıq qalasında uşaqlarının ölümü barədə danışarkən deyir ki, 


 

11 


aclıq  kədərdən  güclü  idi  ("Poscia,  piu  che'l  dolor,  potea  dijuinb).  Mənim 

məzəmmətim  qədim  şərhçilərə  aid  deyil,  onlar  üçün  şeirlər  heç  bir  problem 

yaratmayıb, hamı da hesab edib ki, Uqolinonu kədər deyil, aclıq öldürüb. Cefri Çoser 

də belə başa düşmüşdü və “Kenterberi əfsanələri"ndə bu epizodu kobud şəkildə nağıl 

etmişdi. 

Səhnəyə  baxaq.  9-cu  dövrənin  buzlu  dərinliklərində  Uqolino  əbədi  olaraq 

Ruciyeri  deli  Ubaldininin  boynunun  ardını  gəmirir,  qanlı  ağzını  satqının  saçlarıyla 

silir. Ağzını (üzünü yox!) dəhşətli təamdan qaldırıb deyir ki, Ruciyeri onu satıb və 

oğlanları  ilə  birlikdə  qəsrdə  dustaq  edib.  Dar  pəncərələrin  arasından  o,  -  yuxuda 

Ruciyerinin  ac  köpəklərlə  dağların  ətəyində  yalquzaq  və  dişi  canavar  ovuna 

çıxmasını  gördüyü  gecəyədək  dəfələrlə  Ayın  doğduğunu  və  öldüyünü  görür.  Sübh 

çağı  qəsrə  girişi  bağlayan  çəkic  səsləri  eşidilir.  Gündüzlər  və  gecələr  sükut  içində 

keçir.  Dərddən  əzab  çəkən  Uqolino  əllərini  dişləyir;  uşaqlar  atalarının  aclıqdan 

əziyyət çəkdiyini düşünərək, bu aclığı onun yaratdığı bədənləri ilə dəf etməyi  təklif 

edirlər.  Beşinci  günlə  altıncı  gün  arası  Uqolino  uşaqların  bir-birinin  ardınca  necə 

öldüklərini görür. Onda o, kor olur, öz ölüləri ilə danışır, hıçqırır və qaranlıqda onları 

əlləri ilə yoxlayır; sonra aclıq dərdə güc gəlir. 

Mən  bunu  ilk  şərhçilərin  necə  başa  düşdüklərini  danışdım.  Budur,  bu  da 

Rimbaldi de İmola (XIV əsr): "O, demək istəyir ki, aclıq ələmin qalib gələ və öldürə 

bilmədiyinə  üstün  gəlir".  Müasirlərimiz  Françesko  Torreka,  Qvido  Vitali  və 

Tommazo  Kazni  də  belə  düşünürlər.  Onlardan  birincisi  Uqolinonun  sözlərində 

kütləşmə və vicdan əzabını görür; sonuncu isə, əlavə edir: "Müasirlər düşünürlər ki, 

Uqolino  sonda  uşaqlarını  yeyir  -  tarixə  və  təbiətə  zidd  bir  fikir;  və  mübahisəni 

lazımsız  hesab  edir.  Benedetto  Kroçe  onunla  razılaşır  və  hər  iki  izahda  ənənəvilik 

taparaq, onları daha məntiqli və daha ehtimali hesab edir. Bianka son dərəcə kəskin 

rəy verir: 

"Bəziləri  ehtimal  edirlər  ki,  Uqolino  öz  uşaqlarını  yeyir  -  izah  inanılmazdır, 

lakin ona laqeyd yanaşmaq olmaz". Luici Pyetrobono hesab edir ki, şeir bilərəkdən 

müəmmalıdır.  Öz  növbəsində,  "lazımsız  mübahisədə"  iştirak  etməzdən  əvvəl,  bir 

anlığa  uşaqların  yekdil  təklifi  üzərində  dayanmaq  istəyirəm.  Onlar  istəyirlər  ki,  o, 



 

12 


uşaqların  onun  özünün  yaratdığı  bədənlərini  götürsün  ("tu  ne  vestisti  queste  miseri 

carni,  e  tu  le  spoglia").  Şübhələnirəm  ki,  bu  sözlər  onlarla  fəxr  edənləri  daha  çox 

utandırsın.  De  Sanktis  ("İtaliya  ədəbiyyatının  tarixi",  XI)  qəflətən  müxtəlif 

anlayışların  birləşdirilməsi  üzərində  düşünür;  D'Ovidio  qeyd  edir  ki,  "oğulların 

qırılmasının bu qoçaq  şəkli, demək  olar ki, istənilən  tənqidi silahsızlaşdırır".  Lakin 

mən  burada  "Komediya"nın  nadir  qeyri-dəqiqliklərindən  birini  görürəm.  Məncə,  o, 

Dantenin  deyil,  daha  çox  Malvezinin  qələminə  və  ya  Qrasianın  heyrətinə  layiqdir. 

Özümə  deyirəm,  Dante  öz  uydurmasını  hiss  etməyə  bilməzdi,  şübhəsizdir  ki, 

uşaqların  öz  kasıb  qonaqlığını  xorla  təklif  etmələri  şişirdilib.  Bəziləri  hesab  edirlər 

ki,  Uqolino  özünün  əvvəlki  cinayətkar  yeməyinə  bəraət  qazandırmağa  çalışaraq, 

burada yalan danışır. 

Tarixi  sual:  Uqolino  della  Qerardeskanın  1289-cu  il  fevralın  əvvəlində 

hannibalizmlə  məşğul  olub-olmadığı  barədə  qəti  bir  söz  demək  mümkün  deyil. 

Estetik və ya ədəbi mənada isə - bu,tamamilə başqa məsələdir. Belə formalaşdırmaq 

mümkündür:  Dante  Uqolinonun  (onun  poemasının  həqiqi  olmayan  qəhrəmanı)  öz 

uşaqlarının bədənini yeməsinə inandırmaq istəyirdimi? 

Cavab  verməyə  ehtiyat  edirəm:  Dante  bizi  buna  inandırmağa  çalışmırdı,  lakin 

şübhə oyatmağa cəhd edirdi. Əmin olmamaq - onun planının bir hissəsidir. Uqolino 

Ruciyerinin  kəlləsini  gəmirir;  Uqolinonun  yuxusuna  canavarın  böyürlərini  yırtan 

itidişli  itlər  girir;  Dərddən  ağlını  utirmiş  Uqolino  öz  əllərini  gəmirir;  Uqolino 

uşaqlarının  qeyri-adi  təklifini  eşidir;  Uqolino  ikimənalı  şeirlər  deyir  və  yenidən 

düşmənin  kəlləsini  gəmirir.  Bu  hərəkətlər  dəhşətli  hadisəni  təlqin  və  ya  simvolizə 

edir.  İkili  funksiya  yerinə  yetirilir;  nağılın  bir  hissəsi  tamamlanır  və  peyğəmbərlik 

edilir. 


R.-L.Stivenson  (Etik  təcrübələr,  110)  qeyd  edir  ki,  kitabın  qəhrəmanları 

özlərində söz zəncirini ehtiva edirlər - buna qədər o, Axill və Per Qüntu, Robinzon 

Kruzo və Don Kixotu bu səviyyəyə endirir (bu bizə hörmətsizlik kimi görünür). Bu, 

dünyanın  güclülərinə  də  aiddir  -  sözlərin  bir  seriyası  -  Aleksandr,  digəri  Atilladır. 

Onda  Uqolino  haqqında  demək  lazımdır  ki,  bu,  uzunluğu  30  tersina  olan  şifahi 

parçadır. 



 

13 


Ona - adam əti yemək haqqındadır - deyə bilərikmi? Təkrar edirəm ki, biz onun 

adam  yemək  haqqında  olmasından  şübhələnməliyik,  amma  bundan  qorxmalıyıq, 

buna  şəkk  etməliyik.  Uqolinonun  müdhiş  ziyafətini  inkar  və  ya  təsdiq  etmək  onu 

müşahidə etməkdən qorxunc deyil. 

"Kitab  - onu  təşkil  edən  sözlər  deməkdir"  kəlamı, zənnimcə,çox  solğun solğun 

aksiomdur. Lakin biz hamımız nəsə orijinal bir şey yaratmağa cəhd edirik və Henri 

Ceymslə on dəqiqəlik dialoq əsas verir deyək:"qaykanı daha bərk sıxmaq lazımdır". 

Bunun  doğru  olduğunu  hesab  etmirəm;  məncə,  Dante  Uqolino  barəsində 

tersinalarında  verdiyi  məlumatdan  çox  bilmirdi.  Şopenhauerin  sözlərinə  görə,  onun 

əsas  əsərinin  birinci  cildi  yalnız  bircə  fikirdən  ibarətdir,  lakin  o,  bunu  qısaca  ifadə 

edə  bilmir.  Dante,  əksinə,  deyərdi  ki,  Uqolinonun  bütün  obrazı  mübahisəli 

tersinadadır. 

Tarix boyu real zamanda, müxtəlif alternativlər qarşısında qalan insan onlardan 

birini  seçir  və  başqalarını  unudur.  Lakin  incəsənətin  özündə  həm  ümid  və  həm  də 

şübhə  ehtiva  etdiyi  ikimənalı  dünyasında  başqa  cürdür.  Bu  dünyada  Hamlet  həm 

müdrikdir,  həm  də  dəli.  (İki  məşhur  ikimənalılığı  xatırlayaq.  Birinci  -  Kevedonun 

"qanlı  ayı",  eyni  zamanda  döyüş  meydanının  üzərindəki  ay  və  müsəlman 

bayrağındakı  Ay.  İkinci  -  Şekspirin  107-ci  sonetində  "ölən  Ay"  -  eyni  vaxtda  həm 

göydəki  Ay,  həm  də  bakirəlik  kraliçası.)  Uqolino  öz  Aclıq  Qəsrinin  zülmətində 

əzizlərinin bədənlərini tıxır ya tıxmır?  - bu həyəcanlandırıcı qeyri - müəyyənlik, bu 

inamsızlıq qəribə səhnə yaradır. 

Uqolino Dantenin gözünə ölümqabağı mümkün olan iki əzab içində göründü və 

nəsillər də onu belə gördü. 

 

Ulissin son səyahəti 

 

Mən  Dantenin  Ulissin dili  ilə  söylədiyi  (“Cəhənnəm”,XXVI)  sirli  -  müəmmalı 



rəvayəti  Komediyanın  başqa  gözlənilməz  hadisələri  işığında  müəmmalı  nağıla 

baxmaq  istərdim  («Cəhənnəm»,  XXVI).Bu  hissədə  yalançıların  cəzalandırıldıqları 

dövrənin  xarabalıqlarında  Uliss  və  Diomed  qoşadilli  alovda  əbədi  yanırlar.  Uliss 


 

14 


Vergilinin  təhriki  ilə  necə  həlak  olmasını  danışır;  deyir  ki,  o,  Sirsiyadan  ayrılanda 

(onu  bir  ildən  artıq  Qaetanın  yanında  gizlətmiş  Sirsiyadan),  nə  oğluna  olan 

məhəbbəti,  nə  də  Penelopa  olan  sevgisi  onu  dünyanı  və  insanları  qüsurları  vı 

ləyaqətləri  ilə  öyrənmək  cəhdindən  saxlaya  bilmədi.  Sonuncu,  o\gəmidə,  ona  sadiq 

olan bir qisim insanla açıq dənizə atılır; onlar Herkulesin qoca yaşlarında sütunlarını 

ucaltdığı dənizə yaxınlaşırlar. Burda, allahlardan birinin şöhrətpərəstlik və kobudluğa 

qoyduğu  hədd  nöqtəsində,  Uliss  yoldaşlarınıömürlərinin  sonunda  insanlarsız 

dünyanı,  toxunulmamış  dənizi  dərk  etməyə  inandırdı  -  antipod.  Onların  kim 

olduqlarını,  heyvan  kimi  yaşamaq  üçün  deyil,  bilik  və  hünər  axtarmaq  üçün 

doğulduqlarını xatırlatdı. Onlar əvvəlcə qərbə, sonra isə cənuba doğru hərəkət edirlər

beş  ay  okeanda  üzürlər  və  bir  dəfə  üfüqdə  tünd  rəngli  dağ  görürlər.  Bu  dağ  əvvəl 

gördüklərinin  heç  birinə  oxşamırdı...  Dənizçilər  şadlıq  edirlər.  Lakin  sevincləri 

tezliklə  pərişanlıq  hissi  ilə  əvəz  olunur,  qasırğa  qalxır  və  gəmi  üş  dəfə  çevrilir, 

dördüncü dəfədə batır; Allahın hökmü belə olur və dəniz onları ağuşuna alır. 

Əhvalat  belədir.  Şərhçilərin  çoxu  --  Florentiyalı  anonim  bir  şəxsdən  tutmuş 

Rafael Andreoliyədək, onu müəllifin kənara çıxması hesab ediblər və zənn ediblər ki, 

Uliss  və  Diomed  yalançılar  dərəsi  üçün  nəzərdə  tutulmuş  yalançılardır  («e  dentro 

dalla  for  fiamma  si  geme  Fagguato  del  caval»)  və  bu  səyahət  də  ötəri  parlaq 

uydurmadır.  Tommazeo,  əksinə,  "Civitas  Dei"dən  bir  parçanı  sitat  gətirir,  amma 

insanın  Yerin  cənub  hissəsinə  düşməsinin  mümkün  olmadığını  deyən  Kliment 

Aleksandriyskidən də sitat gətirə bilərdi; ona görə də Kazini və Pyetrobono başdan - 

başa  günah  sayılan  bu  dəniz  səyahəti  səfərini  ittiham  edirlər.  Həqiqətən  də, 

yunanların  burulğanın  onları  udmazdan  əvvəl  gördükləri  dağ  -  fanilərə  qadağan 

olunmuş Ərafın müqəddəs dağı idi ("Əraf", I). 

Hüqo Fridrix əminliklə qeyd edir ki, "səyahət fəlakətlə bitdi və ona görə yox ki, 

bu, dənizçilərin işidir, yox, sadəcə,Allahın hökmü belə oldu ("Odissey cəhənnəmdə", 

1942). 

Öz  təşəbbüsü  barədə  danışan  Uliss  bu  işi  "ağılsızlıq"  (folle)  adlandırır; 



"Cənnət"in  XXV  nəğməsində  Ulissin  səyahəti  vacco  folle  -  mənasız  və  həyasızlıq 

adlandırılır.  Epitet  Dante  tərəfindən  qaranlıq  meşədə,  Vergilinin  həyəcanlandırıcı 



 

15 


təklifindən  sonra  ("temo  che  la  venuta  pod  sia  folle")  [11]  səsləndirilir  və  o, 

bilərəkdən təkrar olunur. Dante sahilə çıxanda can verən Ulissi görür və o, deyir ki, 

üzüb yan alanlardan heç kim geri qayıda bilməyib; sonra qeyd edir ki, eyni sözləri 

Uliss özünün faciəli sonundan danışarkən deyir. 

Karl  Şteyner  yazır:  "Dante  bu  sahilə  görə  həlak  olan  Ulissi  düşünməyibmi? 

Əlbəttə, düşünüb, lakin Uliss öz gücü ilə insanlara qoyulan həddə meydan oxuyaraq, 

ona  çatmağa  çalışırdı.  Dante,  yəni  Uliss  təvazökarlıqla  silahlanaraq,  ora  ayaq 

basır.Onu lovğalıq deyil, ağıl irəli aparırdı». Avqust Ruegin («Jenseits Vorstellungen 

von  Dante»)  bu  fikridir  [13]:  “Uliss  kimi  tapdalanmamış  cığırla  yeriyən  tədqiqatçı 

Dante heç bir insanın görmədiyi dünyaları keçərək, ən çətin və ucqar hədəflərə can 

atır. Lakin burada möcüzə baş verir. Uliss qorxu hissini özündən uzaqlaşdırıb riskə 

gedərək, qadağan edilmiş macəralara doğru yola düşdü; Dante alilərin iradəsinə tabe 

olur”». 

Bunu “Komediya”nın iki çox məşhur hissəsi təsdiqləyir. Onlardan birində Dante 

bəyan  edir  ki,  3  axirət  dünyasını  ziyarət  etməyə  layiq  deyil  («Mən  nə  Eney,  nə  də 

Paveləm»),  Vergili  isə,  Beatriçenin  ona  tapşırdığı  vəzifəni  izah  edir;  ikincidə 

Kaçyaquda  [14]  Danteyə  poemanı  nəşr  etməyi  məsləhət  görür  («Cənnət»,  XVII). 

Belə  sübutlara  malik  olarkən,  hər  iki  səyahəti  -  insanlar  tərəfindən  yazılmış 

kitablardan  ən  yaxşısını  yaratmış  Dantenin  zəvvarlığı  ilə  Cəhənnəmdə  udulmuş 

Ulissin  rəğbət  oyatmayan  macərasını  müqayisə  etmək  mənasızdır.  Onun  hərəkəti 

Dantenin hünərinə tamamilə zidd görünür. 

Ancaq  belə  dəlilin  mahiyyətində  səhv  də  vardır.  Ulissin  səyahəti,  şübhəsiz, 

Ulissin öz işidir yaxud o, Ulissin şəxsiyyətinin qabaqcadan söylədiyi süjetdən başqa 

bir şey deyil. Lakin Dantenin işi onun səyahəti deyil, kitabıdır. Bu aydındır, amma 

niyəsə unudulur, bir halda ki, "Komediya" birinci şəxsin dilindən yazılmışdır və fani 

insan  ölməz  personajın  kölgəsində  qalmışdır.  Dante  ilahiyyatçı  idi  və  «Komediya» 

əsəri bir çox hallarda həm çətin idi, həm də Ulissin sonuncu səyahəti kimi təhlükəli 

və labüd idi. Dante Müqəddəs ruhun qələmilə üzdən qeyd etdiyi sirləri təsvir etməyə 

cəsarət etmişdir; onun bu proqnozu asanlıqla öz bədbəxtliyinə səbəb ola bilərdi. O, 

Beatriçe Portinarini Müqəddəs Ana və İisusla [15] müqayisəyə, anlaşılmaz, naməlum 



 

16 


və xoşbəxt Məhşər Gününün hökmünü qabaqcadan xəbər verməyə cəsarət etmiş; o, 

günahkar ataların ruhlarını simoniyada ittiham edəcək vaxtın dövr etməsini söyləyən 

Averroesanın  davamçısı  Siqeranı  xilas  etmişdir.  Və  o,  şöhrətin  ötəriliyi  haqqında 

necə qızğınlıqla danışmışdır!  



Non e il mondan romore altro ch'un fiato 

di vento ch'or vien quinci e or vien quindi 

E muta nome perche muta lato [16]. 

Bu daxili mübarizənin müxtəlif cizgiləri poemada qalır. Karl Şteyner onlardan 

birini,  Vergilinin  Dantenin  qorxusuna  qalib  gəldiyi  və  möhtəşəm  bir  səyahətə  razı 

saldığı dialoqda tapır. «Poemada Vergili ilə aparılan mübahisə, əslində, Dantenin öz 

ürəyində  gedirdi;  həmin  vaxt  o,  poemanı  yenicə  fikirləşmişdi.  Poemanın  nəşri 

məsələsinə baxıldığı “Cənnət”in XVII fəsli bu mübahisəyə uyğun gəlir. Onu bitirib, 

dərc etmək və düşmənləri qəzəbləndirmək olarmı? Amma hər iki halda öz gücünün 

dərk edilməsi və onlara qoyulmuş yüksək hədəf qalib gəldi» (XV). 

Bundan  başqa,  Dante  bu  misralarda  insanın  qəlbindəki  münaqişəni 

simvollaşdırmışdır;  düşünürəm  ki,  o,  bunu  (ola  bilsin  ki,  istəmədən  və  hətta  heç 

xəyalına  belə  gətirmədən)  Ulisslə  bağlı  faciəli  əhvalatda  əks  etdirmişdir  və  hekayə 

özünün sarsıdıcı reallığına görə bu emosional yükə borcludur. Dante özü Uliss idi və 

Ulissi yaxalamış cəzadan hardasa qorxa bilərdi. 

Sonuncu  mülahizə.  İngilis  dilində  yazılmış  iki  kitab,  Dantenin  və  dənizin  iki 

pərəstişkarı Dantenin Ulissinin bəzi təsirlərini üzərlərində hiss edib. Elliot (ona qədər 

Endryu  Lonq,  daha  əvvəl  Lonqfello)  israr  edir  ki,  möhtəşəm  Uliss  Tennison  bu 

məşhur  prototipdən  boy  verir.  Bilmirəm,  başqa  daha  dərin  oxşarlıq  gözə  çarpıbmı; 

“Cəhənnəm”dəki  Ulisslə  “Mobi  Dik”dəki  uğursuz  kapitan  Ahab.  O  da  qeyri  -  adi 

şücaət  və  ustalıqla  öz  məhvinə  can  atır,  əsas  ideya  eynidir,  final  oxşardır,  son  söz, 

demək olar ki, üst-üstə düşür. Şopenhauer yazırdı ki, biz qeyri-iradi heç nə etmirik; 

hər iki təşəbbüs dolaşıq və anlaşılmaz intihardır. 

P.S.  Deyirlər  ki,  Dantenin  Ulissi,  bir  əsr  sonra  Amerikanın  və  Hindistanın 

sahillərinə  yan  almış  məşhur  kapitanları  qabaqlayıb.  Kürən  Erik  985-  ci  ildə 

Qrenlandiyanı kəşf edib; onun oğlu Leyf XI əsrin əvvəlində Kanada sahillərinə çıxıb. 



 

17 


Dante  bunu  bilə  bilməzdi.  Skandinavlar  hadisəni  yuxu  kimi  təqdim  edərək,  sirri 

gizlətməyə çalışıblar. 

 

Rəhmdil cəllad 

 

Dante  (hamıya  məlum  olduğu  kimi)  Françeskunu  Cəhənnəmdə  yerləşdirdi  və 



sonsuz  canıyananlıqla  onun  günahının  tarixçəsini  dinlədi.  Bu  ziddiyyəti  necə 

azaltmaq, ona necə bəraət qazandırmaq olar? Dörd mümkün izaha baxaq. 

Birincisi  tamamilə  zahiri  xarakterlidir.  Dante  poemanın  ümumi  formasını 

müəyyən  edib  düşünür  ki,  onu,  həlak  olmuş  ruhların  etirafları  ilə  canlandırmasa, 

o,adların və ya coğrafi xəritələrin boş sadalanmasına çevrilə bilər. Belə bir fikir onu 

hər bir dairədə maraqlı və İtaliyada kifayət qədər maraqlı və məşhur olan günahkar 

tapmağa vadar  edir  (bu  cənablara qəzəblənmiş  Lamartin  “Komediya”nı  “Florentiya 

qəzeti”  adlandırır»).  Təbii  ki,  etiraf  təsirli  olmalı  idi;onda  risk  yox  idi,  çünki 

müəllifin  Cəhənnəm  hekayəçisi  ilə  əlbir  olduğuna  şübhə  yeri  qalmayacaq.  Bu  fikir 

(Kroçenin  böyük  ciddiyyətlə  yazdığı  teoloji  əsərinə  poeziya  sahəsindən  daşınmış), 

çox güman ki, ən çox ehtimal olunandır, amma onda nəsə çox xırda və ya kiçicik bir 

şey var ki, Dante haqqında bizim təsəvvürümüzə uyğun gəlmir. 

Bundan başqa, “Komediya” kimi belə intəhasız bir kitabın təfsiri bu qədər asan 

ola bilməzdi. 

İkinci  -  Yunqun  doktrinasına  əsasən,  ədəbi  uydurmanı  ikibaşlı  uydurmaya  tən 

tutur.  Ona  görə  də,  indi  bizim  xəyalımız  olan  şairin  gözünə  Françeskanın  və  şəxsi 

canyananlığının edamı göründü. Şopenhauer qeyd edir ki, yuxu görən gördüyünə və 

eşitdiyinə  təəccüblənə  bilər,  lakin  hər  şey,  hər  şey,  nəticə  etibarilə,  onun  ürəyində 

əvvəlcədən  olmuşdur.  Eynilə  Dante,  gördüklərinin  yuxu  və  ya  uydurma  olmasına 

acıya bilərdi. Həmçinin, demək olar ki, onun özünün cəhənnəm sərsərisi simasında 

başqalarının əksi olduğu kimi, Françeska elə şairin öz obrazıdır. Ancaq şübhələnirəm 

ki, son fikir yanlışdır, çünki kitablara və yuxulara real olanları yazmaq başqa, kitabda 

yuxunun əlaqəsizliyinə və məsuliyyətsizliyinə yol vermək bir başqadır. 


 

18 


Üçüncü fikir birinci kimi texniki xarakterlidir. Dante "Komediya"nın gedişində 

Allahın  dərkedilməz  qərarlarını  qabaqcadan  görməli  idi.  O,yalnız  özünün  qeyri  - 

kamil  ağlının  köməyi  ilə  Məhşər  gününün  bəzi  hökmlərini  müəyyən  etməyə 

ürəklənmişdi. Deyək ki, qoy  yalnız kitabda olsun, Selestinini ittiham etdi və Əbədi 

Fırlanma astrolojı tezisini müdafiə etmiş Siqer Brabantskini xilas etdi. 

Bu əməliyyatı maskalamaq üçün Dante göstərdi ki, ədalət "Cəhənnəm"də Allah 

tərəfindən idarə olunur (justitia mossa l'mio fattore) [17], amma özü üçün mərhəmət 

və  anlayış  atributlarını  saxladı.  Françeskunu  cəzalandırır  və  Françeskuya  ağlayır. 

Benedetto Kroçe bəyan edir: «Dante ilahiyyatçı, mömin, əxlaq dərsi verən vaiz kimi 

günahkarları ittiham edir, lakin onlara ürəyində bəraət qazandırır ». 

Dördüncü  fikir  daha  mürəkkəbdir.  Onu  anlamaq  üçün  bir  qədər  düşünmək 

lazımdır.  İki  müddəaya  baxaq:  birincisi  -  qatil  ölüm  cəzasına  layiqdir;  ikincisi  - 

Rodion  Raskolnikov  edama  layiqdir.  Şübhəsiz,  müddəalar  sinonim  deyil. 

Paradoksaldır, lakin elə alınır ki, konkret (real) qatillər yoxdur və uydurma (abstrakt) 

Raskolnikov  da  yoxdur,  əksinə.  “Qatillər”  konsepsiyası  ümumiləşməni  inkar  edir; 

haqqında kitabda oxuduğumuz, bizim üçün real varlıq olan Raskolnikov uydurmadır. 

Əslində, ciddi decək, «qatillər» yox, bizim ləng dilimizin bu qeyri-müəyyən dairəyə 

daxil  etdiyi  fərdlər  var  (nəticədə,  nominalist  Posselinin  və  Gilyermord  Okkamanın 

müddəası belədir). Başqa sözlə, Dostoyevskini kim oxuyubsa, özü müəyyən mənada 

Paskolnikov  olub  və  bilir  ki,  o,  öz  “cinayətində”  azad  deyil,  çünki  onu  buna 

vəziyyətin  qaçılmaz  caynaqları  gətirib  çıxarıb.  Öldürən  qatil  deyil,  oğurlayan  oğru 

deyil,  aldadan  yalançı  deyil:  bunu  məhkumlar  bilirlər  (daha  doğrusu,  hiss  edirlər). 

Nəhayət,  hər  bir  cəzada  ədalətsizlik  var.  Hüquqi  nöqteyi  -  nəzərdən  qatil  ölümə 

tamamilə layiq ola bilər - lakin öz həyatıyla məcbur olub adam öldürmüş yazıq yox, 

amma mümkündür - o, markiz de Laplas!- kainatın tarixi layiqdir. Madam de Stal bu 

fikirləri  məşhur  aforizmində  yekunlaşdırıb:  hər  şeyi  başa  düşmək  -  hər  şeyi 

bağışlamaq deməkdir. 

Françeskanın  günahından  Dante  elə  nəzakətlə və  mərhəmətlə  danışır ki,  bizim 

hamımız günah işlətməyin zəruriliyini hiss edirik. Bunu şair də hiss edirdi, dindardan 

fərqli  olaraq,  o,  sübut  etmişdi  ki,  ("Əraf",  XVI  nəğmə)  əgər  bizim  hərəkətlərimiz 



 

19 


planetlərin təsirindən asılı olsaydı, o zaman iradə azadlığı yox olardı və xeyirə görə 

mükafatlandırmaq və şərə görə cəzalandırmaq ədalətsizlik olardı. 

Dante anlayır və bağışlamır  - budur barışmaz paradoks. Mən hesab edirəm ki, 

bu, məntiqdən uzaq həll edilmişdir. Dante dərk etmirdi, amma hiss edirdi ki, insanın 

hərəkətləri qaçılmazdır və eynən əbədi həzz və ya ölüm də, onları doğuranlar üçün 

qaçılmazdır. 

Spinozanın  davamçıları  və  stoiklər,  həmçinin  iradə  azadlığını  və  əxlaq 

qanunlarını  inkar  edirdilər.  Kalvin  bəziləri  üçün  cəhənnəmi,  digərləri  üçün  səmanı 

seçir.  Salenin  "Əlquran"a  yazdığı  ön  sözündə  oxuduğuma  görə,  müsəlman 

sektalarından biri də buna tərəfdardır. 

Gördüyünüz  kimi,  dördüncü  fikir  problemləri  tükəndirmir.  Onu  xatırlatmaqla 

kifayətlənək.  Başqa  fikirlər  məntiqlidir,  amma  bu,  nə  olursa-  olsun,  mənə  həqiqət 

görünür. 

 

Dante və anqlosakson öncəgörücülər 

 

Dante  “Cənnət”in  X  nəğməsində  bildirir  ki,  Günəşin  sahəsinə  qalxır  və  bu 



planetin (Dantenin dünya nizamına görə, Günəş - planetdir) diski üzərində 12 ruhdan 

ibarət alovlanan tac görür və onlar çıxdıqları şüadan daha parlaq idilər. Birinci Foma 

Akvinat bütün digərlərinin adını çəkir. Yeddinci Qəza olur. Şərhçilər izah edirlər ki, 

söhbət Möhtərəm Bəla, Harrou monastırının dyakonu və “İngiltərənin kilsə tarixi”nin 

müəllifindən gedir. 

Ləqəb göstərir ki, VIII əsrdə yazılmış İngiltərənin ilk tarixi kilsə tarixi olub. Bu 

-  hər  şeylə  maraqlanan  bir  tədqiqatçının  və  ədəbiyyatçının  təsirli  və  dərin  şəxsi 

əsəridir.  Bəla  latınca  danışırdı,  yunan  dilini  bilirdi,  daim  Vergilinin  şeirlərindən 

istifadə  edirdi.  Onu  hər  şey  maraqlandırırdı  -ümumi  tarix,  Tövratın  təfsiri,  musiqi, 

ritorika,  orfoqrafiya,  say  sistemi,  təbiət  elmləri,  ilahiyyat,  latın  və  vətən  poeziyası. 

Lakin bəzi şeylər barədə o, bilərəkdən susurdu. İngiltərənin alman krallıqlarında İsa 

etiqadını təyin etməkdən ötrü təşəbbüs edilən inadkar missiyaları təsvir edərək, Bəla 

sakson  bütpərəstləri  üçün  500  il  əvvəl  Snorri  Sturlsonun  skandinavlar  üçün 


 

20 


etdiklərini - kitabın dindar niyyətlərini dəyişdirmədən, əcdadların miflərini təsvir edə 

və  ya  heç  olmasa,  ötəri  danışa  bilərdi.  Bəla  bunu  açıq  -  aydın  etmirdi.  Səbəb 

aydındır: din və ya almanların mifologiyası o zaman hələ sağ idi. Bəla onu unutmaq 

istəyirdi  və  istəyirdi  ki,  İngiltərə  də  həmçinin,  unutsun.  Canavarların  günəşi  və  ayı 

yedikləri  o  dəhşətli  gün  ölülərin  dırnaqlarından  hazırlanmış  gəminin  həmin  dəhşətli 

gündə  Cəhənnəmdən  çıxıb-çıxmadığını  biz  heç  vaxt  bilməyəcəyik.  Biz  heç  vaxt 

həlak  olan  allahların  səliqə  -  səhmanlı  panteon  yarada  bildiklərini  yoxsa  Qibbonun 

şübhələndiyi  kimi,  barbarların  dumanlı  xurafatı  olduğunu  bilməyəcəyik.  Bütün 

şahanə  nəsillərin  genealogiyalarında  iştirak  edən  "cujus  pater  Voden"[18]  ayin 

frazasından  və  İsa  üçün  bir,  iblislər  üçün  nisbətən  kiçik  səcdəgah  saxlamış  hansısa 

kralın işi haqqında xatırlamadan, Bəla gələcək germanistlərin marağını təmin etmək 

üçün  az  iş  gördü.  Amma  o,  Dantenin  poemasından  öncəki  başqa  dünyanın 

görüntülərini  yazmaq  üçün  real  olmuş  hadisələri  qələmə  almaq  düz  yolundan  geri 

çəkildi. 

Onlardan  birini  xatırlayaq.  Bəlanın  dediyinə  görə,  çoxlu  sayda  saksonları  dinə 

gətirmiş  irland  zahid  Fursanın  ruhu  xəstələndiyi  zaman,  mələklər  tərəfindən 

götürülür və göylərə aparılır. Yolda Fursa qara havada bir- birinin yanında yerləşən 

dörd  od  görür.  Mələklər  izah  edirlər  ki,  bu  alovlar  dünyanı  yandırır  və  Ədavət, 

Ədalətsizlik,  Yalan  və  Tamah  adlanır.  Alovlar  böyüyür,  birləşir  və  ona  yaxınlaşır. 

Fursa  qorxur,  amma  mələklər  deyirlər:  «Sən  atəşi  yandırmayınca,  o  səni 

yandırmayacaq».Və  doğrudan  da,  mələklər  alovu  kənar  etdilər  və  Fursa  möcüzələr 

gördüyü  cənnətə girdi.  O,  Yer  kürəsinə qayıdanda  alov onu  yenidən hədələdi,  iblis 

günahkarın qızarıncaya qədər qızdırılmış qəlbini ona atdı və o,Fursanın sağ çiynini 

və  çənəsini  yandırdı.  Mələk  dedi:  "Bu  atəş  sən  tərəfindən  yandırılmışdı.  Yer 

kürəsində  sən  günahkardan  paltar  götürdün  və  budur,  sən  cəzalandın".  Xəyalında 

aldığı yanıqlar ölənə qədər Fursada qaldı. 

Başqa bir xəyala Nortumbriyalı Drikthelm layiq görüldü.O, bir neçə gün xəstə 

yatdıqdan sonra axşama yaxın ölür, lakin səhər çağı dirilir. Həyat yoldaşı yatağında 

oyaq idi; Drikthelm danışır ki, o, həqiqətən ölülər arasında olub və dirilib, indi artıq 

başqa cür yaşamağı qərara alıb. Dua etdi, öz varidatını üç yerə ayırdı. Bir hissəsini 



 

21 


arvadına,  ikincini  uşaqlarına  verdi,  üçüncünü  isə  kasıblara  payladı.Hamı  ilə 

xudahafizləşərək  monastıra  gedib,  orada  sürdüyü  sərt  həyatı  arzulayanlara  və  o  da 

ölüm gecəsi gördüyü dəhşətli şeyləri bir şahid kimi əzabkeşlərə nəql etdi. O, deyirdi: 

«Parlaq  üzü  və  paltarı  olan  bir  mələk  məni  apardı.  Biz  dinmədən  gedirdik,  məncə, 

şimal - şərq tərəfə. Dərin, geniş və nəhayətsiz dərəyə düşdük. Solda od, sağda qar və 

dolu gasırğası. Qasırğa günahkar ruhları bir tərəfdən digər tərəfə qovurdu, bədbəxtlər 

alovdan qorunaraq buzlu şaxtaya düşürdülər və bu hal hey davam edirdi. Düşündüm 

ki,  bu  amansız  yer,  yəqin  ki,  cəhənnəmdir,  amma  bələdçim  dedi:  „Sən  hələ 

cəhənnəmdə deyilsən”. İrəli keçdi, qaranlıq qatılaşdı, mən yalnız mələyin parıltısını 

gördüm.  Qara  alovun  sonsuz  halələri  dərin  uçurumdan  qalxırdı  və  ora  düşürdü. 

Bələdçi  məni  atdı,  mən  başqa  ruhlarla  dolu  saysız  -  hesabsız  halələrin  arasında 

qaldım,  uçurumdan  üfunət  iyi  gəlirdi.  Dəhşət  məni  götürdü  və  mənə  sonsuz  kimi 

görünən vaxtdan sonra, arxamda təsəllisiz şikayətlər və acı qəhqəhələr eşitdim, sanki 

qara camaat düşmən əsirlərini ələ salırdı. Şadyanalıq edən və qəzəbli iblislər zülmət 

mərkəzinə beş alman ruhu sürüdü. Katolik ruhaniləri kimi, birinin başında qırxılmış 

yer var idi, digəri qadın idi. Ruhlar uçurumda yox oldular; insan fəryadları iblislərin 

qəhqəhəsiylə birləşdi və mənim qulaqlarımda hər şey bir - birinə qarışdı. Qara ruhlar, 

alovun  dibindən  çıxıb,  məni  mühasirəyə  aldılar,  baxışlarıyla  və  atəşlə  hədələdilər, 

amma  toxunmağa  qərar  vermirdilər.  Düşmənlərlə  və  qaranlıqla  mühasirəyə  alınmış 

vəziyyətdə,  müdafiəsiz  qalmışdım.  Bir  ulduzun  böyüyərək  və  yaxınlaşaraq  yolla 

hərəkət etdiyini gördüm. İblislər qaçdılar və ulduzun mələk olduğunu gördüm. Mən 

sağa  döndüm  və  biz  cənuba  getdik.  Qaranlıqdan  işığa,  işıqdan  parıltıya  çıxdıq, 

sonsuz hündür divar gördük və kənarı ilə getdik. Nə darvaza, nə pəncərə var idi, mən 

ona niyə yaxınlaşdığımıı başa düşmədim. Birdən, necə oldu, bilmədim, biz yuxarıya 

qalxdıq  və  xoş  çiçəkli  çəmən  gördük,  onun  ətri  cəhənnəmin  üfunətini  kəsdi. 

Çəməndə ağ fiqurlar var idi; bələdçi məni bu xoşbəxtlər yığıncağına gətirdi və mən 

düşündüm ki, bura, haqqında şox eşitdiyim göy çarlığı olmalıdır, amma mələk dedi: 

„Sən  hələ  səmada  deyilsən".  Uzaqdan  gözqamaşdırıcı  işıq,  əvvəlkindən  daha güclü 

nəğmə  və  valehedici  ətir  qoxusu  gəlirdi.  Mən  anlayanda  ki,  biz  artıq  bu  çox  gözəl 

yerdəyik, bələdçi  çəkildi, məni  uzun  yolla  geri  qayıtmağa  məcbur etdi. Sonra  mənə 



 

22 


izah etdilər ki, atəş və buz olan dərə - məhşərdir, uçurum - cəhənnəmin ağzı, çəmən - 

əxlaqlı  adamların  (möminlərin)  Məhşər  gününü  gözlədikləri  yer,  musiqi  və  işıq 

dünyası - göy çarlığıdır. “Və sən indi öz bədəninə qayıdacaqsan, yenidən insanların 

arasında  yaşamağa  başlayacaqsan,  əgər  mömin  kimi  yaşayacaqsansa,  çəmənə  və 

sonra səmaya düşəcəksən, - mən səni, sənin taleyinin necə olduğunu soruşmaq üçün 

məkanda  tərk  etdim",  -  mələk  əlavə  etdi.  Fursa  üçün  bədəninə  qayıtmaq  ağır  idi, 

amma o, mübahisə etmədi və Yer kürəsində oyandı.  

Bu  əhvalatda  "Komediya"dan  səhnələri  xatırladan  epizodları  (asanlıqla 

fərqləndirmək  mümkündür.  Rahib  özünün  yandırmadığı  odda  yanmır;  Beatriçe  də 

eynilə  bu  qayda  ilə  dəhşətli  od  üçün  əlçatmazdır  ("ne  fiamma  d'esto  incendio 

m'assale popu (keşişi)" [19] - "Cəhənnəm", II). 

Dərədə dolu və buz qasırğasının günahkarları edam etməsi sonsuz görünürdü, - 

üçüncü  dairədə  belə  cəzadan  epikürçülər  (acgözlər)  əzab  çəkirlər.  Nortumbriyalı 

mələk  onu  tərk  edəndə  ümidsizliyə  qapılır  -  Dantedə  Vergili  ilə  bağlı  əhvalatda 

("Virgilio a qui per mia salute die mi" [20] - "Əraf", XXX) olduğu kimi. 

Drikthelm divarın üzərinə necə qalxdığını bilmir; Dante isə - o kədərli Axeronu 

necə keçdiyini. Bu hadisələrdə ən maraqlısı - mən əlbəttə, hamısını xatırlatmadım - 

Bəlanın  nağıla  daxil  etdiyi  detallardır;  onlar  qeyri  -  adiliyə  bir  inandırıcılıq  verir. 

Yanıqların silinməzliyini, mələyin insanın fikirlərini oxumaq qabiliyyətini xatırlamaq 

kifayətdir;  hərçənd  o  susur,  amma  nortumbriyalının  yüksək  divar  görəndə  zarıltı  və 

gülüş  səsləri  eşitdiyini  bilir.  Ehtimal  ki,  bu  detallar  tarixçiyə  şifahi  ənənə  ilə 

çatdırılmışdır.  Burada  Dante  üçün  tipik  sayılan  şəxsi  olanla  gözəlliyin  ittifaqınına 

şübhə yoxdur və bunun alleqorik ədəbiyyatın qanunları ilə heç bir əlaqəsi yoxdur. 

Görəsən, Dante nə vaxtsa «İngiltərə tarixi»ni oxuyubmu? Çox güman ki, yox. O, 

Bəlanı ( bu ad şeir üçün tamamilə uyğundur) ilahiyyatçılar dairəsinə daxil edir, lakin 

bu, az şeyi sübut edir. Orta əsrlərdə etimad böyük idi  - Homerin Ovidi, Horatsi və 

Lukandan yüksək olduğunu bilmək üçün naməlum dildə yazılmış “İliada”nı oxumaq 

vacib  olmadığı  kimi,  anqlosakson  doktorunun  da  nüfuzunu  etiraf  etmək  üçün  onu 

oxumağa  ehtiyac  yox  idi.  Başqa  müşahidələr  də  yerinə  düşür.  Bizim  üçün  Bəla 


 

23 


tarixçi, orta əsrlər oxucusu üçün müqəddəs kitabların şərhçisi, ritorik və xronoloq idi. 

O dövrdə dumanlı olan İngiltərə tarixi Danteni xüsusi maraqlandıra bilməzdi. 

Dantenin  Bəlada  təsvir  olunan  xəyali  dünya  barədə  bilib  -  bilməməsi,  onları 

Bəlaya  daxil  edərək  əbədiləşdirməyini  qərara  almasından  az  əhəmiyyətli 

idi.”Komediya”  kimi  başqa  böyük  kitablar  da  təcrid  olunmış  bir  fərdin  təsadüfi 

şıltaqlığı deyil, onları insanlar və nəsillər yaradır. Sələfləri araşdırmaq hüquqi və ya 

polis tədqiqi xarakterli utandırıcı bir iş görmək demək deyil; bu, hərəkətləri, iddiaları, 

keçmişdə  insan  ruhunun  təbiətini,  onun  macəralarını  aydınlaşdırmağa  çalışmaq  və 

gələcəyin həyəcanlı və sevincli müjdəçilərini tapmaq deməkdir. 

 

Əraf, I nəğmə, 13-cü şeir 

 

Bütün mücərrəd sözlər kimi, "metafora" sözü də tərcümədə çox aydın olmayan 



elə  metaforadır.  O,  ümumiyyətlə,  iki  termindən  ibarətdir.  Bir  andaca  biri  o  birinə 

çevrilir.  Belə  ki,  sakslar  dənizi  "balinaların  yolu"  və  ya  "qu  quşlarının  yolu" 

adlandırırdılar. Birinci halda  balinanın  möhtəşəmliyi  dənizin möhtəşəmliyinə uyğun 

idi, ikincidə - kiçik qu quşu dənizin genişliyi ilə ziddiyyət təşkil edirdi. Biz heç vaxt 

bu metaforaları yaradanların belə əlaqələrə fikir verib - vermədiklərini bilməyəcəyik. 

"Cəhənnəm"in  I  nəğməsinin  60-cı  şeirində  oxuyuruq:  “mi  ripugnera  la  dore'l  sol 

tace" ("məni günəşin susduğu yerə itələyirdi"), "Günəşin susduğu yer" - akustik feil 

vizual  obrazı  ifadə  edir.  Məşhur  "Eneida"  hekzametrini  xatırlayaq  -  "…  a  Tenedo, 

tacitae  per  arnica  silentia  lunae"  ("…  Ayın  səssizliyi  zamanı  Tenedosuya  [21],  öz 

dostuna").  Amma  indi  mən  iki  terminin  birləşməsini  deyil,  üç  sətri  tədqiq  etmək 

istəyirəm. 

Birinci  -  «Əraf»ın  I  nəğməsinin  13  -  cü  şeiri  -  «doice  color  d'oriental  zaffiro» 

[22]. Buti deyirdi ki,  sapfir tünd göy  rəngli, göz oxşayan bahalı daşdır, Şərq  sapfiri 

isə, onun Midiyada rast gəlinən başqa bir növüdür. Beləliklə, Dantedə Şərqin rəngi 

Şərq  sapfirinin  rəngi  ilə  müəyyən  edilir.  Burada  tamamilə  sonsuz  ola  biləcək  söz 

oyununa çağırılır. Oxşar quruluşu mən Bayronun “Yəhudi melodiyaları”nda tapdım- 

«She walks in beauty, like the night» («O, gəlir; gecə kimi gözəldir»): bu şeiri qəbul 


 

24 


etmək üçün gecəyə bənzəyən qarabuğdayı ucaboy qadını, gecəni isə, öz növbəsində, 

hündür qarabuğdayı qadın kimi təsəvvür etmək lazımdır və s.və i.a. 

Üçüncü  nümunə  Robert  Brauninqdəndir.  O,  nəhəng  “Üzük  və  kitab”  dramatik 

poemasının ithafına belə bir şeir daxil edib: «O line love, half angel and half bird» 

[23]. 

Şair  burada  mərhum  arvadını  yarımələk  -  yarıquş  adlandırır,  lakin  mələk  elə 



artıq quşdur və, beləliklə, sonrakı xırdalamaların sonsuz ola biləcəyi aydındır. 

Bilmirəm, bu təsadüfi kampaniyaya Miltonun mübahisəli şeirlərini daxil etmək 

olarmı («İtirilmiş cənnət », IV, 323) - «the fairest of her daughters, Eve» («Yeva, öz 

qızlarından  ən  gözəli  »),  -  şeir  ağıl  üçün  mənasız  söz  yığınıdır  -  cəfəngiyyatdır, 

təxəyyül üçün isə, çox güman ki - yox. 

 

Simurq və Qartal 

 

Doğrusu, başqa varlıqlardan təşkil edilmiş varlıq, deyək ki, quşlardan yaradılmış 



quş  haqqında  fikir  kimi  diksindirməz  ki?  (Analoji  olaraq,  Leybnitsin 

"Monadologiya"sında oxuyuruq ki, dünya saysız - hesabsız dünyalardan ibarətdir, öz 

növbəsində, onlar da dünyalardan ibarətdir və beləcə, sonsuzluğa qədər). Belə xülasə 

edilmiş problem, ehtimal ki, məcburi olmasa da, bayağı qərarları özündə ehtiva edir. 

Mən  deyərdim  ki,  "Eneida”nın  dördüncü  nəğməsində  Şöhrətin  (daha  doğrusu, 

Qalmaqal  və  ya  Şayiənin)  alleqoriyası  çoxlu  lələk,  göz,  dil  və  qulaqlarla  onu 

tükəndirir  - "Monstrum Horrendum ingens" [24]. Və ya insanlardan düzəldilmiş üz 

və  əsayla  silahlandırılmış  qəribə  çar  obrazının  "Leviafan"ın  titul  vərəqini 

doldurmasını götürək… 

Frensis  Bekon  ("Təcrübələr",  1625)  Çoser  və  Şekspirin  təqlid  etdikləri  bu 

obrazlardan  birincisini  tərifləyirdi.  Bu  gün  isə,  heç  kim  bu  "Şayiə"ni  Heyvan 

Axerontadan  yuxarı  qoymayacaq.  "Tundala  xəyalı"nın  50  -  dən  artıq  əlyazmasına 

əsasən, onun qarnında itlər, ayılar, şirlər, canavarlar və ilanların didib - parçaladıqları 

günahkarlar  var.  Başqa  -  başqa  varlıqlardan  təşkil  olunmuş.  Varlığın  mücərrəd 

təsəvvürü, görünür, yaxşı heç nədən xəbər vermir; hərçənd ki, o, qeyri  - adi şəkildə 


 

25 


olsa  da,  Qərb  ədəbiyyatının  və  eləcə  də  Şərq  ədəbiyyatının  ən  yadda  qalan 

fiqurlarından birinə uyğun gəlir. Mən bu möcüzəli uydurmaları təsvir etmək istərdim. 

Onlardan biri İtaliyada, digəri -, Nişapurda yaranıb. 

Birinci “Cəhənnəm”in XVIII nəğməsindədir. Dante konsentrik göylərdə səyahət 

edərkən Beatriçenin gözlərində xüsusi sevinc, gözəlliyində xüsusi parlaqlıq müşahidə 

edir və anlayır ki, o, Marsın tünd qırmızı səmasından Yupiterin səmasına qalxıb. Göy 

varlıqları  bu  sferanın  məftunedici  yerində,  ağ  şüalarda  uçur  və  müntəzəm  olaraq 

"Diligite justitiam" [25] frazasının hərflərini və sonra qartalın (əlbəttə, Yer quşunun 

surətini  deyil,  birbaşa  ruh  tərəfindən  yaradılmışın)  başını  yaradır.  Ədalətli 

hakimiyyətin simvolu olan Qartal bərq vurur, o, min ədalətli hökmdardan ibarətdir, 

o,  “mən”  əvəzinə  “biz”  işlədərək,  İmperiyanın  rəmzi  kimi,  onların  adından  danışır 

(«Cənnət»,  XIX).  Dante  belə  bir  qədim  problemdən  əziyyət  çəkir:  Hind  sahilində 

doğulmuş  əxlaqlı  adamı  dinsizliyinə  görə  ittiham  etmək  ədalətlidirmi,  axı,  o,  İsanı 

tanıya  bilməzdi?!  Qartal,  Allah  kəlamlarında  qəbul  edildiyi  kimi,  dumanlı  cavab 

verir; kobud suallara görə qınayır, təkrarlayır ki, Etiqad qurtuluşsuz ağlasığmazdır və 

işarə  edir  ki,  Allah  bəzi  xeyirxah  bütpərəstləri  bu  inama  gətirə  bilər.  Bildirir  ki, 

imperator Trayan və Rifey xoşbəxtlərin arasındadır (Pompeo Venturi Rifey seçimini 

ittiham  etdi.  Vergili  Rifeyi  troyalılardan  ən  ədalətlisi  adlandırdı  və  onun  ölümünü 

təsvir  edərək:  "Dies  alitur  visum"  [26]  dedi.  Bütün  ədəbiyyatda  Rifeyin  heç  izi  də 

yoxdur. Ola bilsin, Dante elə tanınmamasına görə onu seçib). 

Kiməsə  "Komediya"nın  ən  böyük  obrazlarından  birini  üstələməyi  bacarması 

bəlkə də inanılmaz görünər - ancaq bu baş verdi. 

Dantedən  bir  əsr  əvvəl  sufi  sektasından  olan  fars  Fərid-əl-Din-Əttar  qəribə 

Simurqu  yaratdı  -  bu  obraz  (Otuz  quş)  -  Danteninkindən  [27]  daha  dəqiq  və  geniş 

obrazdır. 

Fərid - əl - Din - Əttar zümrüdü və qılıncları ilə məşhur olan Nişapurda dünyaya 

gəlib.Əttar  farsca  “əczaçı”  deməkdir.  "Şairlərin  yaddaşları"nda  oxuyuruq  ki,  onun 

peşəsi  əttarlıq  olub.  Bir  dəfə  onun  dükanına  bir  dərviş  gəlir,  şüşə  qablara  və 

qarışıqlara  göz  gəzdirir  və  ağlayır.  Təşvişə  düşmüş  və  təəccüblənmiş  Əttar  soruşur 

ki, nə məsələdir. Dərviş cavab verir: "Getmək mənim üçün heç bir şeydir, mənim heç 



 

26 


bir  şeyim  yoxdur.  Sənə  isə,  əksinə,  gördüyüm  bu  xəzinə  ilə  vidalaşmaq  lazımdır". 

Əttarın ürəyi qətrana döndü. Dərviş getdi, növbəti gün Əttar dükanını və bu dünyanın 

işlərini atdı. Məkkəyə getdi, Misiri keçdi, Suriyanı, Türküstanı, Hindistanın şimalını 

gəzdi;  qayıdandan  sonra  bütün  varlığı  ilə  həyatını  Allahın  dərk  edilməsinə  və 

ədəbiyyata  həsr  etdi.  Deyirlər,  özündən  sonra  20  min  beyt  qoyub  gedib.  Onun 

kitabları  belə  adlanır:  "Bülbüllər  kitabı  ",  "Ziddiyyət  kitabı",  "Məsləhət  kitabı", 

"Sirlər  kitabı",  "İlahi  nişan  kitabı",  "Müqəddəslər  haqqında  xatirələr",  "Padşah  və 

qızılgül",  "Möcüzələrin  xəbər  verilməsi"  və  ayrıca  "Quşların  söhbəti"  ("Məntiq  əl-

Tahir"). 

Ömrünün  son  illərində  (deyirlər  ki,  o,  110  il  yaşayıb)  həyatın  bütün 

ləzzətlərindən, eləcə də poeziyadan əl çəkib. Onu Çingiz xanın oğlu Tulenin əsgərləri 

öldürüb.  Nəzərdə  tutduğum  obraz  "Məntiq  əl-Tahir"in  əsasıdır.  Poemanın  süjeti 

belədir.  Quşların  şahı  Simurq  parlayan  lələyini  uzaq  Çinin  mərkəzində  salır. 

Çoxdandır anarxiyadan yorulmuş quşlar qərara alırlar ki, quşlar padşahını tapsınlar. 

Bilirdilər ki, onun adının mənası “Otuz quş” deməkdir; bilirdilər ki, onun sarayı Yer 

kürəsini qucaqlamış dairəvi Qaf dağındadır. Onlar, demək olar ki, sonu olmayan bir 

yola çıxdılar, yeddi uçurum və ya dəniz keçdilər, sonuncudan əvvəlki Başgicəllənmə, 

sonuncu  Həlak  (Ölüm)  adlanırdı.  Yolçuların  bəziləri  qaçdılar,  digərləri  qaldı.  Öz 

əməyi  ilə  təmizlənmiş  otuz  quş  Simurq  dağına  gəldilər.  Nəhayət,  onu  gördülər; 

anladılar ki, Simurq onların özləridir, hər biri ayrı-ayrılıqda və hamısı birlikdə. 

Qartal  və  Simurqun  fərqi  oxşarlıqlarından  çox  aydın  deyil.  Qartal  yalnız 

inanılmazdır,  Simurq  -  təsəvvür  olunmayandır.  Qartalı  təşkil  edən  fərdlər  onda 

itmirlər  (David  -  göz  bəbəyi,  Trayan,  Ezekiya  və  Konstantin  -  qaşlardır).  Simurqa 

baxan quşlar özləri Simurqdurlar. Qartal - onadək olan hərflərin ani simvoldur; onu 

yaradan  ruhlar  özləri  olmağı  tərgitmirlər;  çoxmənalı  Simurq,  demək  olar  ki, 

anlaşılmazdır.  Qartalın  arxasında  -  İsrailin  və  Romanın  Allahı,  sehrli  Simurqun 

arxasında - panteizm durur. 

Son qeyd. Simurq haqqında təmsildə təxəyyülün gücü diqqətəlayiqdir, səyahətin 

coğrafiyası  az  aydındır  (hərçənd,  reallıq  az  deyil).  Səyyahlar  naməlum  hədəfi 

axtarırlar; yalnız sonda açıqlanan bu hədəf həqiqətən çox gözəl olmalıdır və pərsəng 



 

27 


görünməməlidir.  Müəllif  çətinliyi  klassik  gözəlliklə  həll  edir:  axtarılan  elə 

axtaranların  özləridir.  Eləcə  də,  David  --  özü  Natanın  ona  danışdığı  əhvalatın 

naməlum qəhrəmanıdır (Samuilin II kitabı, 12); beləcə (De Kvinsinin fikrincə), Fiva 

sfinksi,  ümumiyyətlə,  Edipə  tapmacanı  insan  haqqında  yox,  Edipin  özü  haqqında 

verir.  

 

Yuxuda görüş 

 

Dante Ərafın sıldırım terraslarını və dəhşətli dairələri geridə qoyaraq, nəhayət, 



Yer  Cənnətində  Beatriçeni  görür.  Güman  etməyə  cəsarət  edirəm  ki,  bu  səhnə 

(şübhəsiz, ədəbiyyatda ən maraqlılarından biri) “Komediya”nın nüvəsidir. Mən bunu 

izah  etmək  və  alimlərin  dediklərindən  nəticə  çıxarmaq,  bir  sıra  psixoloji  xarakterli 

(ehtimal ki, yeni) fikirlər təqdim etmək istəyirəm. 

Dante  1300  -  cü  il  aprelin  13  -  də,  səyahətin  axırıncıdan  əvvəlki  günündə  öz 

əsərini bitirərək, Əraf dağının tacı Yer Cənnətinə daxil olur. O, müvəqqəti və əbədi 

alovu görür, alov divarını yarıb keçir, onun iradəsi azad və sadiqdir. Vergili onu tac 

və əsa ilə mükafatlandırır. 

O,  qədim  bağın  cığırları  ilə  bütün  çayların  ən  şəffafı  olan  çaya  enir,  hərçənd 

ağaclar  ona  Günəş  və  Ayı  əks  etdirməyə  mane  olur.  Havadan  musiqi  səsi  gəlir  və 

başqa  sahilə  sirli  nümayiş  yaxınlaşır.  Qabaqda  24  ağ  geyimli  qoca  və  qanadlarının 

üzəri gözlərlə dolu olan 4 altıqanadlı heyvan zəfər arabasında gəlirlər, ondakı qrifon 

diqqəti  cəlb  edir;  arabadan  sağda  üç  qadın  rəqs  edir,  biri  elə  kürəndir  ki,  sanki 

alovdur; solda - tünd qırmızı paltarlı dörd qadın, birinin üç gözü var. Arabadan alov 

rəngli  donda  bir  qadın  düşür.  Dante  onu  görmədən  belə,  hisslərinin  təlaşından  və 

qanının  coşmasından  anlayır  ki,  bu,  Beatriçedir.  Cənnətin  astanasında  Florensiyada 

dəfələrlə  duyduğu  sevgi  hissi  varlığına  hakim  kəsilir.  O,  nədənsə  qorxmuş  uşaq 

sayağı, Vergilinin müdafiəsini axtarır, lakin o, artıq yox olub. 



Ma Virgilio n'avea lasciati scemi 

di se, Virgilio dolcissimo padre 

Virgilio a cui per mia salute die mi [28] 

 

28 


Beatriçe  hökmlə  onun  adını  çağırır.  Deyir  ki,  Vergilinin  getməyinə  yox,  öz 

günahına  ağlamaq  lazımdır.  İstehzayla  soruşur  ki,  o,  bu  xoşbəxtlərin  monastırına 

necə  daxil  olub.  Havada  mələklər  doludur  -  Beatriçe  onlara  Dantenin  yanlış 

fikirlərini  amansızcasına  sadalayır.  Deyir  ki,  ona  yuxuları  nahaq  yollayırdı,  o,  elə 

alçalıb,  düşükləşib  ki,  onu  yalnız  günahkarların  əzablarını  göstərib  xilas  etmək 

mümkün  idi.  Nağıl  varlıqlar  qulaq  asırdı;  Beatriçe  peşman  olduğunu  açıq  etiraf 

etməyi  tələb  edirdi.  Dante  utancaq  gözlərini  yerə  dikmişdi,  nəsə  kəkələyirdi  və 

ağlayırdı…  Belədir  Cənnətdə  Beatriçe  ilə  görüşün  zavallı  səhnəsi.  Teofil  Sperri 

(«Einfuhning in die Gottliche Komodie [29] 1946) qeyd edir: «Şübhəsiz, Dante özü 

başqa  cür  qəbul  gözləyirdi.  Bundan  əvvəlki  nəğmələrdə  heç  nə  şairin  həyatında  ən 

böyük təhqiri yaşayacağına işarə etməmişdi ». 

Şərhçilər  səhnədəki  fiqurların  şifrəsini  bir  -  birinin  ardınca  açdılar:  əvvəllər 

Apokalipsisdə  xatırladılan  24  qoca  (4,  4)  -  Əhdi  -  ətiqin  24  kitabıdır  (Müqəddəs 

İeronimə  görə).  Altıqanadlılar  -  yevangelistlər  (Tommaseo)  yaxud  Yevangeliyadır 

(Lomçardi).  6  qanad  -  6  qanun  (Pyetro  di  Dante)  yaxud  Təlimin  məkanın  6 

istiqamətinə  yayılmasıdır  (Françesko  da  Buti).  Araba  -kilsə,  2  təkər  -2  vəsiyyət 

(Buti) yaxud fəal həyat və əyat (Benvenuto d-İmola), yaxud Müqəddəs Dominik və 

Müqəddəs  Fransisk  («Cənnət»,  XII),  yaxud  Ədalət  və  Şəfqət  (Luici  Ptetrobono). 

Qrifon (Şir və Qartal) - İsa (insan təbiəti ilə Sözün ittifaqına görə); Didron Qrifonu 

«baş  kahin-qartal  kimi  əmrlər  arxasınca  Tanrının  taxtına  qalxan  və  imperator  Şir 

kimi  qüvvə  və  cəsarətlə  Yer  kürəsinə  enən»  Papa  hesab  edir,  sağda  rəqs  edən 

qadınlar - teoloji comərdlik [30]; solda rəqs edənlər - təbiilik [31]. Üçgözlü qadın - 

keçmişi, indini və gələcəyi görən ağıl. Beatriçe çıxır, Vergili isə itir, beləliklə, Ağıl 

yerini  İnama  verir.  Vitaliyə  görə,  burada  habelə  klassik  mədəniyyətin  xristianlıqla 

əvəz edilməsi var. 

Sadaladıqlarımın  yozumu,  şübhəsiz  ki,  mümkündür.  Məntiqi  olaraq  (amma 

poetik deyil) onlar sadalanan qeyri - müəyyən xassələrə kifayət qədər aydınlıq gətirir. 

Karl  Şteyner,  onlardan  bəzilərini  bəyənib,  yazır:  "Üçgözlü  qadın  -  bədheybətdir, 

amma  şair  poeziyanın  tələblərinə  tabe  olmadı;  onların  simalarını  çəkməkdənsə, 

Yaxşılıqlar  göstərmək  daha  əhəmiyyətli  idi.  Birinci  yerdə  dahi  rəssamın  qəlbində 



 

29 


incəsənətə  deyil,  Allaha  sevginin  olması  bunun  mübahisəsiz  sübutu  idi".  Vitali  bu 

fikri qızğınlıqla bölüşür:  "Alleqoriyaya  cəhd  Danteni şübhəli gözəlliyin  obrazlarına 

gətirib çıxardı». 

Məncə, iki şey şübhəsizdir. Dante prossesiyanın gözəl olmasını istəyirdi («Non 

che Roma di carro cosi bello rellegrasse Affricano» [32] - «Əraf», XXIX), amma o, 

mürəkkəb  və  eybəcər  alınmışdır.  Arabaya  qoşulmuş  qrifon,  gözlü  qanadları  olan 

heyvanlar,  yaşıl  qadın,  qırmızı  qadın,  üçgözlü  qadın,  girişdə  yatan  qoca  - 

cənnətdənsə,  cəhənnəm  dairələrinin  təsviri  üçün  daha  münasib  görünürlər.  Bəzi 

fiqurların  («ma  leggi  Ezechiel  che  li  dinigne»)  [33]  peyğəmbərlərin  kitablarında, 

başqalarının  Apokalipsisdə  xatırlanmasına  gəldikdə  isə,  bu,  dəhşəti  azaltmır.  Mən 

ona  görə  belə  hesab  etmirəm  ki,  XX  əsrdə  yaşayıram:  başqa  səhnələrdə 

bədheybətlərin Cənnəti yoxdur. 

Beatriçenin  sərtliyini  bütün  şərhçilər  pisləyirdilər;  bəziləri  bəzi  emblemlərin 

biabırçılığını  ittiham  edirdi.  Hər  iki  anormallığın,  məncə,  bir  mənşəyi  var.  Mən, 

əlbəttə, yalnız güman edirəm; bir neçə sözlə izah edəcəyəm. 

Aşiq  olmaq  -  deməli,  Allahın  səhv  edə  biləcəyi  bir  din  yaratmaqdır.  Dantenin 

Beatriçeni ilahiləşdirdiyini inkar etmək mümkün deyil; onun ona bir dəfə gülməsinə 

və bir başqa vaxt itələməsinə gəldikdə, bu, "Vita nuova"da [34] qeyd edilib. Bəziləri 

iddia  edirlər  ki,  guya  başqa  şeylər  də  olub  və  bu,  onda  mənim  həmin  sevginin 

cavabsız və  mövhumatçı  olmasına  dair  əminliyimi  möhkəmlədir.  Beatriçe öldükdə, 

Dante  həmişəlik  onu  itirdi  və  kədərini  azaltmaq  üçün,  sevgilisini  təsəvvüründə 

qarşılamaq istədi; məncə, o, bu görüşü ora yerləşdirmək üçün öz poemasının üçqatlı 

məbədini  ucaltdı.  Amma,  həmişəki  kimi,  yuxu  kədərli  maneələrlə  tutqunlaşdı.  Bu, 

Dantedə  də  belə  oldu;  həmişəlik  itirdiyini  xəyal  edirdi,  amma  Beatriçe  onun 

yenilməz,  əlçatmaz  yuxusuna  girdi,  şir  qoşulmuş  arabada  -Beatriçenin  baxışları 

altında şir ya tamamilə şirə, ya da tamamilə qartala çevrilir. Belə şeylər qabaqcadan 

qarabasmadan xəbər verə bilər; və bu, növbəti nəğmədə baş verir. Beatriçe yox olur, 

qartal, tülkü və əjdaha arabaya hücum edir, təkərlər və ox lələklərlə örtülür, arabada 

yeddi  baş  böyüyür,  Beatriçenin  yerini  nəhəng  və  azğın  tutur…  (Şərhçilər  fikir 


 

30 


verirlər  ki,  bu  əcaiblik  əvvəlki  "gözəlliyin"  tərs  üzüdür.  Əlbəttə  belədir,  amma, 

mənalıdır…). 

Alleqoriya  kimi,  qartalın  hücumu  xaçpərəstlərin  ilk  təqiblərini  simvollaşdırır, 

tülkü - bidətdir, əjdaha - İblisdir (və ya Məhəmməd, və ya Antixrist), başlar - yeddi 

günahdır (Benvenuto d'İmola), Nəhəng - (Fransanın kralı IV Gözəl Filippdir) [35]. 

Beatriçe Dante üçün nəhayətsiz dərəcədə çox şey demək idi. Dante isə, Beatriçe 

üçün - çox az, ola bilər ki, heç nə... Biz hamımız şair üçün unudulmaz olan bu kədərli 

fərqi unudaraq,  Dantenin sevgisinə  çox güclü pərəstiş  etməsi fikrindəyik.  Təsəvvür 

edilən  görüşü  oxuyuram,...  təkrar  oxuyuram  və  İkinci  dairənin  burulğanında 

Aligyerinin gözünə görünən  iki  məşuq haqqında  - xoşbəxtliyin  dumanlı simvolları, 

əlçatmaz Dante haqqında düşünürəm, hərçənd, özü, ola bilər ki, bunu anlamırdı və bu 

haqda  düşünmürdü.  Mən  öz  Cəhənnəmlərində  həmişəlik  («Questi,  che  mai  da  me 

non  fia  diviso»)  [36]  birləşdirilmiş  Françeska  və  Paolo  haqqında  düşünürəm, 

sevgiylə, həyəcanla, heyranlıqla, qibtə ilə düşünürəm. 

 

Beatriçenin son təbəssümü 

 

Mənim  məqsədim  ədəbiyyatda  ən  ehtiraslı  şeirləri  şərh  etməkdir.  Onlar 



“Cənnət”in XXXI nəğməsindədir, məşhur olmasına baxmayaraq, görünür ki, heç kim 

onlardakı  həqiqi  faciəni  hiss  etməyib.  Görünür,  “nəğmələrdəki”  əsl  faciəni  heç  kəs 

duymayıb...  Şübhəsiz,bunların  mahiyyətindəki  fəcilik  daha  çox  Danteyə  aiddir, 

poemanın qəhrəmanı Danteyə yox, müəllif Danteyə. Vəziyyətə bir baxın. Dante Əraf 

dağının  zirvəsində  Vergilini  itirir.  Gözəlliyi,  onların  çatdıqları  hər  yeni  qatda  artan 

Beatriçe və Dante bir-birinini ardınca onları keçirlər, hələlik hər şeyi əhatə edən İlkin 

hərəkətvericiyə qalxmırlar. Dantenin ayaqlarının altında - hərəkətsiz ulduzlar, onların 

üstündə -artıq maddi deyil, əbədi olan Asiman, yalnız işıqdan ibarət olan səma. 

Onlar  Kainata  daxil  olurlar:  bu  sərhədsiz  məkanda  (prerafaelitlərin 

kətanlarındakı  kimi)  uzaq  predmetlər  yaxınlıqda  imiş  kimi,  aydın  seçilir.  Dante, 

mömin  ruhların  yaratdıqları  amfiteatr  dan  işıq  çayını,  saysız  -  hesabsız  mələkləri, 

gözəl cənnət qızılgülünü görür. Qəflətən Beatriçenin onu tərk etdiyini hiss edir. Onu 



 

31 


yüksəkdə, pardaqlanmış Behişt güllərinin birində görür. O, dənizin dibində boğulanın 

baxışlarını  buludlara  qaldırdığı  kimi,  ona  ehtiramla  yalvarır.  Rəhm  etdiyi  üçün 

təşəkkür edir və ruhunu ona tapşırır. 

Mətndə: 


Cosi orai; e quella, si lontana 

Come parea, sorrise e riguardommi; 

Poi si tomo all'etema fontana. 

(«O elə uzaq idi, görünürdü, 

Amma mənə gülümsədi. Və nəzər salıb, 

Yenidən Əbədi ulduza tərəf döndü»). 

Bunu  necə  anlamaq  olar?  Alleqoristlər  deyirlər:  Dante  ağlının  (Vergilinin) 

köməyi ilə etiqada nail oldu; Etiqadın (Beatriçe) köməyi ilə ilahiyə nail oldu. Vergili 

də, Beatriçe də yox olurlar və s. Dante sonuna çatdı. Oxucunun müşahidə etdiyi kimi, 

izahat nə qədər soyuqdursa, bir o qədər də qüsursuzdur; belə quru sxemdən heç vaxt 

bu  şeirlər  çıxmazdı.  Mənə  məlum  olan  şərhçilər,  Beatriçenin  təbəssümündə  yalnız 

razılığın əlamətini görürlər. "Son baxış, son təbəssüm, amma möhtəşəm vəd" - Bunu 

Françesko  Torraka  qeyd  edir.  "Danteyə,  onun  xahişi  qəbul  edilmişdir  demək  üçün 

gülümsəyir: yenə öz sevgisini göstərmək üçün baxır," - deyə Luicı Pyetrobono təsdiq 

edir. 


Kazini də belə hesab edir. Fikir mənə olduqca ədalətli görünür, amma o, açıq-

aydın səthidir. 

Ozanam  («Dante  və  katolik  fəlsəfə»,  1895)  hesab  edir  ki,  Beatriçe  apofeozu 

“Komediya”nın  ilkin  mövzusu  olub;  Qvido  Vivaldi  soruşur  ki,  Dante  “Cənnəti” 

qurub  -  yaratmaqla  ən  əvvəl  öz  qadını  üçün  çarlıq  yaratmırdımı?  «Vita  nuova»dakı 

məşhur yer («Hələ heç bir qadına deyilməyəni deməyə ümid edirəm») bu fikri təsdiq 

edir  yaxud  ona  yol  açır.  Güman  edirəm  ki,  Dante  bir  də  heç  zaman  onun  yanına 

qayıtmayacaq.  Beatriçe  ilə  görüşü  təşkil  etmək  üçün  ədəbiyyatda  ən  yaxşı  kitabı 

yaratdı.  Daha  doğrusu,  seçdiyi  yerlər  -  dəhşətli  dairələr,  Cənubda  Əraf,  doqquz 

konsentrik  səma,  Françeska,  sirena,  qrifon  və  de  Bertran  de  Borndur;  əsas  isə  - 

təbəssüm və səsdir, Dantenin bildiyinə görə, bunlar, onun üçün itirilib. 


 

32 


«Vita nuova»nın əvvəlində oxuyuruq ki, bir dəfə şair məktubda 60 qadının adını 

sadaladı ki, gizlicə onların arasına Beatriçenin də adını yerləşdirsin. Düşünürəm ki, 

o, “Komediya”da bu kədərli oyunu təkrarlayıb. 

Nakam  ancaq  xoşbəxtlik  xəyalındadır.  Burada  xüsusi  heç  nə  yoxdur,  biz 

hamınız hər gün bununla məşğul oluruq. Dante də bizim kimi, bunu edirdi. Amma 

həmişə də nəsə belə uydurulmuş xoşbəxtlikdə gizlənən dəhşəti görməyə bizə imkan 

verir.  Çestertonun  şeirində  "nightmares  of  delight"  (həzz  verən  qarabasmalar) 

haqqında  danışılır.  Bu  üslub  tərzi  sitat  gətirilən  tersinanı  az  və  ya  çox  ifadə  edir. 

Amma Çestertonda "həzz" sözü, Dantedə isə "qarabasma" sözü vurğulanıb. 

Yenidən  səhnəyə  nəzər  salaq.  Dante  Kainatda,  Beatriçe  də  onun  yanında 

dayanıb.  Onların  üzərində  möminlərin  təkrarsız  Qızılgülü.  O  uzaqdadır,  lakin  onda 

məskunlaşmış  ruhlar  aydın  görünürlər.  Hərçənd  şairə  haqq  qazandırılan  bu 

ziddiyyətdə  (XXX,  18),  ehtimal  ki,  hansısa  anlaşılmazlığın  əlaməti  var.  Qəflətən 

Beatriçe  itir.  Onun  yerini  qoca  («credea  vidi  Beatrice  e  vidi  un  sene»)  tutur  [37]. 

Dante  güclə  soruşmağa  cəsarət  tapır:  «Hanı  o-  Beatriçe?»  Qoca  Behişt  gülünün 

ləçəklərindən  birini  göstərir.  Orada,  halədə,  Beatriçe,  baxışı,  adətən,  onun  içini 

dözülməz  həzz  ilə  dolduran,  adətən,  qırmızı  geyinən  Beatriçe,  daim  haqqında 

düşündüyü  Beatriçe,  onu  təəccübləndirdi  ki,  Florensiyada  onu  görmüş  zəvvarlar 

onun  haqqında  necə  danışmaya  bilirdilər;  onunla  bir  dəfə  salamlaşmayan  Beatriçe; 

Beatriçe  24  yaşında  ölmüş;  Bardiyə  ərə  getmiş  de  Folko  Portinari  Beatriçe.  Dante 

onu  yüksəklikdə  görür;  aydın  səma  dənizin  dərinliklərindən  o  qədər  də  uzaq 

deyil.Hər halda, Beatriçenin uzaqlığı qədər deyil. Dante ona dua edir; həm ilahi kimi, 

həm də arzu edilən qadın kimi: 

O donna in cui la mia speranza vige

E che soffristi per la mia saluta 

In inferno lasciar'le tue vestige. 

(«Ey sən, məni xilas etməkdən ötrü,  

mənim ümidimi möhkəmlətmək üçün  

Cəhənnəmə enən…») 


 

33 


İndi  isə,  Beatriçe,  ona  bir  anlığa  baxır  və  sonra  əbədi  olaraq  işıq  mənbəyinə 

qayıtmaq üçün gülümsəyir. 

Françesko  de  Sanktis  («İtaliya  ədəbiyyatı  tarixi»,  VII)  bu  fikri  belə  şərh  edir: 

«Beatriçe  uzaqlaşanda,  Dante  şikayətlənmir:  onda  bütün  maddiliklər  yandırıldı  və 

dağıdıldı".  Şairin  hədəfi  haqqında  düşünülərsə,  doğrudur;  onun  hissləri  ilə 

hesablaşırlarsa, səhvdir. 

Dante üçün bu səhnə - təsəvvür edilən idi. Bizim üçün - çox realdır, amma onun 

üçün  yox.  (Onun  üçün  real  budur  ki,  əvvəl  həyat,  sonra  ölüm  Beatriçeni  ondan 

qopartdı.)  Həmişəlik  onu  itirmiş,  tənha  və  çox  güman  ki,  alçaldılmış  Dante  özünü 

onunla  təsəvvür  etmək  üçün  bu  səhnəni  təsvir  etdi.  Bədbəxtlikdən,  şair  üçün 

(yüzilliklər üçün - xoşbəxtlikdən; onu oxuyurlar!) görüşün irreallığının dərki xəyalın 

formasını  dəyişdi.  Dəhşətli  vəziyyət  buradan  doğur,  sözsüz  ki,  Asiman  üçün  çox 

dəhşətli:  Beatriçenin  yox  olması,  onun  yerini  tutmuş  qoca,  Beatriçenin  ani  Behişt 

gülünə uçub qonması, baxışın və təbəssümün aniliyi, onun həmişəlik dönüb getməsi. 

Bu sözlərdən dəhşət sızır: "Come parea" ("görünürdü")  "lontana-a" ("uzaq") aiddir, 

amma  "sorrise"  sözü  ilə  ("təbəssüm")  həmsərhəddir.  Buna  görə  Lonqfello  1867-ci 

ildə  belə  tərcümə  edə  bildi:  "Thus  I  implored,  and  she,  so  far  away  smiled,  as  it 

seemed,  and  looked  once  more  at  me"  ("Mən  yalvarırdım;  o  elə  uzaqdı,  elə 

görünürdü ki,sanki gülümsədi və yenə mənə baxdı"). 

"Eterna" ("əbədi"), deyəsən, həmçinin "si torno"a ("dönüb getdi"yə) aiddir. 

 

 

Qeydlər: 



 

1. “Mən o zaman belə yuxunun hökmü altında idim".- 1-ci tersinada deyilir ki, 

Dante  bütün  öz  əvvəlki  həyatını  sanki  meşədə,  ehtiraslar  və  nadanlıq  meşəsində 

keçirdi  və  qəflətən  pis  yaşadığını  anladı.  Onda  o,  İnamın,  Ağılın  səsini  eşitdi, 

günahın simvolunu, dişi canavarı, şiri və vaşaqı şəxsən gördü və bu onun səyahətinə 

təkan verdi.- Qeyd. tərc. 

2. «Müəllim,de mənə, de, mənim cənabım». 


 

34 


3. «Averroes, dahi şərhçi». 

4. “Qartal baxışlı Sezar”. 

5. Və kənarda tək Saladin. 

6. Davam edərək, bunu deyirəm. 

7. Açıq, parlayan tala. 

8. Daha bol hava. 

9. Dünyəvi şöhrət - bir nəfəslik və istiqamətini dəyişən küləkdən başqa bir şey 

deyil. 


10. Məni öz dairələrinə qəbul etdilər və mən altıncı oldum. Dante Beatriçe ilə - 

xristian dininin simvoludur.- Qeyd. tərc. 

11. Qorxuram, bu yürüş ağılsızlıq deyilmi? 

12. Ona necə xoşdursa (yəni, Allaha). 

13. «Dantenin O Dünya haqqında təsəvvürləri». 

14. Dantenin ulu əcdadı 

15.  Doğrusu,  Beatriçeni  hətta  İsadan  yuxarı  qoymaq  -İsanı  simvollaşdıran 

"Qrifon" arabanı aparır, orada Beatriçe durur. 

16. 9-cu qeydə bax. 

17. «Mənim yaradanım Ədalətlə hərəkət edən idi".- M. Lozinskinin ən məşhur 

rusca  tərcüməsində:  "Mənim  memarım  həqiqətdən  ilham  almışdı".  Ölçünün 

saxlanılmasına görə tərcüməçi dəqiqliyi qurban verib.- Qeyd. tərc. 

18. «Votan kimin atası idi». 

19. Bu yanğının alovu mənə ziyan vurmaz. 

20. Məni xilas edən Vergili! 

21. Tenedos - Troya sahillərində ada - Qeyd. tərc. 

22. Şərq sapfirinin, yəni, şərqin incə rəngi. 

23. Oh, lirik sevgim mənim, yarımələk-yarıquş. 

24. Nəhəng qorxunc bədheybət. 

25. Ədaləti sevin. 

26. Allahlar onu başqa cür mühakimə etdilər, yəni, xeyirxahlığına baxmayaraq, 

onu ölümə məhkum etdilər. 



 

35 


27.  Bu  obraz  Borhesdə  güclü  təəssürat  yaradıb.  O,  dəfələrlə  onun  hekayə  və 

esselərində peyda olub. 

28. Lakin Vergili yox idi! Yoxa çıxmışdı! 

     Vergili, mənim mehriban atam,  

     Vergili - məni qoruyan! 

29. “İlahi komediya”ya giriş”.  

30. Yəni, İnam, Ümid, Sevgi. - Qeyd.tərc. 

31 İgidlik, ədalət, müdriklik, mötədillik. 

32. Və Roma belə çox gözəl arabayla Ssipionu təbrik etmirdi! 

33. Amma oxu, Yezekiil necə onları təsvir edir! 

34. «Yeni həyat». 

35. Katolik kilsəsinin düşməni. - Qeyd. tərc. 

36. Heç vaxt məndən ayrılmayan o. 

37. Mən gözləyirdim ki, Beatriçeni görəcəyəm, amma qocanı gördüm. 



 

Ruscadan tərcümə edəni:  

Südabə AĞABALAYEVA 

Yüklə 298,09 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin