Şüurlu olaraq istiqamətləndirilmiş sınaqlar təkamül nəzəriyyəsinə dəlil ola bilməz
Həyatın mənşəyi ilə əlaqədar təcrübələrdən bəhs ediləndə ilk olaraq ağıla Miller təcrübəsi gəlir. Təkamülçü mənbələrdə həyatın mənşəyini əsaslandırdığı iddiasıyla saxta bir dəlil olaraq göstərilir. Ancaq təcrübənin təfərrüatları- həqiqətləri əks etdirməyən şərtləri-çox vaxt gözardı edilir. Amerikalı kimyaçı Stanley Miller özünün meydana gətirdiyi və erkən dünya atmosferi ilə əlaqəsi olmayan süni şərtlərdə təcrübəsini həyata keçirmişdir. Nəticə olaraq Stanley Millerin amin turşusu sintezi həqiqətləri əks etdirməyən bir mühit əsas alınaraq edildiyi üçün elmi bir tapıntı ortaya qoymur.
Ayrıca Miller bu təcrübədə yalnız amin turşusu sintez edə bilmişdir. Ancaq hər hansı bir şəkildə amin turşusu meydana gəlməsi qətiyyən canlılıq meydana gəlməsi demək deyil. Amin turşuları bədənin ən fundamental vəsaitləri olan zülalların quruluş daşlarıdır. Yüzlərlə amin turşusu hüceyrə içində müəyyən bir sırayla birləşdirilir və beləcə zülallar hazırlanır. Hüceyrələr də təxminən bir neçə min ayrı növdə zülaldan meydana gəlir. Yəni amin turşuları canlıların ən sadə, ən kiçik parçalarıdır. Millerin təcrübəsinin etibarlı olmadığı sonrakı illərdə bir çox elmi nəşrdə də mövzu olmuşdur. (214) (Ətraflı məlumat üçün baxın. Harun Yahya, Təkamül aldatmacası, Araşdırma nəşriyyat)
Miller təcrübəsiylə təkamülçülər əslində təkamülü öz əlləriylə çürütmüşlər. Çünki, təcrübə amin turşularının ancaq bütün şərtləri xüsusi olaraq nizamlanmış bir laboratoriya mühitində şüurlu müdaxilələrlə əldə edilə biləcəyini sübut etmişdir. Yəni, canlılığı ortaya çıxaran güc şüursuz təsadüflər deyil, "yaradılış"dır.
Təkamülçülərin bu açıq həqiqəti qəbul etməmələri, elmə tamamilə zidd bəzi ön mühakimələrə sahib olmalarından qaynaqlanar. Necə ki, Miller təcrübəsini şagirdi Stanley Miller ilə birlikdə təşkil edən Harold Urey bu mövzuda bu etirafı etmişdir:
"Həyatın mənşəyi mövzusunu araşdıran bütün bizlər, bu mövzunu nə qədər çox araşdırarsaq araşdıraq, həyatın hər hansı bir yerdə təkamülləşə bilməyəcək qədər kompleks olduğu nəticəsinə gəlirik. Hamımız bir inanc ifadəsi olaraq, həyatın bu planetin üzərində ölü maddədən təkmilləşdiyinə inanırıq. Lakin kompleksliyi o qədər böyükdür ki, necə təkmilləşdiyini xəyal etmək belə bizim üçün çətindir." (215)
Təkamülçülərin həyatın mənşəyi ilə əlaqədar iddialarına dəlil kimi təqdim etdikləri bənzəri təcrübələrin heç biri həqiqətləri əks etdirmir. Bununla yanaşı, əsl ziddiyyət təkamülçülərin bir tərəfdən həyatın mənşəyini təsadüfi şüursuz təsirlərlə açıqlayarkən, bir tərəfdən də təcrübələrini son dərəcə planlı, şüurlu müdaxilələr altında həyata keçirmələridir. Bu səbəbdən, laboratoriyada meydana gətirdikləri mühitdə heç bir şey təsadüfi deyil.
Əksinə, həyatın mənşəyinə təkamülçü izah gətirmək üçün edilən bütün təcrübələr şüurlu, ağıl və məlumat sahibi elm adamları tərəfindən, yüksək texnoloji təchizata sahib olan, xüsusi hazırlanmış laboratoriya şərtlərində edilir. Belə idarəli bir mühitdə genlərin müxtəlif xüsusi fermentlər istifadə edilərək DNT-dən qopardılması, bir-birləri ilə qarışdırılması, daha sonra təkrar hüceyrə içinə yerləşdirilməsi, ardınca faydalı olanların seçilməsi kimi mərhələlərin təsadüfi təsirləri əks etdirməyəcəyi açıqdır. Bu səbəbdən, təkamülçülərin həyatın mənşəyində ağıl, şüur və məlumat olmadığı iddiası etibarsızlığını bir dəfə daha göstərir. Molekulyar bioloq Michael Behe Darvin's Black Box (Darvinin qara qutusu) adlı kitabında mövzu ilə əlaqədar bunları dilə gətirir:
"Buradakı böyük problem burada yatır: Özləri də bir "quruluş daşı" olan hər nukleotid müxtəlif parçalardan meydana gəlir və bu parçaları meydana gətirən proseslər, kimyəvi mənada uyğun gəlmir. Bir kimyagər laboratoriyasında vəsaitləri ayrı-ayrı sintezləyərək bunları saf hala gətirərək və daha sonra bir-birlərilə reaksiyaya salaraq asanlıqla nukleotid əldə edə bilər. Ancaq yönləndirilməyən kimyəvi reaksiyalar qarşı qoyula bilməz bir şəkildə test qabının dibində istənməyən məhsullar və şəkilsiz qarmaqarışıq maddələrlə nəticələnəcəkdir." (216)
Edilən bütün təcrübələr əslində həyatın meydana gəlməsinin hər mərhələsində şüurlu bir idarənin vacibliyini sübut edir. Prof. Werner Gitt təkamülə dəlil olaraq təqdim Miller təcrübələri haqqında bunları ifadə edir:
"Bu cür bir təcrübədə heç bir zaman bir zülal sintezlənməmişdir. Bunlar zülallar deyil, termal zülallardır. Uzun bir amin turşusu zənciri və doğru optik rotasiyası (zülalların sol-əlli olmalarını təmin etmək üçün kimyada istifadə edilən bir üsul) olan həqiqi bir zülal əldə etmiş olsalar belə, bu təkamülün başlanğıcı ola bilməzdi. Bu zülala aid məlumatın saxlana biləcəyi bir şifrələmə sistemi olmalıdır ki, sonrakı mərhələlərdə özünü yeniləyə bilsin. Lakin ... bir şifrələmə sistemi əsla maddədən ortaya çıxa bilməz. Bu səbəblə, Miller təcrübələrinin həyatın mənşəyinin izahı mövzusunda heç bir töhfəsi olmamışdır." (217)
Məşhur fizik Prof. Paul Davies isə daha əvvəldən edilən sınaqlardakı yanaşmanın səhv olduğuna belə toxunur:
"Canlı hüceyrə ən yaxşı super bir kompyuter olaraq düşünülə bilər. Təəccüblü komplekslikdə bir hesablama və köçürmə sistemidir. DNT xüsusi həyat verən bir molekul deyil. DNT riyazi kodu istifadə edərək məlumatını çatdıran bir genetik bankdır. Hüceyrə ilə əlaqədar işlərin çoxu ən yaxşı kompyuter təchizatı kimi maddi şeylərlə deyil, proqram kimi bilik ilə təsvir edilir. Bir təcrübə balonunda kimyəviləri qarışdıraraq həyat meydana gətirməyə çalışmaq, düymələrlə və telləri lehimləyərək Windows 98 proqramını çıxarmağa bənzəyər. Bu müvəffəqiyyətli olmaz, çünki problemə səhv anlayışlar səviyyəsində yaxınlaşılır." (218)
Bütün bunlar onu göstərir ki, hüceyrədəki hər şeyin daha ilk andan etibarən yerli yerində, əskiksiz və ən mükəmməl şəkliylə olması zəruridir. Ən kiçik bir əksiklik və ya dəyişiklik hüceyrənin sonu mənasını gələcəkdir. Milyardlarla deyil, istərsə trilyonlarca dəfə trilyonlarca il sürsün, təkamül nəzəriyyəsinin iddia etdiyi növdən bir yoxlama-yanılma prosesinin canlı bir hüceyrə meydana gətirməsi mümkün deyil. Şüursuz təsadüflərin, təbiət hadisələrinin tək bir səfərdə, hüceyrədəki mürəkkəb komplekslikdəki strukturları və sistemləri ortaya çıxarmasının ehtimal xarici olduğu artıq elmi bir həqiqətdir. Bütün bu həqiqətləri görmələrinə baxmayaraq təsadüflərə ilahlıq ətf edənlər boş bir aldanışdadırlar. Allah bu kəslərin batil inanclarını Quranda belə bildirir:
Göylərin və yerin hökmü Onun əlindədir; övlad götürməmişdir. Ona mülkündə şəriki yoxdur, hər şeyi yaratmış, ona bir nizam vermiş, müəyyən bir ölçüylə təqdir etmişdir. Onun xaricində, heç bir şeyi yaratmayan, üstəlik özləri yaradılmış olan, öz özlərinə nə bir zərər, nə fayda təmin edə bilməyən, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə tanrılar qəbul etdilər. (Furqan surəsi, 2-3)
DNT-dəki komplekslik özbaşına nizamlana bilməz
Fizikanın ən fundamental qanunlarından biri olan "Termodinamikanın İkinci Qanunu", kainatda öz halına, təbii şərtlərə buraxılan bütün sistemlərin zamanla doğru mütənasib olaraq nizamsızlığa, dağınıqlığa və pozulmağa doğru gedəcəyini izah edir. Canlı-cansız bütün hər şey zaman içində aşınar, pozular, çürüyər, parçalanar və dağılar. Bu, tez ya da gec hər varlığın qarşılaşacağı mütləq sondur və danışılan qanuna görə bu qaçınılmaz prosesin geri dönüşü yoxdur. Sidney Universitetindən bioloq Prof. Michael G. Pittman mövzu ilə əlaqədar bunları dilə gətirir:
"Zaman işə yaramaz. Canlı bir sistem xaricində bio-molekullar zamanla təxrib olar, inkişaf etməz. Çox vaxt dayana biləcəkləri müddət bir neçə gündür. Zaman kompleks sistemləri pozar. Uzun bir "söz" (zülal) və ya bir paraqraf təsadüflər nəticəsində meydana gəlmiş olsa belə, zaman bunu yox edəcək. Nə qədər çox zaman tanısanız, bu parçaların nəzarətsiz kimyəvi mühitdə xilas olma ehtimalı daha az olacaqdır." (219)
Təkamülçülər termodinamikanın II qanunu ilə təkamülü uzlaşdırma məqsədiylə, "açıq sistem" deyilən davamlı maddə və enerji giriş-çıxışı olan sistemlərdə, müəyyən bir nizam meydana gələ biləcəyini isbat etməyə çalışırlar. Bu nöqtədə iki kilid anlayışa aydınlıq gətirilməsi, təkamülçülərin yanıldıcı üsullarının ortaya qoyulması baxımından əhəmiyyətlidir. Buradakı yanıltma iki fərqli anlayışın - "nizamlı" və "mütəşəkkil" anlayışlarının-qəsdli olaraq qarışdırılmasıdır.
Məsələn, külək tozlu bir otağa girəndə, daha əvvəl yerə tək təbəqə olaraq yayılmış toz təbəqəsi otağının müəyyən bir kənarına toplana bilər. Bu yenə termodinamik mənada köhnəsinə görə daha nizamlı bir mühitdir, lakin toz hissəciklərinin heç bir zaman küləyin enerjisiylə "öz-özlərinə təşkil olaraq" otağının döşəməsində əskiksiz bir insan rəsmi meydana gətirə bilməzlər. Nəticə olaraq, təbii proseslərlə heç bir zaman kompleks və mütəşəkkil sistemlər meydana gələ bilməz. Ancaq zamanla yuxarıdakı nümunəyə bənzər sadə tənzimləmələr meydana gələ bilər. Bu tənzimləmələr də müəyyən sərhədlərin kənarına keçə bilməzlər.
Nə var ki, təkamülçülər bu şəkildəki təbii proseslərlə özbaşına ortaya çıxan təşkil (self-ordering) hadisələrini, təkamülün çox əhəmiyyətli bir dəlili kimi təqdim edir və bunları saxta "özünü təşkil etmə" (self-organization) nümunələri kimi göstərirlər. Bu anlayış qarışıqlığı nəticəsində də canlı sistemlərin təbii hadisələr və kimyəvi reaksiyalar nəticəsində özbaşına meydana gələ biləcəyini qarşıya qoyurlar.
Halbuki, əvvəldə də ifadə etdiyimiz kimi, mütəşəkkil sistemlərlə nizamlı sistemlər bir-birlərindən tamamilə fərqli strukturdur. Daimi sistemlər sadə sıralamalar, təkrarlar şəklində strukturlar yaratmaqla yanaşı, mütəşəkkil sistemlər iç-içə keçmiş son dərəcə kompleks quruluş və funksiyaları ehtiva edərlər. Ortaya çıxmaları üçün mütləq şüur, məlumat və ağla ehtiyac vardır. Aradakı bu əhəmiyyətli fərqi təkamülçü elm adamlarından Jeffrey Wicken belə təsvir edir:
"Mütəşəkkil sistemləri nizamlı sistemlərdən diqqətlə ayırd etmək lazımdır. İki sistemdən heç biri "təsadüfi" deyil, amma nizamlı sistemlər sadə qəliblərdən meydana gəldikləri üçün heç komplekslik daşımazkən, mütəşəkkil sistemlər hər parçası yüksək məlumat ehtiva edən xarici qaynaqlı bir plana görə bir yerə gəlirlər ... Təşkilat buna görə funksional komplekslikdir və məlumat daşıyır." (220)
Özbaşına təşkil ssenarilərinin çıxılmaz nöqtələri DNT molekulunun quruluşu araşdırıldıqda asanlıqla görülə bilər. Biokimya və molekulyar biologiya sahəsindəki işlər DNT, RNT kimi geniş məlumat ehtiva edən makro-molekulların xüsusi düzülməsini açıqlaya bilmir. New York Universitetində kimya professoru və DNT mütəxəssisi olan Robert Shapiro təkamülçülərin "maddənin öz-özünü təşkil etməsi" mövzusundakı inanclarını və bunun kökündə yatan materialist aksiomu bu şəkildə açıqlayır:
Bizi sadə kimyəvi maddələrin mövcud olduğu bir qarışıqdan, ilk təsirli replikatora (DNT və ya RNT-yə) daşıyacaq bir təkamüllü qanuna ehtiyac vardır. Bu qanun "kimyəvi təkamül", ya da "maddənin özünü təşkili" (self-organization) olaraq adlandırılar, amma heç bir zaman dəqiq bir şəkildə təsvir edilməmiş və ya varlığı göstərilə bilməmişdir. Belə bir prinsipin varlığına, dialektik materializmə bağlılıq uğruna inanılır.(221)
Təkamülçülərin özünü təşkil etmə anlayışıyla müdafiə etdikləri iddia cansız maddənin öz-özünü təşkil edib, kompleks bir canlı varlıq meydana gətirə biləcəyi istiqamətindəki inancdır. Bu qəti olaraq elmə zidd bir inancdır, çünki bütün müşahidə və təcrübələr maddənin belə bir qabiliyyəti olmadığını göstərir. Yaxşı, təkamülçülər niyə hələ də maddənin özünü təşkili kimi elmi olmayan ssenarilərə inanırlar? Niyə canlı sistemlərdə açıqca görülən yaradılış dəlillərini rədd etmək mövzusunda bu qədər israrlıdırlar?
Bu sualların cavabı təkamül nəzəriyyəsinin əsl təməli olan materialist fəlsəfədə gizlidir. Materialist fəlsəfə yalnız maddənin varlığını qəbul edir, bu vəziyyətdə canlılara da yalnız maddəyə əsaslanan bir izah gətirilməlidir. Təkamül nəzəriyyəsi bu zərurətdən doğmuşdur və hər nə qədər elmə zidd də olsa, sırf bu zərurət naminə müdafiə olunur.
Canlılığa gətirilə biləcək tək izah yaradılışdır. Təkamülçülər Allahın varlığını inkar etmək üçün, hər cür mümkünsüzlüyə ehtimal verir, hər çıxılmaz yolu məcbur edir. Ancaq həqiqətlərdən nə qədər qaçarsalar qaçsınlar, qarşılarında hər zaman Rəbbimizin varlığının dəlillərini, yaratdıqlarındakı üstünlüyü tapacaqlar. Quranda inkar edənlərin vəziyyəti belə bildirilir:
İnkar edənlər isə; onların əməlləri səhradakı ilğıma bənzər ki, susamış kimsə onu su hesab edər. Nəhayət ona çatdığında bir şey tapa bilməz və yanında Allahı tapar. (Allah da) Onun hesabını tam olaraq verər. Allah, haqq-hesab çəkəndir. (Nur surəsi, 39)
Neo-Darvinizm təkamülün çıxılmaz vəziyyətinə bir həll ola bilməz
Neo-darvinizm Darvinin təkamül nəzəriyyəsini, Avstriyalı bioloq Qreqor Mendelin genetik varislik qanunları ilə birləşdirərək, elmi inkişaflara uyğunlaşdıraraq gündəmdə tutma səyidir. Müasir sintez də deyilən neo-darvinizm əslində, Darvinin cəhalətini bütün açıqlığıyla ortaya qoyan bir vəziyyətdir. Canlılardakı müxtəlifliyi təbii seleksiya ilə şərhə çalışan Darvin canlılardakı xüsusiyyətlərin varislik yoluyla sonrakı nəsillərə köçürüldüyünü bilmirdi. Təkamül nəzəriyyəsinin bu yeni versiyası bu cəhaləti örtmə səyinin bir nəticəsidir. Ancaq neo-darvinist nəzəriyyəni hər nə qədər aktuallaşdırmağa çalışsalar da, əvvəldən çürük təməllər üzərinə qurulmuş bir nəzəriyyə olduğu üçün məqsədlərində müvəffəqiyyətli ola bilməmişlər.
Neo-darvinistlər də Darvin kimi canlılardakı müxtəlifliyin özbaşına meydana gəldiyini və təsadüfi olduğunu irəli sürdülər. (222) Bu səhv məntiqin üzərinə əlavə olaraq mutasiyaları, təkamülçülərin digər bir sözü ilə təsadüfi genetik dəyişiklikləri, canlılığın qaynağı olaraq göstərdilər. DNT-nin köçürülməsi əsnasında ortaya çıxan səhvlər ola biləcək ən kiçik mutasiya olduğu üçün neo-darvinistlər bunu nəzəriyyələri üçün istifadə edə biləcəklərini düşündülər. (223) Lakin ən kiçik bir köçürmə səhvi belə-tək bir nukleotiddəki dəyişiklik-son dərəcə əhəmiyyətli nəticələr yaradır.
Neo-darvinistlər kiçik dəyişmələrin, genetik məlumatın əvvəl bir yerində, sonra bir başqa yerində reallaşdığını söylədilər. (224) Biofizik Dr. Lee Spetner "Neo-darvinist nəzəriyyə gec-tez böyük dəyişmələrin olacağını irəli sürür. Bu kifayət qədər penni yığaraq, milyoner olmaq kimi bir şeydir." (225) sözləriylə nəzəriyyənin həqiqiliyi olmadığını vurğulayır.
Fransız Elmlər Akademiyasının üzvü, Paris Universitetindən riyaziyyatçı, bioloq və tibb həkimi olan Prof. Marcel-Paul Schützenberger, neo-darvinizmi riyazi dəlillərlə çürütmüş bir elm adamıdır. Mathematical Challenges in the Neo-Darwinian Interpretation of Evolution (Təkamülün Neo-Darvinist şərhinə riyazi meydan oxuma) adlı kitabında belə bir nəticəyə çatır:
Neo-darvinizmin təkamül nəzəriyyəsində ciddi bir boşluq olduğuna inanırıq. Və inanırıq ki, bu boşluq elə bir təbiətə malikdir ki, müasir biologiya anlayışı ilə yeri dolmayacaq bir boşluqdur. (226)
Neo-darvinizmə görə təsadüfi genetik mutasiyalar təkamül üçün xammal meydana gətirər. Ancaq bu gün bir çox elm adamının qəbul etdiyi kimi, canlılardakı komplekslik səviyyəsi neo-darvinizmin fərz yoxlama-yanılma prosesləri ilə əldə edilə bilməz. Dr. Lee Spetner "Variasiyaları təsadüfi olsa da, genetik məlumatın meydana gəlməsini açıqlaya bilmir. Ehtimallar dərhal sıfırdır ... Harmoniya əmələ gətirən böyük bir genetik nizamın təsadüf əsəri olduğunu düşünə bilməzsiniz." (227) sözləri ilə bu qeyri-mümkünlüyü dilə gətirir.
Təkamül nəzəriyyəsinin canlıların mənşəyi haqqında gətirməyə çalışdığı hər cür izah ağıl və elmdən kənar iddialardır. Bu həqiqəti qəbul edən açıq sözlü nüfuzlulardan biri, Fransız Elmlər Akademiyasının köhnə başçısı olan məşhur Fransız zooloq Pierre Grassédir. Grassé də bir təkamülçüdür, ancaq darvinist nəzəriyyənin canlılığı açıqlaya bilmədiyini müdafiə edir və Darvinizmin təməlini meydana gətirən təsadüf məntiqi haqqında bunları deyir:
"Təsadüfi mutasiyaların heyvanlar və bitkilərin ehtiyaclarının qarşılanmasını təmin etdiyinə inanmaq həqiqətən çox çətindir. Amma darvinizm bundan çoxunu da istəyər: Tək bir bitki, tək bir heyvan, minlərlə və minlərlə tam olması lazım olduğu şəkildə faydalı təsadüflərə məruz qalmalıdır. Yəni, möcüzələr adi qayda halına gəlməli, inanılmaz dərəcədə aşağı ehtimallara sahib hadisələr asanlıqla reallaşmalıdır. Xəyal qurmağı qadağan edən bir qanun yoxdur, amma elm bu işin içinə daxil edilməməlidir." (228)
Bütün bunlar bir yana, təkamülçülərin DNT-dəki məlumatları zaman içində artırdığını və çeşidlənməyə gətirib çıxardığını düşündükləri təsadüfi mutasiyalar xüsusiyyətləri etibarilə darvinistlərin çıxılmaz vəziyyətinə bir həll ola bilməz. Əvvəlcə mutasiyalar, canlı hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumatı daşıyan DNT molekulunda radiasiya və kimyəvi təsirlər nəticəsində meydana gələn qopmalar və yer dəyişdirmələrdir, qısacası zərərli təsirlərdir. Mutasiyalar DNT-ni meydana gətirən nukleotidləri təxrib etdikləri ya da yerlərini dəyişdirdikləri üçün çox vaxt hüceyrənin təmir edə bilməyəcəyi ölçülərdə bəzi ziyan və dəyişikliklərə səbəb olurlar. Məsələn, X şüaları insan bədəninin dərinlərinə nüfuz edərək əhəmiyyətli ölçüdə DNT ziyanına səbəb olar. Bu da DNT-nin səhv bir şəkildə köçürməyə başlamasına gətirib çıxarır. Ancaq bədən hüceyrələrində səhv köçürmələr özünü xərçəng olaraq göstərir. Günəş işığındakı mutagenik təsir dəri xərçənginə səbəb olar və ya siqaretdəki mutagenik təsir ağciyər xərçənginə səbəb olar. Çoxalma hüceyrəsində 21-ci xromosomun səhv nüsxəsinin isə uşaqda daun sindromuna (monqolizm) səbəb olar.
Təkamül nəzəriyyəsinin yer üzündəki canlıların mənşəyini açıqlaya bilməsi üçün qəti olaraq pozan, xarab edən deyil, yeni, faydalı bir xüsusiyyət əlavə edən bir mexanizm göstərməsi lazımdır. Amma bir canlının necə yeni bir xüsusiyyət qazandığı sualı soruşulanda təkamülçülərin qarşıya qoyduqları tək cavab; mutasiyadır. İddialarına görə bütün canlılıq tək bir hüceyrənin DNT-sinə təsir edən təsadüfi mutasiyalarla meydana gəlmişdir. Ancaq mutasiyalar təkamülçülərin arxasına sığına biləcəkləri, canlıları daha aliyə və mükəmmələ aparan bir mexanizm deyil. Bu səbəbdən, təkamülçülərin iddiaları üçün əsas aldıqları mutasiyalar təkamül nəzəriyyəsinin ehtiyac duyduğu növdən yeni xüsusiyyətlər çıxaracaq ünsürlər deyil. Mutasiyaların təkamül nəzəriyyəsinə nə üçün heç bir töhfəsi olmadığına və ola bilməyəcəyinə, yalnız ümumi xətləriylə yer verəcəyik: (Ətraflı məlumat üçün baxın. Harun Yahya, Həyatın həqiqi mənşəyi, Araşdırma Nəşriyyat; Harun Yəhya, Təkamül Aldatmacası, Araşdırma Nəşriyyat)
* Mutasiyalar zərərlidir:
Mutasiyalar təsadüfi meydana gəldikləri üçün demək olar ki, hər zaman canlıya zərər verərlər. Kompleks bir quruluşa ediləcək hər hansı bir şüursuz müdaxilə o quruluşu daha irəli aparmaz əksinə korlayar. Necə ki, təkamül mexanizmi olaraq önə sürülən təsadüfi faydalı mutasiyaların etibarlı bir nümunəsi yoxdur. (229) Mutasiyaların səbəb olacağı dəyişikliklər ancaq Xirosima, Naqasaki və ya Çernobıldakı insanların uğradığı növdən dəyişikliklər ola bilər: Yəni, ölülər, şikəstlər və xəstələr ...
Ohio Universitetindən Prof. Walter L. Starkey faydalı mutasiya iddialarının etibarsızlığını açıq bir şəkildə dilə gətirir:
"Saatlarla bir rentgen qurğusundan yanında dayanmaq ya da bir nüvə mexanizmi içərisində gözləmək ağlabatandırmı? Və ya nüvə mexanizminin havaya uçduğu Rusiyadakı Çernobıl kimi bir yerə səyahət etmək doğrudurmu? Bizi radiasiyadan qoruyan ozon təbəqəsini aktiv olaraq pozmağa çalışmağımız lazımdırmı? Əgər bu cür radiasiya ilə meydana gələn təsir təkmilləşmənizə və yeni funksiyalar inkişaf etdirmənizə səbəb olacaqsa, elə isə bu radiasiya resursları ilə əlinizdən gəldiyi qədər çox bombardman edilməyə çalışmağınız lazımdır. Bəlkə də başınızın tam arxasında yeni bir gözünüz ola bilər. Lakin əgər həqiqətən ağıllısınızsa, sizi inkişaf etdirməkdən daha çox zərər verəcəyi üçün bu cür radiasiyalardan çəkinərsiniz." (230)
Necə ki, insanlar üzərində müşahidə olunan bütün mutasiyalar zərərlidir. Tibb kitablarında "mutasiya nümunəsi" olaraq izah edilən monqolizm, daun sindromu, albinizm, cücəlik kimi əqli və ya fiziki pozuqluqların ya da xərçəng kimi xəstəliklərin hər biri mutasiyaların korlayıcı təsirlərini ortaya qoyur. Əlbəttə ki, insanları şikəst qoyan, ya da xəstə edən bir proses, "canlıları inkişaf etdirən bir mexanizm" ola bilməz. Çünki canlı DNT-si çox kompleks bir nizama malikdir. Bu molekul üzərində yaranan hər hansı təsadüfi bir təsir orqanizmə ancaq zərər verəcək. Prof. Starkey mutasiyanın bu zərərli təsirləri haqqında bunları bildirir:
"Mutasiyalara yol açan radiasiyaya məruz qalmaq yeni bir avtomobili 30 kalibrli bir tüfənglə vurmağa bənzəyər. Bənzər şəkildə mutasiyaların sizə, ya da hər hansı bir canlıya bundan fərqli bir şey etməsi də o qədər mümkün deyil. DNT köçürülmə səhvlərindən qaynaqlanan mutasiyaların nəticəsi də bənzər olacaq .... Mutasiyalar ən az 10.000-də bir istisna xaricində zərərlidir. Radiasiya, ya da köçürmə səhvləri faydalı yeni xüsusiyyətlər qazandırmaz." (231)
* Mutasiyalar DNT-yə yeni məlumat əlavə etməz:
Mutasiya nəticəsində genetik məlumatı meydana gətirən parçalar yerlərindən qopub sökülər, xarab olar, ya da DNT-nin fərqli yerlərinə daşınar. Amma mutasiyalar heç bir şəkildə DNT-yə yeni bir məlumat əlavə edərək canlıya yeni bir orqan və ya yeni bir xüsusiyyət qazandırmazlar. Ancaq ayağın kürəkdən, qulağın qarından çıxması kimi anormallıqlara səbəb olarlar. Prof. Werner Gitt "Mutasiyalar nəticəsində yeni informasiya meydana gələ bilərmi?" sualına belə cavab verir:
"Bu görüş təkamülçü izahatlarda əsas götürülür, lakin mutasiyalar yalnız mövcud olan məlumatın dəyişməsinə səbəb ola bilərlər. Bu məlumatda bir artım ola bilməz və ümumi olaraq da nəticələr zərərlidir. Yeni funksiyalar, ya da yeni orqanlar üçün yeni layihələr meydana gələ bilməz; mutasiyalar yeni (yaradıcı) məlumatın qaynağı ola bilməzlər." (232)
Prof. Phillip Johnson isə bu mövzu ilə əlaqədar bunları dilə gətirir:
"Spetner, darvinistlərin dilə gətirdikləri harmoniya təsis edən mutasiyaların informasiya istehsalçısı olmadığını onlara söyləmişdi. Məsələn, bir mutasiya bakteriyanı antibiotikə qarşı müqavimətli etdiyində, bunu müəyyən bir kimyəvi maddəni onun metabolizmasına qatılmasını önləyərək edir. Bu vəziyyətdə ümumi mənada dəqiq bir məlumat və harmoniya itkisindən danışılır... bəzən cızıldayan bir radioya vurmaq, radionun qısa dövrəsini açmaq, ya da yerindən çıxmış bir kabelini köhnə yerinə gətirmək surətiylə nizamını düzəldə bilər. Nə var ki, bu cür dəyişiklikləri etmə surətiylə daha yaxşı bir radio və ya televiziya edəcəyini heç kim ümid etməz." (233)
Məşhur təkamülçü Stephen Jay Gould da mutasiya əlaqədar həqiqətləri belə etiraf edir:
"Bir mutasiya böyük və yeni bir xam material (DNT) meydana gətirməz. Növləri mutasiyaya uğradaraq yeni bir növ əldə edə bilməzsiniz." (234)
Mutasiyaların, təkamül nəzəriyyəsinin ehtiyac duyduğu yeni xüsusiyyət əlavə edən ünsürlər olmadığının bir dəlili daha vardır. Yeni xüsusiyyətlərin və ya yeni növlərin çıxarılması üçün canlının DNT-sinə çoxlu atom əlavə etmək lazımdır. (235) İnsan DNT-sində E.Coli bakteriyasına aid DNT-də olan atomların 3.000 qatı-204 milyard atom vardır. (236) Bu səbəblə, tək hüceyrəli bir canlıdan insana qədər bir inkişaf ola bilməsi üçün DNT-yə karbon, hidrogen, oksigen, azot və fosfor kimi 200 milyard atomdan çoxunu əlavə etmək lazımdır. (237) Bilindiyi kimi, karbon və azot havadan, hidrogen və oksigen sudan, fosfor isə torpaqdan əldə edilə bilər. Ancaq burada əsl problem bu atomların harada olduqları deyil, olduqları yerdən çıxarılıb DNT molekulu içərisində tam doğru yerə yerləşdirilmələridir. Atomların əvvəlki hissələrdə izah etdiyimiz fövqəladə bir kompleksliyə sahib şəkər qruplarını, fosfat qruplarını və azot əsaslarını ehtiva edəcək şəkildə təşkil etmələri və DNT molekulu olaraq vəzifə yerinə yetirə bilmələri üçün ikiqat spiral halındakı pilləkənlərin üstünə tam doğru yerə yerləşdirilmələri lazımdır.(238)
Prof. Phillip Johnson ensiklopediya və kompyuter əməliyyat sistemlərində olduğu kimi, DNT-də də çox xüsusi bir nizamın lazım olduğunu; genetik məlumatı çıxaran bir mexanizmin olması lazım olduğunu ifadə edir. Təsadüfi mutasiyaların DNT-dəki məlumatlara və nizama necə mənfi təsir etdiyini bu ifadələrlə izah edir:
... Təsadüfi mutasiya belə bir mexanizm deyil, təbii seçmə və fizika, ya da kimya qanunları da eləcə. Qanunlar sadə təkrarlı modellər istehsal edər, təsadüf isə mənasız nizam istehsal edər. Qanun və təsadüf birləşdiyində, mənalı bir düzülüşü önləmək üçün hər ikisi də bir-birinin əleyhinə işləyər. Bütün insani təcrübələr içində yalnız zəka faktoru bir ensiklopediya və ya kompyuter proqramı yaza bilər və ya kompleks, xüsusiləşmiş və periodik olmayan məlumatı istehsal edə bilər. Buna görə, orqanizmlərdə zəruri olan məlumat, onların yaradılışın məhsulları olduqlarını işarə edir. (239)
Dostları ilə paylaş: |