DNT yalnız nuklein turşularının düzülməsindən ibarət deyil; məlumat daşıyıcısıdır
Canlıların DNT-lərində son dərəcədə əhatəli bir məlumat olduğuna əvvəlki hissələrdə toxunmuşduq. Millimetrin 100 mində biri qədər kiçik bir yerdə bir canlı bədəninin bütün fiziki hissələrini təsvir edən, sanki bir məlumat bankı vardır. Bununla yanaşı, canlı bədənində bir də bu məlumatı oxuyan, şərh edən və buna görə “istehsal” edən bir sistem mövcuddur. Bütün canlı hüceyrələrində DNT-də olan məlumat müxtəlif fermentlər tərəfindən oxunur və bu məlumata görə zülal istehsal edilir. Bədənimizdə hər saniyə lazım olan yer üçün, lazımlı növdə milyonlarla zülal istehsalı bu sistemlə reallaşır. Bu sistem sayəsində ölən göz hüceyrələrimiz yenə göz hüceyrələri, qan hüceyrələrimiz yenə qan hüceyrələri ilə yenilənirlər.
Bu nöqtədə materializmin iddiasını düşünək: Görəsən, DNT-dəki məlumat materialistlərin iddia etdiyi kimi maddəyə endirilirmi? Ya da, başqa sözlə, DNT-nin yalnız bir maddə yığını olduğu və ehtiva etdiyi məlumatın da maddənin təsadüfi qarşılıqlı təsiri ilə ortaya çıxdığı qəbul edilə bilərmi?
XX əsrdə edilən bütün elmi araşdırmalar, təcrübə nəticələri və müşahidələr bu suala qətiliklə xeyr cavabı verilməli olduğunu göstərir. Çünki həyat yalnız maddədən ibarət deyil. Qabaqcıl məlumat nəzəriyyəçisi və biofizik Hubert Yockey "Bütün mesajlar kimi həyatın mesajı (genetik kod) da maddədən kənardır, amma bit və baytlar halında ölçülə bilən məlumat məzmununa malikdir." (133) deyərkən, elm adamı Dean Overman bu mövzuda bunları söyləyir:
"Genetik kodu ehtiva etdiyi məlumat bütün məlumat və ya mesajlarda olduğu kimi maddədən ibarət deyil. Məna- kodun simvolları və ya əlifbasından qaynaqlanan bir xüsusiyyət deyil. Genetik koddakı mesaj və ya məna maddə xaricidir və fiziki və kimyəvi xüsusiyyətlərin reduksionizmi ola bilməz; materializm genetik koddakı mənanı açıqlamaz." (134)
Professor Phillip Johnson isə mövzu ilə əlaqədar bunları dilə gətirir:
"Əvvəla, həyat yalnız maddədən meydana gəlməz, ancaq maddə və məlumatdan meydana gələr. İkincisi, informasiya maddənin reduksionizmi ola bilməz, lakin maddənin tamamilə fərqli bir növüdür. Buna görə bir həyat nəzəriyyəsi yalnız maddənin mənşəyini deyil, eyni zamanda məlumatın müstəqil mənşəyini də açıqlaya bilməlidir. Üçüncüsü, bir kitab və ya bioloji bir hüceyrənin içərisində olan ifadə olunan məlumat növü təsadüflə, ya da fiziki və kimyəvi qanunların istiqamətləndirməsiylə istehsal oluna bilməz." (135)
Məlumat nəzəriyyəçisi Prof. Werner Gitt də In the beginning was information (Başlanğıcda məlumat vardı) adlı kitabında canlılığın yalnız maddə ilə açıqlana bilməyəcəyini belə ifadə edir:
"Maddə və enerji həyatın başlıca ehtiyaclarıdır, lakin bunlar canlı və cansız sistemlərin ayırd edilməsi üçün tətbiq edilə bilməzlər. Bütün canlı varlıqların ortaq xüsusiyyəti ehtiva etdikləri məlumatdır və bu məlumat bütün həyat prosesləri ilə əlaqəli istehsalı nizamlayar. Məlumatın köçürülməsi isə bütün yaşayan canlılarda əhəmiyyətli bir rol oynayar. Məsələn, bir böcək bir çiçəkdən digərinə tozcuq daşıyarkən, bu əvvəlcə bir məlumat daşınması əməliyyatıdır (genetik məlumat köçürülür); buna daxil olan həqiqi material isə əhəmiyyətli deyil. Məlumat həyat üçün lazımlı olmasına baxmayaraq, məlumat özlüyündə həyatın hamısını təsvir etmək üçün kifayət deyildir."(136)
Genetik kodun maddədən kənar məlumat ehtiva etməsi, genetik kodla əlaqədar xəyali təkamül ssenarilərinin lap əvvəldən etibarsız olduğunu göstərir. Çünki, bu ssenarilər ən əvvəldən, maddənin öz-özünü təşkil edərək, genetik məlumatı və kodu meydana gətirdiyi ilk hesaba əsaslanır. Ancaq maddənin öz-özünə kod çıxarması mümkün olmadığına görə, genetik kodla əlaqədar bütün materialist şərhlər də mənasızdır.
Bundan əlavə, DNT-dəki genetik hərflərin düzülüşü həyat üçün çox əhəmiyyətlidir. Tək başına bir məna daşımayan nukleotidlər, xüsusi bir düzülüşlə düzülərək, mənalı məlumatlar daşıyan genləri meydana gətirirlər. DNT ehtiva etdiyi bu mənalı məlumatla təbiətdə görülən digər strukturlardan açıq-aşkar fərqlənir. Professor Phillip Johnson DNT-nin bu xüsusiyyətindən belə bəhs edir:
"... Necə ki, bir kompyuter proqramı və ya bir kitab üçün əhəmiyyətli olan, məlumatın yazıldığı fiziki mühit deyil, şəxsən məlumatın özüdür; DNT ilə əlaqədar əhəmiyyətli olan nöqtə də yazılışındakı kimyəvi maddələr deyil, məlumatdır. Bu nəhəng böyüklükdəki kompleks məlumat mövcud olana qədər maddələr mübadiləsi işləyə və çoxala bilməz."(137)
Johnsonun yuxarıdakı sözlərində ifadə etdiyi kimi, kimyəvi maddələrin təsadüfi yan-yana gəlməsi, canlıların yaşaması və çoxalması üçün lazımlı şərtləri meydana gətirməz. Kimyəvi maddələr ancaq DNT-dəki kimi çox əhatəli və mənalı bir məlumatı meydana gətirəcək şəkildə yan-yana gətirilməlidir. Belə böyük bir iradəni atomlarda, molekullarda axtarmaq mümkün deyil. Bu məlumatın qaynağı hər şeyin məlumatına sahib olan, yerdə və göydə olan hər şeyi yaradan Uca Allahdır. Məşhur nəzəri fizik Paul Davies genetik məlumatın məna baxımından dəyərini belə izah edir:
"... Bioloji məlumatı fərqləndirən bir xüsusiyyəti mənalarla zəngin olmasıdır. DNT funksional bir orqanizm inşa etmək üçün lazımi məlumatları saxlayar; əvvəldən təyin olunmuş, xüsusi bir məhsul üçün bir alqoritm (izlənilən yol) və ya karbon surəti (eynilə özüdür)... genlər mütləq bir şey kodlaşdırır və simvollaşdırma edir. Burada həqiqi sirr olan, məlumatın sadəcə yaranması deyil, əslində keyfiyyətidir."(138)
Paul Daviesin genetik məlumatın mənşəyini sirr kimi ifadə etməsinin səbəbi DNT-dəki məlumata materialist bir izah gətirilə bilməməsidir. Ancaq materializm bu gün yaradılış həqiqəti qarşısında növbəti dəfə yıxılmışdır. XX əsrin əhəmiyyətli elm filosoflarından kimyaçı Michael Polanyi isə DNT-dəki məlumat köçürməsinin da maddi bir şərhi ola bilməyəcəyini ifadə edir:
"Bir DNT molekulu inkişaf etməkdə olan bir hüceyrəyə məlumat nəql edir. Bənzər şəkildə, bir kitab da məlumat nəql edir. Ancaq məlumatın nəqli kimyəvi və ya fiziki prinsiplərə görə açıqlana bilməz. Digər bir sözlə, kitabın işləyişi kimyəvi terminlərə reduksionizm ola bilməz. DNT genetik məlumatın nəqliylə işlədiyi üçün DNT-nin funksiyası da kimya qanunlarıyla açıqlana bilməz."(139)
Nəzəri fizik professor Jacob D. Bekenstein Scientific American jurnalında nəşr olunan "Holoqrafik kainatdakı məlumat" adlı məqaləsində məlumatın əhəmiyyətini bu sözlərlə dilə gətirir:
"Fiziki dünyanın nələrdən meydana gəldiyini hər hansı bir adamdan soruşsanız, sizə ehtimalla "maddə və enerji" deyəcəkdir. Ancaq əgər mühəndislikdən, biologiyadan və fizikadan bir şey öyrəndimsə, informasiya çox əhəmiyyətli bir ünsürdür. Avtomobil fabrikindəki robot metal və plastikdən ibarətdir; lakin hansı parçanı nəyə qaynaq edəcəyini və s. söyləyən çox sayda təlimat olmadan faydalı bir şey edə bilməz. Bədəninizdəki hüceyrə içində bir ribosom, amin turşusunun quruluş daşlarından meydana gəlir və ATF-nin ADP-ə çevrilməsindən ortaya çıxan enerjidən güc tapar. Lakin hüceyrə nüvəsindəki DNT-dən alınan məlumat olmadan zülal sintez edə bilməz. Eyni şəkildə, fizikada bir əsrlik nailiyyətlər bizə məlumatın fiziki sistemlərdə və proseslərdə çox əhəmiyyətli bir ünsür olduğunu öyrətmişdir."(140)
Təkamülçülərin yazılarına baxdıqda, bəzən təkamül nəzəriyyəsinin canlılardakı məlumat qarşısında çıxılmaz vəziyyətdə olduğunu etiraf etdiklərini görərik. Bu mövzuda açıqsözlü nüfuzlulardan biri, Fransız zooloq Pierre-P. Grassedir. Grasse materialist və təkamülçü olmasına baxmayaraq, darvinist nəzəriyyəni etibarsız edən ən mühüm həqiqətin həyatı meydana gətirən məlumat olduğunu qəbul edir:
"Hər hansı bir canlı orqanizm, inanılmaz dərəcədə böyük bir "ağıl"a malikdir. Bu insanların ən böyük memarlıq əsərləri olan böyük kilsələri inşa etmək üçün istifadə etdiklərindən çox daha böyük bir ağıldır. Bu gün bu ağla "bilik" (informasiya) deyirik, amma məna elə eynidir. Bu məlumat bir kompyuterdə proqramlaşdırılmamışdır, amma kompyuterdəkindən çox daha dar bir yerə, DNT-dəki xromosomlara, ya da hər hüceyrədəki fərqli orqanoidlərə sıxışdırılmışdır. Bu "ağıl", həyatın "olmazsa, olmaz" şərtidir. Yaxşı, amma bunun qaynağı nədir? ... Bu həm bioloqları, həm də filosofları maraqlandıran bir sualdır və elm bunu əsla həll edə bilməyəcək vəziyyətdədir."(141)
Pierre-P. Grassenin "elmin bu sualı əsla cavablaya bilməyəcək kimi qaldığını" söyləməsinin səbəbi materialist olmayan heç bir şərhi elmi saymaq istəməməsidir. Halbuki, şəxsən elmin özü materialist fəlsəfənin fərziyyələrini etibarsız edir və bir Yaradıcının varlığını isbat edir. Grasse və ya digər materialist elm adamları bu həqiqət qarşısında ya gözlərini bağlayırlar, ya da "elm bunu açıqlaya bilmir" deyirlər. Çünki "əvvəl materialist, sonra elm adamı"dırlar və elm əksini isbat etsə də, materializmə inanmağa davam edirlər.
DNT ilə əlaqədar bu təəccüblü həqiqət - genetik məlumatın maddə və enerjiylə ya da təbiət qanunları ilə qətiyyən açıqlanmaması -təkamül nəzəriyyəsinin qarşısında aşılmaz bir əngəl olaraq dayanmağa davam edəcək. Alman Federal Fizika və Texnologiya İnstitutunun rəhbəri Prof. Dr. Werner Gitt bu mövzuda bunları söyləyir:
"... Məlumat hər şeyin əsasında olan bir anlayış olduğu üçün maddənin xüsusiyyəti ola bilməz, bu səbəblə mənşəyi də maddi bir müddətlə açıqlana bilməz ... Məlumatın əsas kəmiyyəti, maddi olmayan (zehni) bir mövcudluqdur. Maddənin bir xüsusiyyət deyil, bu səbəblə mütləq maddi proseslər təməldə məlumatın qaynağı olaraq qəbul edilməzlər ... Maddənin məlumat əmələ gətirə biləcəyini təmin edəcək heç bir bilinən təbiət qanunu, fiziki proses ya da maddi hadisə yoxdur ..." (142)
Werner Gitt başqa bir sözündə isə məlumatın ancaq yaradılaraq var ola biləcəyini ifadə edir:
"Bioloji məlumat ... çox yüksək saxlama sıxlığı olduğu üçün digər sistemlərdən fərqlidir və bu səbəblə, inanılmaz dərəcədə mahir anlayışlar ehtiva edir ... Yaşayan orqanizmlərdə mövcud məlumatın, ağıllı bir qaynağa ehtiyac duyduğu açıqdır. İnsan bu qaynaq ola bilməz və bundan ötəri tək ehtimal bunların bir Yaradıcısı olduğudur." (143)
Werner Gittin sözləri eyni zamanda son 20-30 il içində inkişaf edən və termodinamikanın bir parçası olaraq qəbul edilən informasiya nəzəriyyəsinin çatdığı nəticələrdir. Məlumat nəzəriyyəsi kainatdakı məlumatın quruluşunu və mənşəyini araşdırır. Məlumat nəzəriyyəçilərinin uzun araşdırmaları sayəsində gəlinən nəticə isə budur: "Məlumat maddədən ayrı bir şeydir. Maddənin əsla reduksionizmi ola bilməz. Məlumatın və maddənin qaynağı ayrı-ayrı araşdırılmalıdır."
DNT-dəki məlumatın qaynağı isə materialistlər üçün əsla keçilməz bir maneədir. DNT molekulunda kodlaşdırılmış məlumatın mənşəyinin hər hansı bir təbii mexanizm ilə açıqlanması mümkün deyil. Bütün müşahidə və təcrübələr məlumatın ancaq şüurlu bir varlıqdan gəldiyini göstərir. DNT-dəki məlumat isə bütün canlılığı yaradan Uca Allahın əsəridir. Quranda Rəbbimizin yaratma sənəti və sonsuz qüdrəti bu şəkildə açıqlanır:
Budur sizin Rəbbiniz olan Allah, budur. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısıdır. Elə isə Ona ibadət edin. O, hər şeyə vəkildir. Gözlər Onu idrak edə bilməz; O isə bütün gözləri idrak edər. O, Lətif, hər şeydən Xəbərdardır. (Ənam surəsi, 102-103)
Təbiətdəki məlumatın qaynağı
Elmin ortaya çıxardığı bu nəticəni təbiətə tətbiq etdikdə isə çox əhəmiyyətli bir nəticə ilə qarşılaşırıq. Çünki təbiət DNT nümunəsində olduğu kimi, böyük bir məlumatla doludur və bu məlumat maddənin reduksionizmi ola bilinməyəcəyinə görə maddə-sonrası bir qaynaqdan gəlir.
Təkamül nəzəriyyəsinin günümüzdəki ən qabaqcıl müdafiəçilərindən biri olan Corc C. Williams bir çox materialistin və təkamülçünün görmək istəmədiyi bu həqiqəti qəbul edir. Williams materializmi uzun illər boyu qatı bir şəkildə müdafiə etmişdir, amma 1995-ci il tarixli bir yazısında hər şeyin maddə olduğunu fərz edən materialist yanaşmanın səhvini belə ifadə edir:
"Təkamülçü bioloqlar iki fərqli sahə üzərində işləməkdə olduqlarını indiyə qədər fərq edə bilmədilər; bu iki sahə maddə və məlumatdır ... Bu iki sahə "reduksionizm" olaraq bildiyimiz düsturla əsla bir araya gətirilə bilməz ... Genlər bir maddi obyekt olmaqdan çox bir məlumat paketidir ... Biologiyada genlər, genotip və gen hovuzları kimi anlayışlardan bəhs edərkən informasiya haqqında danışmış olarsınız, fiziki obyektlər haqqında deyil ... Bu vəziyyət məlumatın və maddənin yaranmasının iki fərqli sahəsi olduğunu göstərir və bu iki fərqli sahənin mənşəyi də ayrı-ayrı araşdırılmalıdır." (144)
XX əsrdə elm DNT-dəki məlumatın materialistlərin iddia etdiyi kimi, maddənin reduksionizmi ola bilməyəcəyini ortaya çıxarmışdır. Bu səbəbdən, təbiətdəki məlumatın qaynağı da materialistlərin düşündüyünün əksinə, maddənin özü ola bilməz. Məlumatın qaynağı maddə deyil, maddə-sonrası üstün bir ağıldır. Bu ağıl maddədən əvvəl vardır. Maddə onunla var olub, onunla şəkil tapıb və formalaşıb. Bu ağlın sahibi bütün aləmlərin Rəbbi olan Allahdır. Canlıların mənşəyində yer alan bu fövqəladə məlumat materialist fəlsəfəni tənəzzül etdirərək aləmlərin Rəbbi olan Allahın açıq-aşkar varlığına saysız dəlillər təqdim edir.
11-Cİ HİSSƏ
DARVİNİZMİN DNT İLƏ ƏLAQƏDAR YANILMALARINDAN BƏZİLƏRİ
Bəzi elm adamları elmin inkişafına kömək olmaqdan çox təkamül nəzəriyyəsini gündəmdə tutmaq məqsədiylə əmək və zaman sərf edirlər. Darvinizmi lap əvvəldən bir aksiom olaraq qəbul etdikləri üçün etdikləri elmi araşdırmalarda da səhv nəticələrə yönəlirlər. Necə ki, molekulyar biologiya sahəsində təkamül nəzəriyyəsinə guya dəlillər yaratmaq üçün heç bir elmi dəyəri olmayan müxtəlif anlayışlar və tezislər ortaya atırlar. Üstəlik bu tezislər və ya anlayışlar heç bir elmi dəyərləri olmadığı halda Darvinist mediada dəstək tapır və cəmiyyətə bir həqiqət kimi təqdim edilir. Ancaq inkişaf edən elm və texnologiya bu iddiaların ağıldan kənar olduğunu gözlər önünə sərir. Materialist dünya görüşünü gündəmdə tutma səyindən qaynaqlanan təktərəfli şərhlər, təhriflər, birtərəfli xəbərlər, Uca Allahın hər yeri əhatə edən elmini, sənətini, ağlını gizləməyə güc yetirə bilmir. Quranda bir çox ayədə haqqın batil üzərindəki üstünlüyü bildirilir. Bunlardan bir qismi belədir:
De ki: "Həqiqətən, Rəbbim haqqı (batilin yerinə və ya dilədiyi kimsənin ürəyinə) qoyar. O, qeybi ən yaxşı biləndir. De: "Haqq gəldi; batil isə nə (bir şey) ortaya çıxara bilər, nə geri gətirə bilər. "(Səba surəsi, 48 - 49)
... Allah, batilli yox edib-aradan qaldırır və haqqı Öz sözləri ilə haqq olaraq gücləndirir (həyata keçirir). Çünki O, kökslərdə olanları Biləndir. (Şura surəsi, 24)
Allah günahkarlar istəməsələr də, haqqı (haqq olaraq) bərqərar edəcək. (Yunis surəsi, 82)
Bu hissədə təkamül nəzəriyyəsinə dəstək olması xəyaliylə ortaya atılan nəticəsiz iddialardan yalnız bir neçəsinə ümumi xətləriylə yer verəcəyik:
Təkamülçü cəhalətin bir nümunəsi : xarab DNT yanılması
İnsan Genom layihəsi ilə birlikdə indiyə qədər yalnız DNT-dəki şifrə düzülüşü ortaya çıxarılmışdır. Ancaq bu şifrələrin insan bədənində hansı funksiyaları təyin etdikləri bir neçə gen istisna olmaqla, hələ bilinmir. DNT zənciri üzərində zülal kodlaşdıran, başqa sözlə, aktiv olaraq çalışdığı kəşf edilən təxminən 30 min gen var. Ancaq bu miqdar insan DNT-sinin yalnız 3%-ni meydana gətirir. Geriyə qalan uzun DNT zəncirinin nə işə yaradığı isə hələ bilinmir.
Elə bu nöqtədə təkamülçülərin bu naməlum təməl üzərində bina etdikləri tərəfli şərhləri dövrəyə girir. Darvinist elm adamları danışılan genlərin heç bir məqsədi olmadığını, bunların “axmaq” və ya “zibil, xarab” düzülmələrdən ibarət olduğunu irəli sürürlər. Milyonlarla illik xəyali təkamül müddətində bu bölgələrin artıq funksiyalarını itirmiş genlər olduqlarını iddia edirlər. Halbuki, əvvəlcədən hökmlə qarşıya qoyulmuş bu iddia bu gün yeni elmi tapıntılar qarşısında çürümüşdür. "Xarab DNT" anlayışı 5-6 il əvvələ qədər elm adamlarının funksiyalarını bilmədikləri böyük DNT kütlələrinə verdikləri ad idi. Gen olaraq bilinməyən bu çox uzun düzülüşünə o zaman "junk DNT" (xarab/zibil/boş DNT) deyirdilər. Ancaq iddiaların əksinə, işə yaramadığı qarşıya qoyulan hissələrin əslində həyati funksiyaları idarə etdikləri, çalışan qisimlərin təmirində kritik əhəmiyyətləri olduğu ortaya çıxmışdır.(145) Qaldı ki, genetika elmi DNT-nin funksiyalarını tanımaqda hələ iməkləmə mərhələsindədir.
13 may 2002-ci il tarixli Nature Genetics jurnalında nəşr olunan bir məqalədə Dr. John V. Moran və qrupu xarab sayılan DNT-nin hərəkətli hissələrinin genom üçün təmir xidməti təmin edən DNT hissələri olduğunu bildirdilər.(146) Bunlar genom ətrafında hərəkət edə bilər və söz əməliyyatı əsnasında köçürüb - yapışdırmağa bənzər bir əməliyyat edərək özlərinin surətini çıxararlar. Bu xüsusiyyət DNT-nin cüt olan spiral hüceyrələri ayrılmağa başlayanda son dərəcə faydalıdır. Cüt spiral hüceyrəyə kimyəvi maddələr dəydikdə, ya da hər hansı bir təzyiq olduğunda yarılır və hüceyrə ölümünə səbəb ola bilir. Xarab DNT olduğu iddia edilən qismin bu hissələri genom içərisində gəzərlər və bu cür ayrılmaları müəyyən edərlər; belə bir şeyə rast gəldiklərində özlərini araya salarlar və bu bölgəni yenidən birləşdirirlər.(147)
Zamanla təkamülçü mənbələrdə, canlılardakı bəzi orqanların funksiyasız olduğu irəli sürülür və bunların o canlıların atalarından miras qalmış ancaq artıq istifadə etmədikləri orqanlar olduğu iddia edilir. Məsələn, insan bədənindəki appendiks (appendisit) və ya büzdüm illərcə "korlaşmış orqan" sayılmışdır. Halbuki, son illərin elmi araşdırmaları bütün bu orqanların əhəmiyyətli funksiyaları olduğunu ortaya çıxarmışdır. Təkamülçülərin XX əsrin əvvəlində çıxardıqları "korlaşmış orqanlar siyahısı" bu gün tamamilə çürümüş vəziyyətdədir. Təkamülçü yazıçı Scaddingin ifadəsiylə "biologiya məlumatı artdıqca korlaşmış orqanlar siyahısı da getdikcə kiçilmiş" və sonunda yox olmuşdur.(148) (Ətraflı məlumat üçün baxın. Harun Yahya, Həyatın həqiqi mənşəyi, Araşdırma nəşriyyat) Eyni şəkildə, təkamülçülərin qarşıya qoyduqları xarab DNT anlayışı, yəni DNT-nin böyük hissəsinin işə yaramaz olduğu iddiası da edilən yeni kəşflərlə çürüdülmüşdür.
İnsan Genom layihəsi və digər genetik işlərlə birlikdə, genlərin zülal istehsalı əsnasında bir-birləriylə davamlı bir qarşılıqlı təsir içində olduqları ortaya çıxdı. Bu istehsal əsnasında bir genin digər DNT hissələrindən müstəqil olaraq fəaliyyət göstərmədiyi aydın oldu. Bu gün çatılan nöqtə göstərir ki, bir genin işi əsnasında xüsusilə, zülal kodlamağa başlama mərhələsində, genləri meydana gətirməyən DNT hissələrinin o geni tənzimləməsi mümkündür. Məhz buna görə, araşdırmaları yaxından təqib edən heç bir elm adamı artıq xarab DNT anlayışına etibar etmir.
Əslində, DNT-nin xarab olduğu idda edilən qisimlərinin davamlı fəaliyyət halında olduğu və hələ bilinməyən fərqli funksiyalara sahib olduğu təkamülçülərin xoşuna gəlməsə də uzun müddətdən bəri ifadə edilən bir həqiqət idi. Science jurnalında 1994-cü ildə nəşr olunan "Xarab DNT öz dilindəmi danışır?" başlıqlı xəbərdə (149) Harvard Tibb fakültəsində molekulyar bioloqlar və Boston Universitetindən fiziklər bu mövzuya aydınlıq gətirmişdir. Müxtəlif canlılardan alınan 50.000 əsas cütlükləri ehtiva edən 37 DNT düzülüşü üzərində etdikləri araşdırmalar nəticəsində insan DNT-sində 90% yer tutan guya xarab sayılan DNT-nin əslində xüsusi bir dildə yazıldığını xəbər verirdilər. Etdikləri testlər, bu qisimlərdə dilə bənzər xüsusiyyətlər olduğunu ortaya qoymuşdu. Tapıntılar əsasında, "xarab" deyilən DNT-nin heç də boş olmadığını bildirmişlər. "Xarab DNT-dəki dilin işarələri" adlı məqalədə isə Boston Universitetindən Eugene Stanleyin etdiyi işlərlə DNT düzülmələrinə insan dilinə bənzər xüsusiyyətdə məlumat ehtiva edən xüsusiyyətlər olduğu sübuta yetirildi .(150)
DNT ardıcıllığının daha əvvəl 97%-nin xarab və işə yaramaz olaraq təsvir səbəblərindən biri şübhəsiz ki, məlumatsızlıqdır. Cleveland (Klivlend) Universitetindən təkamülçü elm adamı Evan EICH bu vəziyyəti belə etiraf edir:
"Xarab DNT kəlməsi bizim məlumatsızlığımızın əks olunmasından başqa bir şey deyil." (151)
Özü də bir təkamülçü olan Ernst Mayr da genlər haqqındakı məlumatlarının qeyri-kafiliyinə belə toxunur:
"Elmi məhdudlaşdıran ciddi bir ünsür də qabaqcıl dərəcədə kompleks sistemlərin işləyişini açıqlamadakı çətinlikdir ... Eyni fikir, qabaqcıl dərəcədə kompleks və hələ hələ aydın ola bilməmiş olan genetik məlumatın tənzimləyici mexanizmləri üçün də məqbuldur." (152)
Scientific American jurnalının noyabr 2003-cü il sayında nəşr olunan "Görülməyən Genom: Qırıntılar arasındakı cövhərlər" adlı məqalədə də Avstraliya, Queensland Universitetində Molekulyar Biologiya İnstitutunun idarəçisi John S. Mattickin bu sözlərinə yer verilir:
"Aydın olmadığı üçün xarab olaraq qarşıya qoyulan [genlər] in əslində insanın kompleksliyinin təməli olduğu ortaya çıxa bilər. " (153)
Molekulyar bioloq Prof. Mattick "Intron" adlı və zülal sintezinə birbaşa olaraq qatılmayan bu düzülüşün əhəmiyyəti ilə əlaqədar səhv şərhlərə belə toxunur:
"Bunun [xarab DNT-nin] bütün mənasının fərqinə varılmaması ... molekulyar biologiya tarixindəki ən böyük səhvlərdən biri ola bilər." (154)
New Scientist jurnalının 19 noyabr 2005-ci il tarixli bir xəbərində isə guya xarab DNT-nin əhəmiyyətinin, təxmin ediləndən daha çox ola biləcəyi belə dilə gətirilir:
"... fövqəladə bir şəkildə xarab DNT-nin genlər qədər olmasa da, daha çox əhəmiyyətli olduğu ortaya çıxa bilər ... Xarab DNT-nin qaldırıldığı rəflərdən bu şəkildə ortaya çıxarılmasını təmin edən, onunla əlaqədar xüsusi olan nədir? Genomların müqayisəsi ilə bir dəlil ortaya çıxır ... Elm adamlarının hələ həll edə bilmədiyi həyati məlumatı kodlaşdıra bilər. Bu da daha çox DNT, daha çox məlumat saxlama və kompleks orqanizmlər istehsal etmə bacarığı deməkdir. Açıq olan bir şey var. Genlərimizin xəritəsini çıxardığımıza görə, artıq tullantları kəşf etməyə başlamağın zamanı gəldi." (155)
İnsan Genom layihəsinin başında olan Dr. Francis Collins də xarab DNT kimi adlandırılan qisimlərin zənn edildiyi kimi xarab olmadığını belə ifadə edir.
"Uzun müddətdir genetik məlumatın 95%-ni xarab sayıb nəzərə almadığımız üçün problem yaşayırdım, çünki hələ nə funksiyası olduğunu bilmirdik. Buna xarab deyilməsinin səbəbi də nə cür bir funksiyası olduğunun hələ kəşf olunmamasıdır. Lakin bütün genetik məlumat əlimizdə ikən bizim xarab deyə adlandırdığımız vəsaitin əslində həqiqətən işə yarayan bir DNT düzülüşü olduğunu anlayırsınız ... Bu səbəblə, məncə genetik məlumatdan "xarab" termini atılmalıdır." (156)
Təkamülçü genetiklər xarab DNT adlandırdıqları qisimləri nəzəriyyələrinə məcburi bir dəlil olaraq göstərmək istədilər. Təkamülçülərin bu qisimləri "xarab" ifadəsi ilə əhəmiyyətsiz göstərmək istəmələri və doqmatik təkamül inanclarına uydurmaları, elm adamlarının illərlə "xarab" kimi ifadə edilən qisimləri araşdırmalarına mane olmuşdur. Science jurnalında bu vəziyyət belə açıqlanır:
"Cazibəsinə baxmayaraq "xarab DNT" anlayışı elm adamlarını illərlə kodlamayan DNT-ni araşdırmaqdan uzaq tutmuşdur. Genomlarla təsadüfi maraqlanan kiçik bir qrup xaricində genom zibilliyini kim araşdırmaq istəyərdi ki? Bununla birlikdə normal həyatda olduğu kimi elmdə də, boş vaxtı olan, lağ edilmə riski olan və məşhur olmayan sahələri də araşdıranlar vardır. Onlar sayəsində xarab DNT fikri, xüsusilə də təkrar edən qisimlər 1990-cı illərin əvvəlində dəyişməyə başladı." (157)
Təkamül nəzəriyyəsinin elmi ziddiyyətlərini çox işiylə ortaya qoyan Dr. Paul Nelson isə "Qırıntı satıcısı artıq qırıntı satmır" başlıqlı məqaləsində xarab DNT anlayışı üçün bu şərhi edir:
Carl Sagan Shadows of Forgotten Ancestors (Unudulmuş Ataların kölgələri) adlı kitabında genetik tullantıların DNT-dəki “çoxluqların, kəkələmələrin (gərəksiz təkrarlar) və təkrarsız axmaqlıqların”, həyatın təməlində dərin qüsurlar olduğu sübutunu qarşıya qoymuşdu. Bu cür şərhlərə daha əvvəl biologiya ədəbiyyatında tez-tez rast gəlinirdi, ancaq artıq bu cür şərhlər edilmir. Niyə? Çünki, artıq genetiklər genetik dağıntı olaraq bilinən qisimlərin funksiyalarını kəşf edirlər.(158)
Helen Pearson "Xarab DNT həyati bir rol ortaya qoyur: Anlaşılmayan genetik düzülüşlər vaz keçilməz görünür" başlıqlı məqaləsində belə bildirir:
"Elm adamları sirr dolu bütün onurğalıların həyatda qalmasında çox böyük əhəmiyyətə malik DNT hissələrindən ibarət olan bir kolleksiya üzərində pazl (puzzle) həll edirlər. Lakin bunların funksiyaları tamamilə naməlumdur ... bu hissələr heç bir zülal kodlamayan genomun geniş hissələri üzərində var. Bu qisimlərin varlığı əksəriyyətlə xarab DNT ifadəsinə əhəmiyyət verilməmiş bu sahələrin əhəmiyyətinin, kimsənin təxminindən çox uzaqda ola biləcəyinə dair inkişaf edən dəlilləri artırır." (159)
Perlegen Elmləri şirkətində DNT-nin qırıntı olduğu qarşıya qoyulan qisimləri araşdıran Dr. Kelly A. Frazer "Bu [tapıntılar] insanların marağını oyandıracaq. Bu insanları alıb aparan tipdə sözlər." deyərkən Cambridge Broad İnstitutundan genetik Kerstin Lindblad-Toh da edilən işlər üçün "Bunlar hələ aysberqin zirvəsidir." deyir. (160)
Bu tapıntılara baxmayaraq təkamülçülərin çoxu məqsədlərinə uyğun tapdıqları "xarab DNT" anlayışını son ana qədər müdafiə etməyə davam etmişlər. Təkamülçülərin iddialarına guya dəlil yaratmaq üçün istifadə olunan xarab DNT anlayışı da sona çatmışdır. DNT üzərində edilən sıx araşdırmalar, DNT hissəsinin həyati əhəmiyyətə sahib olması səbəbindən lazımlı, faydalı DNT qisimləri olduğunu isbat etmişdir. Beləcə, darvinistlərin bir yalanı daha elm ədəbiyyatına keçmişdir.
Dostları ilə paylaş: |