Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə10/128
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#1058
1   ...   6   7   8   9   10   11   12   13   ...   128
DAŞ YUXULAR 
13
özün saxlaya bilmәyib. Bu da nәticәsi. Axı o aktyordur, 
ürәk adamıdır. Ürәyi çәkib aparıb onu ora, qabağa durub 
kömәk elәsin. Yerazlar hardan bilir bu kimdir, nәçidi? Axı 
onlar gәlmәdilәr, yerli deyillәr. Elә buna görә dә bәdbәxt 
Sadayı ermәni bilib, vәşilәşiblәr, tökülüşübәr üstünә. Mәn 
ora bircә  dәqiqә yubansaydım onlar bunu da qoca 
ermәninin getdiyi yerә göndәrәcәkdilәr. Allah üzünә 
baxdı, sağ qaldı. Başına dönüm, doktor, xilas elә onu. Bu 
böyük insanın hәyatı sizin әlinizdәdir, - dedi vә artist 
nәhayәt ki, indicә  eşitdiyiniz gurultulu, hәyacanlı nitqini 
başa vurdu. 
Hәkim әmәliyyata tәlәsirdi. Amma bunun üçün elә bil 
nәsә çatışmırdı. Görünür, artistin nitqindәn tәsirlәnmişdir. 
O,  әmәliyyat stolunda tirrәnәn Hamlet-Otello-Kefli 
İsgәndәrin ayrı-ayrılıqda vә hamısı bir yerdә qoca 
ermәnini xilas elәmәk istәyindә qeyri-adi bir әlamәt 
görmürdü. Hәkimә görә bir tikә adamlığı olan hәr kәs elә 
bu sayaq hәrәkәt edәrdi, basqa sayaq yox. Amma bu 
şәhәrin adamları elә bil әvvәlcәdәn sözlәşib  әlbir olublar 
ki, adamlıq deyilәn o idbarı yaxın buraxmasınlar. Hәtta 
yüz faiz әmin ola bilәrsiniz ki, adam sifәti görmәk bu 
mәxluqlara sәrf elәmir. 
Cәmi on-onbeş gün bundan irәli doktor Fәrzani bu 
otaqda hansısa möcüzә sayәsindә kilinikaya çatdırılan on 
dörd-on beş yaşlı ermәni qızcığazın üstündә olduqca ağır 
cәrrahi әmәliyyat aparmışdı. 
Metronun basabas vaxtı bir neçә azәrbaycanlı arvad 
üstünә cumub yüzlәrlә  mәxluqun gözü qarşısında hәmin 
qızcığaza divan tutmuşdu. Hәlә bundan da bir neçә gün 
irәli bir başdanxarab  şair xәstәxanaya basqın edib qırx 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin