DAŞ yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə6/6
tarix08.12.2016
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6

DÖRDÜNCÜ  
HİSSӘ 
 
 
Dokror Abdasәliyev tәsdiqlәyir,  
әgәr qәtlә yetrilәn hәr ermәninin  
adına bir şam yandırılsa,  
o şamların işığı ayın işığını  
kölgәdә qoyar. 
 
   
 
 
 

DAŞ YUXULAR 
120 
Sıx duman dünyanı udub... 
Elә bil dünya deyilәn yalnız dumandan ibarәtdir. Belә 
bozluğun ardınca mütlәq nәsә olmalıdır. Qatı dumana 
bürünәn dünya heç şübhәsiz ki, üzünü göstәrmәlidi. 
Saday bunu bilir, huşu üstündә olmasa da yalnız hәmin 
anı gözlәyir. Hәqiqәtәn dә duman get-gedә çәkilirdi, di gәl 
artist indi harda olduğunu anlaya bilmirdi. Açıq-aşkar 
gördrdü ki, buz kimi soyuq daş sәkinin üstündәdir. Guya 
bura  Әylisdi, Vuraqırd kilsәninә gedәn daş yolun tәn 
ortasında oturub. Amma oturduğu yerdәn kilsә 
görünmürdü, kilsәlәrin arxasından dikilәn qәlbi dağlar da 
görünmürdü. Artisti tәlaş vә qorxu sıxırdı vә yenә dә dәrk 
elәmәk istәyirdi ki, onun olduğu yer haradır.  Әgәr bu 
hәqiqәtәn dә  Әylisdәki daş yoldursa, bәs onda dağlar 
hanı, kilsәlәr niyә qeybә çәkilib? 
Bax bu an artist şirin bir ümidlә başa düşdü ki, o artıq 
dağlardan, kilsәlәrdәn, Vuraqırdın küçәlәrindәn çox, çox 
aralıdadır vә elә indilәrdә Eçmiәdzinә çatacaq. Bu tәravәtli 
xoşbәxt duyğular balzam kimi ürәyinin üstünә tökülәn 
anda onu әmәliyyat otağından palataya aparırdılar, - 
bәdәninin bütün hey-hәrәkәtini itirsә  dә, huşsuz halda, 
nәlәrin baş verdiyini anlamaq iqtidarında olmasa da Saday 
Sadıqlı hansı bir әzasınınsa duyumu ilә yerinin 
dәyişdirildiyini hiss edirdi. 
Yalnız dördüncü gün, axşama yaxın xәstәnin 
vәziyyәti nәzәrә çarpacaq dәrәcәdә yaxşılaşdı. Hәlәlik 
danışa bilmirdi, amma görünür, sәslәri ayırd elәyir vә 
hәtta, söhbәtin nәdәn getdiyini duyurdu. Üçüncü gün idi 
ki, Azadә xanım  әrinin yanından aralanmırdı. Münәvvәr 
xanım da günün çox hissәsini Saday Sadıqlının 

DAŞ YUXULAR 
121 
palatasında keçirirdi. Doktor Fәrzani sanki Azadә xanımın 
timsalında çoxdan itirdiyi әziz adamını tapmışdı. Boş 
vaxtlarında palatanı tәrk etmirdi. Yarı Azәrbaycan, yarı rus 
dilindә ordan-burdan söhbәtlәşirdilәr. Cәmi dörd gün 
әvvәl doktor Fәrzaninin xәstәni yerlәşdirmәk üçün ayırdığı 
palata mehriban ailәnin yaşadığı evә bәnzәyirdi. 
Azadә xanım  әrinin düşdüyü ağır vәziyyәti hәlәlik 
atasına bildirmәmәyә  qәrar vermişdi. Doktor Fәrzani dә 
xaiş etmişdi ki, nә qәdәr, xәstә komadan ayılmayıb atası 
ilә telefonda danışanda heç zadı bildirmәsin, çünki xәbәr 
professora pis tәsir edә bilәrdi. Amma bu mәsәlәdә 
doktor Fәrzani üzәrinә düşәn hәkimlik borcunun da 
fәrqindә idi. "Bir qәdәr kraniostenoza oxşayır. Nәrahat 
olmayın, keçib gedәr." Axı, bir çox halda kraniostenoz - 
beyin silkәlәnmәsi, özünü travmatik koma şәkilindә biruzә 
verir. 
Nuvariş Qarabağlıdan başqa, doktor Fәrzani bir 
kimsәni xәstәnin yanına buraxmırdı. Münәvvәr xanim heç 
Nuvarişi dә buraxmaq istәmirdi, çünki onun hәr dәfә 
xәstәnin yanından göz yaşlarını axıda-axıda çıxması 
xoşuna gәlmirdi. Tibb bacısının fikirincә Nuvarişin xәstәnin 
yatağının yanında faciyәvi görkәmlә dayanıb ağlaması ölü 
üstündә  ağlamağa oxşayırdı. Xәstәxanaya gәtirilmәyinin 
dördüncü günü Saday Sadıqlının vәziyyәtindә  dәyişiklik 
hiss olunmağa başladı. O, dilini tәrpәdib dodağını 
yalamağa çalışdı. Artist bütün gücünü toplayıb aramsız 
tәrpәnәn sağ  әlini qaldırmağa cәhd elәdi vә bu Azadә 
xanımı qorxuya saldı: sanki o, әlini qaldırıb, o dәqiqә  dә 
xaç çevirәcәkdi. 

DAŞ YUXULAR 
122 
Münәvvәr xanım xәstәyә  әt  şorbası içirdirdi. Doktor 
Fәrzani sәssiz addımlarla palatada gәzişir, arada bir 
dayanır, gözünü televizordan ayırmadan nә barәdәsә 
düşünürdü. Televizorun sәsini azaltmışdı, sıx saqqallı, iri 
sifәtli bir kişi ekranda әl-qol ata-ata nәsә deyirdi. Yeri 
gәlmişkәn, ekrandakı o idi, şair Xәlilullah Xәlilov. Lelin vә 
partiyaya ithaf etdiyi şeirlәrin hesabına otuz ildәn artıq bir 
müddәtdә orta mәkdәb dәrsliklәrindә yer almışdı. Ancaq 
onun şeirlәri vә adı o dәrsi öyrәnәn uşaqların yaddaşında 
heç bircә il duruş  gәtirә bilmir, unudulurdu. İndi bu şair 
dönüb olmuşdu Uluruh Türkmәnmәkan, yüz minlәrlә 
insan nәinki Lelin meydanında,  әn ucqar kәndlәrdә - 
toyda, ölü yerindә  şairin "Qarabağ - gözümdә  çıraq" 
poemasını әzbәr söylәyirdilәr.  
Tәbii ki, doktor Fәrzani Xәlilullah Xәlilovdan tam 
xәbәrsiz idi. İndiki halda isә bir hәkim olaraq bu adamın 
aşıb-daşan enerjini hardan aldığını  dәrk etmәk istәyirdi. 
Nәhayәt belә  nәticә  çıxardı ki, bu mәsәlәni açmaq üçün 
mәxsusi biliyә ehtiyac yoxdu. Çıxışının sonunda şairin 
qışqıra-qışqıra söylәdiyi pafoslu iki misrası ona mәhz belә 
düşünmәyә әsas verirdi: 
Yurdumun ağası xay ola bilmәz! 
Ona torpağımdan pay ola bilmәz! 
- Ay malades, - doktor Fәrzani  әlini yellәyib 
televizordan aralandı  vә yenidәn palata boyu gәzişmәyә 
başladı. 
- Mәn bilәn bu saqqallı uşaq Әzrayıldan da qorxmur. 
Nә zamansa onun özünü dә bir pay torpağa basdıracaqları 
xәyalına da gәlmir, uzaq başı uzunu iki metir, eni әlli-
altmış santimetr torpağa. Deyәsәn yox, - doktor 

DAŞ YUXULAR 
123 
gülümsündü. - Mәncә, onun torpaq payı bir az çox olacaq 
çünki çәnәsi çox iridi. 
Doktor, belәcә xoş әhvalla xәstәyә yaxınlaşdı. 
- Hәlә ki, tәyinat qüvvәdә qalır, - o dedi, - adamları 
tanıyıb danışana qәdәr gözlәyәk. Nә yolla olur, olsun 
insultun qarşısını almalıyıq.  Әgәr insult olmasa Allahın 
kömәyi ilә digәr fәsadlardan salamat çıxacaq. Bu barәdә 
danışmaq hәlә tezdi. Bizi görmәk istәsә özünә  gәlәcәk. 
Әgәr istәmәsә... - doktor köks ötürüb gülümsündü, - Allah 
qoysa istәyәr. 
Saday Sadıqlı  hәqiqәtәn uzaqlardaydı. Palatada 
onların hamısından - doktordan, arvadından, hәtta 
başındakı  zәdәdәn, bәdәnindәki yaralardan çox uzaqda 
idi. Әylisdә... Bәli, sözsüz ki, Әylisdә idi. Amma bu, gerçәk 
hәyatda olan Әylis deyildi. Sadayın beş-altı yaşı olanda, 
yazda, bax o Әylisdә bir gözәl qara tülkü balası hardansa 
tәzib gәlmişdi. Saday onu cәmi bircә dәfә hәyәt hasarının 
dibindә görmüşdü. O qara tülkü balası hasarın üstündәn 
ağaca tullanıb, onu budaq-budaq gәzmiş, yaşıl yarpaqların 
arasnda gizlәnmәk istәmişdi. Aradan bir neçә gün 
keçәndәn sonra Cingöz Şabanın hәmәn o tülkünü bulağın 
yanında, Daş kilsәnin divarı dibindә necә güllәlәdiyini dә 
görmüşdü Saday. O hadisә indiyәcәn demәk olar hәr gecә 
Sadayın yuxusuna girir. 
Budur, o tülkü hәlә  dә sağdır. Hasardan ağaca, 
ağacdan hasara tullanır,  Әylisin bu başından vurub o 
başından çıxır. Vә bir Allah bilir ki, dörd-beş yaşında bir 
oğlan uşağı nә zamandan bәri o gözәl qara tülkü balasının 
dalınca addımbaaddım gedir. O heç vaxt belә gözәl 
heyvan görmәmişdi. Heç vaxt Әylisdә heylә gözәl yaz da 

DAŞ YUXULAR 
124 
olmayıb.  İşıq. Hәr yan işiq. Dağlarda günәş  işığı. 
Ağaclarda gilas işığı. Budaqlardan körpә yarpaqlar indi-
indi dit verib çıxır. Yasәmәn yenicә aşıb-daşır. Hansı il idi, 
Allah, o il, yazın hansı vaxtı idi? Axı gilasın yetişmәyi ilә 
yasәmәnlәrin çiçәklәmәyi başqa-başqa vaxtlarda olurdu. 
Deyәsәn, tülkünün üstündә oyun durğuzduğu o 
hasar daşdan deyildi sarımtıl-narıncı  işıqdan hörülmüşdü 
vә divardan süzülәn işıq küçәlәrә, yollara yayılırdı. O işığa 
qәrq olan Әylis sәliqәylә yığışdırılmışdı, hәr tәrәfinә güllәr 
әkilmişdi, küçәlәr şüşә kimi tәr-tәmiz idi. O işığa boyanan 
sular axıb qırağında bәnövşә, süsәn bitәn arxı doldururdu. 
O qәşәng tülkü balası tullanır, sevinir, oynaqlayırdı, 
hasarın üstüylә üzü yuxarı- günәş  şәfәqlәri altında 
günbәzi qızıl kimi parıldayan Daş kilsәyә can atırdı, onunla 
birlikdә qoz ağacının açıq-yaşıl yarpaqları, alçalar, әriklәr, 
hasar boyunca arxın üstündә bitib göyәrәn nә vardısa, 
hamısı sevinir vә elә o sevinc içindә onlar da durduqları 
yerdә oynaqlaşırdılar. Hәrdәn bala tülkü tünd yaşıl 
yarpaqların arasında gözdәn itir, sonra yenә peyda 
olurdu. Bax o vaxt - tülkü balasının görünüb, qәfil gözdәn 
itdiyi hәmәn anlarda xәstәxana çarpayısında yatan Saday 
Sadıqlı daha dәhşәtli ağrılara tab gәtirmәli olurdu. 
Bir sözlә, doktor Fәrzani qәnaәtindә yanılmırdı, xәstә 
hәqiqәtәn dә uzaqlardaydı. Doktor onu da düz deyirdi ki, 
indi hәr şey onun özündәn asılıdır - yaşamaq da , ölmәk 
dә, istәsә o uzaqlardan qayıdacaq, istәmәsә yox, elә 
oralarda qalacaq. 
Xәstә hәlә ki, geri dönmәk islәmirdi. Nağıllardakı kimi 
qәşәng tülkünü qarabaqara izlәmәkdәydi. Oğlanın yeganә 
arzusu onu tutmaq, bağrına basmaq, öpüşlәrә  qәrq 

DAŞ YUXULAR 
125 
etmәk, onun qәşәng başını, quyruğunu tumarlamaq idi. 
Hәlә ki, o tülkü diriydi, sağlamdı. O nur saçan hasara 
dazıyırdı, kefi istәyәndә yaşıl yarpaqların arasında 
görünmәz olurdu vә bizim Saday Sadıqlının da nәfәsi 
gedib-gәlirdi hәlәlik. 
İlin sonuncu günü xәstәxanaya gәlәn Münәvvәr 
xanımın ilk görәcәyi iş xәstәnin sarığını dәyişmәk oldu. O, 
sevinc içindә hәkimә mәlumat verdi ki, xәstәnin çıxan iki 
barmağı, dirsәyi vә bilәyi tam normaya düşüb. Yeganә 
fiziki problem xәstәnin gipsә salınmış sağ ayağındakı 
sınıqla bağlıydı. Xәstәnin huşunun özünә qayıtması isә 
hәlә müşahidә olunmurdu - bilinmirdi ki, o әtrafda gedәn 
danışıqlara reaksiya verir, ya yox. 
Azadә xanım  әvvәldәn planlaşdırmışdı ki, palatada 
yeni il süfrәsi açsın. O, yeni il axşamını birlikdә qeyd 
etmәk üçün Mәrdәkandan atasını  gәtirmәyi dә  nәzәrdә 
tutmuşdu. Çünki doktorun da, Münәvvәr xanım da 
bayram keçirmәk üçün özgә bir yerlәri yox idi. 
Ancaq doktor Abasәliyev, gündüzdәn şәhәrә getmәyә 
söz vermәyinә baxmayaraq axşamüstü fikirindәn daşındı. 
Yeni il tәdbirinә xeyli qalmış zәng çalıb dedi: "Belә vaxtda 
bağı  nәzarәtsiz qoymaqdan qorxuram. Bütün ölkәni 
quldur yığnağına döndәriblәr. Mәnim heç mәrdәkanlılara 
da etibarım qalmayıb". 
Azadә xanım ömründә ilk dәfә yeni ili atasından ayrı 
qarşılayırdı. Xәstәxananın yaxınlığında yaşayan Münәvvәr 
xanım tәzә ili Azadә xanımla birgә qarşıladı, sonra isә 
çıxıb getdi evinә. Doktor Fәrzani Münәvvәr xanımı evinә 
yola saldı, bir necә  dәqiqәliyә palataya nәzәr salıb 
kabnetinә çәkildi vә gözәldi ki, qızı Moskvadan nә zaman 

DAŞ YUXULAR 
126 
zәng çalacaq. Azadә xanım  әri ilә palatada tәkbәtәk 
qalanda istәdi onu oyatsın, ona uzun illәrdәn bәri ürәyinin 
әn dәrin guşәsindә saxladığı sözlәri desin, o sözlәrlә әrini 
uşaq kimi sığallasın. Amma o gecә Saday Sadıqlı  nә söz 
dedi, nә söz eşitdi. Artistin yalnız gözlәri danışırdı. O bir 
çüt göz elәcә gah gülürdü, gah ağlayırdı. Әksәr vaxtda isә 
uzaq, çox uzaq bir nöqtәyә dikilib qalırdı, elә bil bir cüt 
göz әlçatmaz-ünyetmәz uzaqlarda Allahın özünü görür vә 
ona baxmaqdan doymurdu. 
Saday Sadıqlının xәstәxanaya düşmәyinin onuncu 
günü idi, doktor Abasәliyev sübh tezdәn gözlәnilmәdәn 
palatanın qapısını açıb içәri girdi. Boğazlı yun köynәyin 
üstündәn gödәkcә geymiş qocaman pisixiator qapının 
ağzında dayananda doktor Fәrzani xәstәlәrin sәhәr 
müayinәsini yenicә birtirmişdi, palatanın lap uzaq 
küncündәki kranın qarşısında  әlini yuyurdu. Münәvvәr 
xanım doktor üçün sәhәr yemәyi hazırlayıb dәyirmi stolun 
üstünә qoymuşdu. Azadә xanım pәncәrәnin qabağında 
dayanıb hәyәtә baxır, ötәn hәftә baş  çәkmәyә imkan 
tapmadığı atası barәdә düşünürdü. Xәstә isә  әvvәlki 
qaydada yatırdı vә yatdığı yerdә dörd-beş yaşlı uşaq kimi 
gülümsәyirdi. Fәqәt gözlәrindәki işıq qәmli, kәdәrli işıq idi. 
Bayırda bәrk külәk әsmәyinә baxmayaraq hava aydın 
vә günәşli idi. Palataya daxil olan kәnar adam çox güman, 
dәrhal düşünәrdi ki, pәncәrәdәn içәri süzülәn gün işığı 
burada hamıdan çox simasında bir parça tәbәssüm donan 
xәstәnin ürәyincәdir. 
Doktor Abasәliyev gödәkcәsini soyunmadan 
kürәkәninin üstünә atılıb onu öpdü. Sonra doktor 
Fәrzaninin  әlini möhkәm sıxdı, dinmәzcә Münәvvәr 

DAŞ YUXULAR 
127 
xanımın çal saçına toxundu. Yalnız bundan sonra 
gödәkcәsini soyunub stullardan birinin üstünә atdı, qızının 
alnından öpüb çarpayının yanında kresloya әylәşdi. 
Doktor Fәrzani heyrәt elәyirdi, artıq yaşlaşmış 
tanışının belә  qıvraq qalması  vә cavanlıq  şövqünü 
saxlaması inanılmaz gәlirdi ona vә bәlkә bundan daha çox 
ağır xәstәnin çarpayısı yanında özünü bu qәdәr nikbin, 
hәyatsevәr aparmağı, başqa sözlә, professorun psixoloji 
möhkәmliyi tәcüblәndirirdi onu. Axır ki, professor 
Abasәliyev imkan vermәdi, doktor bir kәlmә söz desin, 
qızının gözünün dәrinliyindәki gizli tәlaşın da fәrqinә 
varmadı. Әylisin vәtәnpәrvәr oğlu titrәyәn әllәri ilә dizinin 
üstündә tutduğu çantanı açdı, topa yazılı kağızın 
arasından bir vәrәq çıxardı, vәrәqi bayraqsayaq yellәyib 
köksü atlan-atlana danışmağa başladı. 
- Cavan oğlan, sәnә gözәl-göyçәk  Әylis gәtirmişәm. 
Demә nağıl danışır. Hamısı burda yazılıb. Yüz faiz 
doğrudur. Axı  sәnә bir әylisli tacirin gündәliyi barәdә 
danışmışdım. Mәn o gündәliyi türklәr  Әylisi dağıdandan 
irәli Mirzә Vahabda görmüşdüm. Vәtәn müharibәsindәn 
sonra dostum Erevandan hәmәn  әlyazmanın rus dilinә 
tәrcümәsini gәtirdi. Mәn dә bilmirdim hara qoymuşam, 
çox axtardım. Budur, axır ki, köhnә kitabların arasından 
çıxdı. Rusca adı belәdir: "Dnevnik Zakariya Akulusskoqo". 
Mәncә, sonuncu söz Akulis yox, Aqulis olmalıdır. Çünki 
әksәr qәdim kitablarda söz "k" ilә yox, "q" ilә yazılıb. Ola 
bilәr, ruscaya tәrcümәdә "q" dönüb olub "k". Әylisdә o, 
sәn dә bilirsәn, hәlә indiyәcәn Zәkәriyyә  Әylisli kimi 
xatırlanır. Mirzә Vahab da hәmişә elә deyirdi. Rәhmәtlik 
atam bu tacir barәdә çox şey bilirdi. Doktor Abasәliyev 

DAŞ YUXULAR 
128 
gözünü xәstәdәn ayırıb Fәrzaniyә baxdı. - Fәrid, onun 
Әylisdә böyük hörmәti vardı, hәtta müsәlmanlar 
uşaqlarına onun adını qoyurdular! - Tәzәdәn kürәkәninә 
sarı çevrildi - Cavan oğlan, heç başqa bir yerdә 
görmüsәnmi müsәlman öz uşağına Zәkәriyyә adı qoysun? 
Әylisdә sәn dә zәkәriyyәlәrlә ilә qarşılaşmısan. Yadındadı, 
biz orda olanda biri gәlmişdi, özünә patefon aldı. Onun 
bircә valı vardı, Xan Şuşinskinin valıydı. Sәhәrdәn 
axşamacan oxudurdu. 
" Kim çәkәr nazın, 
kim çәkәr nazın, 
ay qadası?" 
Doktor Fәrzaninin getmәyә hazırlaşdığını görәn 
professor bir dәqiqә söhbәtinә ara verdi. - Sәn hara? 
Otur, qulaq as! - Cәrrah keçib öz yerindә  әylәşәndә, 
davam elәdi. - Gündәlikdә 1630-cu ildә anadan olduğunu 
yazıb. Fikir ver, әylisli ermәni anadan olduğu ili, ayı, günü 
alman dәqiqliyi ilә  әtraflı  vә dürüst qeyd edib. ".. bazar 
günü, müqәddәs Georgi günü, günortadan sonra". - o, 
çantadan daha bir vәrәq çıxartdı. - Bu da onun ticarәtә 
başlamağı barәdәdi. 5 mart 1647-ci ildә, on yeddi yaşında 
ipәk yükü ilә Әylisdәn çıxıb. " Bu gün mәn Zakarı Әylisdәn 
yola düşdüm. Müqәddәs ruhun kömәyi ilә!  Әgәr harda 
maraqlı bir әhvalat görsәm, bu dәftәrә yazacağam. Әgәr 
kimsә mәnim yazdıqlarımda yalan axtarmağa başlasa qoy 
Müqәddәs Ruh onun ağlına işıq salsın". Fikir verirsәn o, 
"ağıl versin demir", "işıq salsın" deyir. Niyә? Keçib getdiyi 
sәyahәt yoluna bircә-bircә  nәzәr sal: Erevan, Kars, 
Әrzurum, Toqat, Bursa, İzmir, nәhayәt Stanbul. Niyә o 
hәr yerdә  İstanbul  әvәzinә Stanbol yazır? Onun birinci 

DAŞ YUXULAR 
129 
sәyahәti on ay çәkib, dekabırın sonunda Әylisә dönüb. 
Daha sonralar haralarda olmayıb: Yunanstan, Venesiya, 
İspaniya, Portuqalya, Almanya, Polşa, Hollandiya... 
Azadә xanım atasının qalıb soyumuş çayını tәzәlәdi. 
- Heç olmasa bircә stakan çay iç, - dedi - sәnin 
ermәni tacirin heç yerә qaçmır. 
- İçmişәm. Axı bilirsәn gündә bircә dәfә çay içirәm. - 
Doktor Abasәliyev hirslә  qızına cavab verib, elә o hirsli 
sәslә dә davam elәdi. - Bilirsәnmi şahlar, xanlar, sultanlar 
Әylisin başına hansı müsübәtlәri açıblar: "1663, 10 iyul. 
Әylis. Bu gün şah Abbasın canişini Әylisә gәldi. O on altı 
yeniyetmә  oğlanın vә  qızın adını bir kağıza yazdı, amma 
heç kimi özüylә aparmadı. Bu dәfә bizi Allah saxladı. Şah 
Abbasın vәliәhdi  Şah Süleymanın isә  Әylisә  gәtirdiyi 
bәdbәxtlik nә yerә sığar, nә göyә. Sәfiqulu Xanın әmrinә 
әsasәn bu gün Erevandan Әylisә Qağayız bәy adında 
namәlum bir şәxs gәldi. Onun başında otuz atlı vardı. 
Şahın  әmri ilә onlar Әylis  әhalisindәn 1000 tümәn 
toplamalı idilәr. Rüşvәtxorluğun, zülmün, zorakılığın hәddi 
bilinmirdi. Onlar yüzdәn çox adama işgәncә verdilәr, otuz 
beş  nәfәri asdılar. Amma bütün bu zülümdәn sonra 
bәdbәxt әhalidәn cәmi 350 tümәn toplaya bildilәr. Doktor 
Abasәliyev 340 il bundan irәli doğulan, bütün dünyanı 
dolaşan ermәni tacirin rus dilinә  tәrcümә olunmuş 
gündәliyini nәinki oxumuşdu, hәtta başdan-ayağa 
әzbәrlәmişdi. Yaşı  sәksәni adlamış bu kişinin qeyri-adi 
yaddaşı doktor Fәrzanini heyrәtә gәtirirdi. 
- "Bu gün Әylisә Xosrov ağa gәlib caamata elan elәdi 
ki, onu Qohman hakimi tәyin elәyiblәr. O, Meqrindәn, 
Sorutdan, Lehramdan çox adam gәtirmişdi.- Sonuncuya 

DAŞ YUXULAR 
130 
qabaqlar Nehrәm deyilirdi. - Әylis mәlәyi Ovanesin başına 
oyun açdılar. Eşşәyin üstünә qoyub zurna çala-çala bütün 
kәndi dolandırdılar. Axırda 100 tümәnini alıb boşladılar. - 
Doktor Abasәliyev bir neçә  dәqiqә çantadakı kağızları 
qurdaladı. - Fikir ver, cavan oğlan, tәsәvvür edirsәn, 
1669-cu ildә iyulun 22-dә  Әylisә qar yağıb! 1677-ci il, 
iyunun 3-dәn avqustun sonuna qәdәr bir damcı da yağış 
düşmәyib. 1680-ci ildә elә leysan töküb ki, yatağından 
çıxan çay evlәri yuyub aparıb. Ardınca elә quraqlıq 
başlayıb  Әylisdәn Tәbrizәcәn  әhali hәtta içmәli su da 
tapmayıb. 1667-ci ildә  Әylisdә 200-dәn çox uşaq 
qızılcadan tәlәf olub. 1679-cu ildә Erevanda elә  zәlzәlә 
qopub ki, hәtta  Әylisdә evlәrin vә kilsәlәrin divarları çat 
verib. Zakari Aqulis Әylisin bütün kilsәlәrini qeyd edir. 
Vәng kilsәsi - Müqәddәs Foma kilsәsi. Sәn onu 
tanıyırsan.Vuraqırd - Vardakert sözünün tәhrif olunmuş 
şәklidir. Bizim gördüyümüz Vuraqırd kilsәsi Müqәddәs 
Xristofor kilsәsidi. Bizim Daş kilsә dediyimiz Müqәddәs 
Osip kilsәsidi, gәrәk ki, Zakari Aqulisin yaşadığı dövrdә 
tikilib. Bәlkә dә bәrpa olunub vә 1665-ci il noyabrın 5-dә 
yenidәn istifadәyә verilib. Gündәlikdә belә yazılıb. - 
Doktor Abasәliyev bir müddәt yenә kağızları  eşәlәdi. - 
"1668-ci il. 4 yanvar. Bu gün Әylisdә zәlzәlә oldu. Bu gün 
Әylinin qәrb sәmasında kometa göründü. O, bizә 
günahlarımıza görә cәzanın olduğunu xatırladır. 
1668-ci il.21 dekabr. Müqәddәs Foma kilsәsinin 
rәhbәri Arximandrat Petros kilsәni dörd tәrәfdәn hündür 
hasara saldırdı. Günbәzin vә  zәng qüllәsinin tikintisindә 
çay daşalarından vә bişmiş  kәrpicdәn istifadә edildi. 
Ustalar Kürdüstandan gәlmişdilәr... - O zaman türk 

DAŞ YUXULAR 
131 
vilayәtlәrinә daxil olan Van, Bitlis, Diyarbәkr Kürdüstan 
adlanırdı. - İç divarlar daşla üzlәndi. Kilsәyә su çәkildi. 
Allah bütün ustalara güc-qüvvәt verdi." 
Doktor Abasәliyev daha xәstә tәrәfә gözünün ucuyla 
da baxmır, biri-birinin ardınca çantadan dartıb çıxardığı 
vәrәqlәri elә boğuq sәslә oxuyurdu ki, sanki özü-özünә 
mütaliә edirdi. 
Münәvvәr xanım anladı ki, bu iş uzun çәkәcәk, 
müdaxilә elәdi: 
- Doktor, axı  hәr yerdә onların ermәni yox, alban 
olduqları yazılır. 
Doktor Abasәliyev sanki bircә anı da olsun boş yerә 
vaxt itirmәk istәmirdi. Amma bununla belә başını qaldırıb 
tibb bacısına baxdı, gözünü kağızdan ayırmadan qışqırdı: 
- Sәnin dediklәrin tam mәntiqsizdi! Әgәr kimsә özünü 
ermәni adlandırırsa, mәn necә deyә bilәrәm ki, yox, sәn 
ermәni deyilsәn? Sәn hansısa albansan, lәzgi, talışsan, 
yaxud bütün bunların cәminin qarışığısan? Düzdü, bәzilәri 
Әylis ermәnilәrini "zok" adlandırırlar. Onların dili dә 
Erevan ermәnilәrinin dilindәn bir qәdәr seçilir. Yazılarında 
da fәrqlәr tapmaq olar. Axı bizim Ordubadın müsәlman 
kәndlәrinin dә  hәrәsi öz lәhcәsindә danışır. Şәkilini bakılı 
ilә qarışıq salmaq olmur - gör nә qәdәr dil, xarakter, adәt 
fәrqlәri var. Ermәnilәrdә  dә eyni haldır. Bilmirәm bu 
albanlar kim imiş, harda yaşayıblar. Amma Әylisdәkilәrin 
ermәni olduğu dәqiqdir. Ermәnini növlәrә bölmәyә  nә 
ehtiyac var. Bәli, - doktor bu dәfә  dә  Fәrid Fәzaniyә 
müraciәtlә dedi. - VIII-XIII әsrlәrdә necә  әrәb yürüşlәri 
olub, elәcә  dә türk, tatar-monqol, oğuz, sәlcuq yürüşlәri 
olub. Sonralar üç yüz il bu torpaqlar İranın vә Türkiyәnin 

DAŞ YUXULAR 
132 
qanlı döyüş meydanına çevrilmişdir. O gәlir qırır, bu gәlir 
qırır.  Әgәr işgәncә verilәrәk öldürülәn hәr ermәninin 
üstündә bir şam yandırsaydılar, o şamların işığı Ayın 
nurunu kölgәdә qoyardı. Ermәnilәr hәr әzaba qatlaşıblar, 
amma heç zaman öz etiqadlarından dönmәyә razı 
olmayıblar. Bu xalq işgәncәlәrdәn yorulub, zülümdәn cana 
gәlib, amma yenә kilsә tikmәkdәn, kitab yazmaqdan, 
Allahını sevmәkdәn usanmayıb. 
- Bәs elәdirsә әlavә torpaq bu xalqın nәyinә lazımdı? 
Nә qәdәr istәyirlәr göy üzü ilә danışsınlar. - Fәrid Fәrzani 
yüngülcә gülüb, cavab verdi. 
Doktor topa kağızların arasından bir vәrәq dә çıxardı. 
- "1651-ci il. 7 oktyabr. Tәbriz. Qardaşım Simonla 
Tәbrizә getmişdik. Tәbriz hakimi Әliqulu xan istәdi Simon 
müsәlmanlığı  qәbul elәsin. Bizi bu böyük bәdbәxtçilikdәn 
Allah saxladı." Bizim qәhr edilәn aqulislilәr Allaha belә 
bağlıydılar, Fәrid.  Әgәr müsәlmanlığı  qәbul etsәydi, 
hәmәn o Әliqulu xan Simonu qızıla tutardı. - O, fasilәsiz 
olaraq gülümsәyәn xәstәyә  nәzәr saldı, özü dә ürәkdәn 
güldü vә bayaqkı hәvәslә sözünün dalını gәtirdi: 
- Onların bir әjdaha şairi var - Eqeşe Çarens - 37-dә 
repressiyanın qurbanı olub. Deyib-gülәn, tut arağının 
ölüsü olan bu şair bir dәfә zarafat elәdi: "vaxtında 
әzamızın axmaq yerindәn bir tikә kәsmәyә qoymadıq, ona 
görә  dә müsәlmanlar bütün millәtimizin başını  kәsmәyә 
qәrar verdilәr." 
Xәstәnin növbәti dәrman qәbuluna hәlә yarım saat 
qalırdı. Ancaq Azadә xanım başa düşdü ki, atası 
gündәliyin oxunuşunu davam etdirmәk fikrindәdir, 

DAŞ YUXULAR 
133 
çarpayının yanına gәldi, işarә etdi ki, xәstәni rahat 
buraxmaq lazımdı. 
Ata bu dәfә  dә  qızının tәlaşını  nәzәrә almadı. 
Çantadan daha bir vәrәq çıxarıb  әyiş-üyüşünü sağallayıb 
düzәltdi: 
- Burada isә belә yazılıb, cavan oğlan...Bax, Zakari 
Aqulis 10 noyabr 1676-cı ildә yazıb: "Mәn, Zakari bu gün 
Müqәddәs Ovanes kilsәsinin hәyәtinә qollu-budaqlı, iri bir 
çinar basdırdım." Mәnә elә  gәlir, Daş kilsәnin hәyәtindә 
çinar ağacı olmayıb. Bәlkә var imiş, unutmuşam, düzünü 
sәn bilәrsәn. 
Bax elә bu an Saday Sadıqlının gözlәri qeyri-adi 
dәrәcәdә geniş açıldı, qurumuş dodaqları tәrpәndi: 
- Çeş - me - se - din! Eç - ma- eçmaz - za! 
Xәstәxana çarpayısında döşәli qaldığı günlәrdәn bәri 
onun dilindәn ayrılan ilk sәslәr idi ki, hansısa bir sözә 
oxşayırdı. 
"Eçmiәdzin"in nә demәk olduğunu isә yalnız Azadә 
xanım başa düşә bilәrdi vә başa düşdü...özünü  әlә ala 
bilmәdi...bәrkdәn içini çәkdi...dәrdli-dәrdli hönkürüb 
ağadı. 
- Papa! Papa!.. - göz yaşları içindә danışmağa 
başladı. - O, hәlә danışa bilmir, papa, O, heç nәyi tanımır. 
Sәn isә ara vermәdәn danışırsan, danışırsan... 
Doktor Abasәliyevin rәngi qәfil ağardı. Sanki sarsıntı 
keçirmiş adam nә baş verdiyini, hara düşdüyünü anlamaq 
istәyir, gah xәstәyә, gah Fәrzaniyә, gah Münәvvәr 
xanıma, lap sonda isә onun düşünülmәz hәrәkәti 
nәticәsindә göz yaşlarına qәrq olan yeganә qızına baxırdı. 

DAŞ YUXULAR 
134 
- Axı o nәsә dedi - o, üzürxaqlıq vә qüssә ilә 
Fәrzaniyә söylәdi. 
- Hә, nәsә  pıçıldadı.  Әslindә xeyli müddәt  әvvәl 
danışmalı idi. Nәdәnsә yubanır. 
- Görünür, amneziyanın ağır formasıdır. Niyә 
әvvәlcәdәn mәnә bildirmәmisiniz? 
- İmkan verirdin ki, ağzımızı açaq. - Doktor Fәrzani az 
qala sәrt tәrzdә cavab verdi. - Uzaqda idin, Әylisә 
getmişdin, üç yüz qırx il әvvәlә, heç kimi gözün görmürdü. 
- Doktor Fәrzani güldü, sonra isә ciddi halda maraqlandı: - 
Doktor, hәmin adamlar hәqiqәtәnmi Әylisdә olublar? 
- Әlbәttә olublar! O zaman orada yaşayanların hamısı 
Allahın nәzәrindә eyni insanlar idilәr. Onlar su çәkir, bağ 
salır, daş hörürdülәr.  İstәr sәnәtkar olsun, istәr tacir - 
ermәnilәr yüzlәrlә yad şәhәrlәri, kәndlәri dolaşıb, yalnız 
ona görә  qәpik-qәpk pul toplayırdılar ki, özlәrinin balaca 
Aqulisini hәqiqi cәnnәt guşәsinә döndәrsinlәr. On 
doqquzuncu ildә türklәr gәlib  Әylisdә xaraba qoyduqları 
ermәni evlәrinin dağıntıları altından müsәlman  әhali hәlә 
dә qızıl axtarır. Hәtta әkin üçün yer şumlayanda elә bilirlәr 
ki, bax indicә ayaqlarının altından qızıl çervonlar çıxacaq. 
Axı onlar hәmin ermәnilәrin kömәyi ilә yerin dibindәn su 
çıxarmışdılar, dağların arasıyla fayton yolları  çәkmişdilәr. 
Dәhnә qurmuşdular. Çay daşlarından keçәlәklәr 
salmışdılar, bütün küçәlәrә çaylaq daşı döşәmişdilәr. 
Hәmin o qızılın sayәsindә on iki möhtәşәm kilsә 
yaradılmışdı, bәlkә dә hәrәsinә tonla qızıl xәrclәnmişdi. 
Xәstә sonsuz bir heyrәt içindә indi qәrar tutduğu 
uzaq diyardan doktor Abasәliyevә baxdı. Bu adam tanış 

DAŞ YUXULAR 
135 
gәlirdi vә Saday Sadıqlı bütün gücünü toplayıb onu 
xatırlamağa çalışdı. baxd 
Qadınlar sәbirsizliklә kilsә, keşiş, Әylis söhbәtinin nә 
zaman sona yetәcәyini gözlәyirdilәr. 
Münәvvәr xanım xәstәnin vәziyyәti barәdә bilgi verdi: 
- Yaraları sürәtlә sağalır, doktor, - Abasәliyevә 
müraciәtlә bildirdi. - Bir әlindәsınıqlar vardı, barmaqları bir 
neçә yerdәn sınmış, çıxmışdı, amma dörd-beş günә 
hamısı bitişdi. Dizindәki sınıq qorxulu deyil. Ayaq 
barmaqlarını rahat tәrpәdir. Orqanizm cavandır, Allah 
elәsin, tez şәfa tapsın. Ola bilәr ki, beyin silkәlәnmәsi 
vәziyyәti qәlizlәşdirsin. Bunu siz hamıdan yaxşı bilirsiniz. 
Amma on gün az müddәt deyil, doktor. Xәstә bu vaxta 
qәdәr heç olmasa gәrәk danışaydı. Bәlkә  nә  qәdәr gec 
deyil onu Moskvaya göndәrmәk lazımdı? Fәrid Qasanoviç 
dә, Azadә xanım da bu fikirdәdir. 
- Bu amneziyanın konfabuleza formasıdır. Biz 
psixiatorlar bunu hәm dә Korsanov sindromu adlandırırıq. 
Anqioqrafiya olunub? - Abasәliyev doktor Fәrzanidәn 
soruşdu. 
- Dünәn kranioqrafiya olunub. Bizdә anqioqrafiya 
aparatı yoxdu. - Doktor Fәrzani bir qәdәr susub әlavә 
elәdi: - Münәvvәr xanım haqlıdı,  әn yaxşısı budur ki, 
Moskvaya aparılsın. 
- Bәs kranioqrafiya nә göstәrir? 
- Yaxşı heç nә - doktor Fәrzani cavab verdi, bir qәdәr 
düşünüb әlavә elәdi. - 
Onun beynindә balaca şiş müşahidә edilir. Ola bilәr 
çoxdanın  şişidi, indi demәk çәtindi.  İndiki halda xәstәni 
tәrpәtmәk çox tәhlükәlidi, bir az gözlәmәk lazımdır. 

DAŞ YUXULAR 
136 
Düşünürәm ki, Moskvasız bu işin öhdәsindәn gәlә 
bilmәrik. - Azadә xanıma baxıb günahkarcasına başını 
aşağı әydi. 
Bir neçә  dәqiqә heç kәsin cınqırı  çıxmadı. Sükutu 
doktor Abasәliyev pozub daha bir bәd xәbәr verdi: 
- Eşitmisәn, Aza, Nuvariş neylәyib? 
- Yox, neylәyib ki? 
- Deyirlәr özünü eyvandan atıb. 
- Kim deyir? - Azadә hәyәcanlı, titrәk sәslә pıçıldadı. 
- Mәrdәkanda çörәk dükanında arvadlar danışırdılar. 
Mәn özüm dә üç-dörd gün әvvәl onun ölümü haqqında 
radiodan eşitmişәm. Amma bilmirdim ki, özünә  qәsd 
elәyib. 
- Ona görә bura gәlmirmiş, - doktor Fәrzani dillәndi. 
- Allah rәhmәt elәsin, - Münәvvәr xanım bütün 
bәdәnini әsdirә-әsdirә ümumi kәdәrә şәrik oldu. 
Sәhәr tezdәn palataya uşa-uça girәn doktor 
Abasәliyev günortaya yaxın xәstәxanadan çıxanda tamam 
başqa halda Mәrdәkandakı evinә yollandı. 
Saday isә  hәlә  dә özünün uzaq dünyasında idi. İndi 
göyçәk tülkü balasını qovaraq tәpәnin üstünә qalxmışdı, 
kәndin aşağı  vә yuxarı  mәhlәlәrini görürdü, qüruba 
әyilmәkdә olan günәşin şәfәqlәri ilә işıqlanan havadan qoz 
yarpaqlarının su qoxusu qarışmış acımtıl әtri bürümüşdü. 
Qocaman qoz ağacının yaşıl budaqları onun durduğu 
yüksәkliyә tәrәf әyilmişdi.  
Uzaqlardan Daş kilsәnin divarlarını döyәclәyәn suyun 
sәsi eşidilirdi. 
Qara, göyçәk tülkü balası  hәlә  dә yaşıl badaqlar 
arasında tullanıb düşür, oğlan onu gözdәn itirmәkdәn 

DAŞ YUXULAR 
137 
qorxurdu vә hәm dә ürәyi su istәyirdi. Beyni susuzluqdan 
yanırdı. Daşdan hörülmüş arxın içiylә  şırıldayıb axan vә 
axırda daş hovuza tökülәn sәrin suyun hәsrәti onu bir 
maqnit gücüylә özünә sarı  çәkirdi. Amma tülkü balasını 
itirmәk qorxusu onu suyun üstünә qaçmağa qoymurdu. 
Sonra o, tülkü balasının ağacdan daş hasarın üstünә 
necә atıldığını  vә öz yoluyla çıxıb getdiyini gördü. Oğlan 
sevindi, indi o, şırıltıyla axan suyun yanına gedә bilәrdi. 
Ovcunu suyun axarı qarşısına tutdu. Amma әli bircә 
gilә dә yaş olmadı. Heç sәrinlik dә yox idi, әksinә isti hava 
әlini qarsırdı.  
Oğlan beyninin yanğısını soyutmaq üçün başını arxın 
içinә  tәrәf  әydi. Yenә  dә bir nәticә hasil olmadı, hәtta 
gurultuyla axan su da onun beyninin yanğısını söndürә 
bilmәdi. Yalnız bu anda oğlan dәhşәtә gәldi, burada başı 
suya qarışanda qara tülkü balası әbәdi olaraq gözdәn itib 
yox olmuşdu.  
Bu an haradansa qәfil atәş açıldı. Güllәlәr vıyıltıyla 
artistin qulağının dibindәn uçub getdi.  
Heç olmasa atәşin hayandan açıldığını müәyyәn 
elәmәk üçün bütün gücünü toplayıb başınnı qaldırdı  vә 
nurdan hörülmüş o hasarın yerindә indi Әylisdә olan adi 
hasarlardan biri, üstü gillә palçıqlanmış daş hörgü 
dayanırdı. 
Vә o hasarın dibiylә qapqara, yumşaq tüklü gözәl 
tülkü balasının al qırmızı qanı axıb gedirdi. 
Vә elәcә axıb gedәn qan o qәdәr qalxırdı ki, hasarı 
aşırdı. Axan qandan qorxunc bir uğultu qopurdu vә bu 
uğultu Әylis kilsәlәrinin dәrin çatlarında pәtәk salan, bala 
qoyan, bal qoyan sonra da qoyduqlarının yerini tapmaq 

DAŞ YUXULAR 
138 
üçün zillәt çәkәn sürü-sürü çaşqın arı qanadlarından 
qopan uğultuya oxşayır vә  hәmin uğultu bir an öncә 
açılan atәş sәsinә qarışıb qapqara bulud kimi göyün üzünә 
yayılırdı. 
Saday hәr  şeyin bitib göz qapaqlarının  әbәdi 
yumulduğu, uca-uca göylәrin altındakı Әylis dağlarının әn 
hündür dikindә qәrar tutduğu vaxt, qәfil Vuraqırd kilsәsini 
apaydın gördü. - Yenә dә "Göyәrçin bazarı" idi ora. O, son 
macalda anladı ki, daha getmәyә heç bir yeri yoxdur. 
1990-cı il yanvar ayının 12-si, cümә günü 
yaxınlaşırdı. 
Uluruh Türkmәnmәkan...Bütün gün azadlıq, 
müstәqillik, Qarabağ haqqında kiflәnmiş  şüarları bağıra-
bağıra xәstә  tәxәyyüllü, havalanmış kütlәni,  әrindәn 
yarımayan arvadları küçә-küçә gәzdirib dolandıran Uluruh 
Türkmәnmәkan axşamtәrәfi mitinqini Paratetdә yerlәşәn 
ermәni kilsәsinin qarşısına salmışdı. Xәlilullahın qulbeçәlәri 
bir saatdan çox idi mәbәdә od vurmağa çalışırdılar. Heç 
bir vәchlә kilsәni alışdırmaq mümkün olmurdu.  
Elә buna görә  dә  dәn gәzәn dolaşa kimi şairin yan-
yörәsini bürüyәn vәtәnpәrvәr vә  fәal qadınlar daha da 
cinlәnirdilәr. 
Azadә xanım Münәvvәr xanımla birgә Saday 
Sadıqlının meyitini yudurtmaq üçün xәstәxana maşınında 
mәscidә gәtirdilәr. 
Xәstәni insultdan xilas etmәyә gücü çatmayan, 
yorğun, peşimançılqdan üzülüәn doktor Fәrzani 
kabinetindә çöküb qalmışdı. İlk dәfәydi ki, içindә yadlıq vә 
gedәrginlik hiss elәyirdi. O, öz fikrindә Bakı ilә son dәfә 

DAŞ YUXULAR 
139 
vidalaşdı vә mәxsusi bir hәyәcan, ümid, narahatlıq içindә 
qızının Moskvadan zәng çalacağını gözlәyirdi. 
Parapetin yaxınlığındakı kilsәdәn burum-burum 
qalxan qara tüstülәr isә getdikcә hey sıxlaşır vә 1990-cı il 
yanvarın on üçünün qan iyi gәlәn gecәsinin zülmәt 
qaranlığına qarışırdı. 
Doktor Abasәliyev Mәrdәkanda idi vә  hәlә baş 
verәnlәrdәn xәbәr tutmamışdı. 
Әylis kilsәlәrinin damında gecәlәyәn göyәrçinlәr 
sakitcә yatmışdılar vә göy üzünә  bәnzәr dәrin, mavi 
yuxular görürdülәr. 
 
Әylis. İyul 2006 
 
Bakı. İyun 2007. 
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə