DAŞ yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə4/6
tarix08.12.2016
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6
DAŞ YUXULAR 
60
- Cavan oğlan, sәnә bir söhbәt elәmәk istәyirәm, 
amma qorxuram mәnim özümü dә  dәli sayasan. 
Hәqiqәtәn dә  Әylisdә çoxlu cin var. Cin deyәndә  mәn 
ruhları  nәzәrdә tuturam. Heç bilirsәn Qulunun evindә 
hansı ruh yaşayır? Bir vaxt burada Minas adında çәpgöz 
daşyonan yaşayırdı. Çox kilsәnin daşını bu nәslin ustaları 
yonub hazırlayıblar. Minas ömrü boyu daşla әllәşib: mәzar 
daşı, dәyirman daşı yonub, yola döşәnәn daş  çәkiclәyib, 
belә-belә işlәrdәn çox görüb. Dәli Qulunun babası Abdulla 
da eynәn nәvәsi kimi tәnbәlin, yekәbaşın biriydi. Bazarda 
araba dartırdı,daha doğrusu, çaydan çayxanaya su daşıyır, 
qazandığı  qәpik-quruşun başına elә oradaca daş salırdı. 
Gәrәk ki, belә bir hadisә baş verib: elә ki, Әdif bәy 
Әylisdәki ermәnilәri qırmaq әmri verir, bu çaqqal Abdulla 
qorxusuz-hürküsüz şirә dönür. Özünü salır mәhlәyә, balta 
götürüb cumur Minasın evinә. Minas hәyәtdә sakitcә 
oturub daş yonurmuş. Hiylәgәr Abdulla әvvәl Minasın 
başını kәsir, sonra onun arvadına, yazıq tifillәrinә dә aman 
vermir.  İndi,  әzizim,  әdalәt naminә özün de, bu Qulu 
Minasın evindә aydan-arı, sudan duru yaşaya bilәrmi? 
Allah haqqı, yaşaya bilmәz! Minasın әzablı ruhu heç vaxt 
ona dinclik vermәz. Allah o qәdәr unutqan deyil ki, belә 
alçaqlığı bağışlasın. 
Görünür Vuraqırdın mistik mәnzәrәsi doktor 
Abasәliyevi dә bәrk tәsirlәndirmişdi. O tez-tez addımlarına 
ara verir, ayaqları altında küçәyә döşәnәn, min illәrin 
sürtüb hamarladığı çay daşlarına nәzәr salırdı. Dağıdılmış 
qәdim evlәrә sonsuz heyrәt içindә baxır, gözünü 
hәyәtlәrdәn, ağaclardan ayıra bilmirdi. Ola bilsin ki, mәhz 
hәmin gün, Pessimis Qulu ilә söhbәtdәn sonra, mәhz 

DAŞ YUXULAR 
61
çoxillik qәnaәtlәri pisxoloqu tәhrik elәmişdi ki, beynindә 
közәrәn çәk-çevirlәrinin sәbәbini aydınlaşdıra bilsin. O 
әsәbi halda, hәm dә anlaşılmaz qәribә bir sәslә dedi,- 
Ermәni evi zәbt elәyәn hәr bir әylisli ailәsindә pisxi xәstә 
var - dedi. - Mәn bunu sәnә  hәkim kimi deyirәm. O 
evlәrdә dinclik görәn kimsә varmi? Әgәr tәrәddüd 
elәyirsәn, Vuraqurddan aşağıdakı evlәri bircә-bircә sayaq. 
Götürәk Daş kilsәnin yanında Mırıq Müzәffәrin evini. Heç 
kim deyә bilmәz ki, özünün, yaxud arvadının başı yerindә 
deyil, normal adamdılar. Çünki onların doğulduğu vә 
böyüdüyü ev basqınlar zamanı  әlә keçirilmәyib. Amma 
onların uşaqlarına fikir ver, hamısı pisixi xәstәdir. 
Kәmağıllılığın klassik forması göz qabağındadır. Bir vaxtlar 
xәstәxanamızda Müzәffәrin iki qızını müalicә elәmişәm. 
Necә lazımdır elә, kefin islәyәn kimi müalicә elәmişәm. 
Ola bilsin, sәn o qızları elә indicә küçәdә, bulaq başında 
görәsәn. Elә bil xәstә quzudular. Bir adama salam 
vermәzlәr, kimsә ilә  kәlmә  kәsmәzlәr. Çünki tutulduqları 
azar sağalmazdır. Mәncә, bu xәstәlik deyil, cәzadır. 
Günaha görә Allahın insanlara verdiyi cәzadır... Mırıq 
Müzәffәrdәn azca aşağıda Qaban Qurbanın evidir. 
Görürsәnmi, nәvәsi nә kökdәdir? Dırmaşır hasara, ordan 
gәlib gedәnin başına daş yağdırır. Bax hәlә talanlar 
zamanı  zәbt edilәn evlәrin günü-güzaranı necәdir? Götür 
Bәyaz qocanın oğlu Qafili - üzdәn ağıllı-başlı adamdır. 
Әslindә isә başdan xarabdır. Ona ayrı  nә ad verim ki, 
qarşılaşanda mәni yalan olmasın bir saat çәnәsinin altına 
salıb qara atın belinә qalxan Mәhәmmәdin Sina dağına - 
Allahla görüşә yollanmasından danışır. Yaxşı, xәstә-
xüstәni qoyaq bir qırağa. Sağlam, ya qeyri sağlam olsun, 

DAŞ YUXULAR 
62
bu boyda Әylisdә bir nәfәr tapmazsan ki, o zaman 
ermәniyә nahaq qan uddurub, indi isә qulağı dincdir. 
Özün qulağınla eşidirsәn - Mәxsәti Aleksin (ermәni, 
Yerusәlimdә İsus mәbәdinin nümayәndәsi) evinә soxulan 
Qәzәnfәr hәr axşam balalarıyla döyüşdәdir, qışqırır onların 
üstünә, hәdәlәyir, söyür... O qardaşlar isә  hәr an bir-
birinin boğazını quş boğazı kimi üzmәyә hazırdı. Budur 
bax, valideyinlәrin günahı ucbatından övladlar hansı 
zülümü ayaqlayırlar. Ayaq altına salıb tapdaladığımız 
ruhlar imkan vermirlәr ki, bu fani dünyada rahat yaşayaq. 
Qәssab Mәhәmmәd küçәnin tam ortasında Keşiş Mkrtçın 
qızını xançalla doğradı. Mәhәmmәdin ahıl vaxtını 
görmәdim,amma Bakıya gәlib-gedәnlәr deyirdi ki, o it 
olub hürürmüş, gözlәri tutulub, sonra da iflic olub, ağzı 
әyilib durub qulağının dibindә. Hәlә bu nәdir ki, oğraşın 
qarnını ishal doğrayıb, deyirlәr ayaq yoluna girib 
gücәnәndә dalından çıxan gurultu Zәngәzura çatırmış. 
İndi hamı onun adı  gәlәndә burnunu tutub qәbrinә 
tüpürür. Bir sözlә, cavan oğlan, inanmıram ki, bu yerlәrә 
bir dә xoş gün qismәt ola. Görürәm ki, heç indiki әylislilәr 
dә buna inanmırlar. Qulunun evindәn azca arallanandan 
dәrhal sonra doktor Abasәliyev ilk alaqapını araladı, 
hәyәtә girdilәr. Ev sahibi Nubar eyvanda oturub yun didir, 
dodağının altında öz-özüylә nәsә mırtdanırdı. 
- Keçin içәri, keçin - deyә onları salamladı - xoş 
gәlmisiniz. Gün hardan çıxdı, doktor, biz dә yada düşdük. 
Deyirlәr bir aydır burdasan, üzünü ilk dәfә görürәm.  
Doktor Abasәliyev: 
- Taxsır kimdәdir? Heç ayağını evdәn bayıra qoyursan 
ki, camaat da sәni görә bilsin - dedi vә  hәyәtә göz 

DAŞ YUXULAR 
63
gәzdirdi. - Göz dәymәsin, hәyәt-bacan gülür. Deyәsәn, 
sudan korluğun yoxdur. 
- Allah hәr kәsә ürәyincә versin, Zülfü qardaş. Hәlә 
ki, qapı-bacaya baxmağa taqәtim var. Mudaramız sudur, 
şükür bu il kәsildiyi olmayıb, irәlikindәn dә bol gәlib. Bu 
saat samavarı alışdırım, bir qәsәng çay verim sizә. 
- Zәhmәt çәkmә, indi gedirik. İki-üç dәqiqәliyә 
gәldik, görәk necәsәn. Olmaya hәlә dә tәk qalırsan. 
- Tәk qalıram, doktor, tәk, - Nubar arvad göynәdi. 
Qızın biri körpә-körpә  qәhr oldu, alçağın birinә vuruldu, 
sonra da başına nöyüt әmdәrib cavan canını yandırdı. İki 
qızı yetim qaldı. Oğlum da gedib bir rusla evlәndi, bir әlcә 
әppәyә döndü, onu da it apardı, odu -budu buralara 
üzükmәyib. 
- Bu evdә yaşayan ermәnilәr yadına gәlir, ay Nubar? 
- Arakel idi dә, sәn mәnnәn dә yaxşı bilirsәn. Arvadı 
Esxinin qayadan atılmağı elә bil dünәn olub. Mәn 
ömrümdә heylә  qәsәng qadın görmәmişәm. Nә  tәhәr 
yanıqlı oxuyurdu, ay Allah?! Hәm öz dilindә, hәm dә 
müsәlmanca. Sәbәbkar Allah lәnәt elәmiş  Әdif bәy idi. 
Onun dәstәsi  Әylisә girәn kimi, bәdbәxt ağlını itirdi. 
Yadındadır dә gün işaracaq çıxırdı Xişkeşenin ortasına, 
qayaların başına qalxıb oxuyurdu: 
Allaha bax, qızışıb baş aparma, 
Dәymә bizә, döymә bizi, Әdif bәy. 
Biz Әylisin güllәriyik, qoparma, 
Әymә bizi, qıyma bizә, Әdif bәy. 
- Bәs bu hәyәtdә Arakeli kim öldürdü? - doktor 
Abasәliyev inamsız-inamsız soruşdu. 

DAŞ YUXULAR 
64
- Arakeli evdә öldürmәdilәr axı, doktor, - Nubar arvad 
mәәttәl-mәәttәl cavab verdi. - Arakeli әkinlikdә gürzә 
güdaza verdi - Әbdulalı. Bilirәm nәyә  işarә elәyirsәn, 
amma bil, bu hәyәtdә bir damcı da qan axıdılmayıb. 
Doktor dәrin düşüncәyә daldı. 
- Ola bilәr - dedi - yәqin sәhv salıram. Biz hәyәtә 
girәndә sәn kiminlә danışırdın? 
- Burda kim var ki, kimlә danışım? - Nubar arvadın 
gözlәri yaşardı: - Bir әlimdir, bir yaxam, özüm-özümlә 
danışırdım. 
- Nubar, ruhların varlığına inanırsan? - o, titrәyәn 
sәslә soruşdu. 
-  İnanıram, doktor, Allaha, Peyğәnbәrә inandığım 
qәdәr inanıram. Elә o ruhlardır bizi bu kökә salan, Zülfü, 
bilirәm hansı sarı simә vurursan. Yadına düşür o vaxtların 
Marağa iranlıları? Yadındadır, ermәni qırğınından xeyli irәli 
hәftә  sәkkiz, mәn doqquz bizә  әdviyyat, xurma , saqqız, 
zәncәfil, darçın gәtirәn hәmin marağalı tacir, sonuncu 
kәrә  gәlәndә  nә dedi? "Nә  qәdәr gec deyil tәrk elәyin 
buraları, - dedi-bu qәdәr mәzarları olan yerdә insan xoş 
gün görә bilmәz" - Nubar arvad birdәn göz yaşları 
arasından gülümsündü, uzun vә  dәrindәn elә bir nәfәs 
dәrdi ki, sinәsindәn qopan xışıltı bir müddәt kәsilmәk 
bilmirdi: - amma, Zülfü qardaş, Әylis müsәlmanları qәdim 
qonşularıyla Nuh Nәbiyә  qәdәr bir yerdә yaşasaydılar da 
araya bu boyda düşmәnçilik düşmәzdi.  Әdif bәyin 
әmirindәn sonra bizimkilәr zalımlığa әl atdılar. Әgәr sәnin 
atan Hacı  Hәsәn müsibәt baş verәndә burda olsaydı, 
bәlkә adamlar utanıb-çәkinәr, ermәnilәri qırmazdılar. 

DAŞ YUXULAR 
65
Ermәnilәrin mal-mülkünә çoxdan göz dikәn qatillәr tamah 
ucbatından әllәrini qana batırdılar. 
 
Doktor Abasәliyev Nubar arvadın söhbәtinә elә qulaq 
asırdı ki, bütün bunları guya ömründә birinci dәfә eşidirdi. 
Halbuki, bir neçә gün öncә o özü hәr seyi әn xırda 
detallarına qәdәr Sadaya söylәmişdi. 
Nubar arvad Әylisin ahıl sakinlәrindәn idi. Eyni 
zamanda  Әylis ermәnilәrinin doğranıb qәtlә yetirilmәyini 
görәn orta yaşlı insanlar da az deyildi. O qәtliyamı öz 
insanlığına vә insanlara münasibәtinә görә  hәrә bir 
şәkildә danışırdı. Amma şahidlәrin heç biri hәqiqәti 
gizlәmәk fikirindә deyildi. Müxtәlif adamların dediklәri 
sonda eyni faktı tәkrar tәsdiqlәyirdi. İş nә tәhәr olub, nә 
tәhәr başlayıb, necә sona çatıb, bu mәsәlәdә demәk olar 
ki, bütün adamların fikirlәri üst-üstә düşürdü. 
Әhvalat belә olub: Әylisin ermәni  әhalisinin nәinki 
gözlәmәdiyi, ümumiyyәtlә ağıllarına belә gәlmәdiyi halda, 
Әdif bәy başda olmaqla 30-40 türk atlısı bütün evlәrin 
qapısını döyür, ermәniyә  dә, müsәlmana da bildirir ki, 
bәs, barışıq olacaq, bu sәbәbdәn hamı  yığışsın filan 
ermәninin hәyәtinә. Camaat deyilәn yerә  yığışır, türk 
әsgәrlәri müsәlman vә ermәnilәri ayırıb hәr topanı hәyәtin 
ayrı  tәrәfindә  sıraya düzür. Qәfil hardansa әmr eşidilir: 
"Atәş". Dörd bir tәrәfdәn hәyәtә cuman türk әsgәrlәri 
ermәnilәri güllәboran elәyirlәr. Çoxu yerindәcә  qәtlә 
yetirilir, yaralananların, nәfәsi üstündә olanların başını ya 
xәncәrlә başını üzürlәr, ya da birbәbir süngüdәn keçirirlәr. 
Qırdıqların elә  hәyәtdә, bağçada xәndәk qazıb üstünü 
torpaqlayırlar. Tövlәdә, evdә gizlәnәn ermәnilәri isә elә 

DAŞ YUXULAR 
66
oradaca od vurub diri-diri yandırırlar. Hәmin dәhşәtli gün 
evdәn bayıra çıxmağa ürәk elәmәyәn müsәlman arvadları 
sonralar xatırlayırdılar: "Bir hәftә arxlardan qırmızı qan 
axdı". "Әdif bәy qarğa kimi qara atın üstündә oturmuşdu, 
"Atәş" deyib bağırdı, atını qamçılaya-qamçılaya çapıb 
getdi. Elә o dәqiqә dә güllә yağış kimi yağdı. Elә bil göy 
guruldadı, havanı bomboz toz-duman bürüdü. Elә dәhşәtli 
hay-hәşir qalxdı ki, dünya yaranandan elә bir şey 
görülmәyib. Hәyәtlәrdә itlәr hürüşmәyә başladı, 
ağaclardan sığırçınlar çığırışıb uçdu. Perikmiş qarğalar, 
göyәrçinlәr bir göz qırpımında kәnddәn qeybә  çәkilib 
dağlara sığındı. Sanki cәhәnnәmin ağzı aralanmışdı. 
Günәş göy üzündәn yerә düşüb çilik-çilik olmuşdu. 
Saday Sadıqlı, indiyәcәn  Әylisdә baş verәn qәtliyam 
barәdә sakit, dәhşәtә  gәlmәdәn danışan adam 
görmәmişdi. Sadayın yaddaşı balaca vәtәnindә baş verәn 
qanlı tarixçәnin bir parçasıydı. 
Doktor Abasәliyevlә tanışlıqdan sonra artist, abadlığı, 
heyrәtamiz tәmizliyi, sahmanlı küçәlәri ilә "balaca Paris", 
yaxud "balaca İstanbul" adlanan Әylisin - bu yığcam 
coğrafi  әrazinin  әsil qiymәtini sözün tam mәnasında 
anladı. Yalnız bundan sonra Allaha bütün varlığı ilә inanan 
insanların ağılı  vә  zәhmәti sayәsindә yaranan zәngin 
mәdәniyyәtin,  әvәzsiz irsin mahiyyәtini dә anlamağa 
başladı. 
Doktor Abasәliyev, onun öz ifadәsi ilә desәk, sadәcә 
Әylisin "fanatı" deyil, eyni zamanda bu yerlәrin tarixçisi, 
pisxoloqu, yeri gәlsә lap filosofu idi. Saday Sadıqlı ilk dәfә 
doktor Abasәliyevdәn eşitmişdi ki, möhtәşәm rahib Mosop 
Maştos bax elә bu Әylisdә ermәni  әlifbası  tәrtib elәyib, 

DAŞ YUXULAR 
67
görkәmli yazıçı Ratfi vaxtilә  kәnd mәktәbindә balalara 
dәrs verib..." 
Cavan oğlan,  Әylis  İlahi yerdir! - doktor Abasәliyev 
dәfәlәrlә Saday Sadıqlıya tәntәnәli şәkildә bәyan elәmişdi 
- Biz onun başına açdığımız oyunlar ucbatından qiyamәt 
günü Allah qarşısında cavab vermәli olacağıq. 
Doktor Abasәliyevin dediyinә görә 1919 - cu ildә 
qırğınından canını qurtaran bir ermәni qadın Fransada 
Aqulis, yәni  Әylis adlı yenigül növü görüb. Tiblisidә 
yaşayan qadın rәssam Qayana Xaçaturyan ömrünün 
sәrasәr 9-10 ilini yalnız Әylis kilsәlәrinin rәsmini çәkmәyә 
sәrf elәyib. Bir sözlә, doktor Abasәliyevin dediyindәn belә 
çıxır ki, "Әylis" Allahın min bir adından biridir. Ola bilsin, 
onun  Әylis sevgisindә ermәni, yaxud müsәlmanın elә bir 
rolu yoxdur. Әksinә, bu inanan bir insanın böyük hәqiqәtә 
özünәmәxsus vә xeyirxah yanaşmasıdır. "Bu Nubar var ha 
, qız vaxtı çox ağıllı olub. Hәmin vaxtlarda İstanbul tәhsilli 
Mirzә Vahabın yanına gedirmiş ki, oxuyub - yazmağı 
öyrәsnin" - Doktor Abasәliyev bu sözlәri deyәndә onlar 
Nubar arvadın evindәn xeyli aralanmışdılar. Deyәsәn, 
Nubar arvadın hәyәtindәn çıxandan sonra hәyacanlı idi. - 
Bәlkә qarının sәmimiyyәtindәn, yaxud ayrı bir sәbәbdәn 
heyrәtlәnmişdi.  Әgәr bir qәdәr sonra Zöhrә arvadla 
görüşmәsәydilәr, yәqin ki, onlar evә elәcә fikri dağınıq, 
dilxor halda qayıdacaqdılar. 
Çox güman, küçәdәn ötüb keçәnlәri görmәk üçün 
darvazanın bir tayını açıq qoyan Zöhrә arvad artirmaya 
qalxan pillәkәnin başında oturub buğlanan çay içirdi. Әl 
qapısından başlamış  hәmin artırmaya qalxan pillәkәnә 
qәdәr hәt tәrәf tәrtәmiz süpürülmüşdü vә  hәyәtә su 

DAŞ YUXULAR 
68
sәpilmişdi. Növ-növ güllәr-çikәklәr bitәn uzunsov lәk 
salınmışdı. Hәyәtin ortasında dayaz arxla çay axıb gedirdi. 
Belә qapı saxladığına görә sözün bütün mәnalarında 
Zöhrә arvada sağol düşür. Mәxsusi iri qablarda әkilәn, 
sırayla artırmanın qabağına düzülmüş limon ağaclarına söz 
ola bilmәzdi. 
Dәqiq, bu dibçәk limonlarının  әvvәllәr Haykanuşa 
mәxsus olduğu Sadaya irәlicәdәn mәlum idi. Qәribәsi bu 
idi ki, doktor Abasәliyev dә Haykanuşun Limonlarını o saat 
tanıdı. 
- Bura bax, sәn niyә Haykanuşun limonlarını dartıb 
gәtirmisәn bura? - O, әl qapısından tam içәri adlamamış 
soruşdu. 
- Nәdi? Limonu görәn kimi yaran tәzәlәndi? Hәlә dә 
mәnim kimi gözәlә göz yumursan? 
- Nә qalıb ki, sәnin gözәlliyindәn? Nәyin vardı  tәlәf 
elәmisәn çıxıb gedib, ay mәnim ürәyim Zöhrә! 
Açıq-aydın görünürdü ki, onlar çoxdanın ülfәt 
bağlayıblar vә aralarında zarafat var. 
- Amma sәn, maşallah, konfet kimisәn, - dedi vә 
artırmadan üç köhnә  kәtili gәtirib arxın qırağında limon 
dibçәklәrinin yanına qoydu. Keçin әylәşin. Bu saat sizә әla 
çay verәcәm, indeyski. Bu istidә hardan belә? - Zöhrә 
arvad  әlindәki iki stәkanı  kәtilinin birinin üstünә qoyub, 
elә  ağacdanca qopardığı limonu doğraya-doğraya 
soruşdu: 
- Nә әcәb arvadını gәtirmәmisәn? 
-  İstәmәdi. - Doktor Abasәliyev stakana süzdüyü 
çayın qoxusunu lәzzәtlә sinәsinә çәkdi. - Bir balaca ürәyi 
qaydasında deyil, Zöhrә. Uzaq yola çıxmağa ehtiyat elәyir. 

DAŞ YUXULAR 
69
- Qızın necәdi? Deyirlәr diş  hәkimi olacaq? Olsun, 
olsun. Allah qorusun onu. Sәnin kimi doktorun mәnә  nә 
xeyiri? Bәlkә qızına deyәsәn ağzıma diş sala - Zöhrә arvad 
dişsiz, batıq ağzını sığallayıb dedi. 
Doktor Abasәliyevin  әhvalı yavaş-yavaş düzәlirdi. 
Soruşdu: 
- Bәs yazıq Xankişinin başına harda daş saldın? O 
dünyaya göndәrmisәn deyәsәn? 
- Xankişini görüm yazıq ilan vursun, Zülfü! Köpәk 
oğlu mәnnәn yaşadı ki? Üç il sığalladı, gecә-gündüz kefini 
çәkdi. Sonra da oğru pişik kimi sivişib çıxdı aradan. Görün 
nә deyirdi: mәnә  qısır arvad lazım deyil. Çaqqal oğlu 
mәndәn aralanandan sonra, iki kәrә evlәndi - hanı, züryәti 
olmadı. Axırı başa düşdü ki, tәqsir mәndә deyil, özü 
törәdә bilmir. - Zöhrә arvad yumşaqca doktor 
Abasәliyevin çiyninә toxundu. -Tifağın dağılmasın, 
neylәyәk, sәn dә mәni saymadın, gedib şәhәrli qızı tapdın. 
Hazırcavablığı ilә tanınan doktor Abasәliyev nәsә bu 
dәfә özünü itirәn kimi oldu, möhkәm qızardı, düşdüyü 
vәziyyәtdәn tez çıxmaq üçün dәrhal söhbәti dәyişdi: 
- Deyәsәn, göyçәk bacılığın da sәndәn aralaşıb. Bu 
limonlar mәnә dәhşәtli dәrәcәdә tanış gәlir. 
-  Әlbәtdә, onun limonlarıdı. Haykanuşdan savayı bu 
kәnddә kimin belә limonları ola bilәr? - Zöhrә arvad 
stakanlara çay süzә-süzә dedi. - Hә doktor, Haykanuş 
ötәn payız yıryığış elәyib getdi. Erevana, oğlu Joranın 
yanına getdi. Bәlkә dә özündәn olsaydı, qalardı. Jora tәkid 
elәdi. Çıxıb gedәndә  nә hala düşdüyünü gәrәk özün 
görәydin. Hәyәtdәn, evdәn heç cür qopmaq istәmirdi. 
Ağacların başına dәli kimi dolanırdı. Artırmanın surahısını 

DAŞ YUXULAR 
70
qucaqlayıb öpürdü. Lap çıxa-çıxda gәlib durdu burda, 
limon ağaclarının önündә, hönkürdü, elә bil qoyub getdiyi 
yeddi limon ağacı deyildi, yeddi körpә balasıydı. Belә, o 
vaxtdan bәri yeddi ildi qapı-bacaya mәn baxıram. Bu il 
limon yaxşı  gәtirib, bir iri vedrә  yığıb özünә göndәrdim. 
Bizimkilәr il boyu Erevana mal dalınca gedib-gәlirlәr, 
verdim onlar apardılar - Zöhrә arvad işıldayan yarpaqlar 
arasından bir cüt limon üzüb kәtilin üstünә qoydu. 
- Götürün, bu da sizin payınız, hәrәnizә biri düşür. 
Evdә çayla içәrsiz. Sizin kimi әziz qonaqlar üçün hәr 
ağacın üstündә üç-dörd dәnә saxlayıram. 
Çayın sәbәbinә yorğunluğu canından çıxan doktor 
Abasәliyev limon ağaclarını süzüb qәmli halda 
gülümsündü. Sonra isә söhbәti davam etdirmәk xatirinә 
sual verdi: 
- Nә yaxşı Haykanuş sәni Erevana qonaq çağırmır? 
- Çağırır, niyә çağırmır. Dәfәlәrlә Erevan bazarında 
alver elәyәn әylislilәrdәn xәbәr göndәrib ki, bacıma deyin, 
gәlsin, on-on beş gün qonağım olsun. - Zöhrә arvad gülüb 
doktora göz vurdu. - Hә, necә bilirsәn? Bәlkә gedim olan 
müsәlmanlığımı da qoca yaşımda ermәninin xarabasında 
qoyub gәlim? 
- Nә tәhәr belә deyirsәn ey, onsuz da içindә olduğun 
ev ermәni evidi dә... 
- Sәn bu qoca dәcәlxataya fikir ver. - Zöhrә arvad 
ucadan Sadaya sәslәndi. - Dәli hәkimindә  ağıl hardan 
olsun? - dedi vә doktora yarıciddi, yarızarafat barmaq 
silkәlәdi. - Bu evi atam Mәşәdiәli on beş  qızıl tümәnә 
Samveldәn - Arutyun dayıdan alıb. Guya bilmirsәn... 
- Bilirәm. Mәn o mәnada demәdim. 

DAŞ YUXULAR 
71
- Atamın qarasına danışsan, mәn sәndәn incimәrәm. 
Sәni and verirәm Allaha, Zülfü, o cәllad Mәmmәdağanın 
adını bir dә heç harda dilinә  gәtirmә. Onun becins 
törәmәlәri özündәn dә betәrdi. Cingöz Şabanı deyirәm, 
Zülfü. Deyirlәr, sәni dә incidib. Ondan aralı dur, bu 
tayfadan nә әmәl desәn gözlәmәk olar. 
- Sәn hardan eşitmisәn mәni incitdiyini? - O, sonsuz 
heyrәtlә soruşdu, hiss olunurdu ki, әsәblәşib. 
- Bu kәntdә heç nәyi ört-basdır elәmәk olmaz. O gün 
bulağın başında arvadlar xısınlaşırdılar. Deyir, hardansa 
qoca-qaltax tısbağa tapıb, hasardan tulayıb sizin hәyәtә, 
deyir tısbağanın çanağına yazıb yağışdırıblar ki, "Bu 
mәnәm, keşiş  Mıkrtç, ermәni casusu Zülfü Abasәliyevin 
doğmaca qardaşı". 
Zәhra arvad doktorun hirsdәn bozardığını görüb 
susdu. Saday qәssab Mәmmәdağanın oğlu, keşiş Mıkrtçın 
qızını öldürәn, heç bir әclafla müqayisә olunmayacaq 
dәrәcәdә alçaq adam olan Cingöz Şabanı çoxdan tanısa 
da tısbağa  әhvalatını birinci dәfә  eşidirdi. Sadaydan beş-
altı yaş böyük olan Cingöz Şaban, o Şaban idi ki, bir 
vaxtlar on-on bir yaşı vardı, cibindә  qәssab bıçağı, 
çiynindә ov tüfәngi gәzdirirdi. Bax elә o tüfәnglә Şaban o 
yaz, Allah bilir hardan Әylisә - Daş kilsәnin hәyәtinә tәzib 
gәlәn babbalaca, qara, qәşәng tülkü balasına atәş açıb 
onu qanına qәltan elәmişdi. O vәdә Sadayın dörd, ya beş 
yaşı var idi. Bununla belә, o gecә baş verәn hәmәn 
hadisәni ömrü boyu unutmadı, hәtta dәfәlәrlә yuxusunda 
tәkrar sәslәnәn güllә sәsinә diksinib ayıldı. Qәtlә yetirilәn 
tülkü balasının hasara bulaşan qanını qar-yağış çoxdan 
yuyub aparmışdı, amma Sadayın yaddaşında qıpqırmızı 

DAŞ YUXULAR 
72
qan lәkәsi o hasarın üstündә qiyamәtәcәn qızarıb qaldı, 
heç zaman pozulmadı. 
İndi dә,  şübhәsiz, davakar Şaban hasardan atılan 
üstü yazılı  tısbağa barәdә  Әylisә  şәxsәn özü xәbәr 
buraxmışdı. 
Haykanuş Sadayın tez-tez rastlaşdığı, az-çox 
yaxından tanıdığı iki qadın ermәnidәn biri idi. Әylisdә 
başqa ermәnilәr dә vardı. Ancaq onlar azәrbaycanlılardan 
heç fәrqlәnmirdilәr, elә buna görә  dә Sadayın yadında 
qalmayıblar. 
Sadayın Bakıdan tәtilә getdiyi ilk yayda Haykanuş 
hәlә  Әylisdә yaşayırdı. Dәrddәn vә daim torpaqda 
işlәmәdәn yumaq kimi bükülsә  dә  hәlә ki, tәsәrrüfatını 
idarә elәmәk gücündә idi. 
Hәyәtinin arxın yanındakı balaca әkin yerini öz әllәri 
ilә qazır, kәrkilәyib yumuşaldır, özü üçün lobya, kartof, 
xiyar, pomidor, göy-göyәrti  әkirdi.  Әylisdә  hәr evә pay 
çatan limon ağaclarına da özü baxırdı. Qadın Erevana, 
doğma oğlu Joraya armud, şaftalı, qax (meyvә qrusu), 
sucuq ( içinә qoz doldurulmuş meyvә lülәsi) göndәrirdi. 
Digәr ermәnilәr kimi o da müqәddәs günlәrdә bütün 
vaxtını  Vәng kilsәsindә keçirir, saatlarla xaçın altında 
dayanıb dua edirdi. İşdәn-gücdәn yorulanda darvazanın 
ağzında oturub yaxın qonşularla, tәbii ki, hәm dә  Zәhra 
arvadla dәrdlәşirdi. 
Haykanuşun evi Vәng kilsәsindәn xeyli aralıda, çayın 
çökәyindә, kәndin müsәlmanlar yaşayan hissәsindә idi. 
Yolun uzaqlığına baxmayaraq kilsәni qeyd-şәrtsiz 
Haykanuşun ikinci evi saymaq daha doğru olardı. Hәr gün 
möhtәşәm, topdağıtmaz darvazadan çıxıb kilsәnin 

DAŞ YUXULAR 
73
hәyәtinә  gәlir vә sanki durduğu yerdә  ağlını itirir, 
mәbәdin başına dәli kimi dolanmaqdan yorulmur, daşı-
divarı öpüb xaç çevirirdi. Nәhayәt, qoca Haykanuş qarı 
yaxınlaşıb qapının önündә dayanır, divardakı  Әylis 
müsәlmanlarının "başı çalmalı, әli uşaqlı" dediyi qadın vә 
uşaq divar rәsminin önündә bir neçә dәfә xaç çәkirdi. 
Saday Haykanuşun Erevanda yaşayan oğlu Joranı bir 
neçә dәfә Әylisdә görmüşdü. Joranın qızı Lüsik Erevandan 
Әylisә gәlәndә Sadayın on bir-on iki yaşı olardı. 
Onlar eyni sinifdә oxuyan, biri - birindәn 
aralanmayan üç dost idilәr - Sarı Saday, Bomba Babaş vә 
Cambul Camal. Biçilmiş zәmi yerindәn başaq topalamağa 
birgә gedirdilәr. Dağlara dırmaşıb qayalar, daşlar 
arasından quş yumurtası  yığırdılar. Mәktәbdә  dәrs 
olmayanda, başağa getmәyәndә, küçәdә  aşıq-aşıq 
oynamaqdan bezib yorulanda, özlәrini kilsәnin hәyәtinә 
salırdılar. Vә su çәkib ağırlaşmış çay daşları ilә Daş 
kilsәnin hәyәtindәki abidәlәrin qulağını qoparmaq, 
burnunu sındırmaq üçün dәridәn - qabıqdan çıxırdılar. 
Divarlara yapışdırılan xaçları qopardırdılar. Vuqarıdın 
hündür damına qalxıb oradan kәndi fitә basırdılar. Vәng 
kilsәsinin hәyәtinә  tәpilib Mirәli kişinin  әkdiyi lobya, 
noxud, qarğıdalı  vә  rәngbәrәng güllәri heyvan kimi 
yoluşdurur, әzib tökürdülәr. Çay yatağından tapıb hәmişә 
ciblәrindә  gәzdirdiklәri bıçaq kimi iti tinli çalpara daşlarla 
kilsәnin divarlarına ad yazırdılar: "Sarı Saday, Bomba 
Balaş, Cambul Camal". 
Sarışın saçlar Sadaygildә  nәsillikcәdi. Balaş, Bonba 
lәqәbini tәkәbbürlü xasiyyәtinә, diribaşlığına, sağlamlığına 

DAŞ YUXULAR 
74
vә güclü olmağına görә qazanmışdı. Camalın Cambul adı 
almağının isә mәxsusi, olduqca kәdәrli tarixçәsi vardı. 
O, müharibәdәn irәli doğulub, iki yaşına çatanda 
onları atalarından ayrı salan dava düşüb ortalığa. Ancaq 
dava bitәndәn üç-dörd il sonra xәbәr çıxıb ki, bәs Camalın 
atası Sümük Sәfi sağdı. Arvadı Dilruba Sәfidәn belә 
mәzmunda bir mәktub alıb, bәs o ölmәyib sağ-salamatdır 
vә hal-hazırda Qazaxstanın Cambul vilayәtindә yaşayır. 
Yazıb ki, orda ikinci dәfә evlәnib, hәtta bir oğlu da 
dünyaya gәlib. Sonra yazıb, bir daha Әylisә ayaq 
basmayacaq,  әgәr oğlu Camalın meyli çәkirsә atasının 
yanına - Cambul şәhәrinә gәlә bilәr. 
Belә  dәhşәtli mәktubdan sonra günlәrin birindә 
Camalın nәnәsi  Әzranın qışqırığı bütün kәndi yuxudan 
durğuzdu. Sәbәb dә bu idi ki, qızı Dilruba bir şüşә nefti 
tәpәsinә әmdәrib özünü odlamaq istәmişdi. 
Bu hadisәdәn sonra Camalın anası heç cür özünә 
gәlә bilmәdi. Yemәdi, içmәdi, gecәlәr yuxusu әrşә çәkildi, 
әli işә - gücә yatmadı, ev-eşik tamam yadından çıxdı. 
Sonda başına hava gәldi, gecәlәr dişi canavar kimi 
dağların, tәpәlәrin arasında dolaşıb  әrini axtardı ki, onu 
tapıb cәzalandırsın. Amma Cambulun yolunu tanımır, ora 
nә tәhәr getmәyi dәrk edә bilmirdi... 
Camalın anasının cәsәdini Әylisdәn otuz-qırx kilometr 
aralıda daş yola sәrilmiş tapdılar. Bu sarsaq adın Camala 
qoşulmağının tarixcәsi belәdir. Saday Bakıya gedәndәn 
sonra Camal demәk olar ki, hәr gün onun yadına düşürdü 
vә  hәr dәfә  dә Camal gözünün qabağına gәlәndә  Vәng 
kilsәsini, onun hündür gilәnar ağacları sıralanan hәyәtini, 
beli daim şalla sarınmış Haykanuş qarını xatırlayırdı, 

DAŞ YUXULAR 
75
hәmәn o Haykanuşun paltarının qolunu dirsәkdәn yuxarı 
çirmәlәyib ağlamaqdan özünü zorla saxlayan Camalın 
başını yaxşı-yaxşı sabunlayıb yuduğunu gözünün qabağına 
gәtirirdi. 
O sәhәr ikisi dә kilsә  hәyәtindәki uca gilas ağacına 
dırmaşmışdı. Havalar çoxdan istilәnmişdi. Amma Camal 
bütün qışı sinifindә arxa partada başı kepkalı oturmuşdu 
vә o bütün qışı başına keçirdiyi o kepkanı  hәlә  dә 
soyunmamışdı. Sinif rәhbәri Muleyli müәllimә  dәrs ili 
başlanandan ta yay tәtilinin axır günlәrinә  qәdәr dәrs 
saatlarının  әsas hissәsini mәhz bu kepkanın müzakirә  vә 
tәhlilinә  hәsr edirdi. Heç elә bil ötәn qış  Әzra nәnәnin 
gözlәrinin tutulduğunundan, anasının ölümündәn sonra 
bir Allah bәndәsinin eyninә gәlmәyib ki, Camalın başı nә 
müdddәtdәn bәri yuyulmayıb. Heç demә, bu kәnddә  әn 
yaxşı insan Haykanuş qarı imiş. Heç demә, Haykanuş 
Cambul Camalın hәmәn sәhәr kilsәnin hәyәtinә 
gәlәcәyindәn xәbәr tutubmuş. Uşaqlar hәlә  ağacın 
başında olanda, o gilasın altında ocaq çatır, yekә mis 
tiyanda su qızdırır, evdәn mәhrәba, sabun, dolça ( su 
tökmәk üçün ) bir dә lap axırda Camalın başına sürtmәk 
üçün yarımletirlik bankada qır rәngindә qara mәhlul 
tәdarükü görür. 
Haykanuş  qәfil Camalın kepkasını dartıb çıxaranda 
Babaş  nә  tәhәr iyrәnirsә, bayaqdan qarnına doldurduğu 
gilasın elliyini qusur, Saday baxa bilmir, gözünü yumub 
üzünü o yana çevirir. Haykanuş vaysına-vaysına "Vay" 
deyib başını tutur. Camalın Başında bit qarışqa yuvasının 
ağzı kimi qaynaşırmış. Haykanuş Camalı ocaq başında, 
hamar çay daşının üstündә otuzdurur. Saday dolçanı isti 

DAŞ YUXULAR 
76
su ilә doldurub Camalın başına tökür, qarı bitli başı 
sabunlayıb dәridәn qan çıxanacan tükün dibini dırnaqlayır, 
kir-pasağı tökür, sonra dönә-dönә sabunlayıb asta, yanıqlı 
sәslә: - Әziz balam. Yazıq uşaq. Yetim balam! - deyir. 
İndi, Bakının xәstәxana çarpayısında huşsuz halda 
döşәnib qalan Saday Sadıqlı bu sәsi o qәdәr qәqiq, o 
qәdәr yaxından eşidirdi ki, o sәs nә yuxuydu, nә  xәyal, 
sanki Haykanuş indinin indisindә palatada, onun lap 
böyründәydi. Haykanuş qarı Camalın başını dönә-dönә 
yuyandan, dәrman sürtüb üstündәn cuna ilә sarıyandan 
sonra evlәrindәn çıxıb kilsәnin hәyәtindә dolaşan 
qadınların sәsini dә Saday Sadıqlı apaydın, olduğu kimi 
eşidirdi. 
- Özümüzü müsәlman bilirik, amma uşağın başını 
yumaq ağlımıza gәlmәyib. 
- Nә olsun müsәlman deyil, amma uşağın başını 
yudu, adam balasıdı dә, göydәn düşmәyib ha, o da bizim 
kәnddәndi. 
- Allah sәnә yaman gün göstәrmәsin, Haykanuş bacı. 
Sәn müsәlmandan yaxşısan. 
- Kim yetimin başını yumaq istәmәz? Amma biz 
hardan bilәk ki, uşağı bit basıb? 
- Biz dә deyirik niyә bu gәdә papağı başından 
çıxarmır. Yazıq bitә görә yayın istisindә papağını 
çıxarmağa xәcalәt çәkirmiş. 
- Allah sәnin Erevandakı o bir balanı saxlasın, 
Haykanuş. Sәn bizim Әylisdә әn ifallı qadınsan. 
- Nә olsun ki, ermәnisәn, Haykanuş, sәn Allah 
adamısan... 

DAŞ YUXULAR 
77
Hәr ağızdan bir avaz gәlirdi, Haykanuş isә sabunlu 
әlini belinә sarıdığı  şala sürtüb qurulamaq vә eyni 
vәziyyәtdә durmaqdan әyilmiş qamәtini birtәhәr 
düzәltmәk hayında idi. Haya gәlәn arvadlar yavaş-yavaş 
dağılışırdılar. Onların qar-quru uzaqlaşıb eşidilmәz olan 
kimi Haykanuş qollarını elә geniş açıb kilsәyә  tәrәf  şığıdı 
ki, elә bil bu heysiz qadın bu möhtәşәm tikilini qucağına 
alıb qaldıracaq. Qoca Haykanuş özünü әylislilәr demişkәn 
"Başı çalmalı, әli uşaqlı" arvadın önündәki xaça yetirәndә 
başı ağ cunayla sarıqlı Camal dinmәzcә kilsәnin girişindә, 
divarın dibindә oturmuşdu. Bayaqdan darvazanın küncünә 
qısılan, qorxu vә  dәhşәt içindә  nәnәsinin Camalın başını 
yumağına tamaşa elәyәn Lüsik, indi gilas ağacının dibindә 
tәrpәnmәz qalmışdı  vә deyәsәn, dinmәzcә  ağlayırdı. 
Camalın da gözündә yaş parlayırdı. O, elә heyrәtlә 
baxırdı, sanki dünyanı ilk dәfә görür, Babaş bir qıraqda 
dayanaraq başını  aşağı salmışdı, bayaq özünü saxlaya 
bilmәyib qusduğuna görә xәcalәt çәkirdi. 
Haykanuş, hәmişә olduğu kimi kilisәnin girişindә 
dayanıb varlığını unudaraq dua elәyirdi. Bax elә bu anda 
yer üzündә hәlә indiyәcәn görünmәmiş möcüzә baş verdi, 
ermәni dilindә bircә  kәlmә bilmәyәn Saday Haykanuşun 
lap astadan, az qala özü-özünә pıçıldadığı hәr kәlmәsinin 
mәnasını ana dilindәki kimi eşitdi. Bәlkә o yuxu görürdü? 
Bәlkә bu yuxu deyildi, böyük yaradanın göy üzündәn 
göndәrdiyi ilahi qüdrәt idi ki, hәr bir yaradılan bәndә heç 
olmasa ömründә bir dәfә belә bir qismәtә ürcah olur. 
Maraqlıdır, görәsәn, hәmişә dünyaya daş gözlәrlә baxan 
qadın hәqiqәtәnmi daşdandır vә yaxud o daş olduğunu, 
daşdan düzәldiyini unudub vә  qәfil xoş bir tәbәssümlә 

DAŞ YUXULAR 
78
Sadayın üzünә gülümsәyir. Hәlә bu harasıdır. Bir anda o 
başı çalmalı arvadın qucağındakı  uşaq da canlanır, 
boynunu ora-bura әyir bapbalaca әllәrini, xırda ayaqlarını 
hәrәkәtә  gәtirir. Saday gözlәri ilә açıq-aydın görürdü ki, 
körpә göz qapaqlarını qaldırır vә  hәtta kiminsә üzünә 
gülüb göz vurur. Bu nә demәkdi, ey böyük yaradan, axı 
onun gözlәri elә  hәmәn anda hәm dә Camalın gözlәri 
deyildimi? Yaxşı deyәk qarabasmadır, yuxudur, 
görkәzmәdir. Bәs yaxşı onda kilsәnin yaxınlığında yaşayan 
Taytax Çimnazın, ortancıl vә  әcaz qızı Cinni Sәkinәnin 
"Baxın, ay camaat! Sarı Saday ermәni kimi xaç çevirir"- 
deyәn sәsi hardan gәlirdi? Bu Çimnazın hәmәn 
başdanxarab qızı idi ki, Allah qoymasa haqq aşığı 
olmuşdu, özü kimi çirkin bir bayatı qoşub boğazı  cırıla-
cırıla oxuyurdu: 
Ermәni, ay ermәni... 
Dağa-daşa dırmanır 
Dalından buynuz çıxıb 
Yox әlacı, dәrmanı... 
Hәlә o qeyri-adi İlahi işıq! 
Haykanuş ermәni dilindә oxuyan duaların Sadaya 
әyan olduğu, ömründә ilk dәfә qeyri-ixtiyarı xaç çevirdiyi 
gün hәmişәki kimi kilsәnin günbәzinә, dağların dikinә 
sarımtıl-narıncı  işıq sәpәlәnmişdi - Sanki o işıq Allahın 
nәzәri idi, mәbәdin içini nurlandırırdı. Necә olur axı bu? 
Saday Sadıqlı kilsәni, eyni zamanda onun özünün qәlbini 
dolduran qeyri-adi dәrәcәdә parlaq işığı bir daha heç 
zaman, heç harda görmәdi. Amma bununla belә heç 
vәchlә inanmaq istәmirdi ki, Әylisin işığı bambaşqadı, 
dünyanın işığı bambaşqa. Onun Әylisdә gördüyü nur, o 

DAŞ YUXULAR 
79
işıq yalnız  Әylisdәdir,  Әylisә  mәxsusdur, daha heç yerdә 
yoxdur. Axı bu ola bilmәz. Axı  Әylisin yuxarı başının eni 
nәdir, uzunu nәdir: altı-yeddi kilometr ola, ya olmaya. Bәs 
bu bir әlcә yerin işıq hikmәti nәdir görәsәn? Amma yox, 
әgәr haçansa insanlar bu bir әlcә torpaqda on iki kilisә 
tikiblәrsә, o kilisәlәrin yan - yörәsindә  cәnnәt bağı 
salıblarsa, ola bilmәz ki, onların işığından buralarda ilişib 
qalmasın, әks halda Allah insanın nәyinә lazımdı? 
Görәsәn hәmin gün bütün Әylisi bürüyәn sarımtıl-
narıncı işığı Sadaydan başqa bir kimsә dә görübmü? Necә 
olub ki, elә o gün kilsәnin hәyәtindәcә ilahi işıq barәdә 
kimdәnsә nәsә soruşmaq ağlına gәlmәyib. İndi, Bakıda bu 
barәdә uzaqbaşı Babaşdan soruşa bilәr. Amma necә? 
Amma hansı Babaşdan?  İndi günü bu gün dә Babaş 
Ziyadovdan o nur, o işiq barәdә soruşmaq "jek" 
müdirindәn Allahın ünvanını soruşmaq qәdәr mәnasız bir 
işdir. 
Hәmin yay Bomba Babaş Haykanuşun Erevandan 
tәşrif buyuran nәvәsi - Lüsikin dәrdindәn Mәcnuna dönüb 
çöllәrә düşdü. Elә miskin foks qalmadı icad elәmәsin. Әn 
uca ağacların tәpәsinә  çıxıb ordan özünü yerә tulladı, 
xoruz kimi banladı, qarğa tәki qarıldadı, ya da kolluqda 
gizlәnib kәklik sәsi çıxartdı. Gah quzuya, gah qurda 
döndü. Elә olurdu gün әrzindә bir neçә dәfә әllәri üstündә 
tәpәsi aşağı kilsәnin başına dolanırdı. "Es kes surumen! Es 
kes Surumem!" - deyә gah hasarın üstündәn, gah da 
kilisәnin damından qışqırır, öz sonsuz sevgisini Lüsikә 
ermәni dilindә çatdırdığına görә çox xoşbәxt olurdu. Di 
gәl, arıq vә nәnәsi kimi әsmәr bәnizli Lüsik onun bütün bu 
oyunbazlığına sәbirlә  dözürdü:  O,  nәinki Babaşa az da 

DAŞ YUXULAR 
80
olsa diqqәt göstәrmir, әslinә qalanda heç onu görmürdü. 
Әtrafda heç nәyi, heç kimi hiss etmәyәn Lüsikin bütün 
vaxtı gün әrzindә kilsәnin hәyәtindә  rәnglәrә  vә  fırçaya 
sәrf olunurdu. 
Tәbii ki, Haykanuş qarı yay günlәrini kәnddә keçirәn 
nәvәsini gözdәn qoymur, әn azı gündә bir yol kilsәyә baş 
çәkәndә termosda nәvәsinә çay, qazanda isti yemәk 
gәtirirdi. Lüsik ona Babaşın  әmәllәri barәdә heç nә 
demirdi. Amma Haykanuş özü hardansa eşidib-duydu, 
mәsәlәdәn agah olanda Ziyadovların evinә  gәlib oğlanın 
babasına  şikayәt elәdi. Bundan sonra Babaş guya özünü 
yığışdırdı. Heç demә hәngamә irәlidә imiş. Bu mәsәlә dә 
hәmin yay tәtili zamanı ortalığa çıxdı. Günlәrin birindә 
kәndә  xәbәr yayıldı ki, bәs kimsә gecә Haykanuşun 
hasarından aşıb hәr limon ağacından bir dәnә limon 
qopardıb.  Әlbәttә, bu gerçәkli oğurluq sayıla bilmәz, 
sadәcә kimsә hansı  sәbәbdәnsә ev sahibәsinә  işarә 
verirmiş. Haykanuş hamıdan çox Babaşdan sübhәlәnsә dә 
heç kimә  şikayәtlәnmәdi. Bundan iki gün sonra yenә 
kimsә Haykanuşun hәyәtinә keçib paltar ipinin üstündәn 
Lüsikin tursikini aparar. Birisi gün sәhәri onların çoxillik vә 
sarsılmaz dostluğunun sonu yetişdi vә onların hamısının 
parlaq işıqlı  uşaqlığına yekә bir nöqtә qoyuldu. Mәscidin 
qarşısında, adәtәn Әylis uşaqlarının oynadığı meydançada 
Saday heç özü dә dәrk edә bilmәdi ki, hansı ürәklә kәndin 
әn güclü oğlanlarından sayılan Babaşa möhtәşәm bir 
zәrbә endirdi vә bir zәrbәdәn Babaşın yerә sәrәlәnmәyinә 
әmәlli-başlı heyrәt elәdi. Sonra tursiki Babaşın  әlindәn 
dartıb aldı, yuxarı qaldırıb havada yellәdә-yellәdә uşaqlara 
göstәrdi, var sәsi ilә qışqırdı: 

DAŞ YUXULAR 
81
- Uşaqlar, ay uşaqlar, bu tursik Lüsikin deyil, Babaşın 
bacısı Rasimәnindir! Rasimәnin tursiyini kimә verim? 
Satıram, gәlin, alın! 
Bu  әhvalatdan sonra bir sinifdә oxusalar da 
danışmadılar, heç salamlaşmadılar da. Sonra guya ki, 
barışdılar. Amma aralarındakı soyuqluq hәmişәlik qaldı. 
Hәtta Bakıya oxumağa gәlәndәn sonra da biri-birini 
axtarıb aramadılar. Sonralar Saday kimdәnsә  eşitdi ki, 
Babaş Komsomolun Mәrkәzi Komitәsinә düzәlib, işlәri dә 
xod gedir. Hәr dәfә onun yeni tәyinatı barәsindә eşidәndә 
Saday istәr-istәmәz kilsәni, Lüsiki, Haykanuşun 
limonlarını, mәscidin qarşısındakı meydançanı, Babaşı, 
Lüsikin havada yellәnәn tursiyini xatırlayırdı. 
O biri gün Haykanuş Lüsiki Ordubad vağzalından 
qatara әylәşdirib Erevana göndәrdi. Lüsik hәmin vaxtdan 
sonra bir dә heç vaxt Әylisә gәlmәdi. 
Әylisdә ikinci mәşhur vә görkәmli ermәni qadın 
hamının Anıx deyә çağırdığı Aniko idi. O, qoçaq qadındı, 
qürurlu vә hökmlü. Allah saxlamış  hәr  şeydәn xәbәrdar 
idi. Arıçıya arıçılıqdan, ipәkçiyә ipәkçilikdәn mәslәhәtlәr 
verirdi, tibbi tәhsili olmasa da kәndin canı  ağrıyanlarını, 
naxoşlarını sağaldırdı.  İlahi, görәsәn, qadında bu boyda 
hәvәs vә güc hardandı? Aniko 1919-cu ilin dәhşәtli payız 
günü türk әsgәrlәrinin kәndin ermәni  әhalisini güllәnin 
qabağına verib qırdığı, qılıncdan keçirib doğradığı, hәr 
tәrәfdә qanın su yerinә axıb göllәndiyi fәlakәtin canlı 
şahidlәrindәn biriydi vә onun valideynlәri, qardaşaları, 
bacıları  hәmin basqında milçәk kimi qırılmışdılar. Bütün 
Әylis camaatı bilirdi ki, qaçıb tәndirdә gizlәnәn Aniko o 
vaxt tәsadüfәn salamat qalmışdı. Üç-dörd gün orada ac-

DAŞ YUXULAR 
82
susuz girәlәnәn qızı Mirzә Vahabın anası Zöhrә arvad 
tapıb tәndirdәn çıxarmışdı.  İstanbulda tәhsil alan, o 
zamankı  Әylisin  әn savadlı müsәlmanı sayılan Mirzә 
Vahab, doktor Abasәliyevin dediyinә görә, tәqribәn otuz 
yaşlarında imiş. Mirzә Vahab uşağı evindә gizlәyib, 
böyüdüb vә sonra әlbәttә, zor gücünә özünә arvad elәyib. 
Bunun  әvәzi olaraq Anikonun özündәn iyirmi yaş böyük 
әrinә göstәrdiyi ehtiram, qayğıkeşlik Allahın möcüzәsi 
deyil, bәs nәdir? O, әri haqqında hәr zaman fәxrlә danışır, 
savadlı, xeyirxah, düzgün insan olduğunu söylәyirdi. Adı 
dilindәn düşmәyәn Mirzә Vahabdan Aniko iki oğlan, iki qız 
doğdu. 
Hәr yerdә danışırdılar ki, qadın ailәsinә görә 
müsәlmanlığı qәbul edib. Qәribdir, o, qorxub çәkinmәdәn 
nә zamansa ermәnilәrin bir dә bu yerlәrә dönәcәklәrini, 
Әylisi cәnnәtin bir parçasına çevirәcәklәrini söylәyirdi. 
Özünü müsәlman sayan Aniko imamların matәmindә 
o biri arvadlarla bikir kiminsә evindә oturub Mәhәmmәd 
Peyğәnbәrin nәvәlәrinin müsibәtinә acı-acı  ağlamaqla 
bahәm, demәk olar, hәr gün sәhәr ertәdәn Vәng kilsәsinә 
baş  çәkmәyi dә unutmurdu. O, gәlәn kimi kilsәnin 
hәyәtini süpürüb tәmizlәyir, öz әllәri ilә әkdiyi rәngbәrәng, 
qәşәng güllәrә qulluq elәyir vә istisnasız olaraq hәr dәfә 
kilsәni anbara çevirib qapısına kilid bağlayan Mirәli kişinin 
ölüsünә  dә, dirisinә  dә dişinin dibindәn çıxanı deyirdi. 
Anikonun öz hәyәti isә  Әylisdә bir başqasında tәsadüf 
olunmayan güllәrlә bәzәdilmiş bayram sәrgisinә oxşayırdı. 
Mirzә Vahab bu evә 1919-cu il ermәni qırğınından sonra 
yerlәşmişdi. Hәtta danışırdılar ki, Әylis evlәrinin  әn 
yaxşılarından sayılan bu evi İstanbulda tәhsil almış Mirzә 

DAŞ YUXULAR 
83
Vahaba Türk sәrkәrdәsinin şәxsәn özü - Әdif bәy peşkәş 
elәmişdi. Necә ki, o dәhşәtli basqından Anikonun sağ-
salamat xilas olmağına inanmaq olmur, elәcә qadının әllәri 
ilә gülüstana dönәn bu hәyәtin nә vaxtsa Әdif bәyin 
dәstәsi tәrәfindәn qanla suvarıldığına da inanmaq çәtindir. 
Әlbәttә, Aniko bunun fәrqindә olmaya bilmәzdi. Bәlkә elә 
onun әlvan güllәrә bu qәdәr bağlılığı da sәbәbsiz deyildi
bu yolla o, mәhv edilmiş qohum-әqrabasının xatirәsini әziz 
tutur, onların nakam ömrünü bu işıqlı dünyada bir az da 
uzatmaq istәyirdi. Bәlkә, qәtlә yetirilәn hәr bir ermәninin 
ölmәdiyini, bu yer üzünün gözәl güllәrinә döndüyünü 
sübut elәmәk istәyirdi? Vә bәlkә istәyirdi bu Allahdan gizli 
olmayan mәtlәbi hәr bir әylisli müsәlman bәndәsi dә 
yadında saxlasın? Çox gümün, o vaxtlar bu hәyәtә tökülәn 
nahaq qan arvadın yaddaşında cövlan edirmiş. Qanlı 
yaddaşın  әzabından xilas olmaq üçün yeganә  әlac ona 
qalırmış ki, hәyәtinә gül-çüçәk  әksin, Vәng kilsәsindә 
güllәrdәn ibarәt böyük bir xiyaban salsın! 
Sadayın yaddaşında Aniko hәm gözәl insan vә qadın 
kimi, hәm dә başqalarından fәrqlәnәn şәn vә cingiltili sәsi 
ilә qalmışdı. Onun sәsi bütün Әylisi - onun evlәrini, 
kilsәlәrini, dağlarını, yollarını, çaylarını, bulaqlarını dolaşır, 
sәhәrin açıldığını  xәbәr verәn zәng kimi sәslәnirdi. Çünki 
hәmişә sübh tezdәn yuxudan oyanır, hündür artırmaya 
çıxıb uca sәslә  nәsә deyir, elә bil bununla Әylis 
müsәlmanlarını xәbәrdar elәmәk istәyirdi ki, hәlә Әylisdә 
ermәni sәsi yaşayır. 
Haykanuşdan fәrqli olaraq o, Vәng kilsәsinә hay-
küylә gedirdi: köhnә fayton yoluyla şәstlә addımlayır vә 
ucadan danışırdı. Hamı  eşidә-eşidә xatırlayıb Esxinin 

DAŞ YUXULAR 
84
özünü qayadan atmasına görә  Әdif bәyә  lәnәt yağdırır, 
Әylisin  әn gözәl kilsәsini miskin anbara döndәrәn Mirәli 
kişini uzaqdan-uzağa hәdәlәyirdi. Anikonun sәsi 
müsәlmanlığı  qәbul edәn, Mirzә Vahab kimi xoşxasiyyәt, 
savadlı  şәxsә  әrә gedәn ermәni qızın, türk süngüsündәn 
möcüzә  nәticәsindә yayına bilәn yetimin sәsi deyildi. O, 
sözün hәqiqi mәnasında Әylisin әsl sahibәsinin әsrlәrin әn 
dәrin qatlarından gәlәn sәsi idi. Başqa sözlә bu Әylisin 
itirilmiş sәsi idi! 
Bakıda yaşayarkәn, Saday Sadıqlı yuxularında o sәsi 
çox eşitmişdi, dәfәlәrlә Bakı sabahlarını o sәslә açmışdı. 
Saday Sadıqlı qәribә bir kilsәdә yuxu görürdü: elә ki, 
qoca qәhbәlәrin әdәbsiz bazarlaşmağı başlayır, bax onda 
ermәnilәrlә müsәlmanların namәrd vә qaçılmaz 
toqquşması  çıxır meydana. Qәribәsi bu idi ki, o, yuxuda 
gördüyü kilsә  Әylis kilsәlәrinin heç birinә  bәnzәmirdi, 
amma bununla belә vahimәsinә, mistik tәsirinә görә 
burada o kilsәlәrin hәrәsindәn nәsә bir әlamәt vardı. O 
yuxuda ilin vaxtlarını müәyyәn etmәk olmazdı.  Әylisdә 
sübh tezdәndi, hava tәzә-tәzә  işıqlaşır, kәnd zülmәtin 
pәncәsindәn çәtinliklә qopur. Dağların quzey tәrәfindә 
qalın qar әrimәyib. Onun tuşunda  әlçim-әlçim qeyri-adi 
düzümlü buludlar göy üzünü tutub. Vә bir dә  sәmavi, 
mistik işıq: yad vә hәm dә hәdsiz dәrәcәdә doğma, tanış 
işıq! 
Saday yuxu görürdü: kilsәnin ağ boyanmış hündür 
divarlarını görürdü, görürdü ki, külәklәr hәmәn o çat 
verәn divarı ovub, yekә bir deşik açıb. O deşikdәn kilsәnin 
içinә  işıq süzülür vә o işıq pәtәk üstündә qaynaşan 
arılardan çıxan sәsә oxşar bir qıjıltıyla axır, axdıqca da 

DAŞ YUXULAR 
85
şeytani bir ehtirasla göndәrilәn mühüm bir xәbәri yer 
üzünün hәr bir mәkanına çatdırmağa tәlәsir. 
Elә o vaxtdan bu dünyaya aid olmayan o qәribә sәs 
Sadayı qarabaqara izlәyirdi. O sәs hәr yerdә idi. Vә Saday 
radio dalğalarında, televizor ekranında, inqilabi, dini, 
vәtәnpәrvәrlikdәn bәhs edәn vәrәqlәrdә, giriş qapılarında, 
küçә dirәklәrindә  qәzet vә jurnalların iri qara şiriftlәrlә 
yazılmış mәqalә başlıqlarında hәmin xışıltı vә şırıltıyla axıb 
tökülәn sәsli işığı görür, eşidirdi. Bu sәsli işıq hәlә 
indiyәcәn görünmәmiş  fәlakәt haqqında dünyanın hәr 
yerinә xәbәr aparırdı. Vә o heç vәchlә qәbul edә bilmәzdi 
ki, heç kimin heç nәdәn qorxub çәkinmәdiyi bir zamanda 
daim qorxu hissinin altında sıxılıb әzilmәlidir. Nә üçün hәr 
söhbәt, qәzetdәn oxuduqları, radiodan, televizordan 
eşitdiklәri, meydanlarda natiqlәrin nitqlәri, küçәdә 
arvadaların qar-quru ona faciә kimi görünürdü? Nәyә görә 
hamilә qadınlara, bulvarda, parkda qoşa addımlayan 
cavanlara baxdıqca qanı qaralır? Yәni o, insanları 
gәlәcәkdә gözlәyәn qorxu әzabını tәkbaşınamı çәkmәlidir? 
Doğrudanmı,  әvvәllәr dә, elә indi dә onu qorxuya salan 
mәsәlә baş verәcәk, onun gördüyü bu küçәlәr, bu 
meydanlar istәrsә  dә, istәmәzsә  dә hakimiyyәt başına 
yeni bir Xozeyin gәtirәcәk? Nә üçün qarşısıalınmaz qan 
davasının ağrı  vә  әzabını  mәhz o, Saday Sadıqlı 
çәkmәlidir? 
Qәlbini sıxıb  әzәn suallara cavab tapa bilmәyәn 
Saday Sadıqlı hәr gecә yuxuda Әylisi görürdü. Çünki Әylis 
ürәyinin sağalmaz yarası idi. Vaxt ötdükcә daha әsәslı 
şәkildә depressiv-melenxolik ovqata düçar olan Saday 
dünyadan vә adamlardan hәr gün bir az da uzaqlaşırdı. 

DAŞ YUXULAR 
86
Tez-tez yuxuda sayıqlayıb inildәyirdi. Rabitәsiz 
monoloqlarında Haykanuşun, Anikonun, Camalın, Lüsikin, 
Babaşın, eyni zamanda Azadә xanıma mәlum vә  mәlum 
olmayan adamların adlarını  çәkirdi. Amma bir dәfә 
gecәnin yarısı Azadә xanım Sadayın yuxulu-yuxulu xaç 
çevirdiyini görәndә xeyli müddәt özünü әla ala bilmәdi. 
Elәcә  dәhşәtli gecәlәrin birindә  әrinin anlaşılmaz 
nitqlәrindә hamının çoxdan unutduğu tülkü balası peyda 
oldu. Çox vaxt baş verәnlәri atasından gizlәdәn Azadә 
xanım Sadayın gecәki iniltilәrinә dözmәyib sәhәri gün 
keçirdiyi iztirabları doktor Abasәliyevә bildirdi. 
- Papa, bәlkә onunla sәn danışasan? Niyә  әzab 
çәkdiyini aydınlaşdırasan? 
Doktor Abasәliyev meydana çıxan psixoloji drum 
qarşısında tibbin çarәsizliyini yaxşı bilirdi, ona görә  dә 
qızını sakitlәşdirmәyә çalışdı. 
- Bu kriptomneziyadı, - dedi. Bütün hәssas adamlarda 
müşahidә olunur: -yaşlandıqca "uşaqlığa qayıdırlar", 
narahat olma. Onsuz da hәr kәs öz hәyatını yaşayır. 
Bәla burasında idi ki, Saday mәhz  indi  öz  hәyatını 
yaşamırdı. Qәribәdir, Saday Sadıqlının nәsil-kökündә bircә 
damla da ermәni qanı olmadığı halda (bir babası 
Kәrbәlanı, o birisi Mәkkәni ziyarәt elәmişdi) nә  qәdәr 
müddәtdi sanki o, canında hansısa adsız bir ermәnini 
daşıyırdı. Lap dәqiqi, daşımır, gizlәdirdi. Sanki bu böyük 
şәhәrdә incidilәn, alçaldılan, qәtlә yetirilәn hansısa bir 
ermәni deyildi, onun özünü incidir, tәhqir edir, 
öldürürdülәr. Payızın lap әvvәlindәn bu vaxta qәdәr onun 
üzü bircә  dәfә  dә gülmәmişdi, sıxıntı  vә  kәdәr içindә 
hәrlәnmişdi daima. Әvvәllәr hәftәdә iki dәfә baş  çәkdiyi 

DAŞ YUXULAR 
87
teatra daha ayağını da qoymurdu. Hәtta bir vaxt hәvәslә 
qoşulduğu mitinqlәr mәna vә mәzmununu itirib gözündәn 
düşmüşdü.  Şәhәrdә özünә yer tapa bilmirdi, evdә  dә 
qәrarı tutmurdu. 
Külәkli, yağışlı bir axşam o, evә elә bir halda gәldi ki, 
Azadә xanımı  dәhşәt bürüdü, qışqırmaqdan özünü zorla 
saxladı, kişini elә bil gölә basmışdılar - tәpәdәn dırnağa 
cumculuq suyun içindә idi. Әyninin paltarı, saçı, çәnәsi 
bәs deyincә islanmışdı. Plaşının ciblәrindәn su süzülürdü. 
Şalvarı çamura, palçığa bulaşmışdı, pencәyinin 
düymәlәrini, köynәyinin boyunluğunu dartıb 
qoparmışdılar. 
Azadә xanım ağlaya-ağlaya  әrini soyundurdu, 
hamama aparıb isti suyun altına saldı. Sonra bir qәdәh 
konyak verdi, çay gәtirdi. Saday bir qәdәr özünә gәlәndәn 
sonra sorğu-suala başladı: 
- Harda dalaşmısan? 
- Dalaşmamışam... 
- Bәs onda sәni kim bu kökә salıb? 
Saday cavab vermәdi. Uzun sükutdan sonra elә 
hönkürdü ki, Azadә xanım soruşmağına peşman oldu. 
- Aza, vağzalda cavan bir qadına od vurub 
yandırdılar! Üstünә benzin töküb diri- diri yandırdılar! 
- Kim yandırdı? - Azadә xanım gözünün yaşını silә-silә 
soruşdu. 
- Arvadlar, Aza, küçәdә alver elәyәn qadınlar. Elә bil 
adam deyildilәr, cin yığınıydı. 
- Sәni dә onlar bu hala saldılar? 
Artist heyrәtlәndi, hәqiqәtәn dә o, evә nә vәziyyәtdә 
gәldiyindәn xәbәrsiz idi. 

DAŞ YUXULAR 
88
- Bilmirәm. Heç nә yadıma gәlmir. O әcinnәlәr 
ermәni qadını yandıran dәqiqә yoxa çıxdılar. Bir dә 
gördüm vağzalda tәmtәk qalmışam. 
Әhvalatın mәğzini öyrәnәndә Azadә xanımın halı 
xarablaşdı. 
- Gecә yuxuda görürәm ki, bizimkilәr mәni aradan 
götürmәk üçün bir ermәniyә pul verirlәr. 
- Kim? Kimdir sәni öldürtmәk istәyәn? - Az qala 
başını itirәn Azadә xanım öz sәsinә bәnzәmәyәn tamamilә 
yad sәslә qışqırdı. 
- Ermәniyә pulu bizim hakimiyyәtdә olan adamlar 
verirdilәr. 
- Bәsdi! Bu ölkәdә çoxdan hakimiyyәt yoxdur. Olanlar 
da düşmәn dәyirmanına su tökürlәr. Sәncә, Sumqayıtı 
cәhәnnәm oduna qalayan xalqdı? Yox, әzizim, yox! Bu ya 
KQB-nin, ya da hakimiyyәti zәbt edәn bir qrup mafiozun 
әmәlidir. Dünya dağıla, Saday, inanmaram, kimlәrsә 
azәrbaycanlıları belә ağılsız vәhşiliyә tәhrik elәsinlәr. 
- Hansı haqla belә deyirsәn? Axı  sәn  Әylisdә 
olmusan, - artist dәrdli gözlәrini arvadına zillәyib belә dedi 
vә dәrhal da başını uşaq kimi sinәsinә әydi. 
- Hә,  Әylisdә olmuşam, bilirәm ki, türklәr günahsız 
insanların üstünә vәhşi kimi cumub, onlara divan tutublar. 
Amma sәn elә yerdә olmusan ki, orada ermәnilәr minlәrlә 
bәdbәxt azәrbaycanlını yerindәn-yurdundan qovublar. 
Ömründә bir dәfә  sәn, evsiz-eşiksiz qalan, bu gündәn 
sabaha ümidi olmayan o bәdbәxtlәrin halına yanmısanmı? 
Mәgәr aranı  qızışdırıb bu qanı tökәnlәr onlar haqqında 
düşünürmü?  İndi fәrqi yox, qarabağlı, yaxud bakılı 
ermәnilәr olsun, ona görә azәrbaycanlıya tüpürürlәr ki, 

DAŞ YUXULAR 
89
bizi türk hesab elәyirlәr. Bir deyәn yoxdur ki, әgәr sizi türk 
qırıbsa, gedin davanızı da türklә elәyin. Ermәni 
boşboğazların harası bizim primitivlәrdәn artıqdır. Sәn 
niyә bu barәdә düşünmürsәn,  әzizim? Elә bir hala 
düşmüsәn, özün özünü tanımırsan. Bilirsәn necә 
sınıxmısan,  әzizim. Özünә yazığın gәlmir, heç olmasa 
mәnә yazığın gәlsin. 
- Mәn istәyirdim...istәyirdim...Mәn ölmәk istәyirdim, 
Aza, - dedi vә zorla udqundu. 
Azadә xanım anladı ki, әri söz eşidәsi halda deyil, 
susdu. Saday Sadıqlı tamamilә özünә qapandı.  İndi o, 
nәinki arvadını, hәm dә dünyanı hiss etmirdi. Azadә xanım 
әrinin vağzala getmәyinin sәbәbini indi başa düşdü. Saday 
bütün gün vağzalda ona görә  hәrlәnib-fırlanıb ki, 
uşaqlığının "Bakı-Erevan" qatarının qabağında kimisә 
qarşılasın vә yaxud kimisә yola salsın. Eçmiәdzinә gedib 
xristianlığı qәbul elәmәk xәyalı ilә dolaşan Saday, doğma 
Ordubaddan ötüb keçәn bu qatarla demәk olar ki, hәr gün 
sәfәrә çıxırdı... 
 

DAŞ YUXULAR 
90
 
 
 
 
 
 
 
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə