Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə104/128
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#1058
1   ...   100   101   102   103   104   105   106   107   ...   128
DAŞ YUXULAR 
111 
idi, Mopoş! - Artist çılğınlığını boğub bir qәdәr düşündü
sonra özünü әlә aldı: - O, dövlәt tәltiflәrini vә ucuz söhrәti 
mәnә vermәdi. O, mәni öz üstünә gәlәn tufanın qarşısına 
itәlәdi. Bu qәrәzsiz faciә vә komediyada mәnim rolumu öz 
әli ilә bölmüşdü. Hәmişә o fikirdә olmuşam ki, içimdәki 
azadlığı qoruyub saxlamaq üçün davamlı olaraq dövlәtlә 
münasibәtlәri korlamaq gәrәkdi. Bu mәnada mәn onu 
özümә xaç atası sayıram. 
-  Әzizim, sәnә elә  gәlmir ki, davamlı olaraq özün-
özünü tәkzib edirsәn? 
Hirsindәn od tutub yanan Saday Sadıqlı onun son 
atmacasını ya eşitmәdi, ya da qәsdәn qulaq ardına vurdu. 
- Elә o vaxtdan güc topladım ki, istәnilәn zәrbәdәn 
sonra ayağa dura bilim. Daha indi, gücüm yoxdu, 
qalmayıb. Mopoş, anamın qәbrinә and olsun, heç nәyi 
başa düşә bilmirәm. Boynuma alıram, Mapoş, qorxuram. 
Canım biri bitmәmiş o biri başlayan dәhşәtli yuxuların 
caynağına keçib. Nә vaxtan bәri çalışıram  әtrafla bütün 
әlaqәlәri üzüm. Dünya ilә tәmasın hәr anı mәni zibilә salır, 
başıma bәla gәlir. Adamlar tanınmaz dәrәcәdә dәyişiblәr. 
Mopoş, sәncә bu dәhşәtli deyilmi, ölkәdә bircә nәfәr Allah 
adamı yoxdur ki, öz dәrisindәn qorxmayıb xalqa hәqiqәti 
desin. Hanı bizim mәrhәmәtli millәtimiz? Hanı bizim nur 
saçan ziyalımız? Çoxdan hiss etmişәm, Mopoş, bu barәdә 
әvvәllәr dә fikirlәşmişәm: bizim keçmiş "millәt atası"nın 
mәnim kimi tәk-tәk asilәrin boğazına bağladığı  zәncir, o 
bu dünyada yaşasa da, yaşamasa da bәdbәxt ziyalıları 
boğub öldürәcәk, mәhv edәcәk. - Artist susub dediyi 
sözlәrdәn sonra boşalmış içinin dәrinliyinә çökdü. 
Mopassan tәlaş içindә kreslodan sıçrayıb qışqırdı. 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin