Daşkənd Tibb Akademiyasının rektoru atu-nun qonağı oldu atu-nun Tədris Cərrahiyyə Klinikasında



Yüklə 278,31 Kb.
səhifə10/30
tarix28.12.2021
ölçüsü278,31 Kb.
#9835
1   ...   6   7   8   9   10   11   12   13   ...   30
Noyabrın 

20-də 

Ba-

kıda 

Heydər 

Əliyev 

Mərkəzində  Azərbaycan 

Ürək  və  Sağlamlıq  Asso-

siasiyasının  təşəbbüsü 

ilə  “Anadangəlmə  ürək 

xəs təliklərinin  müalicə-

sində  yeniliklər”  adlı 

Azər baycan  Beynəlxalq 

Ürək  Qrupunun  1–ci 

beynəlxalq  konfransının 

rəsmi açılışı olub.

Azərbaycan 

Respublika-

sı  Səhiyyə  Nazirliyinin  və 

Heydər  Əliyev  Mərkəzinin 

təşkilati  dəstəyi  ilə  “Uşaq 

ürəkləri  Azərbaycanda  dö-

yünür”  devizi  ilə  keçirilən 

beynəlxalq  konfrans  20  no-

yabr-  Ümumdünya  Uşaqlar 

Gününə həsr olunub.

Heydər  Əliyev  Mərkəzinin 

direktorunun  birinci  müavini 

Adil  Kərimli  mərasim  iştirak-

çılarını  salamlayaraq  bildi-

rib  ki,  bu  mühüm  beynəlxalq 

tədbir,  eyni  zamanda,  uşaq 

hüquqlarının  əsas  təməli  sa-

yılan  “Sağlamlıq  hüququ”nun 

təmin olunması istiqamətində 

BMT-nin  qlobal  təşəbbüsünə 

Azərbaycan  dövlətinin  və 

səhiyyəsinin 

göstərdiyi 

humanist  dəstəyin  gözəl 

nümunəsidir.

Ulu  öndər  Heydər  Əliyevin 

adını  daşıyan  Mərkəzin 

fəaliyyətindən  danışan  A. 

Kərimli  qeyd  edib  ki,  artıq 

Azərbaycan bir çox beynəlxalq 

tədbirlərin  keçirildiyi  məkana 

çevrilib.  Sevindirici  haldır 

ki,  bu  tədbirlərin  bir  çoxuna 

Heydər  Əliyev  Mərkəzi  ev 

sahibliyi  edir.  O,  ölkəmizdə 

səhiyyənin  sürətlə  inkişaf  et-

diyini  və  bu  sahədə  Heydər 

Əliyev  Fondu  tərəfindən 

həyata  keçirilən  layihələrin 

əhəmiyyətini  də  vurğulayıb. 

Bildirib ki, beş qitəni - Ameri-

ka,  Avropa,  Asiya,  Avstraliya  

və Afrikanı əhatə etməklə 40-

dan  çox  ölkədən  dəvət  olun-

muş 100-dən çox pediatr, kar-

dioloq və ürək-damar cərrahı 

Azərbaycanda  bir  araya 

gələrək  dünya  ictimaiyyətinin 

diqqətini bir daha bu mühüm 

problemə  yönəldəcəklər.  Bu 

baxımdan  konfrans  gənc 

həkimlərin  yetişməsində  və 

formalaşmasında  mühüm  rol 

oynayacaq.

Konfransın 

azərbaycanlı 

həkimlər  üçün  faydalı  ola-

cağını 

diqqətə 


çatdıran 

Azərbaycan 

Respublikası 

səhiyyə  nazirinin  müavini 

Elsevər  Ağayev  bildirib  ki, 

Heydər  Əliyev  Mərkəzində 

ilk  dəfə  keçirilən  bu  mühüm 

səhiyyə tədbiri, həm də qonaq-

lara Azərbaycanın son illərdə 

qazandığı nailiyyətlərlə də ta-

nış olmaq imkanı verəcəkdir. 

Nazir  müavini  ölkəmizdə 

ana və uşaq ölümünün azal-

dığını,  son  8  ildə  600-dək 

tibb  müəssisəsinin  əsalı 

təmir  və  yenidənqurmadan 

sonra  istifadəyə  verildiyi-

ni,  bu  səhiyyə  ocaqları-

nın  əksəriyyətinin  uşaqlar 

üçün  nəzərdə  tutulduğunu 

diqqətə çatdırıb.  Azərbaycan 

Prezidenti  İlham  Əliyevin 

Sərəncamı  ilə  təsdiq  olun-

muş “Uşaqların icbari dispan-

serizasiyadan  keçirilməsinə 

dair  Dövlət  Proqramı”nın  ic-

rasından  danışan  E.Ağayev 

bildirib  ki,  hər  bir  uşağın 

sağlamlığı  dövlətimiz  üçün 

böyük  əhəmiyyət  kəsb  edir. 

İndiyədək  ölkəmizdə  2  mil-

yondan  çox  uşaq  icbari  dis-

panserizasiyadan keçirilib.

Açılışda 

çıxış 

edən 


Azərbaycan  Ürək  və  Sağ-

lamlıq Assosiasiyasının  sədri 

Rəşad  Mahmudov    deyib 

ki,  konfransda  yerli  və  xarici 

mütəxəssislər  arasında  apa-

rılacaq  qlobal  elmi-təcrübi 

fikir  mübadiləsi  respublika-

mızda  anadangəlmə  ürək 

xəstəliklərinin 

profilaktika-

sında,  erkən  diaqnostikasın-

da,  müalicəsində  beynəlxalq 

standartlara  uyğun  xidmətin 

və 


keyfiyyət 

sisteminin 

tətbiqinə  təkan  verəcəkdir. 

O,  əminliklə  bildirib  ki,    pe-

rinatologiya,  neonatologiya, 

reanimatologiya, 

pediatrik 

kardiologiya  və  ürək-damar 

cərrahiyyəsi  sahələri  ara-

sındakı  inteqrasiya  və  bu 

sahələrdə  çalışan  peşəkarlar 

arasındakı  qarşılıqlı  iş  birliyi 

bu  problemin  həllində  mü-

hüm nailiyyətlər əldə etməyə 

köməklik 

edəcəkdir. 

Bu 

nailiyyətlər  öz  növbəsində 



anadangəlmə  ürək  xəstəliyi 

ilə 


doğulan 

körpələrə, 

uşaqlara  və  yeniyetmələrə 

göstərilən  peşəkar  qayğı-

nın  daha  yüksək  səviyyədə 

həyata  keçirilməsinə  zəmin 

yaradır. 

Konfransın 

in-

novativ  və  zəngin  elmi 



proqramı  pediatriya,  kar-

diologiya  və  ürək-damar 

cərrahiyyəsi 

sahələrinin 

əsas  istiqamətlərini  əhatə 

etməklə  anadangəlmə  ürək 

qüsurlarının 

diaqnostika-

sında,  müalicəsində  ən  son 

yenilikləri, 

tədqiqatlarda 

elmi  və  texnoloji  nailiyyətləri 

özündə  əks  etdirir.  Konf-

ransda  tanınmış  beynəlxalq 

mütəxəssislərin  məruzələri, 

həmçinin  klinik  kurslar,  can-

lı  cərrahiyyə  yayımı  və 

videotəqdimatlar təşkil oluna-

caqdır.

Heydər  Əliyev  Mərkəzinin 

sə hiyyə  sahəsində  layi hə-

lə rə  dəstək  verilməsi  isti-

qa mətindəki 

fəaliyyəti 

çər çivəsində 

reallaşan 

beynəlxalq  konfransın  açılış 

mərasimində  anadangəlmə 

ürək  qüsurları  probleminə 

həsr  olunan  film  nümayiş  et-

dirilib.

Konfrans işini noyabrın 22-

dək davam etdirib.


Yüklə 278,31 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin