İnsult inkişaf etmiş və inkişaf etməkdə olan
ölkələrdə ölüm hallarının əsas səbəblərindən
biridir. Hər il 15 milyon adam onun qurbanı
olur. İnsult hər dörd haldan üçündə əlilliyə gətirib çıxarır.
İnsult keçirən insanların dörddəbirinin qohumlarının və ya
tibb işçilərinin qayğısına ehtiyacı olur.
AzərTAc Britaniya KİV-lərinə istinadən xəbər verir ki, Lon-
don Universiteti əməkdaşlarının (“Royal Holloway University
of London”) təşəbbüsü ilə aparılmış son tədqiqat çərçivəsində
insult, infarkt və miqrenin inkişafına mane olan gen tapılıb.
16 000 avropalı və amerikalının iştirakçısı olduğu tədqiqat
nəticəsində müəyyən edilib ki, PHACTR1 geninin daşıyıcıları
boyun arteriyası xəstəliyindən daha çox əziyyət çəkirlər. Bu
patologiya 50 yaşından yuxarı adamlarda insultun inkişafı
üçün fon yaratmaqla bərabər, ürək tutmalarının və miqrenin də
qarşısını alır.
Alimlər əmindirlər ki, əldə edilmiş məlumat ürək-damar
sistemi xəstəliklərinin müalicəsi üçün yeni metodların hazır-
lanmasına kömək göstərəcəkdir.
Dostları ilə paylaş: |