hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara;
Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir
bələdiyyələrin səlahiyyətləri :
bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi;
torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi
bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması;
ictimai ehtiyaclar tələb etdikdə, bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması
hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi
AR-nın vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
Hüquqi və fiziki şəxslər torpaq sahələrinə sahiblik, istifadə və sərəncam hüququna malikdirlər Xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
Torpaqdan istifadə hüququ
-Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur
Daimi
-Torpaqdan müvəqqəti istifadə qısamüddətli — on beş ilədək və uzunmüddətli — on beş ildən 99 ilədək müəyyən oluna bilər. Müqavilə əsasımda həyata keçir.