Zahiri ziddiyyətlər: 1) Tədris müəssisəi qarşısında qoyulan vəzifələrlə bu vəzifələri yerinə yetirmək imkanları arasında uyğunsuzluqlar.
Tədris müəssisəsi təlimlə, təhsillə, tərbiyə prosesilə bağlı qarşıya çoxlu vəzifələr qoyur. Məsələn, tədris müəssisəsində, tutaq ki, hər hansı bir kənd məktəbində məktəb rəhbərliyi estetik tərbiyə ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırır. Bu planlaşdırma işində əsas məqsəd kimi musiqi məşğələlərini günün tələblərinə uyğun qurmaq, xalq çalğı alətləri, xor, rəqs, muğam, dram, təsviri sənət dərnəkləri yaratmaq, məktəbdə incəsənətin bir sıra növlərilə bağlı konsertlər, müsabiqələr, festivallar, guşələr, muzeylər, stendlər təşkil eləyib nümayiş etdirsinlər. Lakin məktəbin musiqi alətlərinin, təsviri sənət kabinetlərinin, məşq və konsert salonlarının, klubların və bu sahədə məktəbə cəlb olunmaq üçün mütəxəssislərin olmaması qeyd olunan məqsədin reallaşdırılmasına imkan vermir. Bax, bunlar həmin pedaqoji prosesin, həm də tərbiyənin başqa sözlə desək, estetik tərbiyənin ziddiyyətləridir. Milli pedaqogikaya görə bu cür ziddiyyətlər dərk edilmədikdə, aradan qaldırılmadıqda pedaqoji prosesin və eyni zamanda tərbiyə prosesinin səmərəsi aşağı düşür. Yaxud fiziki tərbiyə ilə bağlı ziddiyyətlərə dair başqa bir misal çəkək. 211
Tutaq ki, Lerik rayonunun Soru kəndində tədris müəssisəsinin məqsədi həm də şagirdlərin fiziki tərbiyəsini təhsil islahatına dair dövlət direktivlərinə uyğun olaraq inkişaf etdirməkdən ibarətdir. Lakin məktəbin idman zalı, idman qurğuları, idman müəllimi, idman növləri üzrə avadanlıqlar, məşqçilər olmadığından fiziki tərbiyə tədbirlərini həyata keçirmək imkanları əldə edə bilməyən məktəb rəhbərliyi bu ziddiyyətlərlə üzləşirlər. Əxlaqi keyfiyyətlərin tədricən inkişafı rəzilətlərin, yəni əxlaqın mənfi təzahürlərinin üzə çıxması ehtimalını azaldır.
1) Uşağa göstərilən pedaqoji təsirlərlə sosial təsirlər arasında uyğunsuzluqlar.
Belə uyğunsuzluqlara bütün dövrlərdə rast gəlindiyi kimi müasir dövrümüzdə də rastlaşmaq mümkündür. Uşağa bağçada, ailədə, məktəbdə, məktəbdənkənar tərbiyə müəssisələrində göstərilən təsirlər içərisində öyüdlər, nəsihətlər, tövsiyyələr, məsləhətlərin verilməsi evdə, küçədə, avtobusda, kütləvi tədbirlərdə və digər ictimai yerlərdə özünü aparmaq qaydalarını öyrədir. Onlar evdə və məktəbdə bütün bunları öz davranış və fəaliyyətlərində nəzərə alırlar. Lakin, küçədə iki nəfər bir-birilə söyüşə-söyüşə savaşır, yaxud bir neçə adam mübahisə zəminində bir-birlərini əxlaqa zidd olan sözlərlə təhqir edir. Başqa bir epizodda uşaq bazarda və ya mağazada satıcının adamları çəkidə, ölçüdə aldatdığını görür. Digər epizodlarda toyda sərxoş adamların dalaşdığını, içkinin təsirindən nalayiq sözlər danışdığını, səndələyib yıxıldığını, üst-başının cırıq-cırıq olduğunu; toyda lətifə deyib gülənləri, gülüb əlini-əlinə vurub gülməkdən uğunanları görür. Bütün bu təsirlər uşağın tərbiyəsinin mənfi istiqamətə dəyişməsinə səbəb olur. Sosial təsirlər içərisində uşaqların küçə alverçilərinin, yalançı din “xadim”lərinin, xüsusilə vəhhabilərin, bəhayilərin, babilərin, xırda bizneslə məşğul olanların, marşrut avtobusları sürücülərinin, cəmiyyətə yabançı olan zümrələrin nümayəndələrinin (oğruların, narkotik maddə satan və istifadə edənlərin, sərxoşların və s.) , fırıldaqçıların (kart oyunu ilə adam aldadanların, üskük oyunu ilə adamları soyanların, qumarbazların və s.) təsirinə düşməsi uşağın pedaqoji təsir nəticəsində əldə etdiyi əxlaqın müsbət təzahür formalarının hamısının əxlaqın mənfi təzahür formaları ilə əvəz olunmasına gətirib çıxarır.
Dostları ilə paylaş: |