Daxili ziddiyyətlər


Ata – Bunun nə əhəmiyyəti var. Məktəbi qurtarandan sonra mən ona sənət axtarmayacağam. Çünki, işlədiyi sahə onun əsil sənəti, peşəsi olacaq. Ana



Yüklə 55,5 Kb.
səhifə6/15
tarix02.01.2022
ölçüsü55,5 Kb.
#42640
1   2   3   4   5   6   7   8   9   ...   15
Daxili ziddiyyətlər

Ata – Bunun nə əhəmiyyəti var. Məktəbi qurtarandan sonra mən ona sənət axtarmayacağam. Çünki, işlədiyi sahə onun əsil sənəti, peşəsi olacaq.

Ana – Axı bizim övladımız orta məktəbi yaxşı - əla qiymətlərlə qurtarıb ali məktəbə qəbul ola bilər. Onun hazırki işləri bu işə mane olur.

Ata – Əvəzində özünə peşə və iş yeri qazanır. Gələcəkdə mənim bütün obyektlərimi o, idarə etməlidir.

Ana – elə isə niyə tələsirik. Qoy normal şəkildə orta məktəbi bitirsin, ali təhsil alsın və gələcəkdə yaxşı mütəxəssis olsun. Ona görə oğlumuzu təcili olaraq məktəbə qaytarmalıyıq, əks təqdirdə heç attestat ala bilməyəcək. Artıq bununla bağlı məktəb rəhbərləri mənə bir neçə dəfə xəbərdarlıq ediblər.

Ata Mən direktorla, sinif rəhbəri ilə telefonla danışmışam. Onlar mənim təkliflərimi qəbul etmədilər. İstəyirdim ki, hər ikisinə yaxşıca hörmət edim. Eybi yoxdur “ dəvədən böyük fil də var”. Bunlar kömək etməz, bir az yuxarılardan xahiş edərəm.

Ana – Mən uşağa belə təhsil verməyin tam əleyhinəyəm. Təhsil bir tərəfə qalsın, bəs övladımızın tərbiyəsi səni maraqlandırmır. Bu yaş dövründə onu əhatə edən mühit onun tərbiyəsini tamamilə pozacaq. Sonrakı peşmançılıq isə fayda verməyəcək... 213
Göründüyü kimi, ailə ilə məktəb arasında olan ziddiyyətlərin yaranma səbəbləri özünün spesifik xarakterilə fərqlənir. Yəni valideynlərin fərqli mövqeyi, başqa sözlə desək uşağın tərbiyəsinə ikili münasibət bəsləməsi ailə ilə məktəbin təsirindəki ziddiyyətləri bir neçə tərəfli inkişaf etdirir. Hətta burada sosial mühitin rolu da gözə dəyir. Belə ziddiyyətlərin aradan qaldırılmasına məqsədyönlü və planlı şəkildə yanaşılmasa tərbiyə işində səmərə əldə etmək mümkün sayıla bilməz.


Yüklə 55,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin