Dayaq hərəkət aparatı



Yüklə 30,96 Kb.
səhifə1/7
tarix29.12.2021
ölçüsü30,96 Kb.
#48380
  1   2   3   4   5   6   7
Dayaq hərəkət aparatı


Dayaq hərəkət aparatı

Sümük sistemi sümük birləşmələri və əzələ sistemi funksional xüsusiyyətlərinə görə birləşərək hərəkət aparatını əmələ gətirmişdir. Hərəkət aparatı funksional əhəmiyyətinə görə passiv və aktiv hissələrə bölünür.Sümüklər və sümük birləşmələri insan skeleti ilə birlikdə passiv hissə, mühafizə funksiyalarında qismən iştirak edən və skeleti hərəkətə gətirən əzələlər isə aktiv hissəyə daxildir.Sümüklər bir-birilə birləşərək skeleti əmələ gətirir.Skelet mexaniki və bioloji funksiyaları icra edir. Mexaniki funksiya-müdafiə, dayaq, lakomator, yay (amartizator) funksiyaları daxildir. Müdafiə funksiyası skeletin yaratdığı boşluqların orqanları qorumaq, dayaq funksiyalarının mahiyyəti bədəni şaquli vəziyyətdə saxlamaq,lokomator funksiyası dedikdə skeletin müxtəlif hərəkət aktlarında ( yeriş, qaçış,tullanmada) iştirak etməkdir . Amartizator funksiyası müxtəlif hərəkət zamanı skeletin təkan və titrəyişini yumuşaltmağıdır.

Skeletin bioloji funksiyası onun mübadilə proseslərində, xüsusən mineral mübadiləsində və qanın yaranmasında iştirak etməsidir.Belə ki, orqanizmdə yerləşən kalsiumun 99 % -i sümüklərdə yerləşmişdir eyni zamanda qanın yaranmasında sümüklər ( qırmızı sümük iliyi) iştirak edir.Sümüklər xaricdən birləşdirici toxumadan əmələ gəlmiş, müdafiə və sümük yaradıcı funksiya daşıyan sümüküstlüyü ilə örtülmüşdür. Sümüküstlüyü sümüyün eninə böyüməsi və sınıqların birləşməsini təmin edir.Sümüyün əsasını sümük toxuması təşkil edir.Sümük toxuması ara maddə və sümük hüceyrələrindən ibarətdir.Sümük toxuması iki növdür : kobud lifli və löhvəli sümük toxuması.Kobud lifli yenidoğulmuş uşaqların sümüyündə olur və yaşa dolduqca lövhəli sümük toxuması ilə əvəz olunur.

Sümüyün daxilində iki növ sümük iliyi vardır: qırmızı və sarı sümük iliyi.Qırmızı sümük iliyi qan yaradan orqandır.Qırmızı qan cisimcikləri və dənəli leykositlər qırmızı sümük iliyində əmələ gəlir.Bətndaxili inkişaf dövründə bütün sümüklərdə qırmızı sümük iliyi olur.Uşaq doğulduqdan sonra uzun sümüklərin diafizində qırmızı sümük iliyi tədricən sarı sümük iliyi ilə əvəz olunur.sümüklərin əsas fiziki xüsusiyyəti onların elastikliyi və bərkliyindədir.sümüklərin möhkəmliyi onların kimyəvi tərkibindən asılıdır.Kimyəvi maddələr sümüyə elastiklik,qeyri üzvi maddələr isə sərtlik verir.sümüyün 60 % -i üzvi maddələrdən təşkil olunmuşdur.Sümüklər orta rüşeym vərəqindən –mezodermadan inkişaf etmişdir.Sümüklərin əksəriyyəti inkişaf prosesində üç dövr keçmişdir.

1.Birləşdirici toxuma yəni zar toxuma

2.Qığırdaq

3.Sümükləşmə mərhələsi

Bir cisim sümüklər ( kəllə qapağı, üz sümükləri, körpücük sümüyü) zar və sümük mərhələsi keçir ( qığırdaq mərhələsi olmur.Birləşdirici toxumadan inkişaf edən sümüklər isə birincili, qığırdaqdan inkişaf edən sümüklər isə ikincili sümüklər adlanır.İkincili sümüklərin inkişafı xaricdən daxilə doğru ( perexondral sümükləşmə) daxildən xaricə doğru ( enxondral adlanır.Sümükləşmə insanda sümüklərin çox hissəsi ayrı-ayrı hissələr şəkilində inkişaf etdikdən sonra birləşərək bir sümüyü əmələ gətirir.Məsələn,çanaq sümüyü əvvəlcə 3 sümük şəklində inkişaf edir.14-16 yaşda birləşərək bir çanaq sümüyünü əmələ gətirir.Bütün sümüklərin tam sümük halında formalaşması 16-18 yaş dövründə başa çatır.Borulu sümüklərin böyüməsi qadınlarda 17-20 yaşda , kişilərdə isə 19-23 yaşda başa çatır.

Sümüklər quruluşuna görə uzun və ya borulu sümüklər qısa sümüklər qarışıq sümüklərə ayrılır.Uzun sümüklər hərkət daha çox icra olunan sahələrdə , qisa sümüklər hərəkət az olan yerdə yerləşir məsələn, bilək sümükləri ,ayaq sümükləri misal ola bilər.Yastı sümüklər mühafizə funksiyasını yerinə yetirir ki, bunlara kəllə qapağı sümükləri, kürək sümüyü misal ola bilər. Havalı sümüklərə alın sümüklərinin alın cibcikləri əng sümüyü haymo cibləri, xəlbir sümüyünün labirintlərini göstərmək olar. Qarışıq sümüklərə gicgah sümüklərinin daşlıq hissəsini göstərmək olar. Sümüyün kimyəvi tərkibinə görə üzvü və qeyri üzvü maddələrdən təşkil olunmuşdur.Eləcədə sümüyün əmələ gəlməsində 50 % su, 15-25 % yağ və qalan hissə isə qeyri-üzvi maddələr daha doğrusu Ca-un duzları təşkil edir.Üzvi maddələr sümüyə elastiklik, qeyri-üzvi maddələr isə sərtlik verir.Yaşla əlaqədar sümüyün tərkibində maddələrin miqdarı da dəyişilir.Yenidoğulmuş uşaqların sümüyünün tərkibində üzvi maddələr 66,7% qeyri-üzvi maddələr 33,3 % -dir.Yetkin adamlarda isə üzvi maddələr 33,76% qeyri üzvi maddələr 66,3 % təşkil edir.Yaşlı adamlarda isə qeyri-üzvi maddələr 70 % - i təşkil edir.Bu da sümüyün sınma ehtimalını artırır. Sümüklər birləşməsinə görə iki tipə bölünür ; lifli və sinoval birləşmələr.

Lifli birləşmələr hərəkətsiz və yaxud az hərəkətli olub, müəyyən toxuma qatı vasitəsilə əmələ gəlir.Sümüklərin arasında yerləşən toxuma qatının növünə görə lifli birləşmələr üç yerə bölünür:

1.Birləşdirici toxuma vasitəsilə birləşmə

2.Qığırdaqla birləşmə və yaxud sinxondroz

3.Sümük toxuması ilə birləşmə sinostoz birləşmə

Sindesmoz elastiki və lifli olur.Elastiki fəqərə qövslərini, lifli isə ( said və baldırda) kəllə sümüklərinin tikişlərini birləşdirir.

Sinxondroz-gialin və lifli olur.Gialinli sinxondroz I qabırğanın döş sümüyü ilə birləşməsidir.Lifli sinxondroza isə fəqərə cisimlərinin bir-birilə birləşməsini göstərmək olar.

İnsan orqanizmində 206 sümük vardır.Bunun yetmişi cüt sümüklər otuz biri isə tək sümükdür.İnsanın skeleti yerləşməsinə görə bir neçə yerə bölünür.Kəllənin , gövdənin , yuxarı və aşağı ətrafların skeleti




Yüklə 30,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin