Dayaq hərəkət aparatı



Yüklə 30,96 Kb.
səhifə3/7
tarix29.12.2021
ölçüsü30,96 Kb.
#48380
1   2   3   4   5   6   7
Dayaq hərəkət aparatı

Yuxarı ətrafın skeleti 2 yerə bölünür :çiyin qurşağı və azad hissə.Çiyin qurşağı bir cüt körpücük və kürək sümüyündən ibarətdir.Yuxarı ətrafın azad hissəsi bazu(1 sümük),said(mil,dirsək 2 sümük),bilək ( 8 sümük), əl sümüyü ( 5 sümük) və barmaq falanqaları (14 sümük)

Aşağı ətrafın skeleti 2 yerə çanaq qurşağı və azad hissəyə bölünür.Çanaq qurşağı : qalça, qasıq, oturaq sümüklərindən ibarətdir.Azad hissə bud ( 1 sümük), baldır ( qamış,incik 2 sümük),ayaq darağı və ayaq daraq arxası və barmaq falanqaları

Yaşla əlaqədar bu sümüklər əvvəlcə qığırdaq vasitəsilə birləçir, sonra sümükləşir.Bud sümüyü bədəndə olan sümüyüm ən böyüyüdür.4 ton ağırlığında yükə davam gətirir.Buna belə möhkəmlik verən onun tərkibində olan sümük səhifələrinin olmasıdır.Yeni doğulmuş uşaqlarda onurğa önə əyilmiş qövs formasında olur.4-ayından uşağın başını saxlaması ilə əlaqədar boyun lordozu 4-6 aylığından oturmaqla əlaqədar döş kifozu 9-12 aylığından yeriməklə əlaqədar arxaya əyilmiş döş kifozu formalaşır,oma kifozu əmələ gəlir.5-6 yaşlı uşaqlarda əyriliklər aydın nəzərə çarpır.



Əzələlər

Əzələlər dayaq hərəkət aparatının aktiv hissəsidir.Məlum olduğu kimi orqanizmdə olan əzələlər əsas 2 növdür .Saya əzələ və eninəzolaqlı əzələ.

Saya əzələ daxili üzvlərin divarını örtür, eninəzolaqlı əzələ skeletin üzərini örtdüyü üçün skelet əzələsi adlanır.Bütün bu əzələlər fiziki və fizioloji xüsusiyyətlərə malikdir.Əzələnin fiziki xüsusiyyətinə elastiklik,yapışqanlılıq, şüanı sındırma və keçiricilik xüsusiyyəti aiddir.Fizioloji xüsusiyyətə qıcıq verdikdə oyanma, oyanmanı nəql etdirmək daxildir.Bu əzələ lifləri vasitəsilə həyata keçirilir.Əzələ lifləri miofibrillər adlanır.əzələnin digər xüsisiyyəti də təqəllüs etməsidir.Əzələnin yığılıb və boşalması onun təqəllüsü adlanır. Əzələ təqəllüsünü öyrənmək üçün ümumiyyətlə əzələnin fiziologiyasını öyrənmək üçün qurbağadan əvvəlcə reaskopik ayaq hazırlanır.Sonra reaskopik ayaqdan sinir əzələ preparatı hazırlanır.Bundan istifadə edərək əzələ təqəllüsünün növlərin öyrənir.Əzələnin üç növ təqəllüsü məlumdur.Əzələnin təqəllüsünü öyrənmək üçün mioqrafdan istifadə olunur.Əzələnin bir qıcığa qarşı bir dəfə yığılıb boşalmasına əzələnin tək təqəllüsü deyilir.Tək təqqəlüs 3 dövrdən ibarətdir.

1 dövr .Qıcıq verilən momentlə əzələnin yığılma başlanması arasında keçən vaxta gizli (latent ) dövrü adlanır.Latent dövrünün uzunluğu 0,0025 s.

2 dövr.Əzələnin yığılması başlayır ən yüksək yığılma dövrü bu enerjinin qalxan dövrü uzunluğu 0,04s.

3 dövr.Enerjinin enən dövri uzunluğu 0,05s.Beləliklə əzələnin bir dəfə yığılır.

Əzələnin 2-ci növ təqəllüsü superpozisiya və yaxud toplama təqəllüsü adlanır.Əgər əzələyə bir qıcıq yox dalbadal bir neçə qıcıq göndərsək və göndərdiyimiz qıcıqlar qalxan dövrünə düşərsə əzələ boşala bilməz və yenidən yığılma əmələ gələ bilər.

Əzələnin 3-cü növ təqəllüs toplama təqəllüsü əzələyə bir deyil bir neçə qıcıq göndərsək həmin qıcıqlar enerjinin enən dövrünə düşərsə əzələ boşala bilməyib, yenidən yığlır və toplama təqəllüsü meydana çıxır.

Tetonus təqəllüs.Əgər əzələyə fasiləsiz olaraq qıcıq göndərsək həmin qıcıqlar enerjinin qalxan dövrünə düşərsə,əzələ yığılır və öz yığılmış vəziyyətini uzun müddət saxlayır.Orqanizm bütün faydalı işləri tetonus təqəllüsün vasitəsilə baş verir.


Yüklə 30,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin