Dayaq hərəkət aparatı



Yüklə 30,96 Kb.
səhifə2/7
tarix29.12.2021
ölçüsü30,96 Kb.
#48380
1   2   3   4   5   6   7
Dayaq hərəkət aparatı

Kəllənin skeleti 2 hissəyə bölünür : Kəllənin üz skeleti, kəllənin beyin hissəsinin skeleti .Kəllənin üz hissəsinin sümükləridə tək və çüt sümüklərə ayrılır.Cüt sümüklərə əng, burun, göz yaşı ,almacıq, yanaq sümükləri. Tək sümüklərə : alt çənə xış, dilaltı sümüyü aiddir.

Kəllənin beyin hissəsində də cüt və tək sümüklər vardır : tək sümüklərə alın, ənsə, əsas, xəlbir aiddir.Cüt sümüklərə təpə,gicgah sümüyü aiddir.Bu sümüklər birləşərək kəllə qutusunu əmələ gətirmişdir.



Gövdənin skeleti - 33- 34 ədəd fəqərədən ibarətdir. Onurğa sütunu 12-cüt qabırğalar və döş sümüyündən təşkil olunmuçdur.Fəqərələr yerləşmələrinə görə 5 hissəyə bölünür. 7 boyun, 12 döş, 5 bel , 5 oma, 3-4 büzdüm fəqərələridir.Oma və büzdüm sümükləri 16- yaşdan sonra bir-birilə birləşərək oma sümüyü üçbucaq formasındadır.Yuxarıdan 5-ci bel fəqərəsi ilə aşağıdan büzdüm fəqərəsi ilə yan tərəfdən isə seyvanabənzər səth vasitəsilə çanaq sümüyünün qalça qapağına birləşir.

Hər bir fəqərə cismindən, fəqərə qövsün və fəqərəarası dəlikdən ibarətdir.Fəqərə qövsü üzərində 1 cüt üst çıxıntı,1cüt alt çıxıntı , bir tin çıxıntısı və bir cüt köndələn çıxıntıdan ibarətdir.Döş fəqərələrinin cisminin yan tərəfində xüsusi oynaq vardır ki, bunun vasitəsilə qabırğalarla birləşmə əmələ gətirir .Qabırğalar ön tərəfdən isə döş sümüyü ilə birləşir və döş qəfəsini əmələ gətirir. 12 cüt qabırğa vardır onlar vergül və ya qövs formasında olub yastı sümükdür.

Arxadan döş fəqərəsi ilə öndən döş sümüyünə birləşən qabırğalar həqiqi qabırğalar adlanır onlar yeddi cütdür. Arxadan döş fəqərəsi ilə öndən həqiqi qabırğalarla birləşib sonra döş sümüyü ilə birləşən qabırğalara yalançı qabırğalar deyilir.Bunlar 8,9,10 cüt qabırğalardır. Arxadan döş fəqərəsi ilə öndən isə heç bir sümüyə birləşməyib sərbəst qalan qabırğalar sərbəst qabırğalar adlanır.11 və 12 cüt qabırğalardır.Döş sümüyü yastı sümüklərdəndir, döş qəfəsinin ön tərəfində yerləçir üç hissədən ibarətdir dəstəsi, cismi, xəncərvari çıxıntısı.


Yüklə 30,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin