21. Tasviri sənətdə qrafika növü Təsviri sənətin növlərindən biridir. Burada dərin texniki üsullarla işlənmiış rəsmlər daxildir. Yunanca "qraphike" sözündən götürülmüş, "rəsm, şəkil" deməkdir. Qrafika üsulu ilə portret, mənzərə və s. janrlarda rəsmlər yaratmaq mümkündür. Qrafikanın işlənmə texnikası 2 hissəyə ayrılır. Onlardan birincisi ən qədim və ənənəvi rəsmdir. Karandaş rəsmi əsasən kağızda, bəzən isə parça üzərində işlənilir. Bu rəsmlər yalnız bir nüsxədə yaradılır. Qrafikanın ikinci növü qravürdür. Rəsm yalnız vahid nüsxədə olursa, onda eyni keyfiyyətdə bir-neçə nüsxə almaq mümkündür. Qravür çap qrafikasıdır. Buraya metal, ağac, daş və maqnezium aiddir. Metal və ya mis üzərində iynə ilə cızılmış, sonra büsma üsulu ilə işlənmiş qravürə oford deyilir. Daş üzərində həkk olunmuş qravür. Litoqrafiya, ağac üzərində həkk olunmuş qravürə isə ksiloqrafiya, lito yunanca daş, ksilo yunanca ağac deməkdir. Nisbətən sonralar yaranmış linoqravür lindekmu qazmaqla işlənilir. Qrafikanın müxtəlif janrları var: 1. Kitab qrafikası. 2. Dəzgah qrafikası 3. Elmi-tədqiqat qrafikası. 4. Plokat qrafikası. 5. Sənaye qrafikası.
22. DTS-in badii metal növü Tasviri incəsənətdə portret janri Bədii metalın təşəkkül və inkişafı Azərbaycanda qurğuşun, qalay, marqans metallarının kəşfi ilə əlaqədar idi. Qədim əcdadlarımız bu metalların hər birini mislə əridərək daha keyfiyyətli, davamlı olan tuncu kəşf etdilər. Bu məhsul istehsal aləti, silah və kult əşyalarının hazırlanması üçün daha əlverişli idi. Tunc dövrünün əsasını qoyan bu metal mədəniyyəti, sənət tarixi üçün də çox əlamətdar hadisə idi. Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə 6 texniki üsulla bəzədilirdi. Bunlar: döymə, basma, qarasavad, şəbəkə, xatəmkarlıq və minaçılıqdır.
Portret janrında konkret şəxslərin təsvirləri verilir. Portret Azərbaycan rəngkarlığında həmişə əsas yerlərdən birini tutur. Rəngkarlığın peşəkar məktəbi yarandığı vaxtdan portret Azərbaycan rəssamlarının yaradıcılığında nəzər diqqəti cəlb edir. Təbii ki, portret janrının əsas obyekti insandır, buna görə də onun mənəvi aləmi və cəmiyyətdəki mövqeyinin təsviri sənətin əsas mövzusunu təşkil edir.