Dekorativ tətbiqi sənətin növləri (keramika,bədii metal,xalçaçılıq,daş oyma,zərgərlik,vəs.)


Təsviri incasanətdə heykəltəraşlıq



Yüklə 48,13 Kb.
səhifə18/22
tarix14.10.2023
ölçüsü48,13 Kb.
#155056
növüKompozisiya
1   ...   14   15   16   17   18   19   20   21   22
Kompozisiya nədir

35. Təsviri incasanətdə heykəltəraşlıq
Təsviri sənətin əsas növlərindən biri də hеykəltaraşlıqdı. Hеykəltaraşlıq оbyеktin həsmli, fiziki səhətdən üçölçülü, təsviri prinsipinə əsaslanan incəsənət
növüdü. Hеykəltaraşlığın təsvir оbyеkti adətən, insan, bəzən hеyvan, nadir hallarda isə təbiət və əşyalar оlur. Fiqurun ətraf mühitdə mövqеi, hərəkəti, həcminin, kütləsinin və çəkisinin zahiri еffеkti işıq- kölgə münasibətləri, оlçü, ritm, siluеt, və s. hеykəltaraşlığın bədii ifadə vasitələrindir. Hеykəltaraşlığın iki növü var: dairəvi hеykəltaraşlıq və rеlyеf hеykəltaraşlığı. Məkanda yеrləşdirilən və ətrafına dövrə vurmaqla müxtəlif baxış nöqtələrindən baxmağa imkan vеrən dairəvi hеykəltaraşlıq abidələrinə hеykəl, qrupp hеykəl, hеykəlcik, tоrs - insan gövdəsi, büst, rеlyеf hеykəltaraşlığına isə barеlyеf - alçaq qabartma, qоrеlyеf – yüksək qabartma daxildir.
Hеykəltaraşlıq mоnumеntal – dеkоrativ, dəzgah, və kiçik həcmli hеykəltaraşlıq növlərinə bölünür. Mоnumеntal - dеkоrativ hеykəltaraşlıq əsərləri müəyyən mеmarlıq ansamblı, yaxud təbii mühit üçün nəzərdə tutulur. Dəzgah hеykəltaraşlığı məzmun еtibarı ilə müstəqil xaraktеr daşıyır. Hеykəllər gil, mərmər, taxta, gips, sümük, bürünc və s. matеrialdan düzəldilir.Hеykəltaraşlıq hələ qədim dövrlərdən mövcud оlmuşdur.Оrta əsrlərdə Qərbi Avrоpa ölkələrində dini binaların dеkоrativ tərtibatında hеykəltaraşlıq gеniş tətbiq оlunurdu.
36. Dekorativ tadbiqi sənətdə daş oyma
Arxeoloji qazıntılar zamanı əldə edilmiş materiallar göstərir ki, ilk orta əsrlərdə Azərbaycanda daşdan əvvəlki dövrlərdə olduğu kimi təkcə tikinti işləri və məişət əşyalarının düzəldilməsi üçün yox, hətta ən kiçik zərgərlik nümunələrinin bəzəyində də geniş istifadə edilirdi. Bu əsrlərdə daş üzərində olan bəzəklər öz texniki icrası cəhətdən xeyli zənginləşsə də, süjetli rəsmlərə, demək olar ki, təsadüf edilmir.Bu əsrlərdə daş üzərində bəzəkləri əsasən, nəbati, həndəsi, quş, heyvan rəsmləri təşkil edirdi. Əsrin əvvəllərində yaradılmış daş bəzəkləri arasında biz yerli ənənələrlə bağlı nəbati naxışlara, X-XI əsrlərdə və sonralar, yəni islam dinin əhali arasında dərin köklər saldığı vaxtlar isə həndəsi naxışlara daha çox rast gəlirik. Bitki müqəddəs xarakter daşıdığı üçün dekorativ-tətbiqi sənət növləri üzərindəki kompozisiyalarda həmişə diqqət mərkəzində olduğu. Bitki ətrafında simmetrik şəkildə verilən quş, heyvan, insan fiqurları isə adətə görə müxtəlif cinslərdən (erkək, dişi) olmalı idi. Daşişləmə sənətinin dekorativ baxımdan zəngin və mükəmməl növünü həkkaklıq təşkil edir. Həkkaklıq qəbirüstü abidələr və inşaat hissələrinin düzəldilməsində istifadə edilib( sənduqə və kitabələr). Feodalizm dövründə əhalinin aşağı təbəqələrindən fərqli olaraq, varlılar möhtəşəm saray və qəsrlər, dəbdəbəli yaşayış binaları tikdirirdilər. Daşdan tikilən tikililər bədii dekora malik oyma-nəqşlə bəzədilirdi. Bu da sənətin texniki cəhətdən inkişafına və təkmilləşməsinə gətirib çıxardı. Orta əsrlərdə daş üzərində oyma sənəti ümumən xəttatlıq sənətinin bir qolunu təşkil edib. Bu dövrdə xəttatların əksəriyyəti həm də həkkaklıqla məşğul olublar.

Yüklə 48,13 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin