37. Tasviri incəsənətdə tarixi janr növü Təsviri sənətin əsas maraqlı janrlarından biri kimi ona rəssam və heykəltaraşlar qədim zamanlardan müraciət edirlər.Belə əsərlərdə tarixi hadisələr və görkəmli şəxsiyyətlər, cəmiyyətdə baş verən ictimai əhəmiyyətli olaylar təsvir olunur. Ötən dövrlərdə özündə bu janrı əhatə edən çoxsaylı tablolr, divar rəsmləri, heykəltaraşlıq və qrafika əsərləri yaradılmışdır.Tarixi rəngkarlıq, bədii üslubdan daha çox bir mövzu olaraq ifadə edilən rəsmdə bir janrdır. Tarixi rəsmlər, adətən, portretdəki kimi konkret və statik bir mövzudan çox, bir povest hekayəsində bir anı təsvir edir. Termin latın və italyan dillərində "hekayə" və ya "povest" mənasını verən historia sözünün daha geniş mənalarından götürülüb və mahiyyətcə "hekayə rəsm" mənasını verir. Tarixi rəsmlərin əksəriyyəti tarixdən, xüsusən də təxminən 1850-ci ildən əvvəlki rəsmlərdən ibarət deyil.Bu janra dini povestlərdə anların təsviri, hər şeydən əvvəl Məsihin Həyatı, Yaxın Şərq mədəniyyəti, o cümlədən mifologiyadan hekayə səhnələri, həmçinin alleqorik səhnələr daxildir.Bu qruplar uzun müddət ən çox çəkilən qruplar idi; Mikelancelonun Sistine Kapellasının tavanı kimi əsərlər, 19-cu əsrdən əvvəlki ən böyük rəsmlər kimi tarixi rəsmlərdir
Təsviri sənət əsərləri məzmunundan və xarakterindən asılı olaraq müxtəlif janrlara bölünür: mənzərə, natürmort, portret, batal və s. XVII-ci əsrdə təsvirin mövzusundan asılı olaraq janrlar “yüksək” (grand genre) və “aşağı” janrlara (petit genre) bölünüb. “Yüksək” janra tarixi janr daxildir: döyüş, alleqorik, dini və mifoloji; "aşağı" janra isə - gündəlik həyatdan səhnələr: portret, mənzərə, natürmort, animalizm daxildir. Tarixi janr - tarixi hadisə və şəxsiyyətlərə, habelə cəmiyyət tarixində sosial əhəmiyyətli hadisələrə həsr olunmuş təsviri sənət janrıdır.
38. Təsviri incasanətdə quaş Daha çox sıx və tutqun yapışqanlı, suda həll olunan rəngli boya növüdür.Quaş termini əvvəlcə Fransada XVIII əsrdə yarandı, ancaq bu rəngin yaradılması texnikası çox-çox əvvəllər — orta əsrlərlərə Avropada istifadə olunurdu.Quaş tipli rənglər ağ boyaqlara (ruşullara) rəngli piqmentlərin və yapışqanların əlavə edilməsiylə hazırlanır. Ağ rəngli sulu boya ilə (ruşulların) rəng qatışığından alınan quaşa tutqun rəng zərifliyi (lətifliyi) verir, amma boyadan istifadə zamanı onun qurudulması vaxtı bir qədər vaxt aparır ki, rəsm çəkmə prosesində hər bir rəssam bunu nəzərə almalıdır. Quaş tipli boyaların köməyi ilə tünd tonları işıqlı tonlarla əvəz etmək daha asan olur. Sulu boya işlənmiş (çəkilmiş) rəsm və ya təsvir rütubətli yerdə saxlanılan zaman daha daha tez rənglərin tonu dəyişir. Həmçinin quaşın istifadəsi zamanı ondan tünd rəng almaq üçün qalın qat çəkilərsə bir müddət sonra və yaxud da rəsmin istifadəsi zamanı müxtəif çatların əmələ gəlmə ehtimalı çoxalır.
Quaşla yalnız kağız üzərində deyil, həm də astarlanmış (yuyulub aparılmayan) qalın kətan üzərində, həmçinin parça, karton, faner üzərində işləməmək olar. Sulu boya dekorasiya rəsmində, müxtəlif eskizlərin işlənməsi vaxtı geniş tətbiq edilir. Ondan rəngli eskizlərin işlənməsi zamanı çox tez-tez istifadə edirlər. Quaşla işləmək rəsm işində rahatdır və eyni zamanda əhəmiyyətlidir, çünki iş prosesində düzəliş etmək üçün imkan vardır.