Dekorativ tətbiqi sənətin növləri (keramika,bədii metal,xalçaçılıq,daş oyma,zərgərlik,vəs.)


Monumental heykəltəraşlıq(nümunələr)



Yüklə 48,13 Kb.
səhifə20/22
tarix14.10.2023
ölçüsü48,13 Kb.
#155056
növüKompozisiya
1   ...   14   15   16   17   18   19   20   21   22
Kompozisiya nədir

39. Monumental heykəltəraşlıq(nümunələr)
Heykəltəraşlıq sənətinin ən qədim dövrlərdən bəri üç sahəsi məlumdur: monumental, dekorativ və dəzgah heykəltəraşlığı. Monumental heykəltəraşlıq əsərləri əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda və bəzən isə ictimai binaların daxilində qoyulur. İri şəhərlərin meydanlarında mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm heykəltəraşlıq abidələri yüksəlir. Sərgilərdə nümayiş etdirilən 3 ölçülü heykəllər dəzgah heykəltəraşlığı nümunələri sayılır. Heykəltəraşlığın ən ibtidai forması – daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltəraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV–XIX əsrlər) da bu qəbildən saymaq olar. . Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahlar sarayını, "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan memarlıq abidəsini göstərmək olar
40. Qrafikanın plakat növü
QRAFİKA-təsviri sənətin növlərindən biridir. Bura müxtəlif texniki üsullarla işlənmiş rəsmlər daxildir. Yunanca “graphike” – “rəsm”, “şəkil” deməkdir.Qrafika üsulu ilə əsər, portret, mənzərə və . janrlarda ərsmlər yaratmaq mümkündür. Belə əsərlərə “dəzgah qrafikası” deyilir. Bununla yanaşı, kitab illüstrasiyası, plakat və başqa qrafika növləri də vardır. Təsviri incəsənətin geniş yayılmış növlərindən biri olan plakat orta əsrlərdə meydana gəlmişdir. plakat— bir şey elan etmək və ya tanıtmaq üçün hazırlanmış, kütlənin görə biləcəyi yerə asılmış, ümumiyyətlə rəsmli divar elanıdır.Bütün Avropaya sürətlə yayılan bu sənət növü XIX əsrin sonunda Fransada daha geniş inkişaf etmişdir. Almanca "plakat" fransızca "placard" sözündən olan bu ifadə elan, afişa mənasındadır. Yarandığı ilk vaxtlar ondan təşviqat, reklam, məlumat vermək məqsədilə istifadə edilib. Adətən ictimai yerlərdə, izdihamlı küçələrdə asılan plakat müxtəlif zaman və quruluşlarda dəyişikliyə məruz qalıb.

Yüklə 48,13 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin