30. Monumental dekorativ rəngkarlıq və onun növləri Rəngkarlıq 3 növə ayrılır-monumental rəngkarlıq, dəzgah rəngkarlığı, miniatür rəngkarlığı.Monumental rəngkarlıq — Adətən irihəcimli və açıq havada saxlanıla bilən əsərlər monumental rəngkarlığın nümunəsi hesab olunur. Burada əsasən texnika cəhətdən divarüstü boyakarlıq və freska sənəti xüsusilə fərqlənir.Freska divarüstü boyakarlığın xüsusi növüdür. Binaların daxilində daha çox yaradılır. Freska-hələ də qurumamış yaş mala üzərində çəkilir.Monumental rəngkarlığın başqa sənət növləri də vardır onlar aşağıdakılardır. 1. Mozayka 2. Mayolika 3. Vitraj
Mozayka-Monumental rəngkarlıqda xırda rəngli detallardan ümumi təsvirin yığılması texnikasına Mozayka deyilir. Mayolika-Rəngli, şirəli, saxsı detallardan təsvir yığmaq texnikasına deyilir. Vitraj-Rəngli şüşələrdən təsviri yığmaq texnikasına Vitraj deyilir.Həm rəngkarlıq, həm də bədii şüşə sənətidir. Şüşənin detalları adətən metallik xüsusiyyət daşıyır. Bu növ əsərlər çox vaxt pəncərə və qapıya qoyulurdu.Şərqdə oxşar tərzdə ornamental Şəbəkələr düzəldilirdi.
31. Qrafikanın karikatura növü Karikatura rəssamlıq sənətinin ən qədim növlərindən biridir. Qrafika sənətinin bu növü təsviri sənətin mühüm sahələrindən biri kimi çoxcəhətli inkişaf yolu keçib. Hələ Qədim Şərqin sivilizasiya məkanlarında, xüsusilə qədim Misirdə papiruslar üzərində karikaturaların rəsm edildiyi məlumdur.Karikatura cəmiyyətin siyasi, ictimai fikrinin, mənəvi dünyasının, psixologiyasının qrafika sənəti ilə əks olunmasıdır. Bu sənət növündə həyat eybəcərliklərinin komik şəkildə təsviri, insanın daxili aləminin çirkinliklərinin üzə çıxarılması və onun islahı yolunda səy göstərmək istəyi başlıca tələblərdir.Karikatura yalnız tənqid və ironiya vasitəsi deyil. Bu sənət növü zamanın, dövrün güzgüsüdür, cəmiyyətdəki bütün dəyişikliklərə diqqətlə, həssaslıqla münasibət göstərməkdir. Karikatura rəssamlıq sənətinin çox əhəmiyyətli janrı kimi insanlar arasında qarşılıqlı əlaqələrə, siyasi hadisələrə kəskin reaksiya nümayiş etdirə bilməkdir, bu qarşılıqlı əlaqələri, hadisələri öyrənməyin çox mənalı, əhəmiyyətli mənbəyidir.Təsviri sənətin məxsusi janrı kimi karikaturanın özünəməxsus keyfiyyətlərindən biri də satirik təsviri formaya malik olmasıdır. Belə bir satirik forma izlənilən ideyanin sosial-tənqidi istiqamətini şərtləndirir. Buna uyğun olaraq siyasi karikaturalar müəyyən konkret məzmuna malik mətnlərlə ifadə olunur.