Dekorativ tətbiqi sənətin növləri (keramika,bədii metal,xalçaçılıq,daş oyma,zərgərlik,vəs.)


Təsviri incəsənətdə Forma və məzmun



Yüklə 48,13 Kb.
səhifə5/22
tarix14.10.2023
ölçüsü48,13 Kb.
#155056
növüKompozisiya
1   2   3   4   5   6   7   8   9   ...   22
Kompozisiya nədir

Təsviri incəsənətdə Forma və məzmun

Forma məzmun və hiss daşıyıcısıdır. Forma ilə əlaqədar iki anlayış var: forma – tərz kimi (üsul, üslub) və plastik forma. Əsas plastik formadır. Plastik forma mütləq üçölçülü olmalıdır. Forma özü-özlüyündə məzmun daşıyıcısıdır, yəni özü məzmundur(nəyi təsvir etməsindən asılı olmayaraq). Məsələn, fincana gözüyumulu əl toxundurmaqla biz onun formasına görə məzmununu,yəni fincan olduğunu müəyyən edə bilərik. Eyni zamanda, forma emosionallığın daşıyıcısıdır. Çünki, forma özlüyündə insana hissiyyat verir. Hər hansı bir formaya toxunsaq gözəldirsə estetiklik verir, gözəl olmadıqda isə narahatlıq yaradır, mənfi emosiya verir. Bu da formanın fakturası ilə bağlıdır. Məsələn, hamar heykəltəraşlıq forması və hamar olmayan heykəltəraşlıq forması (Venera heykəli mərmərdən də ola bilər, palçıqdan da. Hər ikisi qadın fiquru olmasına baxmayaraq, materialına görə fərqli təsir bağışlayır). Forma məzmun daşıyıcısına o vaxt çevrilir ki, biz həmin formanın məzmununu tanıyırıq (yaddaşda olan formanın müqayisəsi ilə). Bəzi hallarda isə formanın məzmunu yoxdur, belə formalara dekorativ formalar deyilir. Məsələn, daş heç nəyə oxşamır, məzmunu yoxdur. Belə formada ancaq emosionallıq, hissiyyat, estetiklik var.
11. Tasviri sənət növləri
İncəsənət ictimai şüurun formalarından biridir. İncəsənət insanın mənəvi aləminin onun həyata bədii estetik münasibətin ifadəsidir və nəhayət, incəsənət həyatın bədii əksidir. İncəsənətin müxtəlif növləri məlumdur. Məsələn, memarlıq, heykəltaraşlıq, xalçaçılıq, teatr, ədəbiyyat, kino, aktyor sənəti və s. Bunların arasında 4-ü təsviri sənətə aiddir.
1. Boyakarlıq
2. Qrafika
3. Heykəltaraşlıq
4. Dekorativ-tətbiqi sənət
1. Boyakarlıq əsərinin başlıca təsvir vasitələri rəsm və rənglərdən ibarətdir. Onu müxətlif növlərə ayırmaq olar. Boyakarlığın ən qədim ibtidai forması divar rəsmləridir. Onlar ibtidai dövrdə mağaralarda işlənilən heyvan və insan təsvirlərindən tutmuş, ən müasir ictimai binaların monumental təsvirlərini bəzəyir. Divar rəsmlərinin işlənməsi zamanı müxtəlif bədii texniki materiallardan və üsullardan istifadə olunur. 2. Qrafika. Təsviri sənətin növlərindən biridir. Burada dərin texniki üsullarla işlənmiış rəsmlər daxildir. Yunanca "qraphike" sözündən götürülmüş, "rəsm, şəkil" deməkdir. Qrafika üsulu ilə portret, mənzərə və s. janrlarda rəsmlər yaratmaq mümkündür. Heykəltaraşlıq. Təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın boyakarlığa nisbətən imkanları məhduddur. . Dekorativ-tətbiqi sənət dekorativ sənət növüdür. Əsasən məişətdə işlədilmək üçün bədii məmulatlar hazırlayan yaradıcılıq sahələrini əhatə edir. Müxtəlif avadanlıq, mebel, xalça, əmək alətləri, paltar, hər cür bəzək əşyaları dekorativ sənət nümunəsi ola bilər.

Yüklə 48,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin