Təsviri incəsənətdə yumşaq təsvir vasitələrinin istifadəsi (kömür,pastel,sangina,sous)
Rəsm sadələşdirilmiş şəkildə xətlərə və ştrixlərə malik motivlərintəsvirindən ibarətdir. Bu, rəsmləri rəssamlıqdan fərqləndirir. “Rəsm” tarixi baxımından “əlamət” və “nişanlarla” bağlıdır.Qayalar üzərində ovulmuş rəsmlərə əlavə olaraq, ibtidai-icma quruluşundayaşayıb-yaratmış rəssamlar ağac kömüründən, torpaqdan yaxud bitkilərdən, misal üçün oxradan (sarı və ya qırmızı rəngli mineral boyaqdan) alınmış digər materiallardan da istifadə etmişlər.Adətən gümüş qələmlər, ağac kömürü, qırmızı təbaşir və ağ təbaşir rəsm çəkilişinin ən mühüm alətlərdəndir. Həmçinin qələmucundan, şotkadan və mürəkkəbdən də istifadə edilir.Onsəkkizinci yüzillikdə rəssamlığın inkişafı üçün yeni impuls rəngli təbaşirlərin və pastel çalarların yeni işlənməsindən əmələ gəlir.Rəsmlərin çəkilməsi üçün nəzərdə tutulan vasitələrin böyük əksəriyyəti qurudur (misal üçün, qrafit, kömür, pastel, gümüş), yaxud maye həlledicidən və ya daşıyıcıdan (markerdən, qələmdən və mürəkkəbdən) istifadə edilir.
Dəzgah heykəltaraşlığı
Heykəltəraşlıq — təsviri sənətin növlərindən biridir. Heykəltəraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli formada yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digər materaillar. Heykəltəraşlıq sənətinin ən qədim dövrlərdən bəri üç sahəsi məlumdur: monumental, dekorativ və dəzgah heykəltəraşlığı.Dəzgah heykəltəraşlığı - baş, bədən, qrup, büst kimi müxtəlif növ heykəltəraşlıq kompozisiyalarını əhatə edir. Dəzgah heykəltəraşlığı nümunələrinə yaxın məsafədən baxılır, o, ətraf mühit və memarlıqla bağlı olmur. Onlara rəssamların emalatxanasında və sərgi salonlarında rast gəlirik. Adətən, dəzgah heykəltəraşlığı təsvir olunan əşyanın təbii ölçülərinə uyğun yaradılır. Dəzgah heykəlinin adi ölçüsü həyat ölçüsünə yaxındır. Dəzgah heykəltəraşlığı tez-tez metafora və simvollardan istifadə edir.