Demokratik təŞƏBBÜSLƏR İnstitutu (idi)



Yüklə 191,61 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix30.11.2016
ölçüsü191,61 Kb.
#486
1   2   3

E.  SƏRBƏST TOPLAŞMA 

1.  HÜQUQİ ÇƏRÇİVƏ  

 

Qanunvericiliyin  vəziyyətini  qiymətləndirərkən  qeyd  etmək  lazımdır  ki,  sərbəst 



toplaşmaq azadlığını tənzimləyən Konstitusiya norması qənaətbəxş olsa da, 24 dekabr 2002-ci il 

tarixdə Milli Məclis tərəfindən Konstitusiyanın tələbinə zidd şəkildə Konstitusiyanın əsas mətni 

ilə eyni hüquqi qüvvəyə malik olan "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının 

həyata  keçirilməsinin  tənzimlənməsi  haqqında”  Azərbaycan  Respublikasının  Konstitusiya 

Qanunu  insan  hüquqları  ilə  bağlı  bir  çox  məqamı,  o  cümlədən  bu  hüquqların  ehtiyac  olandan 

daha artıq məhdudlaşdırılmasına şərait yaratmışdır. 13 noyabr 1998-ci ildə qəbul edilən “Sərbəst 

toplaşmaq azadlığı haqqında” Qanun isə ümumiyyətlə nə Konstitusiyaya, nə 2002-ci ildə qəbul 

edilən Konstitusiya Qanununa, nə də 2001-ci ildə Milli Məclisdə ratifikasiya edilərək ölkəmizin 

qoşulduğu  “İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında”  Avropa 

Konvensiyasının 11-ci maddəsinin tələblərinə cavab vermir.  

Bütün  bunlardan  da  aydın  şəkildə  bəlli  olur  ki,  istər  Seçki  Məcəlləsində,  istərsə  də 

məcəllənin  referans  kimi  yönləndiyi  sərbəst  toplaşmaq  haqqında  Qanunun  məhdudlaşdırıcı 

normaları sərbəst toplaşmaq hüququnun özünü zədələyən formaya salınıb və birbaşa konstitusion 

hüquqların, Avropa Konvensiyasının 11-ci maddəsinin, habelə seçki hüquqlarının pozulmasıdır. 

Bu  qanunun  yenidən  işlənərək  azadlığın  mahiyyətini  qoruyan  müddəalar  gətirilməsinə 

böyük zərurət var. 



Sərbəst toplaşma hüququna görə müəyyən olunan inzibati cəza 

Sərbəst  toplaşma  hüququndan  istifadə  imkanları  məhdudlaşdırılmaqla  bərabər,  bu 

hüququndan  istifadə  etmək  istəyənlərin  qarşısına  ağır  cəzalar  gətirilmişdir.  02  noyabr  2012-ci 

ildə İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi qüvvədən düşürülərək yerinə yeni tənzimləmə 

olan maddə əlavə edildi. Burda diqqəti çəkən ən önəmli məqam budur ki, 2012-ci ildə cərimənin 

maksimum  həddi  13  manat  olduğu  halda,  hazırda  bu  miqdar  30  min  manata  qədər 

yüksəldilmişdir. Beləliklə,  bütün dönəmlərin rekordu təzələnmiş  bir  maddənin sanksiyası 2307 

dəfə artırılmışdır. Ayrıca, cərimənin bu qədər artırılması ilə də kifayətlənilməmiş, iki yüz qırx 



saatadək  ictimai  işlər  və  ya  iki  ayadək  müddətə  inzibati  həbs  cəzası  da  maddənin 

sanksiyalarına  əlavə  edilmişdir.  Bununla  da  kifayətlənməyən  qanunqoyucu  maddəyə  bir  də 

qeyd  vermiş,  “ Qeyd:  Bu  Məcəllənin  298.1-ci  və  298.2-ci  maddələrində  nəzərdə  tutulmuş 



əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikası Cinayət 

Məcəlləsinin  müvafiq  maddələrinə  əsasən  cinayət  məsuliyyətinə  səbəb  olur”-  deməklə  sərbəst 

toplaşmaq hüququndan istifadə etməni ən təhlükəli hal kimi cinayət əməli olaraq görmüşdür.  



2.  SƏRBƏST TOPLAŞMA MÜHİTİ 

Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakı şəhərində 

yarımqapalı  “Məhsul”  stadionunda  müxalif  partiyaların  bəzən  mitinqlər  keçirməsinə  imkan 


14 

 

verilir.  Orada  mitinq  keçiriləndə  isə  həmin  istiqamətdə  hərəkət  edən  ictimai  nəqliyyat 



vasitələrinin  hərəkəti əvvəlcədən  məhdudlaşdırır,  mitinqə qatılmaq  istəyənlərin qarşısında süni 

maneələr yaradılır, mitinqə gələnləri polis nümayişkaranə şəkildə videolentə alır və sonra həmin 

görüntülər əsasında vətəndaşlara təzyiq göstərilir.  

Milli Şuranın bildirdiyinə görə 2015-ci ilin yazında keçirdiyi mitinqlər zamanı aksiyanın yeri və 

vaxtı  təşkilatçılarla   razılaşdırılmadan  icra  hakimiyyəti  tərəfindən  birtərəfli  qaydada  müəyyən 

edilmiş  və  məqsədli  şəkildə  elə  vaxt  seçilmişdir  ki,  insanlar  mitinqə   kütləvi  şəkildə  gələ 

bilməsinlər. 

Müxalif siyasi partiyaların və müstəqil QHT-lərin bildirdiyinə görə hələ də bir çoxunun 

Bakıda  ofis  yerləri  yoxdur  və  fəaliyyətləri  regionlarda  davamlı  məhdudlaşdırılır.  Həmçinin 

qapalı məkanlarda konfrans, dəyirmi masa və s. formatlarda ictimai toplantılar keçirmək demək 

olar ki, mümkünsüz hala gəlib və onlar  ciddi maneçiliklərlə üzləşdikləri vurğulanır. 

 

 



VII. MEDİA 

 

A.  HÜQUQİ ÇƏRÇİVƏ 

 

Konstitusiya  ifadə  azadlığını,  mətbuat  azadlığını  və  informasiya  əldə  etmək  hüququnu 



təsbit edir. Lakin böhtan üç ilə qədər azadlıqdan məhrum etmə məsuliyyəti daşıyan cinayət əməli 

olaraq qalmaqdadır. Həmçinin qeyri-mütanasib maliyyə sanksiyaları ilə müşayiət olunan mülki 

difamasiya ittihamları media orqanlarının “de- facto” bağışlanması ilə nəticələnir.  

Əksəriyyət  veb  səhifələrin  bağlanmaması  və  birbaşa  senzuranın  olmaması  səbəbindən 

İnterneti  azad  məkan kimi qəbul etsə də,  lakin onlayn  məkanda  fəal olan  şəxslərin  həbsləri  və 

onlara qarşı təqib halları artmaqdadır. 4 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinə edilən son 

dəyişikliklər  məhz  İnternet  informasiya  ehtiyyatlarının  üzərinə  diffamasiya  müddəalarının 

tətbiqini qanuniləşdirmişdir. 

Bundan başqa, Parlament tərəfindən 12 iyun 2012-ci il tarixdə “İnformasiya əldə etmək 

haqqında”“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”  və “Kommersiya 

sirri haqqında” qanunlara dəyişikliklər qəbul olunmuşdur. Hüquqi çərçivədə tətbiq edilən qeyd 

olunan  son  dəyişikliklər  informasiya  əldə  etmək  haqqında  Konstitusiyada  təsbit  olunmuş 

hüquqlara lüzumsuz məhdudiyyət qoymuşdur.  

 

B.  MEDİA MÜHİTİ 

Seçkiqabağı  mühiti  nəzərdən  keçirərkən  müstəqil  medianın  üzləşdiyi  vəziyyət  xüsusilə 

narahatlıq  doğurur.  Ölkədə  olan  TV-lər  tamamilə  hakim  siyasi  qüvvənin  nəzarəti  altındadır. 

Mövcud  TV-lərdən 3 kanalla  efirdə olan  AZTV  və  İTV birbaşa dövlətdən  maliyyələşir,  yerdə 

qalan 5 TV kanalı isə hakim elitaya bağlı hesab olunur və serial çəkimlərinə dəstək adı altında 

müxtəlif  dövrlərdə  büdcə  yardımları  alır.  Bu  TV-lərdə  xəbərlər  daim  təktərəfli  və  təbliğat 

xarakterlidir,  aktual  ictimai-siyasi  debatlılıq  yoxdur,  canlı  yayımlarına  ictimai  müzakirələr 

aparılmır,  müxalif və ya tənqidi fikir söyləyən müstəqil şəxslərin üzünə qapalıdır. 

Bir-iki çap mediası istisna olmaqla KİV-lərin fəaliyyəti senzuralaşmışdır. Təzyiqlər və ya 

yaradılmış  çətinlikliklər  nəticəsində  “Azadlıq”  qəzeti  və  Turan  İnformasiya  Agentliyi  istisna 

olmaqla,  müstəqil  mətbuat  orqanları  ya  fəaliyyətini  dayandırmağa  məcbur  olub,  ya  da  siyasi 

konyuktura uyğunlaşdırıb. 


15 

 

“Azadlıq” qəzetinin mühacirətdə olan baş redaktoru Qənimət Zahid tərəfindən yaradılan 



və  Türkiyədən  yayımlanan,  həftədə  iki  saat  efirə  çıxan  “Azərbaycan  Saatı”  TV  proqramının 

ölkədə olan əməkdaşlarının bəziləri həbs edilib. Bəziləri də mühacirətə getməyə məcbur olduğu 

üçün  proqramın  yaradıcı  heyəti  ancaq  Avropa  ölkələrində  fəaliyyətlərini  davam  etdirə  bilirlər. 

Bu  yaxınlarda  isə  Qənimət  Zahidin  üç  yaxın  qohumu  şübhəli  şəkildə  həbs  edilib.  Bu  həbslər 

“Azərbaycan Saatı” TV proqramının fəaliyyətinə görə Q.Zahidə təzyiq  kimi qiymətləndirilir. 

Digər  bir   müstəqil   media  layihəsi  olan  “Meydan  “  TV-nin  əməkdaşlarının  ölkədən 

çıxışına  qadağa  qoyulub.  Bildirilir  ki,  təzyiq  nəticəsində  “Meydan”  TV-nin  rəhbəri  Emin 

Millinin 23 qohumu onunla qohumluqdan imtina etdiklərini imzalayaraq bəyanat yayıblar. 

4  ildən  artıqdır  FM  tezliyindən  məhrum  edilərək,  ölkədə  yayımına  imkan  verilməyən 

“Azadlıq”, “Amerikanın səsi” və BBC radiostansiyalarının normal fəaliyyətinə qadağa  qoyulub. 

 2014-cü  ilin  dekabrında  isə  “Azadlıq”  radiosunun  Bakıdakı  ofisi  bağlanılıb  və  radonun 

əməkdaşı Xədicə İsmayıl qondarma ittihamla həbs edilib. 

“Diffamasıya haqqında” Qanunun qəbul olunmaması medanın ciddi problemlərindən biri 

olaraq  qalmaqdadır.  2012-ci  ildə  Azərbaycan  Respublikasının  Prezidenti  İnsan  Hüquqları 

sahəsində Milli  Fəaliyyət Proqramına  “Diffamasiya  haqqında” Qanunun qəbul edilməsini daxil 

etsə  də,  bu  qanun  layihəsi  Parlamentdə  müzakirəyə  çıxarılmadı.  Rəsmi  qurumların  təmsilçiləri 

ictimai  çıxışlarda  diffamasiya  qanununun  qəbulu  halında  cəmiyyətdə  zorakılığın  artacağını, 

jurnalistlərin fərdi cəzalandırılacağını irəli sürdülər. Bu tip təbliğat təssüf ki mənfi nəticə verdi. 

İfadə azadlığına dözümsüzlüyün nəticəsi olaraq media təşkilatı olan Reportyorların Azadlığı və 

Təhlükəsizliyi İnstitutunun (RATİ) təsisçisi, 

www.ann.az

 saytının jurnalisti Rasim Əliyev 2015-

ci il avqust ayında bir qrup tərəfindən döyülərək öldürüldü.  

Beləliklə, həbslər, diffamasiya üzrə məhkəmə prosesləri, yüksək maliyyə sanksiyaları  və 

jurnalistlər  üzərində  digər  təzyiq  formaları  Azərbaycanda  media  azadlığına  ciddi  təsir  edir  və 

demokratik  seçki  prosesinə  xas  olan  ideyaların  sərbəst  ifadə  edilməsi  üçün  əlverişli  olmayan 

mühit yaradır. 

 

 



VIII.  SECKİÖNCƏSİ  VƏZİYYƏTİN  MONİTORİNQİ  ÜZRƏ  NƏTİCƏLƏR  VƏ 

TOVSİYYƏLƏR 

 

IDI Parlament seckiləri öncəsi vəziyyətlə bağlı aşağıdakı yekun nəticələrə gəlir: 

 

  Yerli  və  beynəlxalq  təşkilatların,  aparıçı  Qərb  ölkələrinin  cağırışlarına  baxmayaraq, 

hakimiyyət  siyasi  və  vicdan  məhbusu  kimi  tanınan  şəxslərin  həbsdən  azad  edilməsini 

təmin etməyib;  

  Seçki  Məcəlləsinin  ATƏT  və  Avropa  Şurası  Venesiya  Komissiyasının  tövsiyyələri 

əsasında  təkmilləşdirilməsi  baş  verməyib.  Əksinə,  mövcud  secki  qanununa  edilən  son 

dəyişikliklər  ictimai  ehtiyaclar  və  Venesiya  Komissiyasının  rəyi  öyrənilmədən  həyata 

kecirilib.  

  ATƏT DTİHB tərəfindən 2010 parlament, 2013 prezident seckilərindən sonra tövsiyə və 

təkliflər  kimi  verilmiş  olan  ölkədə  azad,  ədalətli  və  şəffaf  seckilərin  kecirilməsi  üçün 

siyasi  şəraitin  demokratikləşdirilməsi  yönundə  nəinki  ciddi  tədbirlər  həyata  kecirilib, 

hətta daha çox məhdudiyyətlər yaradılıb.  



16 

 

  Sərbəst  toplaşmaq  və  birləşmək  azadlığnın  təmin  olunması  sahəsində  müsbət 



dəyişikliklər baş verməyib, əksinə şərait pisləşdiyinə görə siyasi partiyalar və QHT-lərin 

ölkə uzrə fəaliyyəti ciddi məhdudiyyətlərlə muşayiət olunur; 

  Söz  və  mətbuat  azadlığının  təmin  olunması  yönundə  nailiyyətlər  əldə  olunması, 

televizayalarda siyasi pluralizmin qorunması əvəzinə media mühiti daha da pisləşib.  

  Secici siyahılarının tərtibi ilə bağlı  proses həyata kecirilərkən aşkarlıq təmin edilməyib, 

Dovlət  Statistika  Komitəsinin  ölkə  əhalisinin  sayı  ilə  bağlı  məlumatları  ilə  MSK-  nın 

daimi seçicilər siyahısı arasındakı uyğunsuzluqlar araşdırılmayıb. 

  Secki  dairələri  ərazisində  qeydiyyatda  olan  seçicilərin  sayı  qanunvericiliyin  tələblərinə 

cavab verməyən şəkildə tərtib edilib.  

 

IDI  1  noyabr  2015-ci  ildə  keciriləcək  Parlament  seçkiləri  öncəsi  vəziyyətlə  bağlı 



aşağıdakıları təklif edir:  

 

  Yerli  və  beynəlxalq  təşkilatlarının,  aparıcı  Qərb  ölkələrinin  cağırışlarına  diqqət 

yetirilməli, demokratik seçki mühitinin yaradılması üçün siyasi və vicdan məhbusu kimi 

tanınan şəxsləri həbsdən azad edilməlidir; 

  Azad və ədalətli seckilərin kecirilməsi ucun söz və ifadə azadlığı təmin edilməli, habelə 

həbsdə olan jurnalistlər, blogerlər azad edilməlidirlər; 

  Seçki  Məcəlləsinin  ATƏT  və  Avropa  Şurası  Venesiya  Komissiyasının  tövsiyələri 

əsasında  təkmilləşdirilməsi  istiqamətində  yerli  və  beynəlxalq  təşkilatların  hüquqi 

təşəbbüsləri dəstəklənməlidir. 

  MSK  tərəfindən  qəbul  olunmuş  normativ  xarakterli  aktların  Seçki  Məcəlləsilə  

uyğunsuzluqları  aradan  qaldırılmalı,  Məcəllənin  tələbləri  və  beynəlxalq  qurumların 

müvafiq tövsiyələri yerinə yetirilməlidir. 

  Sərbəst  toplaşmaq  və  birləşmək  azadlığnın  təmin  olunması  yönündə  ciddi  tədbirlər 

həyata kecirilməli, bu məqsədlə siyasi partiyalar və QHT-lərə sərbəst fəaliyyət imkanları 

yaradılmalıdır. 

  Piket,  mitinq  və  yuruşlərin  kecirilməsi  ucun  mərkəzdə  yerlər  müəyyən  olunmalı  və 

aksiyaların təhlükəsizliyi təmin edilməlidir; 

  Seçki  komissiyalarına  və  seçki  prosessinə  yerli  icra  strulturlarının,  vəzifəli  şəxslərin 

müdaxilələrinə birdəfəlik son qoyulmalıdır; 

  Məhkəmə hakimiyyətinin müstəqilliyi təmin edilməli, məhkəmələrə və  hakimlərə siyasi 

basqılar aradan qaldırılmalıdır; 

  Seçkilərdə  ictimai  etimadın  və  rəqabətli  mühitin  yaradılması  üçün  televiziyalarda,  o 

cümlədən İctimai televiziyada muxalif və mustəqil namizədlərin debatları təşkil edilməli, 

fikir pluralizmi təmin edilməlidir; 

  Seçki dairələrinin təşkili zamanı yaranan qeyri-bərabərlik araşdırılmalı və seçicilərin orta 

təmsilçilik norması təmin olunmalıdır.  

  MSK  secici siyahılarının  vəziyyəti  ilə  bağlı  meydana çıxan qüsurları aradan qaldırmaq 

üçün tədbirlər həyata kecirməlidir; 

  Seşki komissiyalarının üzvləri  və  hakim korpusuna   seçki qanunvericiliyinin tətbiqi  və 

buna  dair  İnsan  Hüquqları  üzrə  Avropa  Konvensiyası,  eləcə  də  İHAM-ın  presdent 

hüququnun istifadəsini stimullaşdırmaq üçün səmərəli təlimlər keçirilməlidir; 

 

 



IDI İdarə Heyəti 

 

 

 

Yüklə 191,61 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin