Demokratiya nezeriyyesi


həllində ictimai ro'yin ta'sirli və fəal iştirakı formasıdır



Yüklə 480,34 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix17.05.2023
ölçüsü480,34 Kb.
#115800
1   2   3
Muhazire 7

həllində ictimai ro'yin ta'sirli və fəal iştirakı formasıdır. 
Tənqid üçün bağlı zonaların olmaması, geniş diskussiyaların keçirilməsi 
aşkarlıq şəraitinin ünsürlərdir. Buraya eyni zamanda şəxsi mövqeyi ifadə 
etmək hüququ, hər bir fikrə hörmətlə yanaşmaq vəzifəsi, fikirlərin sərbəst 
mübadiləsi və s. də aiddir. Aşkar- lığı hər hansı insan qrupunun inhisarına 
çevrilməsi qeyri-normal haldır. Aşkarlığa birtərəfli yanaşmaq düzgün 
olmazdı. Aşkarlıq hüquqi cəhətdən ölkənin konstitusiya normaları və 
qanunverici- lik vasitələri ilə möhkəmləndirilir və inkişaf etdirilir. 
Demokratik prinsipləri həyata keçirməkdə əsas amillərdən biri də 
qanunun aliliyi prinsipidir. Qanunun aliliyi mövcud qa- nunların 
aşağıdan-yuxarı və yuxarıdan-aşağı cəmiyyətin bütün təbəqələri 
tərəfindən bərabər qaydada həyata keçirilməsidir. İnsanlar bu prisipi 
qoruyub saxlamaqla demokratiya üçün əsas- hı zəmin yaradırlar. Qanun 
hər bir ölkə vətəndaşı üçün eynidir və hamı onun keşiyində durmalıdır. 


Qeyd etmək lazımdır ki, istər keçmişdə, istərsə də müasir dövrdə tam 
demokratik dövlətin qurulması ideal olaraq qalma- qdadır. Demokratiya 
istər ibtidai icma, antik quldarlıq döv- ründə, istərsə də müasir dövrdə 
nisbi xarakter daşıyır. O, həmi- şə ideal olaraq qalacaqdır. Demokratiya, 
sözün tam mə'nasında həmişə idealdan başqa bir şey olmayacaqdır. Kimsə 
ona lap ya- xınlaşa bilər, kimin üçünsə o, həmişə üfüqdə işıldayacaqdır, 
ona doğru aparan yollar yaxşı, yaxud pis olacaqdır, lakin ona ta- mamilə 
nail olmaq heç vaxt mümkün olmayacaqdır. 

Yüklə 480,34 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin