Demokratiya nezeriyyesi



Yüklə 480,34 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix17.05.2023
ölçüsü480,34 Kb.
#115800
  1   2   3
Muhazire 7



Demokratiya nezeriyyesi. 
Demokratiya
.XX əsrdə “demokratiya” sözü bütün dünyanın 
xalqlarının və siyasətçilərinin ən populyar sözlərindən birinə 
çevrilmişdir.Bu gün elə bir nüfuzlu siyasi hərəkat, təşkilat və 
yaxud partiya yoxdur ki, demokratiyanın həyata keçirilməsi 
iddiasında olmasın.Demokratiya nədir, o özündən nəyi ifadə edir 
və onun populyarlıöının səbəbləri nədədir? 
Demokratiyanın etimoloji mənası.
Müasir dildə “demokratiya” 
sözünün bir neçə mənası vardır.Onun 
birinci, 
başlıca mənası bu 
terminin yaranması ilə, etimologiyası ilə bağlıdır.”Demokratiya” 
qədim yunan dilindən “xalq hakimiyyəti” kimi tərcümə olunur. 
Demokratiyanın etimoloji anlayışından yaranan 
ikinci 
şərhi 
daha geniş olub, idarəetmə üzvlərin bərabər hüquqlu iştirakına 
və çoxluğun razılığı ilə qərarların qəbul edilməsinə əsaslamam 
istənilən təşkilatların quruluş formaları kimi qeyd olunur.Bu 
mənada partiyaların, həmkarlar təşkilatlarının, istehsal müəssisə- 
-lərinin və hətta ailə demokratiyasından danışırlar.Sözün geniş 
mənasında dərk olunan demokratiya isə təşkilatların, hakimiy- 
-ətin və idarəetmənin olduğu hər bir yerdə mövcud ola bilər. 
Demokratiyanın etimoloji anlayışı həmçinin bu terminin 
başqa – üçüncü və dördüncü mənaları ilə də əlaqəlidir.Demo- 
-kratiya 
üçüncü 
mənada ictimai quruluşun ideal dəyərlər 
sisteminə əsaslanması kimi baxılır.Bu ideal dəyərlərin tərkib 
hissəsinə azadlıq, bərabərlik, insan hüquqları, xalqın suverenliyi 
və bir sıra başqa dəyərlər daxildir. 
Demokratiyaya 
dördüncü 
mənada xalq hakimiyyəti,demokra- 
-tik məqsədlər və idealar uğrunda sosial və siyasi hərəkat kimi 
baxırlar.Bu hərəkatlar Avropada mütləqiyyətə qarşı mübarizə 
bayrağı altında üçüncü silkin azadlıq və bərabərlik uğrunda 
mübarizəsi nəticəsində meydana gəlmiş və tarixin gedişi 
nəticəsində tədricən özünün məqsəd və iştiralçılarının əhatə 


dairəsini genişləndirmişdir.Müasir demokratik hərəkatlar 
olduqca müxtəlifdir.Bunlara sosialdemokratik,milli-demokratik, 
xristian-demokratik,liberal-demokratik və başqa hərəkatları 
daxil edirlər. 
Demokratiyaya normal yanaşma.Demokratiya anlayışı xalq 
hakimiyyəti(demokratiyanın xalq hakimiyyəti anlayışından 
yaranan başqa şərhləri)kimi normal anlayışdır.Çünki 
demokratiya fenomeni insan ideallarından,dəyərlərindən,arzu və 
istəklərindən çıxış edən kateqoriyaların qurulmasını şərtləndirən 
normal yanaşmaya əsaslanır.Demokratiya bu baxımdan azadlıq, 
bərabərlik,insan ləyaqətinə hörmət,əməkdaşlıq və s. kimi 
xarakterizə olunur.Demokratiya özünün dəyər məzmununa görə 
müasir dünyada ilk növbədə məhz belə populyarlığı ilə 
məhşurdur. 
Demokratiya anlayışı meydana gəldiyi andan etibarən 
dövlətlə bağlı olub.Bu da onun məcburiyyətlə bağlı olduğunu, 
ən yaxşı halda isə çoxluğun azlıq üzərində hakimiyyətinin,hər 
şeydən yaxşı təşkil olunmuş imtiyazlı azlığın az və ya çox 
dərəcədə xalqın nəzarəti altımda olan idarəetmə forması oldu- 
ğunu göstərir.Real demokrtiya məsələsinə hələ gələcəkdə daha 
ətraflı şəkildə çox baxılacaqdır,bir çox hallarda isə real demok- 
ratiya demokratik dəyərlərdən-azadlıq,bərabərlik və i.a. dəyərlə- 
rindən demək olar ki,hələ çox uzaqdır. 
Demokratiyaya emprik yanaşma.”Poliarxiya”.Utopizm 
elementlərinin üzə çıxarilması,demokratiyanın normal 
anlayışı ilə reallıq arasındakı,idealla həyat arasındakı 
uyğunsuzluq demokratiyanın təhlilinə emprik yanaşmanın 
nəticəsidir.Belə halda demokratiya kateqoriyası reallıqdan 


çıxış edərək dövlət dəyəri elan olunmasından asılı 
olmayaraq qurulur.Demokratiya potensial rəhbərlərin 
seçicilərinin etimadını qazanmaq,seçkilərdə təmsil 
olunmaq uğrunda rəqabətə əsaslanan idarəetmə forması 
kimi şərh olunur. 
Demokratiyanın noromalı və emprik anlayışlarının 
ziddiyyətli olmasını və bu kateqoriyaların elmdə, gündəlik 
dildə istifadə olunması zamanı yaranan qeyri-
münasibətliyini nəzərə alaraq Robert Alen dal və bir sıra 
başqa politoloqlar real dövlətlərdə mövcud olan 
demokratiyanın ifadə olunması üçün xüsusi termin 
“poliarxiya”termininin tətbiq edilməsini təklif etmişlər. 
R.Dala görə poliarxiya konkret seçkilərlə xalqın seçdiyi 
azlığın idarəetməsidir.Belə idarəetmə həm antik 
polislərdə(şəhər dövlətlərində),həm orta əsrlərdəki 
respublikalarda mövcud olmuş,həm də ən ümumi seçki 
hüququ və siyasi partiyaların hakimiy- yət uğrunda 
rəqabəti nəticəsində yaranan müasir konstitusiyalı 
dövlətlərdə də geniş yayılmışdır. Demokratiya isə 
poliarxiyadan bərabər iştirakını şərtləndirən bir idealdır.



Yüklə 480,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin