DəNİz məDƏNLƏRİNDƏ Hİdrat yaranmaya qarşI İNHİBİtorun seçİLMƏSİ VƏ Mİqdarinin hesablanmasi



Yüklə 63,59 Kb.
tarix02.01.2022
ölçüsü63,59 Kb.
#39659
tezzz


DƏNİZ MƏDƏNLƏRİNDƏ HİDRAT YARANMAYA QARŞI İNHİBİTORUN SEÇİLMƏSİ VƏ MİQDARININ HESABLANMASI Tələbə: Elmi rəhbər: Sabitova Ayna Qabil qızı dos.Pənahov Rasim Əli oğlu QNMF,3-cü kurs,qrup 267.6 Hidrat yüksək təzyiq və aşağı temperaturda qaz və qaz qarışığının maye və maye buxarı ilə əmələ gətirdiyi bərk maddəyə deyilir.Əgər hidratlar haqqında öyrənmək istəyiriksə onda ilk öncə qaz hidratı müəyyənləşdirməli,onun iş prinsiplərini təsvir etməli, əhəmiyyətini müəyyənləşdirməli, üstünlük və ziyanlarını araşdırmalı və bir neçə tətbiqlərini qeyd etməliyik. Qaz hidratlar qaz molekullarından(metan,etan,propan və s.)ibarət qəfəs quruluşlu kristal,buz kimi meydana gəlir.Təbii qaz hidratlar geoloji yerlərin iki növündə yerləşir:permafrostun altında və okean döşəməsinin altındakı çöküntülərdə.Yaranma mənşəyinə görə isə iki yerə bölünür:mikrobial və termogenik. Üstünlükləri ondan ibarətdir ki,təbii qazdan daha bol tapılır.Neft,kömür,qazın birlikdə qoyduğu enerjidən daha çox enerji saxlayır.Eenerji tükətmək üçün ehiyacı azaldır.Yalnızca 1m3 hidratı parçaladıqda təxminən 170m3 metan verir. Ziyanları isə ondan ibarətdir ki,bir-birinə əks olan mühitlərdə onu çıxartmaq çətin olur,nefti nəql edən kəmərlərin təbii iş rejimini çətinləşdirir. Bunun qarşısını almaq üçün isə qazlar qızdırılır, qurudulur və ya şeh nöqtəsi aşağı salınır. Məruzədə dəniz şəraitində yerin hazırlanma texnoloji sistemində hidrat yaranmaya qarşı müxtəlif təkliflər olunur.

DÜNYA SU HÖVZƏLƏRİNDƏ HİDRAT TOPLAMALARI VƏ GƏLƏCƏK ENERJİ TƏLƏBATININ TƏMİNAT MƏNBƏYİ Tələbə: Elmi rəhbər: Xananlıyev Məhəmməd Zahir oğlu dos. R.Ə.Pənahov III kurs, qrup 269.6S Dəniz yataqlarında istismar zamanı məhsulun mədəndə yığılıb dənizdə ilkin emalı və qazın sahil qurğularına nəqli istiqamətində müxtəlif duyum nöqtələrində təzyiq və temperaturun, axımının sürəti, qaz-maye nisbəti və digər kəmiyyətlərin qiymətləndirilməsi və hidrat yaranma şəraitinin təyin olunması önəmli məsələrdən biridir. Belə ki, baxılan vahid qaz və hidrodinamik sistemdə hidratın yaranması texnoloji prosesin yaranmasına, hətta qəza halına gətirib cıxarılmasına gətirib səbəb ola bilər. Bu məqsədlə texnoloji sistemlərin parametrləri dəniz şəraitinin göstəriciləri və qaz-kondensat sisteminde faza hal dəyişmələrinin baş verməsinin təhlili aparılmışdır. Təhlil nəticəsində xarakter düyümlər, düyümlərin təyini və hidrat yaranmasının qarşısını almaq ücün təkliflər tərtib olunur

§ 10. Hidratlar və qaz quyularının istismarı zamanı onlarla mübarizə Su buxarı ilə doymuş təbii qaz yüksək təzyiq və müəyyən temperaturda bərk sulu birləşmələr – hidratlar yarada bilər. Əmələ gələn hidratlar quyuları, qaz kəmərlərini, separatorları tıxaya, ölçü cihazlarının və nizamlayıcı vasitələrin işini poza bilər. Qaz və qaz-kondensat yataqlarının böyük əksəriyyətinin işlənməsi zamanı hidratların əmələ gəlməsi ilə mübarizə problemi yaranır (şək.4.9). Qərbi Sibir və Uzaq Şimaldakı yataqların işlənməsində bu məsələ daha böyük əhəmiyyət kəsb edir. Bu rayonların aşağı lay temperaturu və sərt iqlim şəraiti nəinki quyularda və qaz kəmərlərində, həm də laylarda hidratların əmələ gəlməsi üçün əlverişli şərait yaradır, nəticədə qaz-hidrat yataqları yaranır. 187 Təbii qazların hidratları temperaturun artması və ya təzyiqin azalması nəticəsində qaz və suya parçalanan suyun karbohidrogenlərlə dayanıqsız fiziki-kimyəvi birləşməsidir. Xarici görünüşünə görə bu – buz və ya qara bənzəyən ağ kristal kütlədir. Hidrat əmələgəlmə ilə mübarizə həm bunun qarşısının alınması istiqamətində, həm də artıq əmələ gəlmiş hidratların ləğv edilməsi istiqamətində aparılır. Qaz kəmərində əmələ gəlmiş hidratları aşağıdakı üsullarla aradan qaldırmaq olar. Qaz kəmərinin hidrat əmələ gəlmiş hissəsini ayırıb, üfürmə şamları vasitəsilə qazı atmosferə buraxmaq. Bu üsulun çatışmazlığı – hidrat tıxacının çox yavaş parçalanmasıdır və bundan başqa bu üsul mənfi temperaturlarda tövsiyə olunmur. Mənfi temperaturlarda hidratlar parçalanarkən ayrılan su donub buz tıxacına çevrilir ki, bunu da yalnız qızdırmaq yolu ilə aradan qaldırmaq olar. Hidrat tıxacını 65-75˚C temperaturda kalsium xloridlə yumaq yolu ilə ləğv edirlər. Qazın qızdırılması hidrat əmələ gəlməsinin qarşısını ala bilər, lakin bu yalnız mədən hüdudlarında səmərəlidir, çünki qaz boru kəmərlərindən keçəndə tez soyuyur. İstiliyi saxlamaq üçün bəzən şleyflərdə istiliyi izolyasiya etmək məqsədəuyğundur. Qazyığma sisteminə hidrat kristalları üzərində örtük yaradan SAM-in daxil edilməsi onların boru divarlarına yapışmasının (adgeziya) qarşısını alır. SAM-li kristalhidratlar səth üzərində koalesiya etmirlər və boru divarlarında çökməyərək qaz axını ilə asan nəql olunurlar. Lakin hidratların əmələ gəlməsinin qarşısının alınmasının və artıq əmələ gəlmiş hidratların ləğv edilməsinin ən səmərəli üsulu qaz kəmərlərinə müxtəlif hidrat əmələ gətirən inhibitorların vurulmasıdır. İnhibitor kimi metil spirti (metanol – CH3OH), qlikollar (etilen qlikol EQ, dietilen qlikol DEQ, trietilenqlikol TEQ), kalsium xlorid (CaCL2) və onun məhlullarından istifadə olunur. Metanol hidratəmələgəlmə temperaturunun yüksək dərəcədə azlığı, artıq əmələ gəlmiş hidrat tıxacının tez parçalama, su ilə istənilən nisbətdə qarışma qabiliyyəti, kiçik özlülük və aşağı donma temperaturu ilə fərqlənir. 188 Şəkil 4.9. Hidrat tıxacının kalsium xlorla yuma yolu ilə aradan qaldırılması sxemi




Yüklə 63,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin