Termokostyumlar. İzoləedici tipli termomühafizə kostyumları şəxsi heyətin dəri örtüyünü zədələnmə ocaqlarında qəza-xilasetmə tədbirləri zamanı yüksək temperaturun və açıq alovun təsirindən mühafizə edir. Kimyəvi zədələnmə ocağında və yanğın zamanı termomühafizə kostyumunu kimyəvi mühafizə kostyumunun üzərindən geyinirlər.
Kimyəvi izoləedici kostyumlar. Təbii fəlakətlər və texnogen qəzalar baş verdikdə ətrafa GTZM-nin yayılması zamanı maye-damcı və qaz halında olan zəhərli maddələrdən mühafizə olunması üçün kimyəvi kəşfiyyat və xilasetmə işlərinə cəlb olunan şəxsi heyət tənəffüs üzvlərini və dəri örtüyünü mühafizə vasitələrindən istifadə edir. Mühafizə vasitələri 4 mühafizə səviyyəsinə bölünür: