Dərinin fərdi mühafizə vasitələri (dfmv)


«D» səviyyəli mühafizə dəsti 



Yüklə 20,79 Kb.
səhifə9/11
tarix02.01.2022
ölçüsü20,79 Kb.
#44329
1   2   3   4   5   6   7   8   9   10   11
2Dərinin fərdi mühafizə vasitələri

«D» səviyyəli mühafizə dəsti  «B» səviyyəli mühafizə dəstindən kiçik göstəricilərlə fərqlənir.

«E» səviyyəli mühafizə dəsti  qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında şəxsi heyət üçün nəzərdə tutulmuş iş geyimi, istehsalat və müəssisələrdə iş vaxtı fəhlə və qulluqçuların istifadə etdikləri geyim formasıdır.

«D» səviyyəli mühafizə dəstinə:

- iş paltarı;

- dəmir pəncəli çəkmə;

- şlem;

- gözlərin mühafizəsi üçün eynəklər; əllərin mühafizəsi üçün əlcəklər;

- tənəffüs üzvlərinin mühafizəsi üçün respirator daxildir.

Kimyəvi izoləedici kostyum KİX-4M. Təyinatı: İzolə­edi­ci kostyum KİX-4M qəza-xilastetmə işləri zamanı maye və qaz halında olan ammonyak və xlordan mühafizə üçün nəzərdə tutulmuşdur.

Kostyum baş örtüyü olan kombinezondur, üz hissəsinə ge­niş ­mənzərəni seyr edə bilmək üçün şüşə bərkidilmişdir. Kom­bi­nezonun şalvarının aşağı hissəsinə prorezin materialdan iba­rət olan bərkidici tikilmişdir. Kostyum xlor və ammonyaka da­vam­lı prorezin materialdan hazırlanıb. Kostyumu digər mü­ha­fizə vasitələri, həmçinin KİP-8 izoləedici əleyhqazı ilə bir­lik­də istifadə etmək olar. Əleyhqaz kostyumun altından geyinilir.

Mühafizə müddəti müxtəlif hallarda dəyişkəndir:

- qaz halında xlora qarşı – 60 dəqiqə;

- qaz halında ammonyaka qarşı – 60 dəqiqə;

- maye halında xlor və ammonyaka qarşı – 2 dəqiqə;

- qaz halında olan asetonitril, hidrogen-florid, dime­ti­l­amin, akril turşusu nitrili, etilen oksidi, hidrogen-sulfidə qarşı – 60 dəqiqə;

- qatı mineral turşulara qarşı davamlılığı – 60 dəqiqə;

- açıq alova davamlılığı – 10 saniyə;

- orta ağırlıqlı işlər yerinə yetirilən zaman fasiləsiz olaraq qalma müddəti (izoləedici aparatla) – 250C temperaturda 40 də­qiqə;

- 260C-dən yuxarı tempraturda – 20 dəqiqə;

- istifadə edilə bilmə sayı – 5 dəfə.




Yüklə 20,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin