«D» səviyyəli mühafizə dəsti «B» səviyyəli mühafizə dəstindən kiçik göstəricilərlə fərqlənir.
«E» səviyyəli mühafizə dəsti qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında şəxsi heyət üçün nəzərdə tutulmuş iş geyimi, istehsalat və müəssisələrdə iş vaxtı fəhlə və qulluqçuların istifadə etdikləri geyim formasıdır.
«D» səviyyəli mühafizə dəstinə:
- iş paltarı;
- dəmir pəncəli çəkmə;
- şlem;
- gözlərin mühafizəsi üçün eynəklər; əllərin mühafizəsi üçün əlcəklər;
- tənəffüs üzvlərinin mühafizəsi üçün respirator daxildir.
Kimyəvi izoləedici kostyum KİX-4M. Təyinatı: İzoləedici kostyum KİX-4M qəza-xilastetmə işləri zamanı maye və qaz halında olan ammonyak və xlordan mühafizə üçün nəzərdə tutulmuşdur.
Kostyum baş örtüyü olan kombinezondur, üz hissəsinə geniş mənzərəni seyr edə bilmək üçün şüşə bərkidilmişdir. Kombinezonun şalvarının aşağı hissəsinə prorezin materialdan ibarət olan bərkidici tikilmişdir. Kostyum xlor və ammonyaka davamlı prorezin materialdan hazırlanıb. Kostyumu digər mühafizə vasitələri, həmçinin KİP-8 izoləedici əleyhqazı ilə birlikdə istifadə etmək olar. Əleyhqaz kostyumun altından geyinilir.
Mühafizə müddəti müxtəlif hallarda dəyişkəndir:
- qaz halında xlora qarşı – 60 dəqiqə;
- qaz halında ammonyaka qarşı – 60 dəqiqə;
- maye halında xlor və ammonyaka qarşı – 2 dəqiqə;
- qaz halında olan asetonitril, hidrogen-florid, dimetilamin, akril turşusu nitrili, etilen oksidi, hidrogen-sulfidə qarşı – 60 dəqiqə;
- qatı mineral turşulara qarşı davamlılığı – 60 dəqiqə;
- açıq alova davamlılığı – 10 saniyə;
- orta ağırlıqlı işlər yerinə yetirilən zaman fasiləsiz olaraq qalma müddəti (izoləedici aparatla) – 250C temperaturda 40 dəqiqə;
- 260C-dən yuxarı tempraturda – 20 dəqiqə;
- istifadə edilə bilmə sayı – 5 dəfə.
Dostları ilə paylaş: |