I tip «Zaşita» mühafizə komplekti (taun əleyhinə kostyum). I tip «Zaşita» mühafizə komplekti bakteriya, virus kimi zərərli vasitələr, tozla təmas zamanı istifadə edilir, I dərəcəli mühafizə vasitəsidir. Komplekt taun əleyhinə xidmət personalını, həmçinin məhkəmə tibbi ekspertiza xüsusi təhlükəli infeksiyalarla işləyən həkim və sanitar işçilərinin şəxsi heyətinin tənəffüs üzvlərini, dəri örtüyünü və selikli qişalarını mühafizə edir.
Komplektə aşağıdakılar daxildir:
- geniş görmə sahəsi və filtri olan maska;
- prorezin materialdan hazırlanmış başlıqlı gödəkçə və prorezin əlcəklər;
- prorezin materialdan şalvar, ona bitişik rezin baxil ilə birlikdə.
Komplekt asanlıqla geyinilir, istismar zamanı tənəffüs üzvlərini və dəri örtüyünü yüksək səviyyədə etibarlı mühafizə edir. Bu sınaqdan dəfələrlə keçirilmişdir. Komplekt bioloji və kimyəvi zədələnmə ocağında yoluxmuşları daşımaq üçün, həm də dezinfeksiya və dezaktivasiya üçün istifadə edilir. Kostyum prorezin materialdan hazırlanıb və tikişləri yapışqanla bərkidilir.
Dostları ilə paylaş: |