«B» səviyyəli mühafizə dəsti – tənəffüs üzvlərinin mühafizə dərəcəsi «A» səviyyəli dəst ilə eynidir. Kimya əleyhinə mühafizə kostyumunun tərkibinə daxili və xarici əlcəklər, mühafizə çəkmələri daxildir. Skafandr-kostyum nəzərdə tutulmamışdır. Bu kostyumdan zəhərli maddələrin tipi və qatılığı məlum olduğu və dəri səthinin mühafizəsi «A» səviyyəli mühafizə kostyumunun geyinilməsinə ehtiyac olmadığı hallarda istifadə olunur.
«C» səviyyəli mühafizə dəstinə daxildir:
- sıxılmış hava aparatı (təcridedici əleyhqaz);
- kombinezon formalı başlığı olan mühafizə kostyumu;
- rezin mühafizə əlcəkləri (daxili və xarici əlcəklər);
- poladdan burnu olan rezin mühafizə çəkmələri.
Havada olan zəhərli maddələrin qatılığı yüksək olduqda və əsasən, zərərsizləşdirmə proseslərinin həyata keçirilməsində istifadə olunur.
Dostları ilə paylaş: |