İzoləedici tipli mühafizə kostyumları. Dərini mühafizə edən xüsusi filtrasiyaedici tipə aiddir:
- taun əleyhinə kombinezon;
- orta tezlikli dalğalardan mühafizəedici kostyum;
- sıx toxunmuş parçadan hazırlanmış və radioaktiv tozdan mühafizəedici kombinezon.
L-1 – yüngül mühafizə kostyumudur, əsasən, insanı zərərli kimyəvi və bakterioloji təsirlərdən, həmçinin radioaktiv tozdan mühafizə etmək üçündür. L-1 kostyumu insanın dərisini, həm də paltarını, ayaqqabısını qəza, xilasetmə və dezaktivasiya işləri zamanı aqressiv mühitin (turşu məhlulları, laklar, boyalar, yağ, su, dəniz duzu, qələvilər, neft məhsulları) uzunmüddətli təsirindən, zəhərləyici və toksiki maddələrin, zərərli bioloji faktorların təsirindən mühafizə edir.
L-1 kostyum komplektinə başlıqlı gödəkçə, corabla birlikdə şalvar, 2 cüt əlcək daxildir. Gödəkçənin qollarında biləkləri sıxan qalın manjetlər var. 150C yuxarı temperaturda L-1 kostyumunu alt paltarının üzərindən, 0C-dən aşağı tempera-turda isə qış geyiminin üzərindən geyinirlər. L-1 3 boy ölçüsündə hazırlanır: 165 sm-ə qədər, 166-172 sm arası, 173 sm-dən yuxarı. Kostyum isidici qurğulardan kənarda, soyuq yerdə saxlanmalıdır, işə başlamazdan bilavasitə əvvəl geyinilməlidir, artıq hərəkətlərə yol verilməməlidir, yüksək temperaturda işləyərkən su ilə isladılmış mühafizə ekranlarından istifadə edilməlidir. Kostyumu dəfələrlə istifadə etmək olar, ona görə də zəhərli maddələrlə, radioaktiv tozla, bakterial vasitələrlə təmasdan sonra xüsusi təmizlənməlidir. Kostyumu çıxararkən çalışmaq lazımdır ki, dərinin açıq səthləri paltarın üst tərəfi ilə təmasda olmasın.
Dostları ilə paylaş: |