Kimyəvi izoləedici kostyum KİX-5T. Təyinatı: izoləedici kostyum KİX-5T qəza-xilasetmə işləri zamanı maye və qaz halında olan ammonyak və xlordan və digər aqressiv kimyəvi maddələrdən mühafizə üçün nəzərdə tutulmuşdur. Kostyum baş örtüyü olan kombinezondur, üz hissəsinə geniş mənzərəni seyr edə bilmək üçün şüşə bərkidilmişdir, üçbarmaqlı əlcəyi vardır. Kombinezonun şalvarının aşağı hissəsinə prorezin materialdan ibarət olan bərkidici tikilmişdir. Kostyumun arxasında geyinə bilmək üçün vertikal dəliyi vardır və hermetik molniya ilə bağlanır. Kostyum xlor və ammonyaka davamlı prorezin materialdan hazırlanıb. Komplektə pambıq parçadan hazırlanmış əlcək daxildir. Kostyum İP-4M (İP-4MK, İP-4MK-TK) izoləedici əleyhqazı ilə birlikdə istifadə edilir. Əleyhqaz kostyumun altından geyinilir. Kostyumun konstruksiyası imkan verir ki, bərpaedici patronun iş müddəti bitdikdə onu asanlıqla dəyişmək mümkün olsun.