Dərinin fərdi mühafizə vasitələri (dfmv)


Kimyəvi izoləedici kostyum KİX-4T



Yüklə 20,79 Kb.
səhifə10/11
tarix02.01.2022
ölçüsü20,79 Kb.
#44329
1   2   3   4   5   6   7   8   9   10   11
2Dərinin fərdi mühafizə vasitələri

Kimyəvi izoləedici kostyum KİX-4T. Təyinatı: izolə­edi­ci kostyum KİX-4T qəza-xilasetmə işləri zamanı maye və qaz halında olan ammonyak, xlor, azot oksidləri, hidrazin tö­rə­mə­ləri və həmçinin digər qatı mineral turşularından (kükürd, azot) mühafizə üçün nəzərdə tutulmuşdur. Kostyum baş örtüyü olan kombinezondur, üz hissəsinə geniş mənzərəni seyr edə bil­mək üçün şüşə bərkidilmişdir. Kombinezonu geyinə bilmək üçün şaquli dəliyi vardır və hermetik molniya ilə bağlanır. Ar­xa tərəfinin iç divarına çiyin çantası bərkidilmişdir, ona tə­nəf­füs sistemi üçün balon yerləşdirilir. Kombinezonun qolları da­xi­li sərt həlqəli rezin manjetlərlə bitir, onlara da rezin əlcəklər bər­ki­dilir. Əlcəklər əlavə olaraq elastik rezin həlqələrlə fiksə edi­­lir. Kombinezonun şalvarının aşağı hissəsinə sıx corablar ti­kil­miş­dir, onların üzərinə uzunboğaz çəkmə geyilir. Kostyu­mun quruluşu onun rahat geyinilməsi və təhlükəsizliyini təmin edir, istifadə edən asanlıqla özü geyinib-soyuna bilir. Kostyum güclü təsirli zəhərləyici maddələrə qarşı davamlı, sarı, boz, na­rın­cı rəngli prorezin materialdan hazırlanıb. Texniki xarak­te­ris­ti­kası: kostyumun kütləsi (1-ci ölçü üçün) tənəffüs aparatı ol­madan - 4 kq, 44 ölçülü çəkmənin kütləsi-2,3 kq. Paltar her­me­ti­kdir. Hermetikliyi xüsusi metodla yoxlanır. Mühafizə əmsalı 1000-dir. Paltarın və tikişlərinin yüksək konsentrasiya olun­muş qaz halında xlora olan mühafizə dayanıqlığı-60 dəqi­qə­dir. Paltarın xidmət müddəti 2 ildir, güclü təsirli zəhərli mad­də­lə­rə qarşı 5dəfədən artıq istifadə etmək olmaz.


Yüklə 20,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin