I tip taun əleyhinə «Almaz» komplekt. Tibb müəssisələrinin heyətinin, xüsusilə, diaqnostika və xüsusi təhlükəli infeksiyaları müalicə edən şəxsi heyətin tənəffüs üzvlərini, dəri örtüyünü və selikli qişalarını mühafizə edir.
Taun əleyhinə «Kvars-1M» kostyumu.«Kvars-1M» taun əleyhinə kostyumu FHN və MM dəstələrinin üzvləri üçün filtrasiyaedici mühafizə vasitəsidir (QP-7k əleyhqazı ilə birlikdə). Kostyum yoluxma ocaqlarında epidemiya əleyhinə tədbirlərin təşkili və həyata keçirilməsində iştirak edən əməkdaşların; xüsusi təhlükəli infeksiyaları öyrənən və müalicə edən laboratoriya və müəssisələrin əməkdaşlarının; həmçinin taun əleyhinə stansiyaların həkim və sanitar işçilərinin tənəffüs üzvlərini və dəri örtüyünü mühafizə etmək üçün vasitədir. Komplekt sadədir, etibarlıdır, asan istifadə edilir, tənəffüs üzvlərini və dəri örtüyünü yüksək dərəcədə mühafizə edir. Tərkibinə daxildir: panoram şüşəli şlem, yarımmaska və filtr, kombinezon, rezin materialdan baxil.