Rp.: Pastae Zinci 40,0
D.S. dərinin zədələnmiş nahiyəsinə sürtməli.
#
Rp.: Anaesthesini 2,5
Zinci oxydi 20,0
Vazelini ad 50,0 M.f.pasta
D.S. Dərinin zədələnmiş nahiyəsinə sürtməli
Suppozitoriyalar
(a.h.t. — Suppositorium; y.h.t. — Suppositorii )
Suppozitoriyalar dozalanmış yumşaq dərman formalarıdır. Əsasən zavod şəraitində hazırlanır. Tərkibcə dərman maddəsindən və suppozitoriya əsasından ibarətdir. Suppozitoriya əsası kimi kakao yağından (Butyrum Cacao) və digər köməkçi maddələrdən istifadə edilir. Bu yağ açıq sarı rəngli, xoş iyli bərk kütlə olub, 30-340 C temperaturda əriyir.
Suppozitoriyalar bədən boşluqlarına yeridilir. Yeridildikləri nahiyədən asılı olaraq rektal (Suppositorium rectale) və vaginal suppozitoriyaları (Suppositorium vaginale) fərqləndirirlər.
Rektal suppozitoriyalar (şamlar) iti uclu konus, yaxud silindr şəklində olub, düz bağırsağa yeridilir.
Vaginal suppozitoriyalar kürəşəkilli və ovalşəkilli olmaqla uşaqlıq yoluna yeridilir, ginekoloji xəstəliklər zamanı və mayalanmanın qarşısını almaq məqsədilə istifadə olunurlar. Vaginal suppozitoriya şəklində yerli təsir göstərən dərman maddəlori yazılır
Dostları ilə paylaş: |