Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə13/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   9   10   11   12   13   14   15   16   ...   150
derma

Rp.: Euphyllini 0,3


Olei Cacao q.s. ut f. Suppositorium rectale

D.t.d. N. 12

S. Gündə 3 dəfə, düz bağırsağa 1 şam yeritməli.

#


Rp.: Extr. Belladonnae 0,015

İchthyoli 0,25

Ol. Cacao 4,0

M.f. suppositorium vaginale

D. t.d. N12

S. Səhər və axşam, uşaqlıq yoluna 1 suppozitoriya yeritməli


#


Rp.: Suppositorium cum Indometacino 0,05

D. t.d. N.10

S. Gündə 2 dəfə, düz bağırsağa 1 sam yeritmelli.

#


Rp.: Suppositoria Cefeconum N.6

D.S. Gündə 2 dəfə, düz bağırsağa l sam yeritməli.

İnyeksiya dərman formaları

Dərinin, yaxud selikli qişanın tamlığını pozmaqla şpris və iynə vasitəsilə dərman maddələrinin orqanizmə yeridilməsi inyeksiya adlanır. Orqanizmə bu üsulla yeridilən dərman formaları inyeksiya dərman formaları, yaxud parenteral dərman formalları adlanır. İnyeksiya üçün dərmanlar məhlul, suspenziya, Yeni Qalen preparatı və poroşok şəklində buraxılır. Poroşok halında buraxılan dərmanlar inyeksiyadan əvvəl həlledicidə həll edilməlidir. İnyeksiya dərman formalarını hazırlayarkən həlledici kimi inyeksiya suyundan və toxumalara qıcıqlandırıcı təsir göstərməyən bitki yağlarından (şaftalı yağı, badam yağı və s.) istifadə edilir.

Əgər orqanizmə çoxlu miqdarda inyeksiya məhlulu yeritmək lazım gələrsə, həlledici kimi natrium-xloridin, yaxud qlükozanın izotonik məhlullarından istifadə edilir (Solutio Natrii chloridi isotonica; Solutio Clucosi 5 %).

İnyeksiya dərman formalarını digər dərman formalarından fərqləndirən müəyyən müsbət cəhətlər vardır. Bu dərman formaları birbaşa toxumaya və ya bədən boşluqlarına yeridildiyindən mədə-bağırsaq sistemi və qara ciyər şirələrinin fermentativ təsirinə məruz qalmır. Nəticədə heç bir dəyişikliyə uğramadan qana sorulur və tez təsir göstərirlər. Bu dərman formaları xoşagəlməz iyə və dada malik olduqda belə xəstə onu hiss etmir.

Bunları huşsuz halda olan xəstələrin də orqanizminə yeritmək mümkündür.



Bununla belə, dərman formalarının inyeksiya yolu ilə orqanizmə yeridilməsi üçün tibb işçisinin müdaxiləsi lazımdır və ilk üsul ağrılıdır. Bu dərman formaları orqanizmin müdafiə sədlərindən (mədə - bağırsaq və qara ciyər sədləri) yan keçərək qana sorulduğu üçün infeksiya mənbəyi ola bilər. Ona görə də inyeksiya dərman formalarına qarşı xüsusi tələblər irəli sürülür ki, onlardan da başlıcası sterillikdir. Ġnyeksiya üçün istifadə edilən bütün dərmanlar steril olmalıdır. Yəni dərman maddəsinin içərisində olan patogen mikroorqanizmlər, onların metabolizm (çevrilmə) məhsulları, sporları məhv edilməlidir.

Dərman maddələrini sterilizə etmək üçün müxtəlif üsullar mövcuddur. Termostabil (istiyədavamlı) dərman maddələrinin inyeksiya məhlulları avtoklav adlanan aparatda 119-1210 C temperaturda yüksək təzyiqli doymuş buxarla, yaxud 100 və ya 1100C temperaturda adi buxarla sterilize edilir.

Termolabil (istiyədavamsız) məhlullar nisbətən aşağı temperaturda (1000 C-dən aşağı) sterilizə edilir və ya xüsusi mikroməsaməli bakterial süzgəclərdən süzülür.

Mineral yağlar və bitki yağları quruducu şkafda 180-2000 C temperaturda hava ilə sterilizə edilir. Zavod şəraitində hazırlanan inyeksiya dərman formaları ampullarda və ya flakonlarda buraxılır.

Bu zaman hər bir ampulun və ya flakonun üzərində preparatın adı, qatılığı və həcmi (məhlullar və suspenziyalar üçün), yaxud miqdarı (poroşoklar üçün) qeyd edilir, yararlılıq müddəti göstərilir


Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin