Dərman formaları


Dərman maddəsinin farmakoloji təsirinin onun kimyəvi quruluşundan, xassələrindən və dozasından asılılığı



Yüklə 188,74 Kb.
səhifə21/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   17   18   19   20   21   22   23   24   ...   150
derma

Dərman maddəsinin farmakoloji təsirinin onun kimyəvi quruluşundan, xassələrindən və dozasından asılılığı


Hər hansı maddənin farmakoloji təsiri ilə kimyəvi quruluşu arasında sıx qarşılıqlı əlaqə vardır.

Bu əlaqədən dərman maddələrinin məqsədyönlü axtarışı zamanı geniş istifadə olunur.

Hər hansı dərman maddəsinin müalicəvi təsirini gücləndirmək, yaxud tətbiqini məhdudlaşdıran əlavə təsiri aradan qaldırmaq üçün bəzən onun molekuluna bu və ya digər funksional qrup birləşdirməklə quruluşunu dəyişdirmək (kimyəvi modifikasiya) kifayət edir. Əsasən kimyəvi quruluşu oxşar olan maddələrin farmakoloji təsirləri də oxşar olur. Məsələn, sulfanil turşusunun törəmələri olan və tibbi təcrübədə geniş istifadə olunan bütün sulfanilamid preparatları quruluşca oxşar olduqları kimi antimikrob təsir spektrinə və mexanizminə görə də oxşardırlar. Lakin bəzən bir-birindən kəskin fərqlənən maddələr — oxşar (məsələn, atropin və platifillin), kimyəvi quruluşca oxşar olan maddələr isə müxtəlif farmakoloji təsirlərə malik ola bilər (məsələn, kişi və qadın cinsiyyət hormonlarının preparatları).

Məlumdur ki, maddələrin kimyəvi quruluşları ilə fiziki və fiziki-kimyəvi xassələri arasında bilavasitə əlaqə mövcuddr. Ona görə də hər hansı maddənin farmakoloji təsiri, həmçinin onun fiziki və fiziki-kimyəvi xassələrindən - suda və yağlarda həllolma qabiliyyətindən, elektrolitik dissosiasiya dərəcəsindən, uçuculuğundan və s. asılı olur.
Suda və yağlarda həll olmayan maddələr qana sorulmadığı üçün orqanizmə rezorbtiv təsir göstərmir.

Uçucu maddələr nəfəsalma aktı zamanı ağciyərlərə daxil olaraq orqanizmə tez bir zamanda, lakin qısamüddətli (ağciyərlər vasitəsilə sürətlə xaric olduqları üçün) təsir göstərirlər.

Orqanizmin müxtəlif v toxuma və mayeləri müxtəlif pH-a malik olduğundan hər hansı dərman maddəsinin elektrolitik dissosiasiya dərəcəsi də həmin toxuma və orqanlarda müxtəlif olur. Bu şərait dərmanın bir mühitdən digərinə diffuziyasına, başqa sözlə, onun qana sorulub toxuma və orqanlara paylanması prosesinə təsir göstərir.

Deməli, dərman maddəsinin müxtəlif mühitlərdə elektrolitik dissosiasiyaya nə dərəcədə uğraması onun bioloji sədləri keçə bilmək qabiliyyətini də müəyyən edir.

Dərman maddəsinin farmakoloji təsiri onun orqanizmə daxil edilən miqdarından — dozasından da asılıdır.

Dərmanın birdəfəlik qəbul üçün müəyyən edilmiş miqdarı birdəfəlik doza, gün ərzində qəbul üçün nəzərdə tutulmuş miqdarı isə gündəlik doza adlanır.

Dərman maddəsinin təsir göstərməyə başladığı ən kiçik miqdarı minimal müalicə dozası, zəhərlənmə törətməyən ən böyük miqdarı isə maksimal, yaxud yüksək müalicə dozası adlanır (yüksək birdəfəlik və sutkalıq dozaları fərqləndirmək lazımdır).

Tibbi təcrübədə dərmanlar əsasən orta müalicə dozalarında istifadə olunur. Dərmanın zəhərlənmə törədən miqdarı zəhərləyici doza, ölümə səbəb olan miqdarı isə ölüm dozası adlanır.

Minimal müalicə dozası ilə minimal zəhərləyici doza arasındakı fərq müalicə geniĢliyi adlanır.

Müalicə genişliyi yüksək olduqca preparatın toksiki təsiri bir o qədər zəif, tətbiqi isə təhlükəsiz olur.

Doza dərman maddəsinin təsir gücü ilə yanaşı bəzən bu təsirin xarakterini də müəyyən edir. Məsələn, ipekakuana kökündən (qusdurucu kök) alınan preparatlar kiçik dozalarda (50 mq) bəlğəmqətirici, yüksək dozalarda isə (500 mq) qusdurucu təsir göstərir.

Bəzən dərmanın orqanizmdə tez bir zamanda yüksək konsentrasiyasını yaratmaq məqsədilə müalicəni birdəfəlik qəbul üçün orta müalicə dozasından 2-3 dəfə artıq doza ilə (minimal zəhərləyici dozadan az olmaq şərti ilə) başlayırlar.

Belə doza zərbə dozası adlanır. Adətən bir, yaxud bir neçə zərbə dozasından sonra müalicə prosesi orta müalicə dozası ilə davam etdirilir.




Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin